Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   10   ...   14

İsanın izzəti 

 

48



Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru 

demirikmi?»  

49

İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə 



Məni hörmətdən salırsınız.  

50

Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi 



mühakimə edən Biri var.  

51

Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə 



riayət edərsə, heç vaxt ölüm görməyəcək».  

52

Yəhudilər Ona dedilər: «İndi bildik ki, 



Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət 

edərsə, heç vaxt ölməyəcək” deyirsən.  

53

Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O 



da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?»  

54

İsa cavab verdi: «Əgər Mən 



Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz 

Onun barəsində “Allahımızdır” deyirsiniz,  

55

lakin Onu tanımırsınız. Mənsə Onu 



tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu 

tanıyıram və sözünə riayət edirəm.  

56

Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad 



oldu, görüb sevindi».  

57

Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, 



İbrahimi necə görmüsən?»  

58

İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: 



İbrahim olmazdan qabaq Var Olan Mənəm».  

59

O zaman İsanı daşqalaq etmək üçün 



yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.  

Yəhya 9   

Kor adamın sağalması 

1

İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü.  



2

Şagirdləri Ondan soruşdu: 

«Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?»  

3

İsa cavab 



verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün 

deyə belə oldu.  

4

Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə 



gecə gəlir, o zaman heç kim işləyə bilməz.  

5

Dünyada olduğum müddətdə dünyanın nuru 



Mənəm».  

6

Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı 



kor adamın gözlərinə sürtdü.  

7

Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» 



«göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 

 

8



Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub 

dilənən adam bu deyilmi?»  

9

Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. 



Özü isə «mənəm» dedi.  

10

Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular.  



11

cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah 



hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı».  

12

Ondan «Bəs 



İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.  

Fariseylərin istintaqı 

 

13



Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar.  

14

İsanın palçıq düzəldib onun 



gözlərini açdığı gün Şənbə günü idi.  

15

Fariseylər o adamdan gözlərinin necə açıldığını 



soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də 

yuyundum və indi görürəm».  

16

Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan 



gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə 

əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü.  

17

Onda yenə kor 




adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». 

Kor adam «O, peyğəmbərdir» dedi.  

18

Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını 



çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar.  

19

Ata-anasından soruşdular: 



«Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 

 

20



Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub.  

21

Ancaq bilmirik ki, 



indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü 

barədə özü danışsın».  

22

Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri 



söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar 

edən hər kəs sinaqoqdan qovulsun.  

23

Buna görə də o adamın ata-anası «həddi-büluğa 



çatıb, özündən soruşun» dedi.  

24

Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə 



çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar 

olduğunu bilirik».  

25

O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. 



Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm».  

26

Ondan soruşdular: «O sənə nə 



etdi? Gözlərini necə açdı?»  

27

Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq 



asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq 

istəyirsiniz?»  

28

Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 



 

29

Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik».  



30

adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim 



gözlərimi açdı.  

31

Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub 



Allahın iradəsinə əməl edən adama Allah qulaq asır.  

32

Əzəldən bəri eşidilməyib ki, 



kimsə anadangəlmə kor bir adamın gözlərini açsın.  

33

Əgər bu Adam Allahdan 



gəlməsəydi, heç nə edə bilməzdi».  

34

Onlar o adama cavab verdilər: «Başdan-ayağa 



günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.  

Ruhani korluq 

 

35



O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman 

edirsənmi?»  

36

O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?»  



37

İsa ona dedi: «İndi 

gördüyün və səninlə danışan Adam Odur».  

38

O da «ya Rəbb, iman edirəm» dedi və İsaya 



səcdə etdi.  

39

İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər 



görsün, görənlərsə kor olsun».  

40

Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib 



«Yoxsa biz də koruq?» deyə Ondan soruşdular.  

41

İsa onlara dedi: «Əgər kor olsaydınız, 



günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.  

Yəhya 10   

Yaxşı çoban 

1

Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan 



oğru və quldurdur.  

2

Amma qapıdan girən qoyunların çobanıdır.  



3

Keşikçi qapını onun 

üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və 

onları çölə çıxarar.  

4

Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə 



gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar.  

5

Amma yad adamın 



ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar».  

6

İsa bu 



məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.  

7

İsa yenə 



onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm.  

8

Məndən 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə