Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

Əgər yorulmaq bilmədən nəyəsə cəhd etsən, nəyəsə can atsan, güc mütləq tapılacaq. Çünki növbəti 

addım – inadkarlıqdır. Başladığın işi sona çatdırmaq barədə öz qarşında and içməlisən. Min səhifəlik 

kitab yazmaq qərarı əvvəlcə adama ağlasığmaz, əlçatmaz görünür. Halbuki il ərzində gündə üç səhifə 

yazmaq kifayətdir ki, işi başa çatdırasınız. «Viktor Hüqonun həyatı» kitabını yazmağı fikirləşəndə mən 

özümə qəti söz verdim ki, onun bütün əsərlərini və yazıçının yaradıcılığı haqqında nə yazılıbsa, 

hamısını oxuyum; bu, böyük zəhmətdir, amma bu iş görüləcək. Yolverilməz yanlışlıq o olardı ki, yolun 

yarısında dayanasan və özünə deyəsən: «Yox, bu çox ağır oldu! Qoy özümə bir az yüngül mövzu 

axtarım». Buz divarda pillələr oya-oya dik qayanın ortasına çatmış alpinist qəfildən daldalı dönə 

bilərmi? Onun xilası yalnız şücaətində ola bilər. Bu, bütün işlərə, o cümlədən yazıçılıq peşəsinə aiddir.   

– Lakin məndə, – siz deyə bilərsiniz, – yazmağa heç bir həvəs yoxdur.   

Tutaq ki, belədir. Amma siz, yəqin ki, nədəsə uğur qazanmaq istəyirsiniz, elə deyilmi? İdmanda, 

bağçılıq təsərrüfatında, təsviri sənətdə, katiblik işində, biçmə və tikiş işində və sair. Resept həmişə 

birdir: özünüzü necə ləng və ağır hiss etməyinizdən asılı olmayaraq işə başlayın və inadkarlıq göstərin. 

Siz təcrübənin, az qala, göydən düşdüyünə heyrət içində əmin olacaqsınız. Cəmisi altı ay qabaq siz 

rahat şose yolunda maşını çox çətinliklə idarə edirdiniz, bu gün isə Paris küçələrindəki yük maşınları və 

taksilər arasında onu asanlıqla sürə bilirsiniz. Mən yenidən böyük Alenə müraciət edirəm: «Tənbəllik – 

«lehinə» və «əleyhinə» olan hər bir şeyi hesaba vurmaqda, elə hey ölçüb-biçməkdədir; çünki götür-qoy 

etdiyin müddətdə bütün imkanlar bərabər görünür… Səhv etməyi, yıxılmağı və həm də bu vaxt 

təəccüblənməməyi bacarmaq lazımdır».   

«Hüqo»nun mənimçün sıldırım qaya olduğunu görsəm, mən də təəccüblənmərəm. Mən yıxılıram, 

amma hər necə olsa, yuxarı qalxmaqda davam edirəm. Əlvida.   

 

AHIL ƏR-ARVAD CÜTLÜKLƏRİ HAQQINDA   



 

Xanım, yaşa dolmuş ahıl cütlüklərin üç müxtəlif növü olur. Pisindən başlayaq – bir-birindən yorulmuş 

ər-arvad cütlüyündən. Qırxillik ər-arvad həyatı onları bir-birinə yaxınlaşdırmayıb. Onlar evlənərkən 

aralarında ümumi şeylər az idi, indi isə, demək olar ki, nədən danışmağa sözləri qalmayıb. Restoranda

masa arxasında lal-dinməz oturmuş və hətta bir-birinin üzünə bircə dəfə də gülümsəməyən belə 

cütlükləri tanımaq əsla çətin deyil. Görürsən biri digərini saya salmır, vecinə almır, hələ yaxşı ki, 

aralarında açıq düşmənçilik yoxdur. Bəs onlar niyə bir yerdədir? Ya buna vərdiş eləyiblər, ya 

ədəb-ərkan qaydalarına hörmət qoyurlar, ya hansısa ailə konformizminə görədir, ya ayrı mənzillər 

axtarmaq imkanında deyillər, ya da müstəqil yaşamağı bacarmadıqları ucbatındandır. Belələri aciz, 

bədbəxt ər-arvad cütlükləridir.   

İkinci növ cütlüklər nisbətən babatdır. Bu cütlüyü bir-birinə qarşı əsl sevgi duymayan (yaxud daha 

sevgi duymayan), lakin bir-birinə sadiq dost kimi qalan ərlər və arvadlar təşkil edir. Uzun illər dinc 

şəkildə, sakit tərzdə birgə, yan-yana yaşamaları onlardan hər birini inandırıb ki, hərçənd onu (kişini, 

yaxud qadını) nə zərif, nə də məlahətli adlandıra bilməzsən, bununla belə, o, digər vacib keyfiyyətlərə 

malikdir; ona etibar edib ürək qızdırmaq mümkündür; onun xasiyyəti yumşaqdır, bütün bu illər ərzində 

o, özgə günahları bağışlayıb və eyni zamanda öz günahlarını unutdurmağı da bacarıb. Bu cür cütlükləri 

hərdən birgə əldə etdikləri uğurlar, uşaqlara və nəvələrə məhəbbət hissi birləşdirir. Yaxın adamın 

iştirakı belə cütlükləri tənhalıqdan xilas edir, möhkəm düyünlər onları ətraf aləmlə bağlayır.   

Rəğbətə layiq üçüncü növ cütlüklər – yaşa dolmuş xoşbəxt ər-arvad cütlükləridir. İzdivac həyatında ən 

çətini – sevgini qurban verməməklə sevgidən dostluğa adlamaqdır. Burada mümkün olmayası bir şey 

yoxdur. Qaynar ehtiras atəşi bəzən uzun müddət sönmür, lakin bir-birini əsl məhəbbətlə sevən 

ər-arvadda «güllü naxışları bol olan bu gözəl ipək parça daha sadə, lakin eyni cür təmiz və nadir çalarlı 

elə başqa parçadan düzəlib ki, astarı üzdən üstün tutmaq istəyirsən». Belə izdivacda qarşılıqlı, üstəlik 

də, həyat yoldaşının dolğun biliyinə söykəndiyindən tam etimad hökm sürür və elə möhkəm bir bağlılıq 

olur ki, bu da sevimli varlığın qəlbindən keçənləri qabaqcadan oxumağa imkan verir.   

Belə cütlüklər üçün darıxdırıcılıq dəhşətli deyil. Ər öz arvadı ilə ünsiyyəti daha cavan, daha gözəl 




qadınlarla ünsiyyətdən üstün tutur və bu qarşılıqlıdır. Niyə? Çünki onlardan hər biri digərini məhz 

nəyin maraqlandıra biləcəyini çox yaxşı bilir; çünki onların    hər ikisinin zövqü o dərəcədə üst-üstə 

düşür ki, aralarında söhbət heç vaxt tükənmir. Bir vaxtlar sevgi görüşləri, toy marşına aparan dəqiqələr 

onlardan ötrü nə qədər qiymətli idisə, ikilikdə gəzintiləri də hazırda onlar üçün eynən o qədər 

qiymətlidir. Hər biri digərinin nəinki onu anlayacağına, həm də hər şeyi qabaqcadan başa düşəcəyinə, 

ürəkdən keçəni gözdən oxuyacağına əmindir. Onlar ikisi də tam eyni vaxtda eyni şeylər barəsində 

düşünür; hər biri digərinin mənəvi iztirabını, az qala, fiziki iztirab kimi keçirir.   

Sizi həyatda bircə dəfə də peşman etməyən və aldatmayan kişi ilə (yaxud qadınla) rastlaşmaq necə bir 

möcüzədir!   

Yaşlı ər-arvad cütlüyü bütün çətinlikləri dəf edərək şeytan tərəfindən çalxalandırılmış dənizi qəzaya 

uğramadan adlayandan sonra xoş dincliyin hökm sürdüyü sakit limana varid olur. Bu cür dinc 

ittifaqların rahatlığından gözəl heç nə ola bilməz. Və bu sevgi harmoniyasına yalnız ölüm düşüncəsi 

kölgə sala bilər. Bir-birinə ehtiraslı bağlılığın mayasında böyük məna var, lakin o, təhlükədən xali deyil, 

çünki söhbət bizə əziz olan varlığın həyatından gedəndə hər şey ortaya qoyulmuş olur. Axı insan elə 

kövrəkdir ki! Amma böyük məhəbbətin qarşısında hətta ölüm də gücsüzdür. Heç nə ilə ləkələnməmiş 

saf, təmiz xatirələr yaddaşda oyanarkən hüzn və tənhalıq anları şirin təskinliklə dolur. Bundan əlavə, öz 

ömürlərini xoşbəxt başa vurmuş yaşlı cütlüklər onları tanıyan, sevən, onlarla fəxr edən, qürur duyan 

insanların yaddaşından uzun müddət silinib getmirlər.   

Çox güman ki, siz deyəcəksiniz: «Aman Allah, siz axı neyçün mənə, gənc bir qadına yaşlı ər-arvad 

cütlüklərindən danışırsınız?» Hə, ona görə danışıram ki, gələcək lap nə qədər uzaqda olsa da, özünü 

ona hazırlamaq əsla günah deyil. Danışmağımın bir səbəbi də odur ki, bu bazar günü nəsə çox kədərli 

idi. Şəffaf, göyümtül və pərakəndə Paris dumanı bizim pəncərəmizdən görünən Bulon meşəsinin 

ağaclarını artıq başdan-başa solğun xəzan örtüyünə bürümüşdü. Əlvida.   

 

BƏS HARADADIR SƏADƏT?   



 

Əzizim, siz mənə sərt, hətta bir qədər amansız məktub yazmısınız. «Sizin nikbinlik haqqındakı 

məktubunuz məni bir qədər hövsələdən çıxarıb, – mənə yazırsınız. – Sağlamdüşüncəli bir adam bu 

səbatsız dünyada nikbin ola bilərmi? Bəlkə də, siz özünüzü xoşbəxt sayırsınız, əslində isə mən sizə 

deyirəm ki, siz də hamı kimi bədbəxtsiniz. Bir fikirləşin, əvvəlcə sizi lapdan götürüb zülmət qaranlıqda 

fırlanan sudan və qurudan ibarət bu kürənin içinə atırlar və müəyyən vaxtdan, Yer orbitində dəqiq 

hesablanmış dövriyyədən sonra siz ölməlisiniz. Bunu bilə-bilə sakit və razı qalmaq mümkündürmü? 

Siz təsdiqləyirsiniz ki, guya, həyatda kifayət qədər uğurlara nail olmusunuz və sizin bütün ciddi 

istəkləriniz gerçəkləşib. Mənim zavallı dostum, siz bunun belə olduğuna inanmaq istəyirsiniz, amma 

özünüz məndən heç də pis bilmirsiniz ki, yeniyetməlik arzularınız sizi xeyli yüksəklərə qaldırıb. Siz 

əmin edirsiniz ki, guya, arvadınız sizə bütün qadınlardan daha xoş gəlir və siz ailə həyatında əsl 

xoşbəxtlik tapmısınız? Yetər! Bir az səmimi olun! Adamın heç inanmağı gəlmir. Boynunuza alın ki, 

nikaha sadiqliyi qorumaq xatirinə məhrum olduğunuz əyləncələrin siz bəzən təəssüfünü çəkirsiniz. 

Yaxşı yadıma düşdü, sizin hədsiz çox sevdiyiniz Viktor Hüqonun «Bəs haradadır səadət?» adlı gözəl 

bir şeri var. O şeirdən aydın olur ki, sizin ötəri səadətiniz – əslində, müsibətlərin uzun bir sırasıdır; 

vur-tut uzun bir sırası:   

 

Biz bu yolu kədərlə adladıqca anladıq:   



Beşik necə işıqlı!.. Qəbir necə qaranlıq!..   

Doğulduq – qarşımızda uzun bir yol, tükənməz!   

Böyüdük – nə yazıq ki, uşaqlıq geri dönməz.   

Qocalıqda yanırıq gəncliyin ötdüyünə,   

Öləndə də – həyatın ömürlük bitdiyinə!..   

Bəs hardadır səadət, harda? – sordum əlbəəl.   




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə