Yazı qaydaları Akademik yazıya verilən tələblər


Çıxışa hazırlıq, nitqin kompozisiyasını hazırlamaq



Yüklə 32,03 Kb.
səhifə5/7
tarix13.01.2023
ölçüsü32,03 Kb.
#98543
növüYazı
1   2   3   4   5   6   7
z mövzu 20

Çıxışa hazırlıq, nitqin kompozisiyasını hazırlamaq.
Kütlə qarşısında çıxışlar
Kütlə qarşısında çıxış etmək bacanğı istənilən rəhbər işçinin fəaliyyətinin mühüm xüsusiyyətlərindən biridir. Bir çox insanlar təbii olaraq şifahi çıxış qabiliyyətinə malikdir. Onlar ekspromt şəkildə, heç bir çətinlik çəkmədən, istənilən anda, özünə və başqalanna xoş duyğular bəxş edərək nitq söyləyə bilir.
Lakin heç də hamı gözəl natiqlik xüsusiyyətlərinə malik deyil. Bir çoxlarını camaat qarşısına çıxmaq faktının özü qorxudur. Onlar tribunaya çıxıb fikirlərini gözəl şəkildə ifadə etməyi səmimiqəlbdən arzulayırlar, lakin bunu etmək onlar üçün çətindir.
Müvafiq nəzəri bilik, məşqlər və təcrübə mövcud olduqda istənilən insan dinləyicilər tərəfindən müsbət qiymətləndirilib yadda saxlanacaq nitq söyləyə bilər. Ancaq belə çıxışlara hazırlıq zəhmət və bilik tələb edir.
Çıxış zamanı davranış
Auditoriyaya köklənin. Nitqinizin məzmununun onun maraqlarına cavab verib-vermədiyini müəyyənləşdirin. Uyğunsuzluq aşkar etdikdə «qarşılıqlı anlaşma körpüləri salmağa» səy göstərin.
Çıxış zamanı inamlı olaraq, söylədiyiniz ideyalara möhkəm inam nümayiş etdirin.
Çıxışa başlamazdan əvvəl auditoriyanı nəzərdən keçirin, dinləyicilərin sizin söyləyəcəklərinizi qəbul etməyə hazır olduğunu yəqin edin. Yalnız sakitlik yarandıqdan sonra danışmağa başlayın.
Nitqi auditoriyaya qısa müraciətlə başlayın, ondan sonra ani, ehtiyac olduqda isə daha uzun fasilə gəlməlidir.
Giriş sözü bərkdən deyilməməlidir. Bu, çıxışın gedişinə daha yaxşı nəzarət etməyə və auditoriyanın diqqətini cəlb etməyə kömək göstərər. Nitqin dəqiqliyinə nəzarət edin. Nitq nə çox sürətli, nə də çox yeknəsəq olmamalıdır.
Çıxış zamanı baxışlarınız dinləyicilərə yönəlmiş olmalıdır. Sizə yönəlmiş baxışlardan gözlərinizi qaçırmayın, bir nöqtəyə baxmayın. Auditoriyanın reaksiyasını müşahidə edin.
Əgər indicə söylədiyiniz sözlərin dinləyicilərdə canlanma yaratdığını görürsünüzsə, toxunduğunuz mövzunu inkişaf etdirməyə səy göstərin. Bu, auditoriyanı ələ almağa və müsbət münasibət qazanmağa yardım edər. Yalnız dinləyicilərin müsbət münasibətinə nail olduqdan sonra başlıca məsələnin şərhinə keçin.
Bütün çıxış boyu özünənəzarəti unutmayın. Heç bir halda nitqi söyləməkdə çətinlik çəkdiyinizi, yorulduğunuzu, yaxud hansı anlarda isə inamsız olduğunuzu hiss etdirməyin.
Hətta yerdən təhrikedici səslər gəlirsə, diskussiyaya girməyin. Təhrikedici çağırışlar sizi özünüzdən çıxarmamalıdır. Söyləyin ki, çıxışı bitirdikdən sonra istənilən suala cavab verməyə hazırsınız. Bununla siz diskussiyaya hazırlaşmaq üçün vaxt qazanmış olacaqsınız. Həm də çıxışınızın sonrakı gedişində diskussiyaya səbəb olacaq bəzi suallar aradan qalxa bilər.
Çıxışın çətin anlarında xüsusilə inamla, hər sözü intonasiya ilə söyləyərək danışmaq lazımdır. Auditoriya üçün xoşagəlməz ola biləcək ifadələri aydın nümunələrlə möhkəmləndirmək lazımdır. Bu mövzuya toxunmağa sizi zərurətin məcbur etdiyini mütləq qeyd etməyi unutmayın. Sərt sözləri auditoriyanın ünvanına deyilmiş bir neçə xoş sözlə yumşaltmaq faydalı olar.
Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, səsinizi alçaldın, sonra tədricən yüksəldin.
Ümumiləşdirici nəticələr nitqin məzmunu ilə məntiqi şəkildə əlaqələndirilməlidir. Nitqi bitirərkən dinləyicilərə diqqətlərinə görə təşəkkür etməyi unutmayın.

Yüklə 32,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə