Yazı qaydaları Akademik yazıya verilən tələblər


Digər yazı növləri ilə akademik yazı növü arasındakı fərq



Yüklə 32,03 Kb.
səhifə2/7
tarix13.01.2023
ölçüsü32,03 Kb.
#98543
növüYazı
1   2   3   4   5   6   7
z mövzu 20

Digər yazı növləri ilə akademik yazı növü arasındakı fərq.
Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır.
Şəxsi məzmunlu yazışmada – dost-tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal olur. Bu isə o deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı (durğu işarələrinin yerli-yerində işlənməsi) və yaxud qrammatik qaydaları gözləməyə o qədər də ehtiyac yoxdur (hərçənd bunlara əməl etsəniz, oxucunuz sizə minnətdar ola bilər).
 Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar üzərində qurulan münasibətlər fonunda olduğundan və siz də yazınızı ünvanladığınız şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz. Şəxsi məzmunlu yazı madan fərq i o araq, akademik yazıda proses xey i fərqli olur. Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.
 Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır. Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.
Akademik yazı ilə digər yazı janr rı arasında ikinci fərq isə nə akademik yazıdan gətirilən sitatlara bağlıdır.
 Əgər siz akademik yazıda hər hansı bir arqument irəli sürürsünüzsə, fikrinizi mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir.
Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.
Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qayda arına, punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir əxsdir və sizin nəyə i arə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir.
Bəhs etdiyimiz bu giri bö məsini yekun a dıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
1. Bu qayda və təcrübələr istifadə edilən ədəbiyyatlardan gətirilmiş sitatlarla dəstəklənən ideyaların təqdimatında müəyyən bir formal ardıcıllıq və ya struktura əsaslanmağa kömək edə bilər.
2. Akademik yazıda punktuasiya, qrammatika və orfoqrafiyanın ənənəvi qaydalarına əməl edilir.
3. Nəhayət, akademik yazı bir sıra digər şəxsi yazı formalarından fərqlidir, çünki o, təməl nəzəriyyələrlə bağlıdır, gündəlik həyatda idarəedici proseslərə və təcrübələrə səbəb olur.
Yadda sax ayın...
 Yazı işləri sizin mövzu üzrə daha dərin anlayışa sahib olmağınıza yardımçı olur.
 Bu işlər sizə hər hansı bir mövzunu daha dərindən və analitik şəkildə araşdırmaq imkanı yaradır.
Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.
 Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.
Lakin ...
 Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
 Onlar düşünmə və planlaşdırma tələb edir.
 Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.
 Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir. Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.

Yüklə 32,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə