760
səhnədə eləyə bilərdi. DanıĢan piĢik də xalis cəfəngiyatdı.
Belə bir piĢiyi adamlara göstərmək üçün cadugərliyin ilkin
əsaslarını bilmək kifayətdir, Korovyevin sənətinin bu
əsaslardan çox-çox irəli getdiyinə, çətin ki, Ģübhə eləyən
tapıla.
Bəli, məsələ heç də kart dəstində, Nikanor Ġvanoviçin
portfelindəki saxta məktublarda deyil. Bunlar xırda
Ģeylərdir! Berliozu tramvayın altna salıb öldürən
Korovyevdir. Bədbəxt Ģair Ġvan Bezdomnını o dəli eləyib,
xəyallara dalaraq əzablı yuxularda qədim YerĢalaimi və üç
nəfərin dar ağacından asıldığı günün qarsaladığı susuz Keçəl
Dağı görməyə o məcbur edib. Marqarita Nikolayevnanın,
qulluqçusu gözəl NataĢanın Moskvadan yoxa çıxmasına o
və onun quldur dəstəsi səbəb olub. Yeri gəlmiĢkən, istintaq
bu iĢlə xüsusi maraqlanmıĢdı. AydınlaĢdırmaq lazımdı: bu
qadınları qatillər, yanğın törədənlər dəstəsi qaçırıb, yoxsa
cinayətkar dəstəyə könüllü qoĢulub gediblər? Nikolay
Ġvanoviçin mənasız, dolaĢıq ifadələrinə əsaslanıb, Marqarita
Nikolayevnanın ifritə olmağa getdiyini ərinə yazdığı qəribə,
gic-gici məktubunu, NataĢanın öz paltarlarını evdə qoyub
downloaded from KitabYurdu.org
761
yoxa çıxdığını nəzərə alıb istintaq belə bir rəyə gəldi ki, bir
çoxları kimi ev sahibəsi və qulluqçu hipnoz olunub, bu
vəziyyətdə də quldur dəstəsi tərəfindən oğurlanıb. Yəqin,
tamamilə doğru olaraq belə bir fikir də yarandı ki,
cinayətkarları hər iki qadının gözəlliyi cəlb eləyib.
Ancaq bir Ģey istintaq üçün tam qaranlıq qaldı – özünü
master adlandıran ruhi xəstəni psixiatriya klinikasından
quldur dəstəsi nə məqsədlə oğurlamıĢdı. Bunu, eləcə də
oğurlanan xəstənin soyadını müəyyən etmək mümkün
olmadı. "Birinci korpusdan yüz on səkkiz nömrəli xəstə"
adıyla həmiĢəlik yox olub getdi.
Beləliklə, demək olar, hər Ģey aydınlaĢdı və
ümumiyyətlə, hər Ģey kimi istintaq da sona çatdı.
Bir neçə il ötdü, adamlar Volandı, Korovyevi və
baĢqalarını unutmağa baĢladılar. Voland və onun
əlaltılarının əlindən zərər çəkənlərin həyatnda çox
dəyiĢikliklər baĢ verdi, bu dəyiĢikliklər nə qədər xırda,
əhəmiyyətsiz olsa da, hər halda, onları qeyd etmək lazımdır.
Misal üçün, Jorj Benqalski müalicəxanada üç ay
yatandan sonra sağalıb çıxdı, ancaq tamaĢaçıların bilet
downloaded from KitabYurdu.org
762
almağa axıĢıb gəldiyi ən qızğın vaxtda – magiya və onun
ifĢası yaddaĢlarda özünə möhkəm yer eləmiĢdi –
Varyetedəki iĢindən getməyə məcbur oldu. Benqalski
Varyeteni atdı, çünki hər gecə iki min tamaĢaçı qarĢısına
çıxmağın, istər-istəməz hamı tərəfindən tanınmağın və
özünü baĢlı, yoxsa baĢsız yaxĢı hiss etdiyi barədə istehzalı
sualların əlində girinc qalmağın, əlbəttə, çox əzablı oduğunu
baĢa düĢürdü.
Bəli, bundan baĢqa, konferansye onun sənəti üçün vacib
olan Ģuxluğunun bir xeyli hissəsini itirmiĢdi. Hər yaz bədr
gecəsində həyəcanlanıb birdən öz boğazından yapıĢmaq,
qorxa-qorxa
ətrafına boylanıb ağlamaq kimi onda
xoĢagəlməz, məĢəqqətli vərdiĢ yaranmıĢdı. Bu tutmalar
ötüb-keçirdi, ancaq hər halda, belə vəziyyətdə əvvəlki iĢlə
məĢğul olmaq mümkün deyildi və konferansye istirahətə
çəkilib, hesablamalara görə, ən azı, on beĢ il ona yetəsi
yığdığı pullarla yaĢamağa baĢladı.
O getdi və hətta teatr inzibatçıları arasında da çox az
təsadüf olunan qayğıkeĢliyə, nəzakətli davranıĢa görə
məĢhurlaĢmıĢ, hamının məhəbbətini qazanmıĢ Varenuxa ilə
downloaded from KitabYurdu.org
763
bir daha rastlaĢmadı. Məsələn, kontramarkaçılar onu məhz
xeyirxah ata adlandırırdılar. Kim, nə vaxt olur-olsun,
Varyeteyə zəng eləsə, dəstəkdə həmiĢə mülayim, ancaq
kədərli bir səs eĢidilirdi: "Sizi eĢidirəm", – Varenuxanı
telefona istəyəndə isə həmin səs tələsik cavab verirdi:
"Qulluğunuzda hazıram". Di gəl, özünün belə nəzakətli
olmağının Ġvan Savelyeviç yaman altını çəkirdi!
Styopa Lixodeyevə daha Varyetedə telefonla danıĢmaq
lazım olmur. Səkkiz gün yatdığı klinikadan çıxan kimi
Styopanı dərhal Rostovda böyük qastronoma müdir
göndərdilər. ġayiələr gəzir ki, portveyn içməyi büsbütün
tərgidib, yalnız qarağat arağı içir, bu da onu əməllicə
gümrahlaĢdırıb. Deyilənə görə, dinib-danıĢmır, qadınlardan
uzaq durur.
Stepan Boqdanoviçin Varyetedən çıxarılması bir neçə il
ərzində çox həvəslə arzuladığı sevinci Rimskiyə bəxĢ
eləmədi. Klinikadan çıxandan və Kislovodskdan qayıdandan
sonra baĢı əsən, çox qocalmıĢ maliyyə direktoru Varyetedəki
iĢindən getmək barədə ərizə verdi. Maraqlıdır ki, ərizəni
Varyeteyə Rimskinin arvadı gətirmiĢdi. Ay iĢığında
downloaded from KitabYurdu.org
764
pəncərənin sınmıĢ ĢüĢəsini və pəncərənin aĢağı sürgüsünə
sarı dartınan uzun əli gördüyü binaya hətta gündüz belə
getməyə Qriqori Daniloviç cəsarət eləməmiĢdi.
Maliyyə
direktoru
Varyetedən
çıxıb,
Zamoskvoreçyedəki uĢaq kukla teatrına iĢə düzəldi. Bu
teatrda akustika ilə bağlı möhtərəm Arkadi Apollonoviç
Sempleyarovla bir daha qarĢılaĢası olmadı. Onu əlüstü
Bryanska göndərib, göbələkhazırlama məntəqəsinə müdir
təyin eləmiĢdilər. Moskvalılar indi duzlu sarı göbələkdən və
turĢuya qoyulmuĢ ağ göbələkdən bəh-bəhlə yeyib, bu
dəyiĢikliyə çox sevinirdilər. Olan olub, keçən keçib,
akustika məsələsində Arkadi Apollonoviçin iĢləri düz
gətirmirdi, nə qədər çalıĢsa da yoluna qoysun, yenə necə
varsa, eləcə də qalmıĢdı.
Teatrla üzülüĢənlər arasında Arkadi Apollonoviçdən
baĢqa, müftə biletlərə sevgisindən savayı teatrla heç bir
bağlılığı olmayan Nikanor Ġvanoviç Bosoy da var idi. Pullu,
ya havayı teatra getməməyi bir yana, teatrdan söhbət
düĢəndə hətta Nikanor Ġvanoviçin sir-sifəti dəyiĢirdi.
Teatrdan daha çox Ģair PuĢkinə və istedadlı artist Savva
downloaded from KitabYurdu.org
765
Potapoviç Kurolesova nifrət eləyirdi. Savva Potapoviçə o
dərəcədə nifrət eləyirdi ki, keçən il ömrünün çiçəklənən
çağında onun ürəyinin yatdığı barədə qəzetdə qara haĢiyəli
xəbəri görəndə qıpqırmızı oldu, az qaldı Savva Potapoviçin
arxasınca özü də o dünyaya getsin və bağırdı: "Ona haqq
olur!" Bundan baĢqa, məĢhur artistin ölümündən acı
xatirələri oyanan Nikanor Ġvanoviç elə həmin axĢam
Sadovını iĢıqlandıran bədirlənmiĢ ayla baĢ-baĢa düt deyincə
içdi. Ġçdiyi hər qədəhlə də nifrət etdiyi adamların mənfur
sırası artırdı, bu sırada Dunçil Sergey Gerardoviç, gözəlçə
Ġda Herkulanovna, döyüĢən qazların kürən sahibi və
ürəyiaçıq Kanavkin Nikolay da var idi.
Bəs onların baĢına nə gəldi? Əfv edəcəksiniz! Onların
baĢına qətiyyən heç nə gəlməyib, gələ də bilməzdi, çünki
onlar, əslində, heç vaxt olmayıblar, elə qəĢəng artist
konferansye,
teatrın
özü, Poroxovnikovun valyutanı
zirzəmidə çürüdən qoca xalası da olmayıb və əlbəttə, qızıl
Ģeypurlar, sırtıq aĢpazlar heç yerli-dibli olmayıblar. Bütün
bunları Nikanor Ġvanoviç haramzada Korovyevin təsiriylə
vur-tut yuxuda görüb. Bu yuxuda yeganə canlı adam məhz
downloaded from KitabYurdu.org
766
artist Savva Potapoviç olub, o da radioda tez-tez etdiyi
çıxıĢları sayəsində Nikanor Ġvanoviçin yaddaĢında iz
salmıĢdı. Artist olmuĢdu, qalanları yox.
Bəlkə, Aloizi Moqarıç da olmayıb? Heç də yox! O
nəinki olub, hələ indi də yaĢayır, özü də Rimskinin imtina
etdiyi
vəzifədə,
yəni
Varyetedə
maliyyə
direktoru
vəzifəsində çalıĢır.
Volandla görüĢdüyü vaxtdan, təxminən, bir gün sonra
Vyatka yaxınlığında qatarda özünə gələn Aloizi gördü ki,
ağlı çaĢmıĢ halda Moskvadan gedəndə Ģalvarını geyinməyi
unudub, di gəl evtikənin ona qətiyyən lazım olmayan ev
dəftərini nə üçünsə oğurlayıb. Bələdçiyə xeyli pul verib
ondan çirkli köhnə Ģalvar aldı və Vyatkadan geri döndü.
Ancaq əfsuslar ki, evtikənin evini tapmadı. Alov köhnə evi
yer üzündən tərtəmiz silmiĢdi. Ancaq Aloizi çox tədbirli
adam idi. Ġki həftə keçməmiĢ artıq Bıyusov küçəsində gözəl
birotaqlı mənzildə yaĢayırdı, bir neçə aydan sonra isə
Rimskinin
kabinetində
əyləĢmiĢdi. Əvvəllər Rimski
Styopanın əlindən necə əziyyət çəkirdisə, indi də Varenuxa
Aloizinin əlindən eləcə zinhara gəlmiĢdi. Ġvan Savelyeviçin
downloaded from KitabYurdu.org
767
bircə arzusu var idi: bu Aloizini Varyetedən harasa rədd
eləyəydilər; hərdən dost-tanıĢa gizlicə pıçıldayırdı ki, Aloizi
kimi əclafa ömründə rast gəlməyib, ondan nə desən çıxar.
Amma ola bilsin, inzibatçı qərəzlidir. Aloizinin elə bir
əlləm-qəlləm iĢini görən olmamıĢdı, əgər bufetçi Sokovun
əvəzinə baĢqasını qoyduğunu nəzərə almasaq, ümumiyyətlə,
heç bir iĢini görməmiĢdilər. Andrey Fokiç isə Voland
Moskvada peyda olandan doqquz ay sonra Birinci MDU-
nun müalicəxanasında ciyər xərçəngindən vəfat etdi...
Bəli, bir neçə il ötdü və bu kitabda doğru-düzgün əks
olunan əhvalat yavaĢ-yavaĢ yaddaĢlardan silindi. Ancaq
hamının yaddaĢından yox!
Hər yaz bədr gecəsi yaxınlaĢanda axĢamüstü Patriarx
gölünün kənarında, cökə ağaclarının altında yaĢıl gözlü,
sadə geyimli, otuz yaĢlarında kürən bir adam peyda olur. Bu
adam tarix və fəlsəfə institutunun əməkdaĢı professor Ġvan
Nikolayeviç Ponıryovdur.
Cökə ağacının altında o həmiĢə eyni yerdə, hamının
çoxdan unutduğu, son nəfəsində ayın parça-parça olub
dağıldığını görən Berliozun oturduğu skamyada əyləĢirdi.
downloaded from KitabYurdu.org
768
Ġndi ay bütövdü, axĢam düĢəndə ağ, sonra isə qızılı
rəngə boyanıb, solğun əjdaha-atla yanaĢı keçmiĢ Ģair Ġvan
Nikolayeviçin baĢı üstündə üzəcəkdi, eyni zamanda öz
yüksəkliyində bir yerdə dayanıb duracaqdı.
Ġvan Nikolayeviçə hər Ģey məlumdu, o, hər Ģeyi bilir,
baĢa düĢürdü. Bilirdi ki, gəncliyində cinayətkar
hipnozçuların qurbanı olub, sonra müalicə olunaraq sağalıb.
Ancaq hərdən yenə özünü ələ ala bilmirdi. Yazda
bədirlənmiĢ
ay doğanda haldan-hala düĢürdü. Ay
bütövləĢməyə, beĢĢamdan yüksəkdə dayandığı vaxtlardakı
kimi qızılı rəngə boyanmağa baĢlayanda Ġvan Nikolayeviç
həyəcanlanırdı, əsəbiləĢirdi, iĢtahasını və yuxusunu itirirdi,
ayın bədirlənməsini gözləyirdi. Bədr gecəsində isə Ġvan
Nikolayeviçi daha heç nə evdə saxlaya bilməzdi. AxĢama
yaxın evdən çıxıb Patriarx gölünə üz tuturdu.
Ġvan Nikolayeviç skamyada oturanda artıq açıq-aĢkar
öz-özünə danıĢırdı, papiros çəkirdi, gözlərini qıyıb gah aya,
gah da heç vaxt unutmadığı turniketə baxırdı.
Ġvan Nikolayeviçin bir-iki saat belə keçirdi. Sonra
yerindən durub, həmiĢə də eyni yolla – Spiridonovkadan
downloaded from KitabYurdu.org
769
keçib kor kimi mənasız baxıĢlarla Arbatın ensiz küçələrini
dolaĢırdı.
Neft dükanının yanından ötüb, əyilmiĢ köhnə qaz
fənərinə çatanda dönərək hələ yaĢıllaĢmamıĢ bağın, bağın
içində üçtaylı pəncərəsinin qabağa çıxan tərəfinin ay iĢığına,
o biri tərəfinin qaranlığa qərq olduğu malikanənin
göründüyü dəmir çəpərə yaxınlaĢırdı.
Professor onu dəmir çəpərə tərəf nəyin çəkdiyini və bu
malikanədə kimin yaĢadığını bilmirdi, ancaq bilirdi ki, bədr
gecəsində özü ilə mübarizə aparmağa ehtiyac qalmır.
Bundan baĢqa, dəmir çəpərin arxasındakı bağda mütləq eyni
Ģeyi görəcəyini də bilirdi.
O, skamyada oturan ahıl, ciddi, sifətdən bir az donuza
oxĢayan saqqallı adamı görürdü. Malikanənin bu sakini
həmiĢə baxıĢlarını aya dikib xəyallara dalmıĢ vəziyyətdə
olurdu. Ġvan Nikolayeviçə məlumdu ki, skamyada oturan bu
adam aya tamaĢa eləyəndən sonra irəli çıxmıĢ
pəncərəyətərəf çevrilib gözlərini ora zilləyəcəkdi, sanki,
pəncərə indicə açılacaq və nəsə qeyri-adi bir Ģey peyda
olacaqdı.
downloaded from KitabYurdu.org
770
Sonra nələr olacağını Ġvan Nikolayeviç əzbər bilirdi.
Həmin vaxt dəmir çəpərin arxasında hökmən yaxĢı
gizlənmək lazımdı, çünki skamyada oturan adam baĢını
oyan-buyana döndərməyə baĢlayacaqdı, gözləri göydə
nəyisə axtaracaqdı, sevincək gülümsəyəcəkdi, sonra birdən
təəssüflə əllərini bir-birinə çırpıb dodağının altında
danıĢacaqdı:
– Venera! Venera!.. Eh, mən axmağam!..
– Allahlar, allahlar! – Ġvan Nikolayeviç dəmir çəpərin
arxasında gizlənib, alıĢıb-yanan gözlərini naməlum adamdan
çəkmədən pıçıldayacaqdı. – Bu da ayın daha bir qurbanı...
Hə, bu da mənim kimi qurbandır.
Skamyada oturan adam isə sözünə davam eləyəcəkdi:
– Eh, mən axmağam! Axı mən niyə onunla bir yerdə
uçub getmədim? Nədən qorxurdun, qoca eĢĢək!
Sənəddüzəltdirirdim! Eh, indi döz, qoca gicbəsər!
Malikanənin qaranlıq tərəfındə pəncərə açılıb nəsə
ağarana, xoĢagəlməz qadın səsi eĢidilənə qədər beləcə
davam eləyəcəkdi.
downloaded from KitabYurdu.org
771
– Nikolay Ġvanoviç, haradasınız? Bu nə Ģıltaqlıqdır?
Malyariya olmaq istəyirsiniz? Gəlin çay için!
Skamyada oturan adam bu vaxt, əlbəttə, özünə gəlib,
yalandan cavab verəcəkdi:
– Hava almaq istəyirəm, əzizim! Hava çox yaxĢıdır!
O, skamyadan durub, aĢağıdakı örtülən pəncərəyə
yumruq qıcayaraq ağır-ağır evə tərəf gedəcəkdi.
– Yalan deyir, yalan deyir! Ax, allahlar, o necə də yalan
danıĢır! – Ġvan Nikolayeviç dəmir çəpərdən uzaqlaĢaraq
donquldanırdı. – Bağa onu heç də hava çəkmir, bədirlənmiĢ
yaz gecəsində ayda və bağda, yuxarıda nəsə görür. Ax, onun
sirrindən agah olmaq, əbəs yerə əlini havada gəzdirib itirdiyi
hansı Veneranı axtardığını bilmək üçün çox Ģeydən
keçərdim.
Professor evə tamam xəstə vəziyyətdə qayıdırdı. Arvadı
özünü elə aparırdı, guya, onun əhvalını sezmir və tələsdirirdi
ki, yatsın. Ancaq özü yatmırdı, əlində kitab lampanın
yanında oturub, yatan adama ağrıyla baxırdı. O bilirdi ki,
dan yeri ağaranda Ġvan Nikolayeviç əzab dolu qıĢqırıqlarla
ayılacaq, ağlamağa, çırpınmağa baĢlayacaq. Ona görə spirtə
downloaded from KitabYurdu.org
772
salınmıĢ Ģpris və içində tünd çay rəngli maye olan ampula
əvvəlcədən lampanın altına qoyulurdu.
Taleyini ağır xəstə ilə bağlamıĢ yazıq qadın indi
qorxmadan sakitcə yata bilərdi. Ġynədən sonra Ġvan
Nikolayeviç səhərə qədər Ģirin-Ģirin yatacaq və qadının
xəyalına belə gətirmədiyi ilahi, gözəl yuxular görəcəkdi.
Alimi oyatmaq isə bədr gecəsində onun ürək sızıldadan
qıĢqırığına səbəb olmaq kimi bir Ģeydi. O, qeyri-adi görkəmi
olan burunsuz cəlladın hıqqıltıyla tullanaraq nizəni dar
ağacına sarınmıĢ və huĢunu itirmiĢ Hestasın ürəyinə
soxduğunu görürdü. Ancaq cəllad elə də qorxunc deyildi,
yalnız dünyanı sarsıdan fəlakətlər zamanı olduğu kimi
köpüklənən və torpağa çökən buluddan yayılan qeyri-adi
iĢıq qorxunc idi.
Ġynədən sonra yatan adamın önündə hər Ģey dəyiĢirdi.
Çarpayıdan pəncərəyə enli ay yolu uzanırdı və qan-qırmızı
astarlı ağ plaĢda bir adam bu yolla aya doğru getməyə
baĢlayırdı. Əynində arıq xiton, üz-gözü eybəcər hala
salınmıĢ bir gənc də onunla yanaĢı gedirdi. Onlar
downloaded from KitabYurdu.org
773
qızğıncasına mübahisə edərək, nə haqdasa razılığa gəlmək
istəyirdilər.
– Allahlar, allahlar! – plaĢlı adam təkəbbürlü sifətini yol
yoldaĢına döndərərək deyir. – Nə mənasız edamdır! Ancaq
lütfən, mənə de, – bu vaxt sifətindəki təkəbbür yalvarıĢla
əvəzlənir, – axı edam olmayıb! Yalvarıram, de, olmayıb?
– Əlbəttə, olmayıb, – yol yoldaĢı xırıltılı səslə cavab
verir, – bu, sənin gözünə görünüb.
– Sən buna and içə bilərsən? – plaĢlı adam yaltaqcasına
xahiĢ edir.
– And içirəm! – yol yoldaĢı cavab verir və nəyə görəsə
gözləri gülür.
– Daha mənə heç nə lazım deyil! – plaĢlı adam üzgün
səslə qıĢqırır və öz yol yoldaĢı ilə üzü aya gedə-gedə lap
yuxarılara qabar. Ġri, heybətli ĢeĢəqulaq it sakitcə onların
arxasınca gedir.
Bu vaxt ay yolu qaynamağa baĢlayır, ondan ay çayı
fıĢqırıb hər yana yayılır. Ay hökmranlıq edir, oynayır,
əylənir, rəqs eləyir. Ay çayından son dərəcə gözəl bir qadın
çıxıb, qorxa-qorxa ətrafına baxınan saç-saqqal basmıĢ bir
downloaded from KitabYurdu.org
774
adamın
əlindən
tutaraq
Ġvanın
qarĢısına
gətirir.
ĠvanNikolayeviç dərhal onu tanıyır. Bu, onun gecə qonağı,
yüz on səkkiz nömrəli xəstədir. Ġvan Nikolayeviç yuxuda
əlini ona uzadıb maraqla soruĢur:
– Demək, hər Ģey bununla da bitdi?
– Bununla da bitdi, mənim Ģagirdim, – yüz on səkkiz
nömrəli xəstə cavab verir, qadın isə Ġvana yaxınlaĢıb deyir:
– Əlbəttə, bitdi. Hər Ģey sona çatdı, hər Ģey sona çatır...
Mən indi sizin alnınızdan öpəcəyəm, bütün iĢləriniz yaxĢı
olacaq.
O əyilərək Ġvanın alnından öpür, Ġvan da ona tərəf
dartınıb gözlərinə baxır, ancaq qadın geri-geri çəkilib öz
yoldaĢıyla aya sarı gedir...
Bu vaxt ay yolu kükrəyir, iĢıq selini Ġvanın düz üstünə
yönəldir, hər yana iĢıq çiləyir, otaqda ay daĢqını baĢlayır,
iĢıq dalğalanır, yuxarı qalxıb çarpayını basır. Bax onda Ġvan
Nikolayeviç üzündən xoĢbəxtlik yağa-yağa yatır.
Səhər
yuxudan
oyananda
dinib-danıĢmasa
da,
özünürahat, gümrah hiss edir. Onun xəstə yaddaĢı sakitləĢir.
Gələn bədr gecəsinə qədər professoru daha heç kim narahat
downloaded from KitabYurdu.org
775
eləməyəcək: nə Hestasın burunsuz qatili, nə də Ġudeyanın
qəddar beĢinci prokuratoru atlı Ponti Pilat.
1929-1940
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |