Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar».  

43

Bu sözləri 



söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı.  

44

Ölü də bayıra çıxdı. 



Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın 

getsin» dedi.  

45

Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir 



çoxu Ona iman etdi.  

46

Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini 



onlara danışdı.  

Fariseylərin İsanı öldürmək niyyətləri 

(Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2) 

 

47



Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam 

çoxlu əlamət göstərir.  

48

Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da 



gəlib məbədimizi və millətimizi məhv edəcək».  

49

Orada olanlardan biri, həmin il baş 



kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz.  

50

Başa düşmürsünüz ki, bütün bu 



millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» 

 

51



O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib 

xəbər verdi ki, İsa bu millətin uğrunda –  

52

təkcə millətin uğrunda deyil, Allahın hər 



tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək.  

53

Beləcə o gündən etibarən 



İsanı öldürməyi qərara aldılar.  

54

Buna görə də İsa daha Yəhudilərin arasında açıq 



gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada 

qaldı.  


55

Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan 

qabaq kəndlərdən Yerusəlimə getdi.  

56

Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-



birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?»  

57

Başçı 



kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» 

deyə əmr vermişdilər.  



Yəhya 12   

Məryəmin İsaya hədiyyəsi 

(Mat. 26:6-13; Mark 14:3-9) 

1

Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da 



orada idi.  

2

Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə 



birgə süfrə arxasında oturanların arasında idi.  

3

Məryəm isə bir litra çox qiymətli xalis 



nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi 

bürüdü.  

4

Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 



 

5

«Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?»  



6

Bu sözü yoxsulların 

qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna 

qoyulanların bir hissəsini oğurlayırdı.  

7

Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu 



Mənim dəfn günüm üçün saxlasın.  

8

Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə 



həmişə yanınızda olmayacağam».  

9

Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu 



öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün 

oraya gəldi.  

10

Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 



 

11

Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.  




İsanın Yerusəlimə daxil olması 

(Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40) 

 

12



Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə  

13

xurma 



budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! 

 

Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» 



 

deyə qışqırırdı.  

14

İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:  



15

«Ey Sion qızı, 

qorxma. 

 

Bax Padşahın bir sıpaya minib gəlir». 



 

 

16



Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində 

bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar.  

17

İsanın Lazarı qəbirdən 



çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 

 

18



Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 

 

19



Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm 

Onun ardınca getdi».  

İsa öləcəyini əvvəlcədən bildirir 

 

20



Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi.  

21

Onlar 



Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək 

istəyirik» deyə ondan xahiş etdilər.  

22

Filip gəlib Andreyə söylədi, Andrey və Filip də 



birgə gəlib İsaya xəbər verdilər.  

23

İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı 



gəldi.  

24

Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb 



ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.  

25

Öz canını sevən kəs onu itirər, bu 



dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar.  

26

Kim Mənə xidmət 



etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada 

olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.  

27

İndi ürəyim təlaş keçirir. Nə 



deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 

 

28



Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, 

yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.  

29

Orada duran xalqın bir qismi «göy 



guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi.  

30

İsa cavab verdi: «Bu 



səs Mənim üçün deyil, sizin üçün gəldi.  

31

İndi isə bu dünyaya hökm veriləcək və bu 



dünyanın hökmdarı bayıra atılacaq.  

32

Mən yerdən yuxarı qaldırılsam, bütün insanları 



Özümə cəzb edəcəyəm».  

33

İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 



 

34

Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs 



Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?»  

35

Onda 



İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, 

sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.  

36

Nurunuz var ikən 



nura iman edin ki, nur övladları olasınız».  

 


Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə