Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə14/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   151

 

69 


Dəstə  yalnız  bağdan  meydana  çıxıb  geniĢ  daĢ  eĢafota 

qalxanda  Pilat  qıyılmıĢ  gözləriylə  yuxarıdan-aĢağı  meydanı 

süzüb,  vəziyyəti  anlaya  bildi.  Ġndicə  keçdiyi,  yəni  saray 

divarından  daĢ  eĢafota  qədər  olan  sahə  boĢ  idi,  ancaq 

önündəki  meydanı  Pilat  artıq  görmürdü  –  onu  kütlə 

tutmuĢdu.  Əgər  üç  cərgə  düzülmüĢ  sebastiyalı  əsgərlər 

Pilatdan sol tərəfi və itureyalı yardımçı koqortanın əsgərləri 

sağ  tərəfi  saxlamasaydı,  kütlə  daĢ  eĢafotun  özünü  də,  boĢ 

sahəni də doldurardı. 

Pilat  lazımsız  toqqanı  qeyri-ixtiyari  ovcunda  sıxaraq, 

gözlərini qıyıb daĢ eĢafota qalxdı. Prokurator gün düĢdüyünə 

görə  gözlərini  qıymamıĢdı,  yox!  Nə  üçünsə  məhkumları 

görmək  istəmirdi,  ancaq  indi  onun  arxasınca  edam 

meydançasına çıxarılacaqlarını da gözəl bilirdi. 

Qıpqırmızı  astarlı  ağ  plaĢ  insan  dənizi  üzərindəki 

sıldırımda görünən kimi səs dalğası Pilatı vurdu: "Ha-a-a..." 

Haradasa uzaqda, hippodromun dərinliklərindən doğulan bu 

zəif  səs  sonra  gurultuya  çevrildi  və  bir  neçə  saniyə  davam 

edib  sönməyə  baĢladı.  "Məni  gördülər",  –  prokurator 

düĢündü. Səs dalğası sönməyə macal tapmamıĢ birdən yenə 

downloaded from KitabYurdu.org



 

70 


artmağa  baĢladı  və  əvvəlkindən  yüksəyə  qalxdı,  ikinci 

dalğada, dəniz kükrəyəndə köpük üzə çıxdığı kimi, fit səsləri 

ucaldı  və  gurultunun  içindən  qadın  iniltiləri  eĢidildi. 

"Məhkumları  da  edam  meydançasına  çıxardılar...  –  Pilat 

fikirləĢdi,  –  inilti  də  ona  görədir  ki,  izdiham  qabağa 

yeriyəndə bir neçə qadın ayaq altında qaldı". 

O,  bir  müddət  gözlədi,  çünki  izdiham  öz  içindəkiləri 

püskürüb sakitləĢməyincə, onu heç bir qüvvəylə susdurmaq 

mümkün olmayacağını bilirdi. 

Həmin an yetiĢəndə prokurator sağ əlini yuxarı qaldırdı 

və səs-küy tamam yatdı. 

Onda  Pilat  isti  havanı  bacardığı  qədər  sinəsinə  yığıb 

qıĢqırdı  və  onun  səsi  minlərlə  adamın  baĢı  üstündə 

dalğalandı: 

– Qeysər imperator adından! 

Kəsik-kəsik 

bağırtılardan 

qulaqları 

batdı 

– 

koqortalardakı  əsgərlər  nizə  və  bayraqlarını  yuxan  ataraq 



hayqırdılar: 

– YaĢasın qeysər! 

downloaded from KitabYurdu.org



 

71 


Pilat baĢını qaldırıb günəĢə baxdı. Gözlərində yaĢıl alov 

oynadı,  bu  alov  beynini  qaynatdı  və  xırıltılı  arami  sözləri 

ətrafa yayıldı. 

– YerĢalaimdə  adam  öldürdüyünə,  qiyama  çağırıĢa, 

qanun və etiqadımızı təhqir etdiyinə görə həbs olunmuĢ dörd 

cinayətkar  rüsvayçı  edama  –  dar  ağacından  asılmağa 

məhkum  edilib.  Bu  edam  indi  Keçəl  Dağda  olacaq! 

Cinayətkarların  adı  –  Dismas,  Hestas,  Var-Ravvan  və  Qa-

Nosridir. Budur, onlar sizin qarĢınızdadır! 

Pilat  cinayətkarları  görməsə  də,  əliylə  sağ  tərəfi 

göstərdi,  çünki  onların  harada  lazımsa,  orada  olduqlarını 

bilirdi. 

Ġzdiham  heyrətdən,  ya  rahatlandığına  görə  uğuldadı. 

Uğultu yatanda Pilat sözünə davam etdi: 

– Ancaq  onların  yalnız  üçü  edam  olunacaq,  çünki 

qanuna  və  adətə  görə,  Pasxa  bayramı  münasibətilə 

məhkumlardan  birinin  mənfur  həyatını,  Kiçik  Sinedrionun 

seçimi  və  Roma  hakimiyyətinin  təsdiqiylə,  alicənab  qeysər 

imperator onun özünə qaytaracaq! 

downloaded from KitabYurdu.org




 

72 


Pilat  sözləri  qıĢqırdıqca  uğultunun  dərin  sükutla  əvəz 

olunduğunu hiss edirdi. Artıq heç bir səs-səmir eĢidilmirdi, 

hətta elə bir an gəlib çatdı ki, Pilat, ümumiyyətlə, ətrafda hər 

Ģeyin  yoxa  çıxdığını  düĢündü.  Nifrət  bəslədiyi  Ģəhər 

ölmüĢdü, bircə o, günün altında üzünü göyə tutub qalmıĢdı. 

Pilat bir az susub, sonra qıĢqırdı: 

– Ġndi  sizin  qarĢınızda  azadlığa  buraxılacaq  adamın 

adı... 


Ad  çəkməmiĢdən  əvvəl  heç  nəyi  unutmadığına 

əminolmaq üçün yenə gözlədi, çünki həmin xoĢbəxtin adını 

çəkəndən  sonra  ölü  Ģəhərin  diriləcəyini  və  baĢqa  sözlərin 

eĢidilməyəcəyini bilirdi. 

"Qurtardımı?  –  Pilat  öz-özünə  pıçıldadı.–  Qurtardı. 

Ad!" 


Və "r" hərfini uzadıb, sükut çökmüĢ Ģəhərə qıĢqırdı: 

– Var-Ravvan! 

Bu  zaman  ona  elə  gəldi  ki,  günəĢ  baĢı  üstündə 

cingiltiylə  çilikləndi  və  qulaqlarına  od  doldu.  Bu  odda 

bağırtı, çığırtı, inilti, qəhqəhə və fit səsləri qaynayırdı. 

downloaded from KitabYurdu.org




 

73 


Pilat  çönüb,  büdrəməmək  üçün  ayağı  altındakı  ala-

bəzək  taxta  döĢəmədən  savayı  heç  hara  baxmadan  edam 

meydançasıyla geriyə, pilləkənə sarı getdi. O bilirdi ki, indi 

edam  meydançasına  bürünc  pullar,  xurmalar  dolu  kimi 

yağır,  izdiham  çaxnaĢır,  adamlar  bir-birini  itələyir,  bir-

birinin  belinə  dırmaĢırlar  ki,  möcüzəni  –  artıq  ölümün 

pəncəsində  olan  adamın  necə  qurtulduğunu  öz  gözləriylə 

görsünlər! Legionerlər istintaq zamanı burulmuĢ qollarından 

kəndiri  açanda  ağrının  Ģiddətindən  üz-gözünü  qırıĢdırıb 

ufuldasa  da,  məhbusun  mənasız,  gic  bir  təbəssümlə  necə 

gülümsədiyini görsünlər. 

O  bilirdi,  elə  bu  vaxt  mühafizəçilər  qolları  bağlı  üç 

nəfəri  artıq  yan  pilləkənlərlə  düĢürürlər  ki,  onları  qərbə, 

Ģəhər  kənarına,  Keçəl  Dağa  aparan  yola  çıxarsınlar.  Yalnız 

edam  meydançasının  arxasında  Pilat  təhlükəsiz  olduğuna 

inandığından  baĢını  qaldırdı  –  məhkumları  daha  görə 

bilməzdi. 

Ġzdihamın  get-gedə  səngiyən  uğultusunu  prokuratorun 

edam  meydançasından  dediklərini  indi  arami  və  yunan 

dilində təkrar edən carçıların qıĢqırıqları batırmıĢdı. Bundan 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə