Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

görmək əvəzinə – qoy lap mükəmməl və sadə qadın olmasın, amma canlı olsun – bu kişi romantik 

şairlərin ifadə etdiyi kimi, mələk axtarışına çıxır, özü isə vəhşiləşir.   

Olur ki, öz həmyaşıdı tərəfindən peşman edilən gənc kişi qırxyaşlı qadınla yaxınlıq etməyə başlayır. 

Qadın duyğularını bəzəyən sezilməz ana nəvazişi həmin qadının ona qarşı daimi nəvazişində kişiyə 

inam aşılayır. Üstəlik də, qadın özünün yaşlı olduğunu və qocalığın çox da uzaqda olmadığını dərk 

edərək öz gənc sevgilisini yanında saxlamaq üçün bütün qüvvəsini sərf edir, dəridən-qabıqdan çıxır. 

Cavanlıqda özündən xeyli yaşlı olan qadınla sevgi əlaqəsinə girən Balzak bütün ömrü boyu özünə 

inamını və bir qədər sadəlövh lovğalığını – çətin həyati döyüşlərdə ona xidmət göstərmiş keyfiyyəti 

qoruyub saxlamışdı. Bunun üzərinə onu da əlavə edin ki, otuz beş, yaxud qırx yaşlı qadın ömür 

yollarında ortaya çıxan çətinliklər barədə heç nə bilməyən gənc qızla müqayisədə həyatda daha etibarlı 

bələdçi olacaq. Amma bir məsələ də var ki, belə ittifaqlarda vaxt ötdükcə tarazlığı qoruyub saxlamaq 

daha çətinliklə başa gəlir.   

Xoşbəxtlik üçün ən münasib ittifaq isə bir-birinə şəksiz sadiq olan, öz məhəbbətinə son dərəcə namusla 

yanaşan, nəyin bahasına olursa-olsun, qarşılıqlı anlaşmanı qoruyub saxlamağa can atan, təxminən, eyni 

yaşlı kişilərlə qadınların (kişi bir qədər böyük də ola bilər) ittifaqı olur. İlk məhəbbəti bütün həyat 

boyunca yaşatmaq – bundan gözəl nə ola bilər! Bundan ötrü qızlar başqa kişilərə qaş-göz süzdürmək, 

necə deyərlər, onlarla oynaqlaşmaq məmnunluğun dan imtina etməlidirlər. Aydındır ki, bu çox da asan 

iş deyil. Amma bəlkə də, Bayronun bədxahlıqları barədəki hekayət yüngülməzaclıqda və ilk baxışda 

zərərsiz kimi görünən işvəkarlığın arxasında hansı təhlükələrin gizləndiyini onlara izah edər. İstedadlı 

adamın və ümumiyyətlə, istənilən adamın ilk məhəbbəti olmaq necə də dəhşətli məsuliyyətdir, xanım! 

Əlvida.   

 

GÖZƏL MUSİQİ   



 

Kənd mənim necə də xoşuma gəlir! Kənd yerinin dincliyi necə də ürəyimcədir! Və bir də bu sakitlik. 

Əminsən ki, uzun yay günündə nə telefon zəngləri, nə də müştərilər səni qəddarcasına 

didib-parçalamayacaq. Budur o – yenidən əldə olunmuş zaman. Şəhərlərdə biz, onsuz da, az olan 

qiymətsiz və təkrarsız günlərimizi uf demədən bada veririk; həyatımızın cəmi-cümlətanı bircə andan 

ibarət olduğunu unudur və bu qısa anı daha gözəl, daha təkmil etmək fürsətini nəzərdən qaçırırıq. Bu 

fasiləsiz biçin mənzərəsinin önündə, bu sidr ağacının, bu yüzillik cökələrin, axşamlar ulduzlu göylərin 

altında dəqiqələr, nəhayət ki, məna kəsb etməyə başlayır.   

Burada bizim dostlarımız vallar və kitablardır. Onlar bir-birini heyrətamiz dərəcədə tamamlayır. Dünən, 

sifariş olunmuş ön sözünü yazmağa başlamazdan öncə mən Tolstoyun «Kreyser sonatası»nı bir də 

oxudum. Bu, favn temperamenti ilə – daim qadın bədənini əldə etmək ehtirası və təmkinli olmağı tələb 

edən sərt əxlaq arasındakı münaqişənin təsiri altında yazılmış od püskürən qeyri-adi bir povestdir. 

Epiqraf İncildən, Matfeyin sözlərindən götürülüb: «Mən isə sizə deyirəm, o kəs ki qadına tamah salır, 

ona ehtirasla baxır, o adam artıq öz qəlbində zinakarlıq etmiş olur». Tolstoy təsdiq edir: «Bəli, hətta bu 

qadın – onun öz arvadı olsa da; «ən pis ədəbsizlik – ər-arvad arasındakı ədəbsizlikdir». Biz poeziyanın 

zərif örtüyü ilə cismani sevginin heyvani tərəflərini ört-basdır edib gizlədirik, – Tolstoy əlavə edir, – 

biz şair yox, xalis donuzuq və yaxşı olardı ki, bunu biləydik. Xüsusən də bu, musiqinin bizə təlqin 

etdiyi erotik təsirdə özünü göstərir». Əsərin qəhrəmanı deyir:   

«Musiqi… yalnız qıcıqdır, amma bu qıcıqda nə etmək lazım olduğu bilinmir… Axı həmin adam, elə 

Kreyser sonatasını yazan Bethoven özü bu vəziyyətə nə üçün düşdüyünü bilirdi; bu vəziyyət onu 

məlum əməllərə sövq edib və buna görə də bu vəziyyətin ondan ötrü mənası varmış, mənimçünsə heç 

bir mənası yoxdur…   

O dəhşətli silah isə hər yoldan ötənin əlinə keçib. Misalçün, elə bu «Kreyser sonatası…» bəyəm 

dekolteli xanımların toplaşdığı qonaq otağında onu çalmaqmı olar?.. Yoxsa yerinə, vaxtına uyğun 

gəlməyən bir şəraitdə enerjinin, hisslərin oyadılması… öldürücü olmaya bilməz…» Bu sözləri dilə 

gətirən əbədi ər hiss edir ki, onun arvadı gec-tez onda bu cür duyğular oyadan skripkaçının ağuşunda 




peyda olacaq. Bu, həqiqətən də, baş verir və hirsindən gözü ayağının altını görməyən qəzəbli ər eynən 

qudurmuş vəhşi heyvan kimi öz arvadını öldürür.   

  «Əla kitabdır, – mən mütaliəni bitirəndən sonra fikirləşdim. – Nağılçılıqdan daha çox, bəlkə də, qəlbin 

fəryadıdır. Eynən «Samsonun qəzəbi» kimi sərt, coşqun bir poema. Amma bütün bunlar gerçək dirmi? 

Yəni musiqi beləmi günahkardır? Mən Bethoveni çox sevirəm (hazırda dəbə uyub onu təkrarçılıqda 

suçlayanların əleyhinə olaraq), lakin onun musiqisində heç vaxt şəhvani çalarlar sezməmişəm. Daha 

çox zəriflik, mərdlik aşılayan sakitləşdirici musiqidir; bəzən «Sevinc odası»nda olduğu kimi əzəmətli 

və möhtəşəm, bəzən də Simfoniya do minorun andan tesində olduğu kimi həzin və mülayim bir 

musiqidir…»   

Bizim şəhərkənarı evimizdə (İequdi Menuxin və onun bacısının ifasında) «Kreyser sonatası»nın valı 

var. «Özümüz əmin olaq», – mən qərara gəldim və biz axşamı Bethovenə həsr etdik.   

Tolstoy səhv edirdi. Bu sonata şəhvani və öldürücü deyil, lakin eyni zamanda onda bir möhtəşəmlik və 

ilahilik var. Hərdən o, məndə Forenin «Rekviyem»ində ecazkarcasına səslənən mələk xorunun xəyali 

xatirələrini oyadır. Gecə düşürdü. Biz qardaşla bacının duetinə qulaq kəsilərək qaranlıqda tərtəmiz, 

dupduru səslər dinləyirdik. Bu, qiyamət axşam idi. Belə gecəni bizə yalnız kənd bağışlaya bilər. 

Əlvida.   

 

SUYA ATILMAQ   



 

Sonsuz genişliklər – günəşin qarsaladığı çəmənlik və dərənin ortasında uyumuş, başdan-başa duman 

örtüyünə bürünmüş kənd qeyri-adi bir sakitlik içindədir. Bu səhər mən təzə kitab yazmağa başlayıram. 

Əlbəttə, deyə bilərsiniz ki, bunun sizə heç bir isti-soyuğu yoxdur və mən nahaq yerə elə düşünürəm ki, 

o qədər də böyük əhəmiyyət kəsb etməyən bir hadisə barəsində bütün urbi et orbi1-yə hay salmaq 

lazımdır. Bu işin dünya əhəmiyyətli bir iş olmadığını boynuma alıram və mən bu barədə yalnız ondan 

ötrü danışıram ki, bizlərdən hər birimiz üçün – sizin üçün də, mənim özüm üçün də faydalı olan şeydən 

ibrət götürək.   

Kitab yazmaq asan iş deyil, amma bundan da çətini – mövzu seçimidir. Roman, yaxud bioqrafik əsər 

müəlliflərinin qarşısında kefin istəyən qədər süjet mövcuddur. «Jorj Sandın həyatı» – çox şirnikdirici 

mövzudur, eləmi? Amma bu mövzunu yazmağa daha kimlər girişməyib. Aztanınan hansısa qəhrəmanı 

mövzu seçmək? Lakin bir amerikan naşiri mənə yazmışdı: «Çox az adamlar var ki,    həyatları bizim 

oxucuları maraqlandıra bilir. Bu – Həzrəti İsanın, Napoleonun, Linkolnun, Mariya Antuanettanın və 

daha iki-üç tarixi şəxsiyyətin həyatı ola bilər…» Aydındır ki, istənilən mövzuya orijinal yozum 

verməklə, yaxud indiyədək məlum olmayan materiallar əlavə etməklə onu yenidən işıqlandırmaq olar. 

Amma əgər bu mövzu sizə qədər artıq yüzlərcə tədqiqatçıda maraq doğurubsa, onda siz qalaq-qalaq 

məqalə və kitabların içində itib-batacaqsınız; və əksinə, əgər həmin mövzu başqaları tərəfindən 

işlənməyibsə, onda indiyə qədər çap olunmamış və çətin izah olunan sənədlər sizin nəfəsinizi kəsəcək.   

Bir sözlə, yazıçı kitab üzərində təzə-təzə işə başlayandaona elə gəlir ki, bu kitabı yazmaq 

qeyri-mümkündür. Bu – romana da, bioqrafik əsərə də eyni dərəcədə aiddir.   

«Bu hadisəni qələmə alımmı? Hə, olar, amma bu, mənim öz həyatıma yaman çox oxşayır… Onda, 

bəlkə, bu birini yazım? Bu da mümkündür, amma orada da dostlar özlərini tanıyıb inciyəcəklər… 

Bəlkə, bunu? Yox, bu mövzu elə də əhəmiyyətli deyil… Bəs bu necə? Amma bu da yaman 

qatma-qarışıqdır…» Burada yalnız bir əlac, bir vasitə var: başlamaq. Alen deyirdi: «Sadəcə, istəmək 

olmaz, etmək lazımdır. Elə ki adamı gündəlik məişət dənizinə atdın, – bu isə labüddür, – adam orada 

üzməyə başlayır». Sükan yalnız onda təsir göstərə bilər ki, qayıq suya buraxılmış olsun; suyun içində 

olsun. Qələmdən yapışmayınca yazmağı öyrənə bilməzsən. Bir çox işlərdə olduğu kimi, bu işdə də çox 

götür-qoy etmədən, uzun-uzadı düşünmədən suya atılmaq lazımdır. Yoxsa bütün ömrün boyu tərəddüd 

içində qalacaqsan. Mən istedadı şübhə doğurmayan bir çox adamlar tanıyırdım – onlar ömürlərinin 

sonuna qədər elə sahildə durub qaldılar və ölənəcən, bəlkə, min dəfə özlərindən soruşdular: «Görəsən, 

gücüm çatarmı?»   



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə