Yazı qaydaları Akademik yazıya verilən tələblər


Nitqin kompozisiya quruluşu



Yüklə 32,03 Kb.
səhifə6/7
tarix13.01.2023
ölçüsü32,03 Kb.
#98543
növüYazı
1   2   3   4   5   6   7
z mövzu 20

Nitqin kompozisiya quruluşu
1. Giriş Vəzifələr.
• Mövzuya maraq oyadın;
• Auditoriya ilə əlaqə yaradın;
• Dinləyiciləri nitqi qavramağa hazırlayın. Diqqəti cəlb etmə üsulları.
- Müraciət;
- Çıxışın məqsədinin şərhi, məlumat verəcəyinizi nəzərdə tutduğunuz başlıca məsələlərin xülasəsi; - Dərdə şərik olma üsulu;
- Vəziyyətin qeyri-adiliyi; - Auditoriyanın maraqlarına istinad edilməsi; - İştirakçı olmaq üsulu; - Auditoriyaya məlum olmayan hadisələrə müraciət edilməsi;
- Coğrafi və hava şəraitinə istinad edilməsi; - Əvvəlki natiqin (natiqlərin) nitqinə (nitqlərinə) müraciət edilməsi;
- Nüfuzlu insanlara, yaxud auditoriyaya məlum olan informasiya mənbələrinə istinad edilməsi; - Öz şəxsiyyətinizə istinad edilməsi;
-Yumoristik ifadələr;
- Auditoriyaya suallar verilməsi.
2. Əsas hissə Vəzifələr:
- İnformasiya vermək;
- Öz nəzər nöqtənizi əsaslandırmaq;
- Auditoriyanı inandırmaq;
- Dinləyiciləri konkret hərəkətlərə yöənltmək;
3. Yekun Vəzifələr.
Deyilənləri cəmləmək;
• Nitqin mövzusuna marağı artırmaq;
• Söylənənlərin əhəmiyyətini bir daha qeyd etmək;
• Qarşıya vəzifələr qoymaq;
• Bilavasitə hərəkətə çağırmaq. Metodlar.
• Əsas problemlərin (nəticələrin) qısa təkrarı;
• Deyilənlərin ümumiləşdirilməsi;
Perspektivlərin göstərilməsi;
• İllüstrasiya edilmiş sonluq;
• Şüar.
Spontan və əvvəlcədən hazırlanmış nitq.
Ekspromt (spontan) çıxış etmək bacarığının inkişaf etdirilməsi Ekspromt (hazırlıqsız) çıxış etməyi öyrənmək üçün aşağıdakı çalışmaların tətbiq edilməsi məqsədəuyğundur:
• Mövzuların adlarını ayn-ayn kartoçkalara yazın, onları bir yerə toplayın və istənilən birini çıxarın;
• Mövzunu haqqında danışa biləcəyiniz qədər daraldın (heç nəyi qeyd etməyin. Bu çalışmamn bütün mərhələlərini fikrinizdə yerinə yetirin). Auditoriyanı nəzərə alın.
• Danışmaq istədiyiniz məsələnin əsas fikrini və bəndlərini ətraflı düşünün;
• Yekunun necə olacağına qərar verin - dinləyicilərə nəyi çatdırmaq istərdiniz, yaxud nitqi bitirərkən nə etmək istəyirsiniz;
• Danışmağa dinləyicilərə nə barədə danışacağınızı müəyyənləşdirməyə imkan verəcək əsas məsələdən başlayın;
• Fikrinizdə hazırlıq nitqin hazırlanması üçün tövsiyə edilən bəndlər üzrə olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, ekspromt çıxışlar zamanı vaxt daha az olur. Hazırlıq və giriş nitqi 15 saniyədən çox vaxt almamalıdır. Müvafiq təcrübə əldə etdikdən sonra siz onu 5 saniyəyə qədər azalda bilərsiniz.
• Hazır olduğunuzu hiss etdikdə ucadan danışmağa başlayın, danışdıqlarınızı diktofona yazmaq yaxşı olardı.
• Çıxışın təhlili zamanı aşağıdakı suallara cavab verin:
• Siz mövzudan kənara çıxmamısınız ki?
• Fikrinizdə tutduğunuz bəndləri işıqlandırmısınızmı?
• Nəticə qüvvətli idimi?
İclaslarda ekspromt çıxış zərurəti yarandığı zaman aşağıdakıları nəzərə almaq lazımdır:
• İclasın gündəliyini öyrənin. Sizi hansı bəndsə narahat edirmi? Bəndlərdən hansısa sizin gördüyünüz işlə bağlıdırım?
• İclasda kimlər iştirak edəcək? Onlardan kiminsə sizə aid gizli planları ola bilərmi?
• Hətta əgər bu iclasın gündəliyinə daxil deyilsə, hazırda üzərində işlədiyiniz, yaxud əvvəllər işləmiş olduğunuz, yaxud gələcəkdə işləmək istədiyiniz məsələləri nəzərdən keçirin. Son fakt və göstəricilərlə tanış olun.
Əgər sizə sual verilibsə...
Sualı başa düşdüyünüzə əmin olun. Onu başqa şəkildə ifadə edin, yaxud dəqiqləşdirməyi xahiş edin.
Gözlərinizi sual verəndən çəkin. Diqqətinizi demək istədiklərinizdə cəmləşdirin.
Əsas məsələləri sürətlə müəyyənləşdirin. Yekunu necə quracağınızı düşünün.
Ekspromtun ən yaxşı formalarından biri - əsas bəndlərin keçmişi, indini və gələcəyi əhatə etməsinin təmin olunmasıdır.
Əsas fikirlərinizi xüsusi məlumatlarla əsaslandırın. Əgər onlar əlinizdə deyilsə, bütün maraqlananlara onları daha sonra çatdıracağınızı söyləyin.
Sizin üçün ayrılmış vaxtdan sakitliyinizi qoruyaraq istifadə edin.
Mənasız sözlərdən, mövzudan kənara çıxmaqdan, üzrxahlıq etməkdən çəkinin, təəccüblənməyin, öz qüvvə və imkanlarınızı lazımınca qiymətləndirməmək kimi artıq hərəkətlər etməyin.
Dediklərinizi dəqiq yekunlaşdırın, yaxud sadəcə danışığınızı bitirin (belə bir ifadə var: «Qalxın, fikrinizi tutarlı söyləyin, sonra susun». Bu, yaxşı məsləhətdir. Ona əməl edin).

Yüklə 32,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə