Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə15/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   162

Rüfət Göyüşov 

quqi  hərəkətlərin  həyata  keçirilməsi  məqsədilə  müvafiq  iradə 

ifadəsini bildirməlidir və əgər sənədlərin  nüsxələrini özü götürərsə, 

AR  MM-in  647-ci  maddəsinin  tələblərinə  əsasən,  onda  onları 

Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim etməlidir. 

Qanunvericiliklə  müəyyən  olunmuş  tələblərə  lazımi  səviyyədə 

əməl edilməsi satıcının maraqlarına uyğundur. Belə ki, AR MM-in 

648.2-


 

ci  maddəsində  müəyyən  olunmuş  qaydaya  əsasən,  satılmış 

əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız 

daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. 

Dövlət reyestrinə daxil edilməsi anı daşınmaz əyanın alqı-sat- qısı 

müqaviləsinin  lazımi  qaydada  həyata  keçirilməsinin  son  həlqəsini 

təşkil edir. Belə ki, müqavilə notariat qaydasında təsdiq olunmasına 

baxmayaraq,  qanunverici  əmlakın  rəsmi  reyestrə  daxil  edildiyi  ana 

qədər satıcının və alıcının əşya ilə əlaqədar vəzifəsini müəyyən edir. 

Əgər tərəflərdən biri qeydiyyatın gecikdi- rilməsində təqsirlidirsə, o, 

bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir 

(bax. AR MM, mad.648.2). 

Yuxarıda  sadalanan  qaydalar  rəsmi  reyestrlərdə  qeydə  alınması 

tələb edilən daşmar əşyalara da müvafiq surətdə tətbiq edilir. 



1.7.

 

Tələblərin və digər hüquqların 

alqı-satqısı müqaviləsi 

Mülki hüququn obyektlərinə verilən anlayışa görə, əmlak və ya 

qeyri-əmlak  dəyəri  olan,  qanunvericiliklə  mülki  dövriyyədən 

çıxarılmamış  maddi  və  ya  qeyri-maddi  nemətlər  mülki  hüquq 

münasibətlərinin  obyektləri  ola  bilərlər.  Burada  qeyri-maddi  əmlak 

nemətləri dedikdə, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi 

fayda  və  ya  başqa  şəxslərdən  nəyi  isə  tələb  etmək  hüququ  vermək 

üçün nəzərdə tutulan tələblər və hüquqlar başa düşülür (bax. AR MM, 

mad. 135.6). 

46 



I fəsil. Alqı-satqı müqaviləsi 

Mülki dövriyyənin digər obyektləri kimi, tələblər və hüquqlar da 

alqı-satqı müqaviləsinin predmeti ola bilərlər. Ümumi qaydaya görə, 

güzəşt  edilməsi  və  ya  girov  qoyulması  mümkün  olan  tələbi  və  ya 

hüququ onun sahibi başqa şəxsin  mülkiyyətinə  verə bilər (bax. AR 

MM,  mad.193.1).  Tələblər  və  hüquqlar  dedikdə,  məsələn  bank 

hesabında  olan  pul  vəsaitləri  ilə  əlaqədar  əmanətçinin  banka  olan 

tələbləri, borc verilmiş pul vəsaitləri ilə əlaqədar kreditorun borcluya 

olan  tələbləri,  satılmış  əmtəəyə,  görülmüş  iş  və  xidmətlərə  görə 

kreditorun  borcluya  qarşı  tələbləri,  icarə  hüququ',  girov  və  ipoteka 

hüququ,  qiymətli  kağızlarla  təsdiqlənmiş  hüquqlar  və  s.  ola  bilər. 

Alqı-satqısı  qadağan  olunan  hüquqlara  servitut  hüququ,  uzufrukt 

hüququ, şəxsi xarakterli digər hüquqlar məsələn, aliment hüququ və s. 

aiddir. 


AR  MM-in  193.1-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya 

əsasən,  tələblər  və  hüquqlar  yeni  şəxsə  köhnə  sahibində  olduğu 

vəziyyətdə  keçir.  Lakin  bu,  tələblərin  və  hüquqların  müəyyən 

hissəsinin satılmasının istisna edilməsi demək deyildir. Tələblərin və 

hüquqların satıcısı malik olduğu tələblərin müəyyən bir hissəsini sata 

bilər. Məsələn, kreditor borcluya qarşı tələb hüquqlarının bir hissəsini 

özü  realizə  edir,  digər  hissəsini  isə  satır.  Göstərilən  normada 

toxunulan  əsas  məqam,  satılan  hissə  üzrə  tələblərin  və  hüquqların 

yeni  şəxsə  köhnə  sahibində  olduğu  vəziyyətdə  keçməsi  şərtinin 

müəyyən olunmasından ibarətdir. 

'  İcarə  hüquqlarının  alqı-satqısı  "Torpaq  bazarı  haqqında"  AR  Qanunu  ilə 

tənzimlənir.  Həmin  qanunun  8-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya  əsasən, 

Azərbaycan  Respublikasında  torpaq  üzərində  mülkiyyət,  istifadə  və  icarə  hüquqları 

mülkiyyətçilərin  və  ya  onların  vəkil  etdiyi  orqanların  qərarı  (şəxslərin  razılığı)  ilə 

bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Torpaqların və 

onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı torpaqların məqsədli təyinatının 

hüquqi rejimini, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivlərini nəzərə 

almaqla həyata keçirir. 



47 


Rüfət Göyüşov 

Qanunverici qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) 

ilə  bağlı  münasibətləri  onların  hər  birinə  aid  olan  xüsusi 

qanunvericiliyin  müddəalarına  müvafiq  olaraq  tənzimləyir. 

Tələblərin və hüquqların alqı-satqısı ilə əlaqədar AR MM-in 651-ci 

maddəsində  müəyyən  olunur  ki,  tələblərin  və  digər  hüquqların 

alqı-satqısma  əşyaların  alqı-satqısı  haqqında  göstərişlər  müvafiq 

surətdə  tətbiq  edilir.  Rəsmi  reyestrlərdə  qeydə  alınmış  daşınmaz 

əşyalara  və  obyektlərə  hüquqların  satıldığı  hallarda  Mülki 

Məcəllənin  daşınmaz  əşyaların  alqı-satqısı  haqqında  29-eu  fəslinin 

5-ei  paraqrafmm  maddələri  müvafiq  surətdə  tətbiq  edilir.  Bununla 

əlaqədar  digər  normativ  hüquqi  aktlarda  da  müvafiq  göstərişlər 

vardır. Belə ki, AR Torpaq Məcəlləsinin 7- ci bəndində göstərilir ki, 

vətəndaşların  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  torpaqlar, 

habelə  onlar  üzərində  istifadə  və  icarə  hüquqları  bilavasitə 

satıldıqda,  alqı-satqı  tərəflər  arasında  bağlanılmış  və  notarial 

qaydada  təsdiq  edilmiş  alqı-satqı  müqavilələri  əsasında  həyata 

keçirilir. 

Hüquqlar,  əşyalardan  fərqli  olaraq,  mülki  dövriyyənin 

qeyri-maddi  obyektləri  kimi  çıxış  etdikləri  üçün,  alqı-satqı 

müqaviləsi  çərçivəsində  özgəninkiləşdirilən  hüquqlara  mülkiyyət 

hüququnun  alıcıya  keçməsi  (ötürülməsi)  xüsusi  qaydalar  əsasında 

tənzimlənir. Əşyalarla əlaqədar onların növündən asılı olaraq əşyanın 

verilməsi,  çatdırılması,  göndərilməsi  satıcının  əşyanı  vermək 

vəzifəsinin  icrası  şərtini  müəyyən  etdiyi  halda  qeyri-  maddi 

obyektlərin  verilməsi  ilə  əlaqədar  fərqli  qaydalar  müəyyən  etməyə 

zərurət vardır. Belə ki, hüquqlara və tələblərə mülkiyyət hüququnun 

alıcıya  keçməsi  satıcının  vermək  vəzifəsini  lazımi  qaydada  həyata 

keçirtdiyi andan yaranır. Bu məqsədlə müəyyən olunan AR MM-in 

652-ci  maddəsində  göstərilir  ki,  hüququn  satıldığı  halda  göndərmə 

və qəbul hüququn keçirilməsindən (tələbin güzəştindən) ibarət olur. 

Satıcıda  olan  hüququn  əsaslandırılması  və  alıcıya  keçirilməsi 

xərclərini satıcı çəkir. Bu 

48 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə