canlandınlmasma
xidmət
edən
yazılarla
çıxış
etmişlər.
İctimai fikrin formalaşmasında, ən əsası isə
cəmiyyətdə insanın azad, şərbət, müstəqil həyat
mövqeyinə qoşulmasında XX əsr ədəbiyyatı çox
böyük əhəmiyyət daşıyır. Bədii ədəbiyyat hər zaman
insanların şüuruna və düşüncəsinə ciddi təsir edən
vasitə olmuşdur. XX əsrdə, xüsusən, sovet ideologi
yasının güclü təbliğ edildiyi bir mərhələdə milli
şüurun canlandınlmasma təsir edən əsərlərin yaradıl
ması çətin idi. Lakin ədəbiyyat çətinliklə də olsa öz
işini görürdü. Cəmiyyəti azad, sərbəst, müstəqil dü
şüncəyə, vətənpərvəlik amalına nail olmağa səsləyir
di. Əlbəttə ki, bu yolda baş verən çətinliklər cəmiy
yət həyatında fəsadlarm yaranmasına da öz təsirini
göstərirdi. Xüsusən, Sovet hakimiyyətinin ilk onillik
lərində Azərbaycanın intellektual potensialı bu sahə
də böyük itkilərə məruz qaldı. Hüseyn Cavid, Mika
yıl Müşfiq, Cəfər Cabbarlı, Hacı Kərim Sanılı, Əh
məd Cavad, Səməd Mənsur, Cabbar Əfəndizadə, Al
mas İldırım, Müniri, İbrahim Tahir və bir çox başqa
ları dövrim siyasi qurbanları siyahısına daxil olmuş
dular. Lakin ictimai fikri ləngitmək, onun qarşısını al
maq mümkün deyildi. Cəmiyyətin ehtiyacı olduğu
ictimai fikir və düşüncələr davam etdirilirdi. Əli
Nəzmi, Abdulla Şaiq, Cəfər Cabbarlı, Səməd
Vurğun, Rəsul Rza,
Məmməd Rahim, Nigar
Rəfibəyli, Mirvarid Dilbazi, Əhməd Cəmil, Cəlil
46
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev,
Hacıbaba Nəzərli, Əbülhəsən Ələkbərzadə, Hüseyn
Mehdi, Mir Cəlal, Əli Vəliyev, Sabit Rəhman, Süley
man Rəhimov, Tağı Şahbazi Simurq kimi bədii söz
sənətkarları mövcud çətinliklərə baxmayaraq 1920 -
1930-cu illərdə öz əsərlərində həyati reallıqları tə
cəssüm etdirirdilər. 1930 - 1940-cu illərdə Məmməd
Səid Ordubadi, Hüseyn Mehdi, Mirzə İbrahimov,
Rəsul Rza, Səməd Vurğun, Süleyman Rüstəm, Sabit
Rəhman, Mir Cəlal, Zeynal Xəlil, Osman Sıravəlli,
Süleyman Sani Axundov, Seyid Hüseyn, Süleyman
Rəhimov, Əli Vəliyev kimi yazıçı və şairlər həyat
həqiqətlərini canlandıran əsərlərlə bədii dilin vüsəti
nə istinad edərək ictimai şüurun canlandırılmasmda
əvəzsiz xidmətlər göstərmişlər.
Yazıçıların və şairlərin yaratdığı əsərlərdə bədii
ümumiləşdirmə ictimai təfəkkürün daha da canlan
masına və bununla bağlı ictimai şüurun formalaşması
na çox güclü təsir göstərir.
Heydər Əliyev göstərir ki, «Azərbaycanın mü
təfəkkir insanları, mütərəqqi insanları Azərbaycanın
böyük şəxsiyyətləri, Azəbaycanm hörmətli siyasi və
dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri
Azərbaycanın milli - mənəvi dəyərlərini yaradıb
lar».1
1 Bax: «Xalq qəzeti», 24 noyabr, 1998.
47
Bütün bunlar ictimai təfəkkürün canlanmasına
və ictimai şüurun formalaşmasına təsir göstərən
mühüm mənəvi - psixoloji amillərdir.
3) maddi mədəniyyət abidələri
İctimai
təfəkkürün
canlanmasında
maddi
mədəniyyət abidələrinin çox mühüm və təsiredici
rolu vardır. Hər hansı ölkədə, hər hansı məkanda
maddi mədəniyyət abidələrinin çoxluğu həmin
məkanın tarixinin qədimliyini və mədəniyyətinin
zəngin
olduğunu
göstərir.
Maddi
mədəniyyət
abidələri tarixin canlı yaddaşıdır. Bəzi abidələr
vardır ki, zamandan -
zamana onların özü qalıb. Belə
abidələr qorunur və saxlanılır. Bəziləri müxtəlif
zamanlarda baş verən hadisələrin təsirindən dağılıb
izi qalıb. Belə abidələr bərpa olunur. Bəzi abidələr
də vardır ki, onların izləri ancaq təsəvvürlərdə
yaşayır. Belə abidələr yenidən qurulur və yaradılır.
Maddi mədəniyyət abidələrində xalqın həyatına,
məişətinə, adət - ənənələrinə, fəlsəfi dünyagörüşü
nə, etik - əxlaqi normalarına və fəaliyyətinə dair tə-
səvürlər canlandırılır. Maddi mədəniyyət abidələri
bütövlükdə cəmiyyətdə insanların fikir, düşüncə və
təsəvvürlərini ümumiləşdirir. Maddi mədəniyyət
abidələri ictimai fikri zaman - zaman formalaşdırır
və zənginləşdirir. Hər bir dövrdə yaranan maddi
mədəniyyət abidələrində cəmiyyətin bir mərhələsi
canlanır. Bu bünövrə üzərində isə ictimai fikrin
ənənələri inkişaf edir və zənginləşir.
48
Azərbaycan ərazisində müəyyən edilən ilkin
insan mədəniyyətinin izləri bir milyon beş yüz min il
bundan əvvələ gedib çıxır. Quruçay mədəniyyətinə
aid olan nümunələr əsas etibarı ilə adi çay
daşlarından hazırlanmış kobud əmək alətlərindən
ibarətdir. Eyni zamanda, bu əmək alətlərinin
içərisində əl çapacaqları, itiuclu alətlər, müxtəlif növ
qaşovlar, dişli iskənəyə bənzər alətlər və s. vardır.
Bu alətlər kəsmək, deşmək, sıyırmaq işlərinə tətbiq
olunurdu.1
Qobustan
ərazisində
aparılan
arxeoloji
qazıntıların nəticəsi göstərir ki, burada həyat 12 min
il əvvəl başlanmışdır. Qazıntılar zamanı ərazidəki
çaxmaq daşı və çay daşından, habelə sümükdəfı
hazırlanmış müxtəlif alətlər aşkar edilmişdir. Aşkar
edilən alətlərin təyinatı öyrənilərkən müəyyən
olunmuşdur ki, sümükdən biz, ox ucu, balıq toru
toxunulmasında istifadə edilən alətlər hazırlanırmış,2
Eradan əvvəl VII - VI əslərə aid olan əmək
alətləri Gəncə yaxınlığındakı Gillikdağ ərazisində də
aşkar edilmişdir. Buradan görünür ki,
qədim
Azərbaycan ərazilərində istehsal vasitələri mövcud
imiş. İstehsal vasitələrinin mövcudluğu ondan xəbər
verir ki, hələ qədim zamanlardan Azərbaycan
ərazisində istehsal sahəsi yaranmışdır. İstehsal
sahələrinin formalaşması isə iqtisadiyyata mövcud-
1 Bax: Azərbaycan tarixi. Bakı, 1994, s.20-21.
2 Bax: Azərbaycan tarixi. Yenə orada, Bakı, 1994, s.25.
49