Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

bilsin.  

24

Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə 



birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni 

sevdiyin üçün Mənə verdin.  

25

Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, 



bunlar da Sənin Məni göndərdiyini bildilər.  

26

Sənin adını onlara bildirdim və yenə 



bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».  

Yəhya 18   

İsanın həbs olunması 



(Mat. 26:47-56; Mark 14:43-50; Luka 22:55-57) 

1

İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına 



keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər.  

2

Ona xəyanət edən 



Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı.  

3

Beləcə 



Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri 

götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi.  

4

İsa başına gələcək hər şeyi bildiyi 



üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu.  

5

Ona cavab verdilər: 



«Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı 

idi.  


6

İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar.  

7

Onda yenə «Kimi 



axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər.  

8

İsa cavab 



verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın 

getsinlər».  

9

Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak 



olmağa qoymadım» sözü yerinə yetsin.  

10

Şimon Peterin yanında qılınc var idi. Onu çəkib 



baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi.  

11

Onda İsa Peterə 



dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?»  

12

Beləcə minbaşı 



ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar.  

13

Onu 



əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası 

idi.  


14

Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi 

başçılarına məsləhət vermişdi.  

Peterin ilk inkarı 

(Mat. 26:69-70; Mark 14:66-68; Luka 22:55-57) 

 

15



Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi 

tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi.  

16

Peter isə bayırda qapının 



yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı 

və Peteri içəri gətirdi.  

17

Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın 



şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi.  

18

Soyuq olduğu üçün qullar və 



mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla 

yanaşı dayanıb isinirdi.  



 

 


Baş kahinin yanında sorğu-sual 

(Mat. 26:59-66; Mark 14:55-64; Luka 22:66-71) 

 

19



O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu.  

20

İsa ona cavab verdi: 



«Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və 

məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm.  

21

Niyə Məndən 



soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri 

bilirlər».  

22

İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş 



kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu.  

23

İsa ona cavab verdi: «Əgər 



haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün 

vurursan?»  

24

Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.  



Peterin ikinci və üçüncü inkarı 

(Mat. 26:71-75; Mark 14:69-72; Luka 22:58-62) 

 

25



Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun 

şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi.  

26

Baş kahinin qullarından biri 



Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla 

birlikdə görmədimmi?» deyə Peterdən soruşdu.  

27

Peter yenə inkar etdi. Həmin anda 



xoruz banladı.  

İsa vali Pilatın önündə 



(Mat. 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25) 

 

28



Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. 

Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə 

bilsinlər.  

29

Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham 



edirsiniz?»  

30

Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu 



sənə təslim etməzdik».  

31

Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə 



mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz 

yoxdur».  

32

Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi 



söz yerinə yetsin.  

33

Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin 



Padşahı Sənsənmi?»  

34

İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa 



başqaları sənə Mənim barəmdə danışdılar?»  

35

Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni 



Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?»  

36

İsa cavab verdi: 



«Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, 

xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi 

Mənim Padşahlığım buradan deyil».  

37

Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa 



cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək 

üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». 

 

38

Pilat Ona «Həqiqət nədir?» dedi. Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin 



yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm.  

39

Axı sizdə bir adətdir ki, 



Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün 


Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə