Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

Yəhudilərin Padşahını azad edim?»  

40

Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu 



adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.  

Yəhya 19   

İsanın ölümə məhkum edilməsi 

1

Onda Pilat İsanı aparıb qamçılatdı.  



2

Əsgərlər də tikandan bir tac hörüb Onun başına 

qoydular və Ona tünd qırmızı paltar geyindirdilər.  

3

Onlar İsanın yanına gəlib 



«Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular.  

4

Pilat yenə bayıra 



çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir 

görmədiyimi biləsiniz».  

5

O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar 



bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!»  

6

Başçı kahinlər və mühafizəçilər Onu 



gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz 

götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm».  

7

Yəhudilər ona cavab 



verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın 

Oğlu adlandırır».  

8

Pilat bu sözü eşidəndə daha da qorxdu.  



9

Yenə vali sarayına girib 

İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi.  

10

Pilat Ona dedi: 



«Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə 

səlahiyyətim var?»  

11

İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim 



üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı 

daha böyükdür».  

12

Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb 



dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan 

edirsə, qeysərə qarşı çıxmış olur».  

13

Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və 



ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu.  

14

Pasxaya 



hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 

 

15



Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat 

onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: 

«Qeysərdən başqa padşahımız yoxdur!»  

16

Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara 



təslim etdi.  

İsanın çarmıxa çəkilməsi 



(Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43) 

Əsgərlər İsanı götürüb apardılar.  

17

İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni 



«Kəllə yeri» adlanan yerə çıxdı.  

18

Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri 



İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi.  

19

Pilat bir lövhə yazıb onu 



çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 

 

20



Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın 

idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı.  

21

Bunu görüb Yəhudi başçı 



kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı 

adlandıran” yaz».  

22

Pilat cavab verdi: «Nə yazdımsa, yazdım».  



23

Əsgərlər İsanı çarmıxa 

çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə 

böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər.  

24

Onlar bir-birinə 



dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında 


paltarlarımı bölüşdürdülər, 

 

Geyimim üçün püşk atdılar» 



 

sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər.  

25

İsanın çarmıxı yanında anası, anasının 



bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı.  

26

İsa anasını və onun 



yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin 

oğlundur!»  

27

Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird 



onu öz evinə apardı.  

İsanın ölümü 



(Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49) 

 

28



Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə 

yetsin deyə «Susadım!» dedi.  

29

Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir 



süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar.  

30

İsa şərab 



sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı.  

31

Hazırlıq günü 



olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və 

cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını 

istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi.  

32

Onda əsgərlər gəlib əvvəl İsa 



ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar.  

33

İsanın 



yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar.  

34

Amma 



əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı.  

35

Bunu 



görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün 

həqiqəti söylədiyini bilir.  

36

Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir 



sümüyü də qırılmayacaq» sözü yerinə yetsin.  

37

Yenə başqa bir Yazıda «bədənini 



deşdikləri Şəxsə baxacaqlar» deyilir.  

İsanın dəfni 



(Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56) 

 

38



Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif 

İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat 

ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü.  

39

Vaxtı ilə gecə ikən İsanın yanına 



gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi.  

40

İsanın cəsədini 



götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 

 

41



İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin 

qoyulmadığı təzə bir qəbir var idi.  

42

Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya 



qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.  

 

 


Yəhya 20   

İsanın dirilməsi 



(Mat. 28:1-8; Mark 16:1-8; Luka 24:1-12) 

1

Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O 



gördü ki, daş qəbirin ağzından götürülüb.  

2

Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi 



olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara 

qoyulduğunu bilmirik».  

3

Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər.  



4

İkisi 


birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 

 

5



Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi.  

6

O vaxt 



onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri  

7

və İsanın 



başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə 

bükülü qalmışdı.  

8

Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları 



gördü və iman etdi.  

9

Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən 



Müqəddəs Yazını hələ anlamırdılar.  

10

Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.  



İsanın Məcdəlli Məryəmə görünməsi 

(Mat. 28:9-10; Mark 16:9-11) 

 

11



Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə 

baxdı.  


12

Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin 

başında, o biri isə ayağında oturmuşdu.  

13

Onlar Məryəmdən «Ey qadın, niyə 



ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara 

qoyduqlarını bilmirəm».  

14

Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını 



gördü, amma Onun İsa olduğunu bilmədi.  

15

İsa ondan soruşdu: «Ey qadın, niyə 



ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: 

«Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 

 

16

İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» 



«Müəllim» deməkdir.  

17

İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına 



qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin 

Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram».  

18

Məcdəlli Məryəm 



şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları 

söylədiyini bildirdi.  

İsanın şagirdlərinə görünməsi 

(Mat. 28:16-20; Mark 16:14-18; Luka 24:36-49) 

 

19



O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün 

şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara 

«Sizə salam olsun!» dedi.  

20

Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər 



də Rəbbi görüb sevindilər.  

21

İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni 



göndərdiyi kimi Mən də sizi göndərirəm».  

22

Bunu söylədikdən sonra onların üzərinə 




üfürərək dedi: «Müqəddəs Ruhu alın!  

23

Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin 



günahlarını bağışlamasanız, bağışlanmamış qalır».  

İsanın Tomasa görünməsi 

 

24

Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. 



 

25

O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində 



mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də 

əlimi qoymasam, buna heç inanmaram».  

26

Səkkiz gündən sonra İsanın şagirdləri yenə 



otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O 

ortada durub «Sizə salam olsun!» dedi.  

27

Bundan sonra Tomasa söylədi: «Barmağını 



buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» 

 

28



Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.  

29

İsa ona dedi: «Sən Məni 



gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»  

30

İsa 



şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. 

 

31



Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna 

inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.  



Yəhya 21

 

İsa göl kənarında 

1

 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə 



oldu:  

2

Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, 



Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi.  

3

Şimon Peter onlara «balıq 



ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib 

qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər.  

4

Günəş doğarkən İsa sahildə 



dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər.  

5

İsa onlara dedi: «Uşaqlar, 



yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər.  

6

İsa yenə dedi: «Toru 



qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular 

ki, toru çəkə bilmirdilər.  

7

Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. 



Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb 

gölə atıldı.  

8

O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən 



uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər.  

9

Onlar quruya çıxanda orada 



közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər.  

10

İsa 



onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin».  

11

Şimon Peter qayığa minib yüz əlli 



üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı.  

12

İsa 



onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» 

deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər.  

13

İsa gəlib çörəyi 



götürdü və onlara verdi, eləcə balığı da verdi.  

14

İsa ölülər arasından dirildikdən sonra 



artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.  

 

 


İsanın Peterlə söhbəti 

 

15



Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni 

bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa 

ona dedi: «Quzularımı bəslə».  

16

İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, 



Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona 

dedi: «Quzularımı otar».  

17

Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni 



sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə 

kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa 

ona dedi: «Quzularımı bəslə.  

18

Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda 



qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və 

başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq».  

19

İsa bunu ona görə söylədi 



ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu 

söylədikdən sonra ona «ardımca gəl» dedi.  

20

Peter də arxaya dönüb İsanın sevimli 



şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı 

İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi.  

21

Peter bu 



şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?»  

22

İsa ona dedi: «Əgər Mən 



gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 

 

23



Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma 

İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ 

qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi.  

24

Bu hadisələrə şəhadət edərək bunları 



yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır.  

25

İsanın etdiyi çoxlu 



başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç 

dünyaya sığmazdı.  



 

Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə