64
divanəyə oxĢayıram? Mən uĢağammı, Kaifa? Harada nə
dediyimi bilirəm. Bağ, saray mühafizə olunur, siçan keçəsi
deĢik də yoxdur! Siçan nədir, hətta o da, adı nədir... Kiriaf
Ģəhərindən olan? Yeri gəlmiĢkən, sən onu tanıyırsanmı, baĢ
ruhani? Hə... əgər eləsi buraya girsə, çox peĢman olar, buna,
yəqin, inanarsan? Yadında saxla, baĢ ruhani, bundan sonra
sənə rahatlıq yoxdur! Nə sənə, nə sənin xalqına, – və Pilat
sağ tərəfi, uzaqda, yüksəklikdə parıldayan məbədi göstərdi,
– bunu mən sənə deyirəm – pontiyalı Pilat, Qızıl Nizəli atlı!
– Bilirəm, bilirəm! – qarasaqqal Kaifa çəkinmədən dedi
və gözləri parıldadı. O, əllərini göyə qaldırıb sözünə davam
etdi:– Yəhudi xalqı sənin ona nifrət bəslədiyini bilir, sən ona
çox əzablar çəkdirmisən, ancaq onu məhv edə
bilməyəcəksən! Onu Allah qoruyacaq! Bizi eĢidərlər,
qüdrətli qeysər eĢidər, bizi qənimimiz Pilatdan qoruyar!
– Heç də yox! – Pilat qıĢqırdı və hər dediyi sözlə o get-
gedə yüngülləĢirdi: daha riyakarlıq etməyə, sözləri seçməyə
ehtiyac yox idi. – Məndən qeysərə çox Ģikayət etmisən, indi
növbə mənimdir, Kaifa! Ġndi xəbər məndən gedəcək, özü də
nə Antioxiya caniĢininə, nə də Romaya, birbaĢ Kapreyə,
downloaded from KitabYurdu.org
65
imperatorun özünə xəbər gedəcək ki, siz YerĢalaimdəki
məlum qiyamçıları necə qoruyursunuz. Mən onda
YerĢalaimi Süleyman gölünün suyu ilə suvarmayacağam,
ancaq sizin xeyriniz üçün belə istəyirdim! Su ilə yox!
Yadına sal, sizə görə imperatorun monoqramması olan
qalxanları divardan çıxardım, ordunun yerini dəyiĢdirdim,
sizə görə özüm gələsi oldum ki, burada nələrin baĢ verdiyini
görüm! Mənim sözlərimi yadında saxla, baĢ ruhani. Onda
YerĢalaim bir koqortayla canını qurtarmayacaq, yox! ġəhər
divarının qarĢısına Fulminatın bütöv bir legionu gələcək,
ərəb atlı qoĢunu gələcək, onda sən acı gözyaĢı axıdanların
səsini, iniltilərini eĢidəcəksən! Sən onda xilas etdiyin Var-
Ravvanı xatırlayacaqsan və ziyansız moizələrinə görə
filosofu ölümə göndərdiyinə peĢman olacaqsan!
BaĢ ruhaninin sifəti ləkələrlə örtüldü, gözləri parıldadı.
O, prokurator kimi hirsindən gülümsədi.
– Prokurator, indi dediklərinə sən özün inanırsanmı?
Yox, inanmırsan! Xalqı yolundan azdıran adam, sən
YerĢalaimə sülh, əmin-amanlıq gətirməmisən, sən bunu
gözəl bilirsən, süvari. Sən onu buraxmaq istəyirdin ki,
downloaded from KitabYurdu.org
66
xalqın arasına qarıĢıqlıq salsın, etiqadını təhqir etsin və xalqı
Roma qılıncının üstünə aparsın! Ancaq mən – Ġudeyanın baĢ
ruhanisi nə qədər ki sağam, dinimizin təhqir olunmasına
imkan verməyəcəyəm və xalqı müdafiə edəcəyəm!
EĢidirsənmi, Pilat? – Kaifa hiddətlə əlini qaldırdı: – Bunu
nəzərə al, prokurator!
Kaifa susdu və prokurator dənizin uğultusu kimi yenə
Böyük Ġrodun darvazasına lap yaxınlaĢan hay-küyü eĢitdi.
Bu uğultu aĢağıdan prokuratorun ayaqlarına, sifətinə doğru
qabardı. Arxa tərəfdən, sarayın dalından isə Ģeypurların
həyəcanlı siqnalları, yüzlərlə ayağın ağır tappıltısı,
dəmirlərin cingiltisi eĢidildi. Prokurator baĢa düĢdü ki, onun
əmrinə uyğun olaraq Roma piyada qoĢunu qiyamçıları və
quldurları dəhĢətə salan ölümqabağı parada çıxmaq üçün
artıq hərəkətə gəlib.
– EĢidirsənmi, prokurator? – baĢ ruhani astadan təkrar
etdi. – Doğrudanmı, sən deyəcəksən ki, bütün bunların
baiskarı, – baĢ ruhani bu yerdə hər iki əlini qaldırdı və qara
baĢlıq Kaifanın baĢından sürüĢdü, – miskin quldur Var-
Ravvandır?
downloaded from KitabYurdu.org
67
Prokurator biləyinin arxası ilə soyuq, tərli alnını silib
yerə, sonra gözünü qıyıb göyə baxdı, gördü ki, qaynar kürə
düz baĢının üstündədir, Kaifanın kölgəsi isə lap kiçilərək
Ģirin quyruğuna sığınıb və soyuqqanlıqla astadan dedi:
– Günorta yaxınlaĢır. BaĢımız söhbətə qarıĢıb, iĢimizi
isə davam etdirməliyik.
BaĢ ruhanidən nəzakətlə üzr istəyib, sonuncu qısa iclas
üçün lazım olan baĢqa adamları çağırana qədər ondan
maqnoliyanın kölgəsində oturub gözləməyi xahiĢ etdi, sonra
edamla bağlı bir sərəncam da verəcəkdi.
Kaifa əlini ürəyinin üstünə qoyub hörmətlə təzim etdi
və bağda qaldı, Pilat isə eyvana qayıtdı. Onu gözləyən
katibə tapĢırdı ki, legionun leqatını, koqorta tribununu
12
,
həmçinin bağın aĢağısındakı terrasda, fəvvarəli dairəvi
köĢkdə dəvət gözləyən Sinedrionun iki üzvünü və məbəd
keĢikçilərinin rəisini bağa dəvət etsin. Pilat bu saat
qayıdacağını deyib saraya keçdi.
12
Tribun – burada: atlı qoşunun komandiri
downloaded from KitabYurdu.org
68
Katib iclası toplayana qədər prokurator tünd pəncərə
pərdələrinin günəĢdən qoruduğu otaqda, gün iĢığı onu
narahat etməsə də, sifətinin yarısı baĢlıqla örtülmüĢ bir
nəfərlə görüĢdü. GörüĢ çox qısa oldu. Prokurator bu adama
astadan bir neçə söz dedi, sonra o getdi, Pilat isə sütunların
arasından keçib bağa qayıtdı.
Orada görmək istədiyi adamların hamısına prokurator
təntənəli və soyuq tərzdə elan etdi ki, ĠeĢua Qa-Nosri barədə
çıxarılmıĢ ölüm hökmünü təsdiq edir və Sinedrio-nun
üzvlərindən rəsmi Ģəkildə xəbər aldı ki, cinayətkarlardan
hansının sağ qalmasını məsləhət bilirlər. Bunun Var-Ravvan
olduğu cavabını alan prokurator:
– Çox yaxĢı, – dedi, katibə tapĢırdı ki, bunu protokola
qeyd etsin və katibin qumdan qaldırdığı toqqanı əlində sıxıb,
təntənəli Ģəkildə dedi: – Vaxtdır!
ĠĢtirakçıların hamısı enli mərmər pilləkənlə, bihuĢedici
ətir saçan qızılgül kollarının arasıyla aĢağı, saray divarına,
sonunda YerĢalaimin cıdır meydanının sütunlar və
heykəlləri görünən daĢ döĢənmiĢ böyük, hamar meydana
çıxaran darvazaya tərəf getdilər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |