Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   31

– Onu sənə bəxş edən Tanrı idi, ay əfəl!   

   


Bəli, onu, bu səadəti sizə, sadəcə, bəxş etmişdilər, lakin o, vur-tut böyük bir aldanışdır – bizim bu 

dünyada öz qısa və bəhrəsiz yolumuzu başa vurduğumuz müddətəcən davam edən bir yalandır…»   

 

Siz bu gün yaman kədərli ovqata köklənmisiniz, querida; ola bilsin, oxuduğunuz hansısa məşum 



kitabların təsiri altındasınız. Siz məni nədə qınayırsınız, nədə məzəmmət edirsiniz? Mənim öz-özümü 

aldatmağımdamı? Onda ki, guya, mən, sizin ifadə etdiyiniz kimi, öz aciz mövcudluğuma göz yumuram? 

Guya ki, mən özüm özümü aldadıram? Siz bununla nə demək istəyirsiniz? İnsan mövcudluğunun 

çətinliklərini unutmaq, öz fikir və düşüncələrini bu çətinliklərin üzərində qətiyyən cəmləşdirməməyə 

çalışmaq, gündəlik həyatın adi sevincləri içərisindən ən fərəhlilərini – ilk nəvazişləri, zərifliyin ilk 

təzahürlərini, nişan mərasimini, bal ayını, övladlarının sənin gözünün qabağında böyüməsi kimi 

ürəkaçan duyğuları, sakit, rahat qocalığı ön plana çıxartmaq – əsla özünü aldatmaq demək deyil. Bu, o 

deməkdir ki, öz üzərində mübarizə aparmaqdan çəkinməyəsən və həyatı necə varsa, o cür də qəbul 

edəsən. Mən onunla razıyam ki, həyat mütləq şəkildə xoşbəxt ola bilməz, lakin onun böyük ölçüdə bu 

cür olması mümkündür və bu yalnız bizim özümüzdən asılıdır. Xoşbəxtlik zahiri hadisələrdə deyil; 

xoşbəxtlik – onun toxunduğu adamların ürəyindədir. Xoşbəxtliyə mənim inandığım kimi inanmaq – 

onu həqiqi etmək deməkdir, çünki xoşbəxtlik – ona inamdadır.   

«Bəs haradadır səadət?» O, bizim hər birimizin böyründədir. O, tamamilə sadədir, tamamilə adidir və 

qətiyyən yalan ola bilməz, çünki xoşbəxtlik – ruhun vəziyyətidir.   

Əgər mənə istidirsə, deməli, mənə istidir – bu faktdır. Siz nə qədər desəniz: «Sizə isti olduğunu 

düşünməklə, əslində, siz özünüzü aldadırsınız», – bu, mənim vecimə olmayacaq. Spinoza deyirdi: 

«Mən ondan yana razı deyiləm ki, mənə istidir, yox, mənə isti olduğundan yana mən razıyam».   

Əgər mən öz arvadımı sevirəmsə və özümü onunla olduqca xoşbəxt hesab edirəmsə, mən həqiqətən 

xoşbəxtəm. Siz mənə deyəcəksiniz: «Bu, uzun sürə bilməz. İstənilən məhəbbət bezdirir,    qırılır, 

unudulur. Sizin arvadınızdan cavan və gözəl olan çoxlu qadın var». Amma mənim nə işimə qalıb? Mən 

cavan qadınlara həvəs duymuram. Sizin buna nə etirazınız olacaq? Xoşbəxtlik və yalan bir yerdə

yan-yana mövcud ola bilməz, çünki səadət yalan kimi tanındığı gün səadət olmaqdan qalır. Bax elə 

məhz bunu sübut etmək tələb olunurdu, querida. Alenin «Xoşbəxtlik haqqında söhbət» yazısını oxuyun, 

ifrat dərəcədə kədərli romanlardan qorunun və bu gözəl yay fəslindən ləzzət alın. Əlvida.   

 

UŞAQLARIN TƏRBİYƏSİ HAQQINDA   



 

Tətil günləri tezliklə başa çatacaq və siz uşaqların tərbiyəsi barədə məndən məsləhət xahiş edirsiniz, 

əzizim. Sizin uşaqlarınız hələ çox kiçikdirlər, lakin mən düşünürəm ki, ən erkən yaşlarından məktəbdə 

onları ailədə olduğundan daha yaxşı tərbiyə edəcəklər. Uşaqları can-dildən sevən ata-ana hər şeyi 

hədsiz dərəcədə yaxşı «anlayırlar» və buna görə də uşaqlara onların zəif cəhətlərini bağışlayır, 

tənbəlliklərinə göz yumurlar. Valideynlər səhvi düzəltmək əvəzinə, daha çox təskinlik verməyə can 

atırlar. Məktəb həyatın özü kimi qərəzsiz və ciddi yerdir. Orada bərabərlik hökm sürür və hərgah 

doğmaları tərəfindən «ilahiləşdirilən» gözəl    qızcığaz imtahandan kəsilib növbəti sinfə keçməsə, ikinci 

il eyni sinifdə qalmalı, yaxud həmin məktəbi tərk etməli olacaq.    Kollecin qanunu belədir və ağıllı, 

ədalətli qanundur. Sevginin ifratlığından uşaqlarda heç də belə bir təəssürat yaratmaq lazım deyil ki, 

bəs göz yaşları və öpüşlər onların nalayiq hərəkətlərini, qəbahətlərini silib aparacaq; bəs həyat asandır 

və hər şeyə qadir ailə hamısını yoluna qoyacaq. Əsla! Həyat – mübarizədir və bu mübarizəyə 

uşaqlıqdan hazırlaşmaq lazımdır. Yoldaşlar valideynlərdən daha yaxşı tərbiyə edirlər, çünki onlara 

acıma hissi xas deyil.   

Tərbiyəni həzz və məmnunluqların cərgəsinə qoşmağa cəhd göstərməyin. Ağılı, düşüncəni 

möhkəmləndirən yalnız səydir. Lazımdır ki, sizin oğlunuz oxuduqlarını dərk etmək üçün əziyyətə 

qatlaşsın, baş sındırsın, əks təqdirdə onun diqqəti yayınacaq və daim kənar şeylərə cəlb olunacaq. Onun 



meylini dərhal böyük yazıçılara yönəldin. Prustun anası oğlunda Jorj Sandın və Dikkensin romanlarını 

oxumağa həvəs oyatmışdı; nəticədə Marsel Prust ortaya çıxdı. Uşaqlarınızda Kornelin, Lafontenin, 

Hüqonun yaxşı şeirlərini əzbərləmək həvəsi oyadın. Əvvəlcə bir çox sözlərin mənası onlara 

çatmayacaq, amma çox tezliklə onların şəxsi söz ehtiyatları xeyli artacaq. Bu şeirlərin gözəl musiqisi 

övladlarınızda yüksəkliyə meyil tərbiyə edəcək. Tərbiyələndirmək sözünün dərin mənasına varın. 

Uşağı tərbiyə etmək – onun ağlını və xasiyyətini yüksəltmək, deməli, onu mənəvi ucalığa aparmaqdır. 

Bundan ötrü uca zirvələrə, böyük yüksəkliklərə vərdiş etmiş bələdçilər, başqa sözlə, şairlər lazımdır. 

Hələ yaddaşlarını yaxşıca zənginləşdirdiyiniz üçün, bilsəniz sonradan övladlarınız sizə necə minnətdar 

olacaqlar! Yadımdadır ki, 1940-cı ilin böyük müsibətlər dövründə «daxili poeziya axşamları» 

mənimçün mənəvi təskinlik rolunu oynamaqla necə də dadıma çatmışdı.   

Öz uşaqlarınıza mütləq bir, yaxud hətta bir neçə peşə öyrədin. Heç kim bilmir ki, sabah dünya necə 

olasıdır, amma əl qabiliyyəti olan adamlara həmişə ehtiyac duyulacaq.   

 

Sizin övladlarınız texnikanın əhatəsində yaşayacaqlar – ona görə də lazımdır ki, texnikadan baş 



çıxartsınlar, onunla yaxından «dostluq» eləsinlər. Maşınlar onları sevməyənlərlə çox pis davranır. Bu 

gün hər bir oğlan uşağı elektrik, xarrat olmalı, radioqəbuledicini təmir etməyi bacarmalıdır. Əks 

təqdirdə o daim cürbəcür ustalardan asılı vəziyyətdə qalacaq.   

Yeniyetməlik dövrünün ən gözəl xüsusiyyəti ondan ibarətdir ki, yeniyetmənin çevik ağlı həm texniki 

vərdişlərə asanlıqla yiyələnir, həm də xarici dilləri tez götürür. Bu uzun sürməyən, daimi olmayan 

keyfiyyətdən faydalanmaq lazımdır. Həmin şeyləri sonradan mənimsəmək tamamilə qeyri-mümkün 

olmasa da, xeyli çətin olur. Bir vaxtlar mən bir ingilis xanımla, düz yetmiş yaşınacan yunan dilindən 

dərs demiş miss Harrisonla tanış idim. İstirahətə çıxarkən o, rus dilini öyrənmək qərarına gəlmişdi və 

çatdırıb öyrənmişdi də. Lakin bu, qadından çox böyük zəhmət tələb etmişdi, halbuki uşaqların dilləri 

mənimsəməsi qat-qat asan başa gəlir. Bundan başqa, uşaqlar sözləri eşitməklə, necə deyərlər, «qulaqla» 

öyrənirlər, buna görə də tələffüzləri qüsursuz olur, halbuki dilləri «gözlə» öyrənən yaşlı adamlar əcnəbi 

sözlərə öz doğma dillərinin səslənişini «qatırlar». Öz oğlanlarınıza ən azından ingilis və ispan dillərini 

öyrədin – bu dillər dünyanın tən yarısını onların üzünə açıq edəcək; sonra isə bura latın dilini əlavə 

edin – bu dil övladlarınızın qarşısında biliklərin qapısını açacaq.   

Sizə daha nə arzulayım? Həmişə elə hərəkət edin, elə rəftar göstərin ki, övladlarınız sizə hörmətlə 

yanaşsın, amma sizdən qorxmasınlar. Özünüz malik olmadığınız məziyyətləri onlara əsla sırımağa 

çalışmayın. Unutmayın ki, uşaqlar sizi müşahidə edir və nəticə çıxarırlar. Əgər onlar sizə eynən mənim 

kimi heyrandırlarsa, onda hər şey qaydasında gedəcək. Məktəbdə dərslərin başlaması ilə əlaqədar 

mənim sizə məsləhətlərim belədir, xanım. Mənasız əyləncələri isə hələlik təxirə salmaq lazım gələcək. 

Əlvida.   

 

MƏZUNİYYƏTLƏR VƏ SEVGİLƏR HAQQINDA   



 

Məhəbbət – mən bunun ötəri əyləncə deyil, həqiqi hiss olduğunu düşünürəm. Yüksək məhəbbət 

istirahət tələb edir. Zəngin və dəbdəbəli cəmiyyətlərdə, deyək ki, Versal sarayında, yaxud bizə yaxın 

olan Prustun romanlarında təsvir edilən kübar cəmiyyətdə istirahət qıtlığı yox idi və sevgi orada bütün 

ilboyu çiçəklənirdi. Lakin iki cahan savaşının faciələrini yaşamış dünyada, özünün və yaxınlarının 

mövcudluğunu qoruyub saxlamaqdan ötrü adama səhərdən gecəyə qədər işləmək lazım gəldiyi bir 

dövrdə    arxayın və təlaşlı məhəbbət oyunları üçün vaxt yoxdur.   

Siz necə düşünürsünüz, bizim dövrümüzdə Parisdə, yaxud başqa şəhərlərdə yaşayan çoxmu ailəli 

adamlar ağır iş günündən sonra evə qayıdarkən sevgi söhbətlərinə vaxt tapır? Çoxmu kişilər Burjenin, 

yaxud Mopassanın qəhrəmanlarına bənzər şəkildə axşam saat beşlə yeddi arasında sevgilisi ilə görüşə 

yollanmağı özlərinə rəva görmək dərəcəsində ixtiyar sahibləridir?.. Bu barədə düşünərkən mənim 

təsəvvürümdə keçmiş rəssamların çəkdikləri alleqorik rəsmlərlə bəzənmiş plafon1 obrazı peyda oldu: 

«Amur məzuniyyət vaxtını gözləyərkən». Hərəsi hansısa bir işin qulu olan kişilərdən və qadınlardan 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə