Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

özünüzə rəva görmürsünüz. «Non otium sed negotium»1 – sizin üçün təkcə el məsəli deyil, həm də 

qanundur. Sizin şəhərkənarı evinizin hər otağında telefon aparatı var, hətta ev həkiminin hərdənbir 

heydən düşmüş üzgün bədəninizi batırmağı məsləhət gördüyü hovuzun qırağında da. Sizin pulunuz o 

dərəcədə çoxdur ki, məzənnənin enə biləcəyinin, yaxud valyutanın dəyərdən düşəcəyinin mümkün 

ehtimalı sizi daimi təlaşda saxlayır. Haçansa siz kitab oxumağı və musiqini xoşlayırdınız; siz indi 

onlara da həvəsinizi itirmisiniz. İndi dünyanın ən yaxşı aşpazı sizin qulluğunuzdadır, siz isə bədbəxt, 

kasıb ananızın kənddə sizinçün bişirdiyi kələm supunu kədərlə xatırlayırsınız. Davam edin, Peyrates, 

öz işinizi davam etdirin və ondan ləzzət alın. Limanları təchiz edin, yeni-yeni aviaxətləri 

maliyyələşdirin, radiostansiyalar və atom reaktorları tikin. Elmin uğurları, xoşbəxtlikdən, özünüzü bu 

qədər boş məşğuliyyətlərlə məhv etmək üçün sizə yeni imkanlar bəxş edir. Əgər birdən sizə təsadüfən 

öz şəxsi qayğılarınız kifayət etməsə, o halda dövlət işləri sizin qulluğunuzdadır. Siz idarəçilik 

peşəsində həddən artıq püxtələşmisiniz və məmnuniyyətlə təsdiq edirsiniz ki, sizin kimi adamlar 

hakimiyyətin başında dayansaydı, ölkədə işlər daha yaxşı gedərdi. Hə, Peyrates, görünür, biz bunu belə 

başa düşməliyik: ölkəni o tərzdə idarə etmək lazımdır ki, bundan sizin var-dövlətiniz daha da artsın, 

sərvətiniz aşıb-daşsın, eləmi?»   

Amma hər necə olsa da, Peyrates qocalır və mən, nəhayət ki, onu ilk dəfə, demək olar, məmnun 

görürəm. Məsələ orasındadır ki, Peyratesin başına dahiyanə bir fikir gəlib. Öz uşaqlarını (yeri 

gəlmişkən, Peyratesin onlardan zəhləsi gedir) vərəsəliyə daxil edilmə ilə əlaqədar olan məsrəflərdən 

qismən xilas etməkdən ötrü öz qulluqçularından birinin adına notariat kontoru açıb, həmin qulluqçu 

öhdəlik götürüb ki, əldə olunan qonorarları Peyratesin ailəsinə qaytarsın. Bax bizim qəhrəmanımızın ən 

parlaq fırıldaqlarından biri budur və Peyrates bu işi başa çatdırdığına imkan tapmasından sevinir, çünki 

o, həyatla vidalaşmaqda ikən artıq zəruri kağızları imzalayıb. Bu gün səhər mən öyrəndim ki, o ölüb.   

Amma Peyrates, ümumiyyətlə, yaşamışdımı? O, iş işləmişdi. Bu isə tamam başqa şeydir.   

 

Bu yazı dərəcə almaq istəyənlərin adlarını bilməyən müəllim tərəfindən oxunmuşdu. Mənə «18» bal 



qoyulmuşdu, querida və inanın ki, mənim sevincimin, qürurumun həddi yox idi. Əlvida.   

 

 



EGERİYALAR HƏLƏ DƏ MÖVCUDDURMU?   

 

Amerika sosioloqları statistikanı çox xoşlayırlar və müxtəlif sorğulara bərk inanırlar. Görünür, bu, 



ondan irəli gəlir ki, onların ölkəsində həmin işə ciddi yanaşılır. Hər kəs dəridən-qabıqdan çıxır ki, 

anketdəki suallara doğru-dürüst cavab versin. Bax elə ona görə də Fransada adamların əksəriyyətinin 

öz şəxsi problemləri barədə danışmağı xoşlamaması (cavablarının anonim qalacağına tam zəmanət 

verilməsinə baxmayaraq) belə sosioloqlara çatmır və niyəsini anlamaq onlara çətin olur. Bir sözlə, 

bizim ölkəmizdə bu səpkili anketlərə verilən cavablar əsasən qeyri-müəyyən, çox vaxt hətta səhvdir.   

Bu cür sorğuların dəhşətli həvəskarı olan cavan bir amerikalı dünən məni görməyə gəlmişdi.   

– Mən Fransada qadınların malik olduğu təsir qüvvəsi barədə    elmi axtarışlarla məşğulam, – o bildirdi. 

– Öz kitablarınızda siz ölkənizin tarixində vacib rol oynamış müxtəlif salonlardan söz açmısınız. Mən 

xanım Düdevan, xanım Rekamye, xanım de Luan və bir də xanım Arman de Kayave barədə işləri 

oxumuşam. Siz bu cür, bu dərəcədə möhtəşəm qadınların indiyəcən də mövcud olduqlarını güman 

edirsinizmi? Elə qadınlar ki, misal üçün, Fransa Akademiyasına keçirilən seçkilərin nəticələrinə təsir 

göstərməyə qüdrəti çatsın, yaxud kimisə baş nazir postuna irəli sürmək iqtidarında olsun – belə 

qadınlar yenə varmı?   

– Siz tam fərqli iki məsələyə toxundunuz, – mən ona cavab verdim. – Yox, bizim dövrümüzdə heç bir 

qadın Fransa Akademiyasına keçirilən seçkilərin nəticəsinə təsir göstərə bilməz. Hər şeydən əvvəl, mən 

akademiyanı təşkil edən bütün qruplarda yaxın dostları olan bircə qadın da tanımıram. Konti sahilində 

tənhalığa üstünlük verən müəyyən sayda müstəqil akademiklər iclas keçirirlər: onlar heç vaxt salonlara 

baş çəkmirlər, nahara qonaq getmirlər, özləri evlərində heç kimi qəbul etmirlər və beləliklə, həqiqətən 




də, əlçatmazdırlar. Akademiyaya keçirilən seçkiöncəsi kimsə onların rəyinə necə təsir göstərə bilər?   

– Deməli, hazırda xanım Rekamye kimi qadınlar daha mövcud deyil?   

– Xanım Rekamyenin bir səs alması mümkün idi, ola bilsin, iki səs, üç səs də ala bilərdi, amma bu da 

böyük ehtimalla. Aydındır ki, qadın qabaqcadan vəd verməyi, razılıq əldə etməyi bacarar, amma daha 

səsvermənin nəticəsinə təsir göstərməyi yox!.. O ki qaldı baş nazir məsələsinə, bu posta namizədliyini 

irəli sürən şəxs üç yüz on iki səs qazanmalıdır! Lənət şeytana, burada bir qadın nə edə bilər ki? Əgər 

ağıllı və dərrakəlidirsə, yalnız onu etməyə qüdrəti çatar ki, öz üzərinə katalizator rolunu götürsün: o, 

bir-birinə müxalif olan deputat qrupları rəhbərlərinin görüşünü təşkil edər, anlaşılmazlığı aradan qaldıra 

bilər. Lakin bu, uzaqbaşı, uğur qazanmaq üçün hazırlıq işi olacaq, uğurun özü olmayacaq. Bu xanımın 

əlindən o gələr ki, mülayim ab-hava yaratsın, sonrası isə daha ondan asılı deyil.   

– Buna baxmayaraq, – cavan amerikalı etiraz etdi, – Fransada hələ də egeriyalardan danışırlar.   

– Egeriya – bu adla Numa Pompiliyə ilham verən nimfanı1 çağırırdılar, – mən ona dedim. – Numanın 

təsdiq etdiyinə görə, guya, onlar müqəddəs ormanda görüşürlərmiş və nimfa ona hansı siyasəti 

yürütmək barədə məsləhətlər verirmiş. Mövhumatçı xalqın etibarını qazanmaq gücünə malik olan 

müdrik taktikadır; bununla belə, egeriya – yalnız mifdir, mifdən artıq bir şey deyil… Lakin fərqə diqqət 

yetirin: mən düşünmürəm ki, qadın kişinin hakimiyyətə yolunu aça bilər, amma bir məsələ ilə 

razılaşıram ki, bəzən qadın kişini həmin hakimiyyət üçün layiqli edir. Fransada belədir ki, bizim 

gələcək dövlət xadimlərimizin bir çoxu bura məhz əyalətdən üz tutur; onlar yaşadıqları ucqar yerlərdən 

paytaxta cilalanmamış tərzdə gəlirlər. Baxırsan ki, ağıllıdırlar, yaxşı nitq qabiliyyətləri də var, lakin 

incə maneralardan məhrumdurlar, ünsiyyət qurmaqda axsayırlar, bu xüsusiyyətlər isə Parisi «fəth» 

etməkdən ötrü çox zəruridir. Və əgər sevgi, ya şöhrətpərəstlik xatirinə beləsini parisli bir xanım öz 

himayəsinə götürüb onunla məşğul olmaq istəsə, nəticəsi çox yaxşı olur. Aktrisa, yüksək təbəqəyə 

malik xanım, yaxud sadəcə, savadlı, ziyalı bir qadın bu «xam» almazı yonub cilalayar, əyalət adamına 

Parisin sirlərini və cəmiyyətin müxtəlif təbəqələrinin gizlinlərini aça bilər. Bu heç də yeni bir şey deyil. 

Balzakı təzədən oxuyun və «Dərənin zanbaqları» romanında xanım de Morsofun öz gənc məşuqu üçün 

tərtib etdiyi heyrətamiz həyat proqramına diqqət yetirin.   

– Deməli, siz o fikirlə razılaşırsınız ki, Balzakın anlayışında egeriya hələ mövcuddur?   

– Nə qədər ki dünyada qadın, kişi və hakimiyyət anlayışı mövcuddur, egeriya da mövcud olacaq.   

Elə deyilmi, querida? Siz ki, bunu istənilən adamdan daha yaxşı bilirsiniz. Əlvida.   

 

 



İLK MƏHƏBBƏT   

 

İlk məhəbbət öz izlərini kişinin qəlbində bütün ömrü boyu yaşadır. Əgər bu xoşbəxt çağ olubsa, əgər 



yeniyetmədə ilk dəfə hissiyyat oyatmış qadın, yaxud qız ona qarşılıqlı surətdə cavab qaytarıbsa və öz 

hisslərinin həqiqi olmasından şübhələnməyə ona bir dəfə də olsun əsas verməyibsə, onda etimad 

ab-havası və qəlb rahatlığı həmişə kişinin yol yoldaşı olacaq. Yox, əgər bütün istəyi ilə etimad 

göstərdiyi həmin o ilk dəfə rədd olunubsa və ona dönük çıxıblarsa, onda yara heç vaxt tam qaysaq 

bağlamayacaq, sarsılmış mənəvi sağlamlıq isə uzun müddət bərpa olunmayacaq.   

Demək olmaz ki, belə sarsıntıların nəticələri həmişə eyni cür alınır. Məhəbbət – simptomları hər dəfə 

müxtəlif şəkildə üzə çıxan bir xəstəlikdir. Şikəstliyi ucbatından Meri Enini Çovort tərəfindən ikrahla 

qarşılanan Bayron donjuana çevrilmişdi və digər bütün qadınları bu birinci qadından gördüyü 

qəddarlığın əvəzini ödəməyə məcbur etmişdi. Kasıblığı ucbatından Mariya Bidnell tərəfindən rədd 

edilən Dikkens sonradan zəhmli, deyingən, tündməzac, daim gileyli bir ərə çevrildi. Öz səadətlərini 

tapmaqda Bayrona da, Dikkensə də məhz ilk uğursuzluqları mane olmuşdu.   

Çox tez-tez olur ki, ilk məhəbbət oxu daşa dəyən, birinci sevgisində uğursuzluqla üzləşən kişi bütün 

ömrü boyu şairanə və incə, poetik və zərif, qızcığaz kimi pak və ana kimi nəvazişli, səmimi və 

hissiyyatlı, hər şeyi başa düşən və sözəbaxan bir qadının həsrətini çəkir, məhz beləsini arzulayır. Daim 

xəyalındakı o nazənin pərinin dalınca qaçan belə kişi bir əyləncədən o birinə keçir. Dünyəvi qadınla iş 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə