Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

mədəniyyət  xadimləri,  şairlər,  alimlər,  memarlar, 

musiqiçilər yaşayır və yaradırdılar.

XV 

əsrin 


ikinci 

yarısında 

Azərbaycan 

mədəniyyətinin  böyük  xadimlərindən  Arif  Ərdəbili, 

Əssar  Təbrizi  böyük  şöhrət  qazanmışdılar.  Arif 

Ərdəbili  Nizaminin  «Xosrov  və  Şirin»  poeması 

əsasında  özünün  «Fərhadnamə»  əsərini  yazmışdı. 

Əssar  Təbrizinin  «Mehr  və  Müştəri»  əsərində 

azərbaycançılığın  mühüm  cəhətlərini  canlandıran 

qəhrəmanlıq və  dostluq motivləri başlıca yer tuturdu. 

Yaradıcılığının  əsas  hissəsi  XV  əsrə  təsadüf  edən 

İmadəddin 

Nəsiminin 

şeirləri 

Azərbaycan 

ədəbiyyatını  və  üslub  formalarını  zəngilşədirirdi. 

Həmin  dövrün  şairlərindən  olan  Şah  Qasim  Ən var 

həm  azərbaycanca,  həm  də  farsca  şeirlərin  müəllifi 

idi.  Bu  dövrdə  Kişvəri  Təbrizi  özünün  lirik  şeirləri 

ilə,  Xətayi  Təbrizi  «Yusif və  Züleyxa»  poeması  ilə, 

Həqiri  «Leyli  və  Məcnun»  poeması  ilə,  Xələfi 

«Xəmsə»  əsəri  ilə,  Bədr  Şirvani  və  Ziya  Ordubadi 

kimi şairlər lirik şeirləri, xüsusən,  qəzəlləri  ilə böyük 

şöhrət qazanmışdılar.  Fars dilində  «Xəmsə»  yaratmış 

Əşrəf Marağayi xüsusilə məşhurlaşmışdı.

Şah  İsmayıl  Xətayi  dövründə  sarayda  bir  çox 

şairlər  toplaşmışdı  ki,  onların  əsərləri  Azərbaycan 

həyatı,  məişəti və  milli dünyagörüşü ilə  sıx bağlı  idi. 

Sarayda  Xətayinin  özü  ilə  birlikdə  Süruri,  Şahi, 

Matəmi,  Tüfeyli,  Qasimi  kimi  şairlərin  yaratdığı 

əsərlərdə  bilavasitə  Azərbaycan  cəmiyyətinə,  etik  -

34

əxlaqi normalara aid olan motivlər işıqlandırılırdı.  Bu 



şeirlərdə  canlandırılan  dini  motivlərin əsas  məzmunu 

bilavasitə  azərbaycançılıq  ideyaları,  azərbaycanlı 

həyatı və məişəti ilə bağlı şəkildə ifadə olunurdu.

Şah  İsmayıl  Xətayi  təxəllüsü  ilə  Azərbaycan 

dilində  əsərlər  yazmışdır.  Onun  «Divan»,  «Nəsihət- 

namə»,  «Dəhnamə»  adlı  əsərləri  Şərqdə  çox  böyük 

şöhrət  qazanmışdır.  Bu  dövrün  şairlərindən  olan  H ə­

bibini  xatırlamamaq  mümkün  deyildir.  Onun  sadə, 

asan  başa  düşülən  şeirlərində  Azərbaycan  həyatı  ol­

duqca dolğun bir şəkildə tərənnüm edilir.

Dövrün  ən  görkəmli  nümayəndəsi  M əhəm m əd 

Füzuli (1494 -   1556) idi.  Füzuli ömrünün 40 ildən ço­

xunu  bədii  və  elmi  yaradıcılığa  həsr  etmişdi.  Füzuli 

özünün  lirik  şeirləri,  xüsusilə  də  qəzəlləri  ilə  Yaxm 

və Orta şərqin bütün şairlərindən irəli getmişdi.  Onun 

əsərləri zaman və m əkan hüdudu tanımır. Bu əsərlər­

də azərbaycanlı ictimai şüurunun formalaşmasına dair 

bədii  təsvirlər  çox  güclüdür.  Füzulinin  «Leyli  və 

Məcnun»,  «Şikayətnamə»,  «Bəngü  badə»  əsərləri 

çox böyük şöhrət qazanmışdır.

Füzulinin  «Leyli  və  Məcnun»  əsərində  A zər­

baycan  həyatına,  azərbaycanlı  m əişətinə dair hadisə­

lər,  azərbaycanlı  dünyagörüşü  və  təsəvvürləri  o  qə­

dər  incəliklə  qələm ə  alınmışdır  ki,  burada  hadisələr 

təkcə XVI əsr mühiti ilə məhdudlaşmır.  Bu əsərlərdə 

Füzulidən  əvvəlki  və  sonrakı  dövrlərə  aid  ictimai 

m ühit  də  sənətkarlıqla  canlandırılar.  Bu  əsərlərdə

35



azərbaycanlı  təfəkkürü  m üəyyən  ictimai  hadisələr 

bazasında  təsvir  edilir.  Azərbaycanlı  həyatı  və  m əi­

şəti  bəşəri  düşüncələrin  ayrılmaz  bir  tərkib  hissəsi 

kimi  çatdırılır.  M əsələn,  «Leyli  və  Məcnun»  əsə­

rində  əsas  motiv  insan  azadlığının,  sərbəst,  azad  və 

müstəqil  cəm iyyət  ideyalarının  tərənnümündən  iba­

rətdir.  Bu  təkcə  Leyli  və  Məcnunun  arzusu  deyildi. 

Füzuli  Leyli  və  M əcnun  obrazlarının  timsalında  cə­

m iyyətdə mövcud olan ictimai təfəkkürü, ictimai arzu 

və  düşüncələri  ecazkar  bir  bədii  dillə  ifadə  edir. 

«Leyli  və  M əcnun»  poemasında  məktəb  həyatı  belə 

təsvir  edilir:  həddi-buluq yaşındakı  oğlanlar və  qızlar 

dərsdə  cərgə  -  cərgə  oturarmışlar.  Y əni  bir  cərgədə 

oğlanlar,  bir  cərgədə  qızlar  otararmış.  Dərs  zamanı 

bir -  birinə yazı da ötürərmişlər.

Əlbəttə  ki, XVI  əsrdə  şəriət qanunları  buna yol 

verməzdi. 

Ancaq 


bu 

Füzulinin 

Azərbaycan 

cəmiyyətində  görmək  istədiyi  idi,  onun  arzularının 

təcəssümü  idi.  İnsan  hüquq  və  azadlıqlarının  həyata 

keçirilməsi  ilə  bağlı  yanğısı  idi.  Başqa  bir  yerdə 

Leylinin  anası  Leyliyə  nəsihət  verərəkən  onu 

danlayır  və  deyir  ki,  «Lalə  kimi  səndə  lütf  çoxdur, 

əmma nə deyim,  üzün  açıqdır».  Axı XVI  əsrdə  şəriət 

yol  verərdimi  ki,  Leyli  yaşda  olan  qızlar  üzüaçıq 

gəzsin.  Bu  mümükün  deyildi.  Füzuli  isə  insan 

azadlığını  hər  şeydən  üstün  tutub  qızların  üzüaçıq 

gəzməsinə  tərəfdar  çıxırdı.  Füzulinin  «Leyli  və 

Məcnun»una 

bu 

ideya 


qədim 

Azərbaycan

36

məişətindən gəlirdi. Ancaq Füzuli XVI əsr mühitində 



həmin  ideyanı  elə  cilalayır ki,  dövrün fanatikləri ona 

irad tuta bilmirlər.  Beləliklə, Füzuli,  XVI əsrin islam 

ideologiyası  mühitində  azərbaycanlılara  məxsus 

ictimai  və  etnik  -   psixoloji  təfəkkürü  canlandıra 

bilmişdi.  Yaxud,  Məcnunun  atasının  Leyliyə  elçi 

gəldiyi  səhnədə  qız  atası  qızını  verməyə  razı  deyil. 

Ancaq  o  qonağın  şərəfinə  dəbdəbəli  bir  məclis 

düzəldir;  Çox böyük nəzakətlə  deyir ki,  «Sənin  adın, 

nüfuzun mənə şərəfdir.  Amma oğlun qəribədir.  Hamı 

ona  Məcnun  deyir.  Mənim  qızın  sənin  oğluna  layiq 

deyil».  Demir  ki,  «Sənin  oğlun  layiq  deyil».  Ancaq 

ümid  yeri  də  qoyur  ki,  oğlun  yaxşılaşsın,  Leyli 

onunkudur.  Leylinin  atası  qızı  vermək  istəmədiyinə 

görə  deyinmir,  kobud  cavab  vermir.  Gülə  -   gülə 

qarşılayır,  gülə  -   gülə  yola  salır.  Bu  Füzuli 

böyüklüyüdür  ki,  Azərbaycan  məişətində^, əxlaqi  -  

etik  normaları  belə  görmək  istəyirdi.  Azərbaycanlı 

ictimai  təfəkkürünün  canlandırılınası  ilə  ictimai 

şüurun 

yetkinləşməsini 



istəyirdi. 

Azərbaycanlı 

ictimai  şüurunda  bəşəri  ideyaların  özünə  yer 

tapmasını  istəyirdi.  Bu  əlbəttə,  şairin  əsrlərə  və 

zamanlara  sığmayan  çox  güclü  bədii  təxəyyülünün 

məhsulu 


sayılmalıdır. 

Yeri 


gəlmişkən 

demək 


lazımdır  ki,  böyük  Nizamidə  də  belə  güclü  təxəyyül 

vardır. 


Məsələn, 

«İskəndəmamə» 

əsərinin 

«Şərəfnamə»  hissəsində  İskəndərin  ruslarla  döyüş 

səhnəsi  verilir.  Burada  rusların  qəddarlığından,

37



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə