Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə15/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   151

 

74 


baĢqa, o, at ayaqlarının zəif tappıltısını və Ģeypurun qısa, Ģən 

səsini eĢitdi. Bazardan hippodrom meydanına çıxan küçənin 

damlarındakı  uĢaqların  qulaqdeĢən  fıĢqırıqları  və  "ehtiyatlı 

ol!" bağırtıları da bu səslərə qarıĢdı. 

Meydanın  boĢaldılmıĢ  sahəsində  tək  dayanmıĢ  əsgər 

əlindəki  bayrağı  həyəcanla  qaldıranda  prokurator,  legionun 

leqatı, katib və mühafizəçilər dayandılar. 

Süvari  ala  insan  yığnağından  yan  ötüb,  tənəklərin 

dırmaĢdığı daĢ hasarlı döngəyə burularaq, kəsə  yolla Keçəl 

Dağa çapmaq üçün löhrəm yeriĢlə meydana girdi. 

Süvari alanın uĢaq kimi balaca, mulat kimi qara suriyalı 

komandiri  çaparaq  Pilatla  bərabərləĢəndə  nəsə  çımxırıb, 

qılıncını  qınından  çıxardı.  Tərə  batmıĢ  qara  at  kənara 

sıçrayıb  Ģahə  qalxdı.  Sırayla  üç-üç  düzülmüĢ  atlar  toz-

duman  qaldırıb  onun  arxasınca  çapdılar;  bambuq 

mizraqların  yüngül  ucları  atılıb-düĢürdü.  DiĢləri  Ģən-Ģən 

ağarıb parıldayan, ağ çalma altında lap qara görünən sifətlər 

prokuratorun yanından ötüb-keçdilər. 

Süvari  ala  tozu  göyə  qaldırıb  döngəyə  girdi  və 

çiynindəki  Ģeypur  gün  iĢığında  parıldayan  sonuncu  əsgər 

downloaded from KitabYurdu.org



 

75 


Pilatın yanından çapıb keçdi. Pilat  əliylə tozdan qorunaraq, 

narazılıqla sifətini qırıĢdırıb saray bağının darvazasına tərəf 

getdi.  Leqat,  katib  və  mühafizəçilər  də  onun  arxasınca 

hərəkət etdilər. 

Səhər saat ona az qalmıĢdı. 

 

 



III fəsil. 

YEDDĠNCĠ SÜBUT 

 

–  Bəli,  səhər  saat  ona  az  qalmıĢdı,  möhtərəm  Ġvan 



Nikolayeviç, – professor dedi. 

ġair  yenicə  yuxudan  oyanmıĢ  adam  kimi  əlini  üzünə 

çəkdi və gördü ki, Patriarx gölündə axĢamdır. 

Gölün  suyu  qaralmıĢdı,  üzən  qayığın  avarlarının 

Ģappıltısı  və  qayıqdakı  qadının  gülüĢü  eĢidilirdi.  Bizim 

həmsöhbətlərin  oturduğu  yerdən  baĢqa,  xiyabanın  qalan  üç 

tərəfindəki skamyalarda artıq əyləĢənlər vardı. 

Moskva səması, elə bil, solmuĢdu, yüksəkdəki  dəyirmi 

ay tamamilə aydın görünürdü, ancaq hələ qızılı yox, ağ idi. 

downloaded from KitabYurdu.org




 

76 


Nəfəs  almaq  asanlaĢmıĢdı  və  cökə  ağacının  altında  səslər 

axĢama xas yumĢaqlıqla səslənirdi. 

"Onun  əməlli-baĢlı  bir  hekayə  quraĢdırdığından  necə 

xəbərim  olmayıb?.."  –  Bezdomnı  heyrətlə  fikirləĢdi,  –  gör 

ha,  artıq  axĢam  da  düĢüb!  Ancaq  bəlkə,  bunları  heç  o 

danıĢmayıb, sadəcə, mən yatıb yuxuda görmüĢəm?" 

Ancaq hər halda, professorun danıĢdığını ehtimal etmək 

lazımdı, yoxsa düĢünməli olacaqdı ki, eyni Ģey Berliozun da 

yuxusuna girib, çünki o, əcnəbinin sifətinə diqqətlə baxaraq 

dedi: 


– Professor,  sizin  hekayəniz  Ġncildəki  hekayətlərə 

qətiyyən uyğun gəlməsə də, çox maraqlıdır. 

–  

Əfv 


edərsiniz, 

– 

professor 



təkəbbürlə 

gülümsədi,  –  heç  kim  də  olmasa,  siz  gərək  biləsiniz  ki, 

Ġncillərdə yazılanların heç biri, əslində, baĢ verməyib və biz 

əgər  Ġncilə  tarixi  mənbə  kimi  istinad  etsək...  –  o,  yenə 

gülümsədi  və  Berlioz  duruxdu,  çünki  o,  təxminən,  eyni 

sözləri  Bronnı  küçəsi  ilə  Patriarx  gölünə  tərəf  gələndə 

Bezdomnıya demiĢdi. 

downloaded from KitabYurdu.org




 

77 


– Elədir, – Berlioz qeyd etdi, – ancaq qorxuram ki, sizin 

bizə  danıĢdıqlarınızın  da,  həqiqətən,  baĢ  verdiyini  heç  kim 

təsdiqləyə bilməsin. 

– Heç  də  yox!  Bunu  təsdiq  edən  tapılar!  –  professor 

sözləri düzgün tələffüz etmədən, çox əminliklə dedi və qəfil 

hər iki dostu iĢarəylə yaxına çağırdı. 

Ġkisi  də  ona  tərəf  əyildi  və  o,  bu  dəfə  tamamilə 

aksentsiz danıĢdı, özü də nəyə görəsə bu aksent gah itir, gah 

peyda olurdu. 

– Məsələ belədir ki... – bu yerdə professor qorxa-qorxa 

ətrafına  boylanıb  pıçıltıyla  dedi,  –  mən  Ģəxsən  orada 

olmuĢam.  Eyvanda  da  Ponti  Pilatın  yanında  idim,  bağda 

Kaifa  ilə  danıĢanda  da,  edam  meydançasında  da...  Ancaq 

gizlicə, necə deyərlər, inkoqnito

13

, ona görə də sizdən xahiĢ 



edirəm,  heç  kimə  bir  kəlmə  deməyin,  sirr  kimi  saxlayın!.. 

Sss! 


Sükut çökdü və Berliozun rəngi qaçdı. 

                                                 

13

İnkoqnito – kim olduğunu hamıdan gizli tutaraq 



downloaded from KitabYurdu.org


 

78 


– Siz... siz neçə vaxtdır Moskvadasınız? – o, titrək səslə 

soruĢdu. 

– Mən  elə  bu  dəqiqə  Moskvaya  gəlmiĢəm,  –  professor 

çaĢqınlıqla cavab verdi və onun gözlərinin içinə əməlli-baĢlı 

baxmaq  fikri  yalnız  indi  dostların  ağlına  gəldi  və  əmin 

oldular  ki,  onun  yaĢıl  sol  gözündən  dəlilik  yağır,  sağ  gözü 

isə bomboĢ qara deĢikdir.  

"Budur  ha,  hər  Ģey  aydın  oldu!  "  –  Berlioz  təĢviĢlə 

düĢündü.  –  "Dəli  alman  gəlib,  ya  indicə  Patriarx  gölündə 

havalanıb. Belə-belə iĢlər!" 

Bəli,  doğrudan  da,  hər  Ģey  aydınlaĢdı:  mərhum  filosof 

Kantın yanında anlaĢılmaz səhər yeməyi də, günəbaxan yağı 

ilə  AnnuĢka  haqqında  gic-gici  söhbət  də  –  professor  dəli 

imiĢ. 


Berlioz  nə  etmək  lazım  olduğunu o saat  anladı. Özünü 

skamyanın  söykənəcəyinə  yıxıb,  professorun  arxasından 

Bezdomnıya  göz  vurdu  –  yəni  mübahisə  etmə,  ancaq 

karıxmıĢ Ģair bu iĢarələri baĢa düĢmədi. 

– Bəli,  bəli,  bəli,  –  Berlioz  həyəcanla  dedi,  – 

ümumiyyətlə,  hər  Ģey  mümkündür!  Hətta  çox  mümkündür, 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə