Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə22/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   151

 

109 


№-li ədəbiyyat komissiyasına zəng etdilər və əlbəttə, orada 

heç kimi tapmadılar. 

– O,  zəng  də  vura  bilərdi!  –  Deniskin,  Qluxaryov  və 

Kvant qıĢqırıĢdılar. 

Ax,  nahaq  da  qıĢqırırdılar:  Mixail  Aleksandroviç  heç 

yerə zəng vura bilməzdi. Qriboyedovdan çox-çox uzaqlarda, 

lampaların  gur  iĢıq  saçdığı  nəhəng  zalda,  bir  az  əvvəl  hələ 

Mixail Aleksandroviç adlanan Ģəxsdən qalan Ģeylər üç sink 

stola qoyulmuĢdu. 

Birinciyə  –  qolları  və  döĢ  qəfəsi  sınmıĢ,  çılpaq,  qanı 

qurumuĢ  bədən,  o  birisinə  –  qabaq  diĢləri  tökülmüĢ,  gur 

iĢığın  qamaĢdırmadığı  donuq  gözlü  baĢ,  üçüncüyə  isə  bir 

yığın cır-cındır. 

BaĢı  bədənindən  ayrılmıĢ  cəsədin  yanında  məhkəmə-

tibb  professoru,  patoloqoanatom,  onun  prozektoru,  istintaq 

müvəkkilləri və xəstə arvadının yanından çağırılmıĢ, Mixail 

Aleksandroviç 

Berliozun 

Massolitdəki 

müavini 


– 

ədəbiyyatçı Jeldıbin dayanmıĢdı. 

Jeldıbinin  arxasınca  gələn  maĢın  ilk  növbədə  istintaq 

müvəkkilləriylə  birlikdə  onu  ölənin  mənzilinə  apardı 

downloaded from KitabYurdu.org



 

110 


(təxminən, 

gecəyarısı 

olardı),  Berliozun  kağızlarını 

möhürləyəndən sonra hamılıqla meyitxanaya getdilər. 

Ġndi  mərhumun  yanında  dayananlar  məsləhətləĢirdilər 

ki,  necə  etsələr  yaxĢı  olar:  kəsilmiĢ  baĢı  boyuna  tiksinlər, 

yoxsa  bədəni  Qriboyedov  zalına  qoyub,  sadəcə,  mərhumun 

çənəsinə qədər örtük çəksinlər? 

Bəli,  Mixail  Aleksandroviç  heç  yerə  zəng  eləyə 

bilməzdi  və  Deniskin,  Qluxaryov,  Kvantla  Beskudnikov 

nahaqca özlərindən çıxıb qıĢqırırdılar. Düz gecəyarısı on iki 

ədəbiyyatçı  hamılıqla  üst  mərtəbədən  restorana  düĢdü. 

Burada yenə öz aralarında Mixail Aleksandroviçin qarasınca 

danıĢdılar:  eyvandakı  bütün  stollar  artıq  tutulmuĢdu  və  bu 

gözəl, ancaq bürkülü zallarda Ģam eləyəsi oldular. 

Və  düz  gecəyarısı  zalların  birində  nəsə  guruldadı, 

cingildədi, səpələnib dağıldı. O saat da nazik kiĢi səsi musiqi 

sədaları altında bərkdən qıĢqırdı: "Alliluyyaü". Bu, çalmağa 

baĢlayan  məĢhur  Qriboyedov  cazı  idi.  Tər  basmıĢ  sifətlər, 

sanki,  iĢıqlandı,  tavanda  təsvir  olunmuĢ  atlar,  elə  bil, 

canlandı,  lampaların  iĢığı,  sanki,  artdı  və  birdən  zənciri 

downloaded from KitabYurdu.org




 

111 


qırıblarmıĢ  kimi  hər  iki  zaldakılar  rəqs  eləməyə  baĢladılar, 

onların arxasınca da eyvandakılar rəqsə qoĢuldular. 

Qluxaryov  Ģairə  Tamara  Polumesyaçla  oynayırdı, 

Kvant  oynayırdı,  romançı  Jukolov  sarı  paltarlı  bir 

kinoaktrisa  ilə  oynayırdı.  Draqunski,  Cerdakçidə  oynayırdı, 

balaca  Deniskin  nəhəng  ġturman  Jorjla,  gözəl-göyçək 

memar ġemeykina-Qall onu bərk-bərk qucaqlayan ağ kətan 

Ģalvarlı yad bir adamla oynayırdı. Özləri də, dəvət olunmuĢ 

moskvalılarla,  gəlmələrlə  oynayırdılar,  kranĢtatlı  yazıçı 

Ġohann,  rostovlu,  deyəsən,  rejissordu,  yanağı  bənövĢəyi 

dəmrovlu  Vıtya  Kuftik  adlı  birisi,  Massolitin  poeziya 

bölməsinin görkəmli nümayəndələri, daha dəqiqi, Pavianov, 

Boqoxulski, Sladki, ġpiçkin və Adelfina Buzdyak, saçlarını 

boks vurdurmuĢ, çiyinlərinə pambıq astar qoydurmuĢ, hansı 

sənət 

sahibi 


olduqları 

bilinməyən 

cavan  oğlanlar 

oynayırdılar;  saqqalına  göy  soğan  yapıĢan  qoca  bir  kiĢi 

əyninə bürüĢmüĢ narıncı ipək paltar geyinmiĢ solğun bənizli 

qanmıĢ qızla oynayırdı. 

Ofisiantlar  tər  tökə-tökə  pivə  dolu  parçları  baĢları 

üstünə  qaldırıb  xırıltı  və  nifrətlə  qıĢqırırdılar:  "BağıĢlayın, 

downloaded from KitabYurdu.org



 

112 


vətəndaĢ!" Haradansa səsgücləndiriciylə əmr verirdilər: "Bir 

dənə  Karski!  Ġki  Zubrik!  Ağalar  üçün  Flyaka!"  Nazik  səs 

artıq  oxumurdu,  ulayırdı:  "Alliluyya!"  Cazdakı  qızılı 

zinclərin  səsi  qabyuyanların  mətbəxdə  üzüaĢağı  axıtdığı 

boĢqabların  hay-küyünü  hərdən  batırırdı.  Bir  sözlə, 

cəhənnəm. 

Və  gecəyarısı  həmin  bu  cəhənnəmdə  əyninə  frak 

geyinmiĢ,  xəncər  kimi  sivri  saqqallı  qaragöz  bir  kiĢi  qəfil 

eyvana  çıxdı  və  Ģahanə  baxıĢlarla  öz  səltənətini  süzdü. 

Mistiklər deyərdilər, deyərdilər ki, bir vaxtlar qəĢəng kiĢilər 

frak  geyinməzdilər, bellərinə  enli  dəri  qurĢaq bağlayardılar, 

qurĢaqdan tapançaların dəstəyi çıxardı, zil qara saçlarını isə 

al-qırmızı ipəklə çəkərdilər və üstündə kəllə Ģəkli olan, tabut 

kimi qara bayraq dalğalanan yelkənli gəmi onun komandası 

altında Qəraib dənizində üzərdi. 

Ancaq  yox,  yox!  Adamı  yoldan  çıxaran  mistiklər 

özlərindən  uydururlar,  dünyada  Qəraib  deyilən  dəniz 

yoxdur, orada cəsur dəniz quldurları üzmür və onları korvet 

qovmur,  top  mərmisinin  tüstüsü  dalğaların  üstünə  sərilmir. 

Heç nə yoxdur, heç olmayıb da! Budur, qurumuĢ cökə ağacı 

downloaded from KitabYurdu.org



 

113 


var, dəmir çəpər var və onun arxasında bulvar... Vazada buz 

əriyir,  qonĢu  stolda  kiminsə  qan  sağılmıĢ  hirsli  gözləri 

görünür  və  dəhĢət,  dəhĢət...  Ah,  mənim  allahlarım,  mənim 

allahlarım, zəhər verin mənə, zəhər! 

Və birdən stol arxasından səs qopdu: "Berlioz!" Dərhal 

caz susdu, elə bil, kimsə ona yumruğunu çırpdı. "Nə, nə, nə, 

nə?!" – "Berlioz!!!" Yerindən sıçrayan kim, qıĢqıran kim... 

Bəli,  Mixail  Aleksandroviç  haqqında  dəhĢətli  xəbər 

hamını  sarsıtdı.  Kimsə  vurnuxaraq  qıĢqırırdı  ki,  gərək  elə 

indi, elə buradaca kollektiv teleqram yazıb təcili yollasınlar. 

Ancaq  soruĢuruq:  nə  teleqram  və  hara?  Və  nə  üçün 

yollamaq?  Doğrudan,  axı  hara?  YastılanmıĢ  peysərini  indi 

prozektorun  rezin  əlcəkli  əllərinin  sıxdığı,  boynunu 

professorun  iynələdiyi  adamın  hansısa  teleqram  nəyinə 

lazımdır?  Ölüb  o  və  heç  bir  teleqram  ona  lazım  deyil.  Hər 

Ģey qurtarıb, teleqrafı boĢ yerə yükləməyək. 

Bəli, ölüb, ölüb... Ancaq axı biz sağıq! 

Bəli,  hamı  sarsılmıĢdı,  ancaq  yavaĢ-yavaĢ  həyəcan 

səngidi, kimlərsə  öz  stoluna  qayıtdı  –  əvvəl  xəlvətcə, sonra 

açıq-aĢkar  –  arağını  içib  üstündən  ağzına  yemək  aldı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə