Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə23/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   151

 

114 


Doğrudan  da,  toyuq  kotleti  heyifmi  olsun?  Mixail 

Aleksandroviçə  necə  köməyimiz  dəyə  bilər  ki?  Ac 

qalmaqlamı? Axı biz sağıq! 

Təbii ki, royalın qapağı örtüldü, cazdakılar dağılıĢdı, bir 

neçə jurnalist nekroloq yazmaq üçün öz redaksiyasına getdi. 

Jeldıbinin meyitxanadan gəldiyi məlum oldu. O, mərhumun 

yuxarıdakı kabinetində əyləĢdi. Həmin an da söz yayıldı ki, 

Berliozu  elə  o  əvəz  edəcək.  Jeldıbin  idarə  heyətinin  on  iki 

üzvünün  hamısını  restorandan  öz  yanına  çağırdı  və 

Berliozun  kabinetində  keçirilən  təcili  iclasda  sütunlu 

Qriboyedov  zalının  hazırlanması,  cəsədin  meyitxanadan  bu 

zala  gətirilməsi,  oraya  giriĢin  açılması  və  bu  kədərli 

hadisəylə  bağlı  baĢqa  təxirəsalınmaz  məsələlər  müzakirə 

olundu. 


Restoran  isə  yenidən  həmiĢəki  gecə  həyatını  yaĢayırdı 

və  bağlanana  qədər,  yəni  səhər  saat  dördə  qədər  də 

yaĢayacaqdı,  əgər  restorandakıları  Berliozun  ölüm 

xəbərindən  daha  artıq  heyrətə  salan  tamamilə  qeyri-adi  bir 

hadisə baĢ verməsəydi. 

downloaded from KitabYurdu.org




 

115 


Ġlk  olaraq  Qriboyedov  evinin  qapısı  ağzında  gözləyən 

faytonçular  həyəcanlandılar.  Onlardan  biri  qozlada  dikəlib 

qıĢqırdı: 

– Boy! Siz bir buna baxın! 

Bu  sözlərin  arxasınca  çuqun  çəpərin  yanında  iĢartı 

peyda  olub,  eyvana  yaxınlaĢmağa  baĢladı.  Stol  arxasında 

oturanlar  dikəlib,  diqqətlə  baxdılar  ki,  iĢıqla  bərabər 

restorana  tərəf  ağ  kabus  da  addımlayır.  Kabus  sarmaĢıqlı 

giriĢə  çatanda  hamı  çökə  balığının  tikəsi  çəngəldə,  gözləri 

bərələ  quruyub  qalmıĢdı.  Bu  vaxt  papiros  çəkmək  üçün 

restoranın asılqan otağından həyətə çıxan qapıçı papirosunu 

tapdalayıb  kabusa  tərəf  getdi  ki,  onu  restorana  girməyə 

qoymasın,  ancaq  nəyə  görəsə  bunu  etmədi,  səfeh-səfeh 

gülümsəyərək dayandı. 

Və  kabus  sarmaĢıqlı  giriĢdən  keçib,  maneəsiz-filansız 

eyvana  girdi.  Bu  vaxt  hamı  gördü  ki,  o,  kabus-zad  deyil, 

tanınmıĢ Ģair Ġvan Nikolayeviç Bezdomnıdır. 

O,  ayaqyalın  və  zolaqlı  alt  tumanında  idi;  əynindəki 

ağımsov  köynək  cırıq-cırıq  olmuĢdu;  yaxasına  ingilis 

sancağıyla kağız parçası – hansısa müqəddəsin solğun ikona 

downloaded from KitabYurdu.org



 

116 


təsviri bənd edilmiĢdi. Ġvan Nikolayeviç əlində yanan nikah 

Ģamı tutmuĢdu. Onun sağ yanağı təzəcə sıyrılmıĢdı. Eyvana 

ölçüyəgəlməz dərinlikdə sükut çökdü. Ofisiantlardan birinin 

əlindəki parçdan pivə axıb döĢəməyə tökülürdü. 

ġair Ģamı baĢının üstünə qaldırıb bərkdən dedi: 

– Salam,  dostlar!  – sonra  yaxındakı stolun altına baxıb 

qüssəylə dilləndi: – Yox, o, burada deyil! 

Ġki səs eĢidildi. Yoğun kiĢi səsi insafsızcasına dedi: 

– Məsələ məlumdur. Ġçkidən sayıqlayır. 

QorxmuĢ qadın səsi isə: 

– Necə  olub  ki,  milis  onu  bu  görkəmdə  küçələrdən 

keçməyə qoyub? – dedi. 

Ġvan Nikolayeviç bunu eĢidib cavab verdi: 

– Ġki dəfə saxlamaq istədilər, Skatertnidə, bir də burada, 

Bronnıda. Hasardan aĢdım, görürsünüz də, yanağım sıyrılıb! 

– O, Ģamı qaldırıb qıĢqırdı: – Ədəbiyyatçı qardaĢlar! (BatmıĢ 

səsi gücləndi, nəfəsi od püskürdü.) Hamınız məni eĢidin! O 

gəlib!  Onu  təcili  tutun,  yoxsa  çox  böyük  bədbəxtliklər 

törədəcək! 

downloaded from KitabYurdu.org




 

117 


– Nə? Nə? O nə dedi? Kim gəlib? – hər tərəfdən səslər 

eĢidildi. 

– Məsləhətçi! – Ġvan cavab verdi, – bu məsləhətçi indicə 

Patriarx gölündə MiĢa Berliozu öldürdü. 

Bu  yerdə  zaldakılar  eyvana  tökülüĢdü,  hamı  Ġvanın 

əlindəki Ģamın iĢığına yığıĢdı. 

– Üzr  istəyirəm,  üzr  istəyirəm,  dəqiq  deyin,  –  Ġvan 

Nikolayeviçin  qulağının  dibində  asta  və  nəzakətli  bir  səs 

eĢidildi, – necə axı öldürüb? Kim öldürüb? 

– Əcnəbi  məsləhətçi,  professor  və  Ģpion!  –  Ġvan 

döyükərək cavab verdi. 

– Bəs soyadı necədir? – astadan qulağına pıçıldadılar. 

– Bilsəydim, nə vardı ki! – Ġvan kədərli halda qıĢqırdı. 

– Soyadını vizit kartında görə bilmədim... Təkcə birinci 

"V"  hərfi  yadımdadır,  soyadı  "V"  ilə  baĢlayır!  Axı  "V"  ilə 

hansı  soyad  baĢlayır?  –  Ġvan  alnını  ovxalayıb  öz-özündən 

soruĢdu və birdən mızıldadı: –Ve, ve, ve! Va...va...VaĢner? 

Vaqner? Vayner? Veqner? Vinter? – Ġvanın saçı həyəcandan 

vız durmuĢdu. 

– Vulf? – bir qadın yazıq-yazıq dilləndi. 

downloaded from KitabYurdu.org



 

118 


Ġvan hirsləndi. 

– Axmaq!  –  Bu  sözü  deyən  qadını  gözləriylə  axtarıb 

qıĢqırdı.  –  Vulfun  nə  dəxli  var?  Vulfun  heç  bir  günahı 

yoxdur! Vo, vo... Yox! Bu cür xatırlaya bilmərəm! Bəs belə, 

vətəndaĢlar:  tez  milisə  zəng  vurun,  professoru  tutmaq  üçün 

pulemyotlu  beĢ  motosiklet  göndərsinlər.  Həm  də  demək 

yadınızdan çıxmasın, onun yanında ikisi də var: uzun, dama-

dama  paltarlı...  gözlüyü  çatlayıb...  bir  də  kök  qara  piĢik. 

Mən isə hələ  Qriboyedovu  axtaracağam...  Hiss  eləyirəm  ki, 

o buradadır! 

Ġvan  əsəbilik  keçirməyə  baĢladı:  ətrafındakıları  itələdi, 

Ģamı yellədib üstünü muma batırdı, stolların altına baxdı. Bu 

vaxt  kimsə  dedi:  "Həkim  çağırın!"  –  və  kiminsə  buynuz 

sağanaqlı eynəyi, tərtəmiz qırxılmıĢ ətli, mehriban kök sifəti 

Ġvanın qarĢısında peyda oldu. 

– YoldaĢ  Bezdomnı,  –  bu  sifət  təmtəraqlı  səslə  dedi,  –

 

sakitolun! 



Hamımızın 

sevimlisi 

Mixail 

Aleksandroviçin...  yox,  sadəcə,  MiĢa  Berliozun  ölümü  sizə 



pis  təsir  edib.  Hamımız  bunu  gözəl  baĢa  düĢürük.  Sizə 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə