Yazı qaydaları Akademik yazıya verilən tələblər


Akademik yazının planlaşdırılması



Yüklə 32,03 Kb.
səhifə4/7
tarix13.01.2023
ölçüsü32,03 Kb.
#98543
növüYazı
1   2   3   4   5   6   7
z mövzu 20

Akademik yazının planlaşdırılması.
Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür.
Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur.
Titul Vərəqi
• Titul vərəqi – qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə yazılmalıdır.
• Qısa başlıq –yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50 hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir.
• Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir.
• İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti
Mündəricat – Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.
Minnətdar ıq
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə kömək edən şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:
 Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən Professor Qurbanlıya və Dr. Nağızadəyə təşəkkür etmək istərdim. Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər. Məs., mən Professor Qurbanlıya ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq olduğuna görə təşəkkür edirəm. Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz.
 Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.
 Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib olar.
 Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır.
Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində “mən, mənim, mənə ...” kimi sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.
Abstrakt
Abstrakt bütün tezisinizin yekunu olub, akademik işinizin bütün əsas məqamlarını qısa şəkildə göstərir. Elmi işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa xülasəsidir və oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda saxlamaq lazımdır ki, onu yazınızın potensial oxucusu üçün yazırsınız və əksər oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı oxuyurlar.Abstrakt yazınızın nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz abstrakta elmi işinizə diqqət və maraq oyadacaq imkan kimi baxmalısınız.
Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan darlığı içərisində bütün elmi işi əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi yekunlaşdırmağa xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar və s. daxil olmaqla, əsas məqamlarını açmalısınız.
Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi göstərməkdir. Digər məlumatlar - tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr barədə iddialarınızı dəstəkləmək üçün lazımdır.
Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə ehtiva edir. O, önəmli detal və məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir qayda olaraq, abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma çox nadir hallarda bir səhifədən artıq olur.
Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı xeyli əvvəldən göndərmək tələb olunur.
Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır, yazıda olmayacaq heç bir məlumat abstrakta daxil edilməməlidir. Abstraktı yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin.
Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz müəyyən suallara cavab verir, o zaman niyə bu sualları abstraktda yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və mövzuya onların marağını cəlb edər.
Abstraktınızı bu şəkildə qura bilərsiniz:
1. Problemi bildirin.
2. Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin.
3. Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin.
4. Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin.
Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda tədqiqatın necə əks etdirilməsi barədə təsəvvür əldə etməkdir.

Yüklə 32,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə