Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə154/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   150   151   152   153   154   155   156   157   ...   162

XXIV fəsil. Vərəsəliyin növləri 

məhv edilir. Əgər vəsiyyətnamə notariusa saxlanmağa verilmə- yibsə, 

o zaman vəsiyyətnamə vəsiyyət edən tərəfindən ləğv edilə bilər. 

Vəsiyyət  edən  vəsiyyətnamənin  dəyişdirilməsi  və  ləğv  edilməsi 

ilə əlaqəli iradəsini bir neçə dəfə, təkrar-təkrar həyata keçirə bilər. Bu 

hüququndan  istifadə  etməsi  ilə  əlaqəli  qanunverici  heç  bir 

məhdudiyyət  qoymamışdır,  bir  şərtlə  ki,  vəsiyyətnamənin 

etibarsızlığına səbəb olan hallar mövcud olmasın. Lakin qanunverici 

ləğv olunmuş vəsiyyətnamənin bərpası məqsədilə geriyə qayıtmanın 

mümkünsüzlüyünü  müəyyən  etmişdir.  Belə  ki,  sonradan  tərtib 

edilmiş  vəsiyyətnamə  ilə  ləğv  edilən  vəsiyyətnamə  sonradan  tərtib 

edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da 

bərpa oluna bilməz (bax. AR MM, mad. 1221). 

Vəsiyyətnamə  vəsiyyət  edənin  istəyi  ilə  yanaşı,  obyektiv 

səbəblərdən  də  qüvvədən  düşmüş  sayıla  bilər.  Bu  cür  obyektiv 

səbəblər  qismində  xeyrinə  vəsiyyətnamə  tərtib  edilmiş  şəxsin 

vəsiyyət  edəndən  tez  ölməsi;  vəsiyyət  edilmiş  əmlakın  vəsiyyət 

edənin sağlığında itirilməsi və ya onun tərəfindən özgəninkiləşdiril- 

məsi;  yeganə  vərəsənin  mirası  qəbul  etməkdən  imtina  etməsi  kimi 

hallar çıxış edir (bax. AR MM, mad. 1224). 



24.8.

 

Vəsiyyətnamənin etibarlılığı 

Qeyd etdiyimiz kimi, vəsiyyətnamə miras qoyanın iradəsinin əks 

olunduğu birtərəfli əqddir. Vəsiyyətnamə, miras qoyanın arzu etdiyi 

hüquqi nəticəni doğurması üçün, qanunvericilikdə müəyyən edilmiş 

qaydada  tərtib  edilməlidir.  Bu  qaydalar  vəsiyyətnamənin  subyekt 

tərkibinə, məzmununa, formasına və vəsiyyət edənin iradə ifadəsinin 

həqiqi iradəsinə uyğunluğuna görə müəyyən edilir. Qanunvericiliyin 

qeyd  olunan  tələblərini  pozmaqla  bağlanmış  vəsiyyətnamə 

etibarsızdır. Etibarsız vəsiyyət 

467 



Rüfət Göyüşov 

namə  isə  miras  qoyanın  arzu  etdiyi  hüquqi  nəticələri 

doğurmayacaqdır  və  əksinə,  qanunda  nəzərdə  tutulan  neqativ 

nəticələrə səbəb olacaqdır. 

Təbii ki, miras qoyanın sağlığında vəsiyyətnamənin etibarsızlığı 

barədə məsələ qalxa bilməz. Belə ki,  miras qoyan hər zaman tərtib 

etmiş olduğu vəsiyyətnaməni dəyişə və ya vəsiyyətnaməni ləğv edib 

yerinə yeni vəsiyyətnaməni tərtib edə və ya ümumiyyətlə, ləğv edib 

yenisini  tərtib  etməyə  bilər.  Vəsiyyətnamənin  etibarsızlığı  barədə 

mübahisələr mirasın açılmasından sonra qaldırıla bilər ki, bu zaman 

artıq  vəsiyyət  edən  həyatda  olmur  və  tərtib  etmiş  olduğu 

vəsiyyətnaməni dəyişmək və ləğv etmək imkanına malik olmur'. 

Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan 

hallar olduqda etibarsız sayılır (bax. AR MM, mad. 1225.1). Etibarsız 

əqdlər  mütləq  etibarsız,  yəni  əhəmiyyətsiz  və  nisbi  etibarsız,  yəni 

mübahisə edilən əqdlərə bölünürlər. 

Vəsiyyətnamənin  etibarsızlığına  səbəb  olan  hallardan  birincisi, 

vəsiyyətnamənin  subyekt  tərkibi  ilə  əlaqədardır.  Ümumi  qaydaya 

görə,  vəsiyyətnamənin  tərtib  edildiyi  məqamda  öz  hərəkətləri 

barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə 

edə bilən yetkinlik yaşma çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət 

edə  bilər.  Vəsiyyətnaməni  şəxsən  vəsiyyət  edən  tərtib  etməlidir. 

Vəsiyyətnamənin  nümayəndə  vasitəsilə  tərtibinə  yol  verilmir. 

Vəsiyyətnamədə  bir  miras  qoyanın  sərəncamı  olmalıdır. 

Vəsiyyətnamənin iki və  ya daha  çox şəxs tərəfindən birgə tərtibinə 

yol  verilmir.  Yalnız  ərlə  arvad  qarşılıqlı  vərəsəlik  haqqında  birgə 

vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın 

tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər. 

‘ Гражданское право; Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

3. М.: Проспект, 2003, с.576 

468 



XXIV fəsil. VərəsDİiyin növləri 

Göstərilən qaydaların pozulması ilə tərtib olunmuş vəsiyyətnamə 

əhəmiyyətsizdir.  Sadalanan  hallarda  birinin  təsdiq  olunması  artıq 

həmin vəsiyyətnamənin etibarsızlığı demək olacaqdır. 

Vəsiyyətnamənin  etibarsızlığına  səbəb  olan  ikinci  hal 

vəsiyyətnamənin  məzmunu  ilə  bağlıdır.  Vəsiyyətnamənin 

məzmunu  dedikdə,  vəsiyyətnamədə  əksini  tapan  şərtlərin  (miras 

qoyanın  sərəncamlarının)  məcmusu  başa  düşülür.  Bu  şərtlər 

qanunvericiliklə  müəyyən  olunmuş  tələblərə  cavab  verməlidir. 

Vəsiyyətnamənin şərtləri qanunçuluq qaydalarına və əxlaq tələblərinə 

uyğun olmalıdır. 

Vəsiyyətnamənin  məzmunu  başa  düşülən  və  aydın  tərzdə  tərtib 

olunmalıdır.  Qanuna  zidd  olan  vəsiyyət  sərəncamları,  habelə  aydın 

olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır (bax. AR MM, 

mad.  1225.2).  Vəsiyyətnamənin  məzmununda  nəzərdə  tutulan 

şərtlərin yerinə yetirilməsi mümkün olmalıdır. İcrası vərəsənin həyatı 

üçün təhlükəli olan sərəncamlar verilməməlidir. Əks halda bu həmin 

sərəncamların  etibarsızlığına  səbəb  olacaqdır.  AR  MM-in  1227-ci 

maddəsində  nəzərdə  tutulduğu  kimi,  vəsiyyət  sərəncamı  vərəsə 

tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə görə 

yerinə  yetirilə  bilmədikdə,  vərəsənin  iddiası  üzrə  etibarsız  sayıla 

bilər. 

Əqdlərin  etibarsızlığına  səbəb  olan  ümumi  şərtlərlə  yanaşı,  AR 



MM-in 1226-ci maddəsində konkret şərtlər də nəzərdə tutulmuşdur. 

Belə ki, 

a)

 

mirasda  olmayan  əşyaya  vərəsəliyə  çağırmağa  əsas  verən 



vəsiyyət sərəncamı etibarsızdır. Bu şərt hələ Roma hüququndan bizə 

məlum  olan  "heç  kəs  ona  məxsus  olmayan  hüquqlar  üzərində 

sərəncam verə bilməz" prinsipindən irəli gəlir

b)

 



əgər  kiməsə  miras  əmlakda  olmayan  pul  məbləği  vəsiyyət 

edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır; 

c)

 

vərəsənin  mirası  müəyyən  dövr  üçün  və  ya  miras  qoyanın 



öldüyü gündən deyil, sonralar alacağı barədə, habelə vərəsənin 

469 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə