Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. 

Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər. 

 

25

Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət 



etdilər” sözü yerinə yetsin.  

26

Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından 



çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.  

27

Siz də şəhadət 



edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.  

Yəhya 16 

 

1



Büdrəməyəsiniz deyə bunları sizə söylədim.  

2

Sizi sinaqoqlardan qovacaqlar. Hətta o 



zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək.  

3

Onlar bunları 



edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar.  

4

İndi bu şeyləri sizə bildirdim ki, vaxtı 



gələndə sizə söylədiyimi yada salasınız.  

Müqəddəs Ruhun iş

Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim.  

5

İndi isə Məni 



Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. 

 

6



Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu.  

7

Bununla belə, Mən sizə 



həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi 

yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm.  

8

O gələndə günah, salehlik və 



mühakimə barədə dünyanı ifşa edəcək:  

9

günah barədə, çünki Mənə iman etmirlər; 



 

10

salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 



 

11

mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub.  



12

Hələ sizə 

söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz.  

13

Lakin O – həqiqət 



Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, 

nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.  

14

O Məni izzətləndirəcək, çünki 



Mənim olandan götürüb sizə bildirəcək.  

15

Atanın hər nəyi varsa, Mənimdir. Buna görə 



də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim.  

16

Az bir müddətdən sonra Məni 



artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».  

Kədəriniz sevincə dönəcə

 

17



O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni 

görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına 

gedirəm” sözlərinin mənası nədir?»  

18

Öz aralarında soruşurdular: «Söylədiyi “az bir 



müddət” nə deməkdir? Nə dediyini anlamırıq».  

19

İsa Ondan soruşmaq istədiklərini bilib 



onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də 

sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz?  

20

Doğrusunu, 



doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz 

kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək.  

21

Qadın doğuş zamanı kədərlənər, 



çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə 

görə çəkdiyi ağrını yaddan çıxarar.  

22

Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə 



görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək.  

23



gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim 

adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.  

24

İndiyə qədər Mənim adımla heç nə 




diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun.  

25

Sizə bu şeyləri 



məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, 

amma Ata barədə sizə açıq danışacağam.  

26

O gün siz Mənim adımla diləyəcəksiniz. Mən 



sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm.  

27

Axı Ata Özü sizi sevir, 



çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız.  

28

Atanın 



yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm».  

29

Şagirdləri 



dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən.  

30

İndi anlayırıq ki, Sən hər 



şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan 

gəldiyinə inanırıq».  

31

İsa onlara dedi: «İndi inanırsınızmı?  



32

Budur, hər birinizin dağılıb 

öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək 

deyiləm, çünki Ata Mənimlədir.  

33

Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. 



Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».  

Yəhya 17   

İsa şagirdləri üçün yalvarır 

1

İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu 



izzətləndir ki, Oğul da Səni izzətləndirsin.  

2

Sən Ona bütün bəşər üzərində səlahiyyət 



verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin.  

3

Əbədi həyat da budur ki, 



Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar.  

4

Mən yerinə yetirməyi 



tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim.  

5

Ey Ata, dünya 



yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz 

yanında ver.  

6

Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki 



idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər.  

7

İndi də bilirlər ki, 



Mənə verdiyin bütün şeylər Səndəndir.  

8

Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, 



onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən 

göndərdiyinə inandılar.  

9

Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə 



verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir.  

10

Mənim olan hər şey Sənindir, 



Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm.  

11

Mən artıq dünyada deyiləm, 



onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə 

verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar.  

12

Onlarla birlikdə olduğum zaman 



onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə 

yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı.  

13

İndi isə 



Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda 

kamil olsun.  

14

Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən 



dünyadan olmadığım kimi onlar da dünyadan deyil.  

15

Onları dünyadan götürməyi deyil, 



şər olandan qorumağı Səndən xahiş edirəm.  

16

Mən dünyadan olmadığım kimi onlar da 



dünyadan deyil.  

17

Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir.  



18

Sən Məni 

dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim.  

19

Mən Özümü onların 



uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun.  

20

Yalnız onlar üçün deyil, 



onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki,  

21

hamısı bir olsun. Ey Ata, 



Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni 

göndərdiyinə inansın.  

22

Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir 



olduğumuz kimi onlar da bir olsun.  

23

Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir 



olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini 


Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə