Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə160/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   154   155   156   157   158   159   160   161   162

Rüfət Göyüşov 

Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, 

onların  razılaşması  üzrə  torpaq  orada  yerləşən  təsərrüfatla  birlikdə 

satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər (bax. AR 

MM, mad. 1282.2). 

Miras əmlak kimi, sadəcə, kənd təsərrüfatı təyinatlı torpaq deyil, 

bütövlükdə  kəndli  təsərrüfatı  ola  bilər.  Bu  cür  əmlaka  mürəkkəb 

əmlak  haqqında  qaydalar  tətbiq  olunur.  AR  MM-in  135.9-cu 

maddəsində  göstərildiyi  kimi,  əgər  müxtəlif  növlü  əşyalar  ümumi 

təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, 

bir  əmlak  (mürəkkəb  əmlak)  sayılırlar.  Mürəkkəb  əmlak  barəsində 

bağlanmış  əqdin  qüvvəsi,  əgər  müqavilədə  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Qanunverici 

aqrar sahədə sahibkarlıq fəaliyyətini  dəstəkləmək məqsədilə bu cür 

mürəkkəb  əmlakların  dağılmasının  qarşısını  alan  qaydalar  nəzərdə 

tutur.  Belə  ki,  əgər  kəndli  təsərrüfatı  həyət  təsər-  rüfatıdırsa  və 

həyətin sonuncu üzvü vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi 

əmlakı qanun üzrə vərəsələrə həyət təsərrüfatının dağılmaması şərti 

ilə  keçir  (bax.  AR  MM,  mad.  1285.1).  Həyətin  sonuncu  üzvünün 

vəsiyyətnamə  ilə  bir  neçə  vərəsə  təyin  etdiyi  halda,  ümumiyyətlə, 

torpaq  təsərrüfatına  aid  olan  qayda  tətbiq  edilməlidir,  yəni  bölgü 

nəticəsində  vərəsələrdən  hər  birinə  keçən  torpaq  sahəsi  həyat 

qabiliyyətli  təsərrüfatın  mövcudluğunu  təmin  etməlidir.  Miras 

şəriklərinin  razılaşması  üzrə  torpaq  və  orada  yerləşən  kəndli 

təsərrüfatı onların ümumi mülkiyyətində qala bilər. 

Əgər miras əmlak bölünə bilərsə, o zaman vərəsələr hər bir halda 

miras paylarının ayrılmasını tələb edə bilərlər. AR MM- in 1276-cı 

maddəsində  göstərildiyi  kimi,  hər  bir  vərəsə  həm  daşmar,  həm  də 

daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, 

bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan 

edilməsin. 

Mirasın  bölüşdürülməsi  ilə  əlaqədar  miras  şəriklərinin  üzərinə 

qanunvericiliklə müəyyən subyektiv vəzifələr də qoyulmuş 

486 



XXY fəsil. Mirasın qəbulu, qorunması və kreditorların təmin olunması 

dur.  Bu  vəzifələr  olduqları  yer  məlum  olmayan  vərəsələrin  yerinin 

müəyyən  olunması  və  onların  paylarının  ayrılması  ilə  əlaqədardır. 

Belə ki, AR MM-in 1300-cü maddəsində əksini tapan qaydaya görə, 

əgər  vərəsələr  arasında  olduqları  yer  məlum  olmayan  şəxslər 

vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi 

və  vərəsəliyə  çağırılması  üçün  ağlabatan  tədbirlər  görməyə 

borcludurlar. Ağlabatan tədbirlər dedikdə, vərəsənin bütün mümkün 

yaşayış yerlərinə, iş yerinə, yaxın qohumlarına, vərəsənin olduğu yer 

barədə  məlumat  verə  biləcək  ünvanlara  bildirişlərin  göndərilməsi 

nəzərdə tutulur. 

Əgər  vərəsəliyə  çağırılmış,  yerində  olmayan,  lakin  olduğu  yer 

müəyyənləşdirilmiş  vərəsə  mirasdan  üç  ay  ərzində  imtina  etməzsə, 

digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş 

göndərməlidirlər.  Bu  cür  vərəsə  bildirişdən  sonra  üç  ay  ərzində 

özünün  əmlak  bölgüsü  haqqında  razılaşmada  iştirak  etmək  arzusu 

barəsində  digər  vərəsələrə  məlumat  verməzsə,  digər  vərəsələr 

qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan 

vərəsənin payını ayıra bilərlər. Miras açıldıqdan sonra altı ay ərzində 

qaib  vərəsənin  olduğu  yer  müəyyənləşdirilməzsə,  yəni  göndərilmiş 

bildirişlər  bir  nəticə  verməzsə  və  mirasın  qəbulundan  imtina 

barəsində  ondan  bir  xəbər  alınmazsa,  digər  vərəsələr  AR  Mülki 

Məcəlləsinin  1301.2-ci  maddəsində  müəyyənləşdirilmiş  qaydada 

əmlakı bölüşdürə bilərlər. Göstərilən müddətlər mirasın qəbulu üçün, 

AR  MM-in  1246-cı  maddəsində  müəyyən  olunmuş  müddətlərə 

uyğundur. 

Miras  əmlakın  bərabərləşdirilməsi  ilə  əlaqədar  vərəsələrin 

subyektiv  hüquq  və  vəzifələri  bizim  qanunvericilikdə  çox  məhdud 

şəkildə  təqdim  olunmuşdur.  Iş  ondadır  ki,  AR  MM-in  cəmi  üç 

maddəsində  (1297-1299)  miras  əmlakın  bərabərləşdirilməsi  ilə 

əlaqədar qaydalar əksini tapır və bu da həmin institutun mahiyyətini 

açıqlamağa imkan vermir. Bu münasibətlərə aid olan 1295 və 1296-cı 

maddələr isə hər hansı bir səbəbdənsə qüvvədən düşmüşdür. 

487 



Rüfət Göyüşov 

Bu məsələnin təhlili məqsədilə Almaniya Mülki Nizamnaməsinə 

müraciət  edilməsinin  zəruri  olduğunu  düşünürük.  Almaniya  Mülki 

Nizamnaməsinin  5-ci  kitabının  2050-2057-ci  paraqrafları'  məhz 

miras  əmlakın  bərabərləşdirilməsi  ilə  əlaqədar  məsələlərin  təhlilinə 

həsr  olunub.  Həmin  qanunvericiliyin  2050-ci  paraqra-  fmda  əksini 

tapan qaydaya  görə, qanun üzrə vərəsəliyə  çağrılan vərəsələr miras 

əmlak  onlar  arasında  bölüşdürülərkən  miras  qoyandan  sağlığında 

ayırma  şəklində  aldıqları  əmlakı  nəzərə  almalıdırlar.  Nəzərə 

almalıdırlar  dedikdə,  yəni  bu  əmlakın  miras  əmlak  kütləsinə  daxil 

edilməsi  başa  düşülür.  Lakin  miras  qoyan  sağlığında  bu  ayırmalar 

haqqında ayrı qayda nəzərdə tuta bilər. 

Ayırma  şəklində  alınan  əmlak  dedikdə,  adətən,  təhsil  və  ya 

müalicə  üçün  verilən  pul,  gəlirin  əldə  olunması  üçün  verilən 

subsidiyalar,  övladının  evinin  təmiri  üçün  verilən  pul  və  s,  başa 

düşülür. Sadalanan əmlaklar miras əmlaka o zaman daxil edilə bilər 

ki, onlar miras qoyanın ümumi əmlak vəziyyətinə təsir etmiş olsun və 

bu  vəziyyətə  adekvat  olan  həddi  aşmış  olsun.  Miras  qoyanın 

sağlığında verilmiş digər əmlak ayırmaları hesaba alınmalı və onların 

siyahısı aparılmalıdır. 

Almaniya  Mülki  Nizamnaməsinin  2052-ci  paraqrafımn 

qaydalarına əsasən, əgər miras qoyan vəsiyyətnaməsində vərəsələrin 

paylarını  qanun  üzrə  vərəsəlikdə  müəyyən  olunan  paylar  şəklində 

müəyyən edərsə, o zaman vəsiyyət üzrə vərəsələr də eyni vəzifələri 

daşıyırlar.  Yəni  bu  halda  vəsiyyət  üzrə  vərəsələr  də  yuxarıda 

göstərilən qaydalara uyğun olaraq miras əmlakın bərabərləşdirilməsi 

məqsədilə  ayırma  şəklində  əldə  etdikləri  əmlakı  mirasa  daxil 

etməlidirlər. 

Bu prosesin əksi  də ola  bilər, belə ki,  miras qoyanın  vərəsələri 

uzun müddət ərzində miras qoyanın peşə və kommersiya fəa- 

' Гражданское уложение Германии. Пер. с. Нем. В.Бергман, науч. редактор - 

А.Л.Маковский и.др. - М.: Волтере Клувер, 2006, стр.512-513. 

488 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə