Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə10/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   151

 

49 


məhbusun  baĢı  harasa  yoxa  çıxdı,  əvəzinə  baĢqa  baĢ  peyda 

oldu. Bu daz baĢa qızıl tac qoyulmuĢdu, alnında dərini yara 

etmiĢ  və  məlhəm  çəkilmiĢ  yumru  xora  var  idi,  diĢsiz  ağzı 

büzüĢmüĢ,  alt  dodağı  sallanmıĢdı.  Pilata  elə  gəldi  ki, 

eyvanın  çəhrayı  sütunları,  aĢağıda,  bağın  arxasında 

YerĢalaimin uzaqdan görünən damları yoxa çıxdı və hər Ģey 

Kaprey bağlarının sıx yaĢıllığı içində itib-batdı. Qulaqlarına 

da  nəsə  olmuĢdu  –  uzaqlarda  çalınan  Ģeypurların  vahiməli 

səsi  gəldi  və  kiminsə  burnunda  təkəbbürlə  uzada-uzada 

dediyi  sözlər  aydınca  eĢidildi:  "Əlahəzrətin  ləyaqətinin 

toxunulmazlığı haqqında qanuna görə..." 

Bir-birinə 

bağlanmayan  qeyri-adi  qısa  fikirlər 

beynindən  ötüb-keçdi:  "Həlak  oldu",  "Həlak  oldular!.."  Və 

bunların  arasında  ən  cəfəngi  kiminsə  mütləq  –  kimin?!  – 

ölümsüzlüyə  qovuĢacağı  fikri  idi  və  həm  də  ölümsüzlük 

fikri, nədənsə, sonsuz kədər oyadırdı. 

Pilat  qarabasmadan  canını  güclə  qurtardı,  baxıĢlarını 

eyvanda  dolandırdı  və  yenə  qarĢısında  dayanmıĢ  məhbusa 

baxdı. 


downloaded from KitabYurdu.org


 

50 


– Qulaq  as,  Qa-Nosri,  –  prokurator  ĠeĢuanı  qəribə 

nəzərlə  süzdü,  onun  sifəti  acıqlı,  gözləri  narahat  idi,  –  sən 

haçansa  böyük  qeysər  haqqında  nəsə  demisən?  Cavab  ver! 

Demisən?..  Yoxsa...  demə...misən?  –  Pilat  "demə"  sözünü 

məhkəmədə lazım olduğundan bir az çox uzatdı və baxıĢıyla 

ĠeĢuaya, sanki, hansı fikri isə aĢılamağa çalıĢdı. 

– Həqiqəti demək həm asan, həm də xoĢdur, – məhbus 

dilləndi. 

– Mənə dəxli yoxdur, – Pilat boğuq, acıqlı səslə dedi, – 

həqiqəti demək sənin üçün xoĢdur, ya xoĢ deyil. Ancaq sən 

həqiqəti  deməli  olacaqsan.  Əgər  nəinki  qaçılmaz,  həm  də 

əzablı  ölüm  istəmirsənsə,  danıĢmamıĢdan  hər  sözünü  ölç-

biç. 

Ġudeyanın prokuratoruna nə olduğunu heç kim bilmədi, 



ancaq  o,  gün  iĢığından  daldalanırmıĢ  kimi  əlini  qaldırmağı 

özünə  rəva  gördü  və  həmin  əlini  qalxan  edib,  məhbusa 

baxıĢıyla nəsə iĢarə etməyə çalıĢdı. 

– Di cavab ver,  – o dedi,  – kiriaflı Ġudanı tanıyırsanmı 

və  əgər  qeysər  haqqında  danıĢmısansa,  ona  məhz  nə 

danıĢmısan? 

downloaded from KitabYurdu.org



 

51 


– Əhvalat  belə  olub,  –  məhbus  həvəslə  danıĢmağa 

baĢladı, – dünən axĢam mən məbədin yanında özünü Kiriaf 

Ģəhərindən  olan  Ġuda  kimi  qələmə  verən  bir  gənclə  tanıĢ 

oldum. O, məni AĢağı ġəhərdəki evinə qonaq apardı... 

– Xeyirxah  insandır?  –  Pilatın  gözlərində  iblisanə  bir 

təbəssüm yanıb-söndü. 

– Çox  xeyirxah  və  hər  Ģeyi  bilməyə  can  atan  adamdır, 

məhbus təsdiqlədi. – O, mənim fikirlərimə çox böyük maraq 

göstərdi, məni xoĢ üzlə qəbul elədi...  

– MəĢəllər yandırdı... – Pilat məhbusun ədasıyla acıqlı-

acıqlı dedi, bu vaxt gözləri parıldayırdı. 

– Bəli,  –  prokuratorun  məlumatlılığına  ĠeĢua  bir  az 

təəccübləndi,  –  dövlət  hakimiyyəti  haqqında  fikrimi 

söyləməyi xahiĢ etdi. Bu məsələ onu çox maraqlandırırdı. 

– Bəs sən nə dedin? – Pilat soruĢdu,  – yoxsa nə cavab 

verdiyini unutduğunu söyləyəcəksən? – artıq Pilatın səsində 

ümidsizlik var idi. 

– BaĢqa Ģeylərdən əlavə dedim ki, – məhbus bildirdi, – 

hər  bir  hakimiyyət  insanlar  üzərində  zorakılıq  alətidir,  vaxt 

gələcək  nə  qeysərlərin,  nə  də  baĢqalarının  hakimiyyəti 

downloaded from KitabYurdu.org



 

52 


olacaq.  Ġnsan  həqiqət  və  ədalət  səltənətinə  köçəcək,  orada 

heç bir hakimiyyətə ehtiyac qalmayacaq. 

– Sonra! 

– Sonra heç nə, – məhbus dedi, – bu yerdə adamlar içəri 

doluĢub əl-qolumu bağladılar və məni həbsxanaya apardılar. 

Katib  bir  kəlmə  də  olsun  buraxmamağa  çalıĢaraq, 

sözləri tələsik perqamentə yazırdı. 

– Dünyada 

insanlar 

üçün 


imperator 

Tiverinin 

hakimiyyətindən böyük və adil hakimiyyət olmayıb, yoxdur, 

olmayacaq da! – Pilatın kallaĢmıĢ xəstə səsi guruldadı. 

Prokurator,  nədənsə,  katibə  və  mühafizəçilərə  nifrətlə 

baxırdı. 

– Ağılsız  cinayətkar,  onun  haqqında  fikir  söyləmək 

sənin  iĢin  deyil!  –  Bu  yerdə  Pilat  qıĢqırdı:  –  Mühafizəçilər 

eyvandan çıxarılsın! – Və katibə sarı dönüb əlavə etdi: 

– Məni cinayətkarla tək qoy, bu, dövlət məsələsidir. 

Mühafizəçilər  nizələrini  qaldırıb,  nallı  çəkmələrini 

ahəngdar  Ģəkildə  yerə  vura-vura  eyvandan  bağa  çıxdılar, 

katib də onların arxasınca getdi. 

downloaded from KitabYurdu.org




 

53 


Eyvandakı  sükutu  bir  müddət  yalnız  fəvvarənin  səsi 

pozdu. Pilat xırda borularla qalxan suyun kasaya necə dolub 

daĢdığına, necə Ģırıltıyla töküldüyünə baxdı. 

Ġlk olaraq məhbus dilləndi: 

– Mən görürəm ki, kiriaflı gənclə danıĢdığıma görə nəsə 

bədbəxtlik baĢ verib. Ġgemon, hiss edirəm ki, ona fəlakət üz 

verəcək və mənim ona çox yazığım gəlir. 

DüĢünürəm ki, – prokurator qəribə tərzdə gülümsədi, – 

sənin  dünyada  kiriaflı  Ġudadan  daha  artıq  yazığın  gələsi  bir 

adam da var, onu Ġudadan betər fəlakət gözləyir. Demək, öz 

əqidəsinə  sadiq  olan  soyuqqanlı  cəllad  MarkSiçovulqıran, 

səni,  gördüyüm  kimi,  –  prokurator  ĠeĢuanın  eybəcər  hala 

salınmıĢ sifətini göstərdi, – moizələrinə görə döyən adamlar, 

dörd əsgəri öz əlaltılarıyla öldürən quldur Dismas və quldur 

Hestas,  nəhayət,  murdar  satqın  Ġuda  –  onların  hamısı 

xeyirxah insandır? 

– Bəli, – məhbus cavab verdi. 

– Və həqiqət səltənəti bərqərar olacaq? 

– Olacaq, igemon, – ĠeĢua inamla cavab verdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə