Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
1   2   3   4   5   6

 

 



2.

 

Seçki qanunvericiliyin hüquqi texnikası 

 

Tövsiyyə:  

 

Hüquq  normaları  birmənalı  xarakter  daşımalı,  anlaşıqlı  olmalı  və  mümkün  qədər  sadə  dildə 

olmalıdır. Hazırkı Seçki Məcəlləsi

12

 çox mürəkkəbdir və onun istifadə etdiyi ifadələr bir sıra hallarda 



anlaşıqlı deyil

13

 və Seçki Məcəlləsi sadələşdirilməlidir.



14

 

 



 

İcra vəziyyəti:  

 

Hazırda Seçki Məcəlləsində seçki hüququn müddəaları bütün ölkə vətəndaşlarına seçki qaydalarını 



daha yaxşı anlamağa imkan vermir və qanunun yazı üslubu yalnız ölkədə az sayda mütəxəsis üçün 

anlaşılan  formadadır.  Bundan  əlavə,  Seçki  Məcəlləsində  çoxlu  sayda  təkrar  hüquq  normaları  var. 

Seçki  Məcəlləsi  Ümumi  və  Xüsusi  hissələrdən  ibarət  olsa  da,  Xüsusi  hissədə  Ümumi  hissədə 

göstərilmiş bəzi məsələlər yenidən təkrarlanır.  

Seçki  terminologiyası  dəqiqləşdirilməyib.  Bəzi  terminlər  üçün  iki  ad  istifadə  edilir.  Məcəllədə 

abbreviaturalardan yaxşı istifadə edilməyib.  

Bundan  əlavə,  Seçki  Məcəlləsi  və  seçki  ilə  əlaqəli  digər  qanunvericilik  arasında  ziddiyyətlər  və 

uyğunsuzluqlar  mövcuddur.  Seçki  Məcəlləsinin  mürəkkəbliyi  və  təkrarçılığı  seçki  subyektlərində 

çaşqınlıq yaradır və vətəndaşların seçki hüquqlarının həyata keçirməsinə mane olur. 

Sadələşdirilmiş və anlaşıqlı yeni seçki qanunun qəbulu istiqamətində heç bir addım atıımayıb.

15

 

 



 

3.

 

Seçkilərin qərəzsiz qurum tərəfindən təşkil edilməsi 

 

Tövsiyyə:  

 

Seçki komissiyaları seçki üzrə vacib maraqlı tərəflərin hamısının etibarını qazanmalıdır. Bu məqsədə 



nail olmaq üçün komissiyalarda hökümətyönümlü qüvvələr üstünlük təşkil etməməlidir. Təyinatların 

aşkarlığı və komissiyaların işinin şəffaflığı seçki prosesinin legitimliyini təsis etmək üçün labüddür.

16

  

Seçki komissiyalarının qərəzsiz və müstəqil fəaliyyət göstərməsi üçün həm ATƏT/DTHİB, həm AŞ 



Venesiya Komissiyası, həm də AŞ Nazirlər Komitəsi bəzi addımların atılmasına çağırıb.

17

 Bununla 



yanaşı  Birgə  Tövsiyələrdə  seçki  komissiyalarının  təşkilinin  digər  aspektlərinə  də  diqqət  ayrılması 

tövsiyə edilib.

18

  

 



i)

 

Seçki  Məcəlləsi  seçki  komissiyasının  sədrlərinə  geniş  səlahiyyətlər  verib.  Ona  görə  də 



komissiya  sədrlərin  müxtəlif  siyasi  partiyaları  təmsil  edən  şəxslərdən  təyin  edilməsi  üstün 

tutulmalıdır.  Bu  tədbir  seçki  komissiyalarının  işinə  olan  etibarı  artıracaq.  Hakim  siyasi 

partiya seçki administrasiyası boyunca sədr vəzifəsini inhisara almamalıdır.  

                                                           

12

 

Seçki Mə



c

ə

ll



əsi üçün bax (Azə

rbaycan dilind

ə

): 


http://e-qanun.az/code/17

 v

ə



 (ingilis dilind

ə

): 



http://www.msk.gov.az/uploads/qanunvericilik/election_code_eng.pdf

  [Accessed 14 August 2017] 

13

 

Avropa Şurası Venesiya Komissiyası və



 

ATƏT/DTİHB

-in birg

ə

 



tövsiyə

l

ə



ri 

http://www.venice.coe.int/webforms/documents/?pdf=CDL-

AD(2004)016rev-e

 

14



 Yen

ə

 orada  



15

 

Parlament Seçki Mə



c

ə

ll



ə

sini 27 may 2003-

cü ildə

 q

ə



bul edib v

ə

 30 iyun 2003-



cü ildə

 d

ə



rc edildikd

ə

n sonra M



ə

c

ə



ll

ə

 



qüvvə

y

ə



 minib. 

Bundan sonra, Seçki Mə

c

ə

ll



ə

sin


ə

 

ə



lav

ə

 v



ə

 d

əyişikliklər edilib. Lakin bu düzəlişlərin heç biri Mə



c

ə

ll



ə

nin sad


ə

l

əşdirilmə



si istiqam

ə

tind



ə

 

olmayıb. 



  

16

 



AŞ Venesiya Komissiyası və

 

ATƏT/DTİHB 



Birg

ə

 



tövsiyyə

l

ə



r (2004) 

§§ 9


-10 

17

 



AŞ Nazirlə

r Komit


ə

si (2017) H46-4 Namat Aliyev group v. Azerbaijan [Online]. Available: 

http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2017)1280/H46-4E

 [Accessed 14 August 2017] 

18

 2004 Birg



ə

 

Tövsiyyə



l

ə

r



, § 12

 



 

ii)



 

Seçki Məcəlləsi seçki komissiyası üzvlərinin namizədliyinin irəli sürülməsi və təyin edilməsi 

məsələlərində aydın və şəffaf qaydalar nəzərdə tutmalıdır. 

iii)


 

Sədr və katib istisna olmaqla Dairə Seçki Komissiya üzvləri və Məntəqə Seçki Komissiyanın 

bütün üzvləri yalnız seçki dövründə və seçici siyahısının dövri yenilənməsi ilə bağlı fəaliyyət 

göstərirlər. Ona görə də onlar üçün 5 illik səlahiyyət müddəti nəzərdə tutulması çoxdur və bu 

müddəa dəyişdirilməlidir. Bu seçki xərclərini azaldacaq. 

iv)


 

MnSK  üzvlüyü  üçün  yaşayış  yeri  məhdudiyyəti  İşğal  Edilmiş  Ərazilərdən  olan  məcburi 

köçkünlərdən  formalaşan  seçki  dairələri  üçün  süni  və  qeyri-mütənasibdir.  Bu  müddəa 

dəyişdirilməlidir. 

v)

 

Bundan  əlavə,  seçki  komissiyalarının  qərarlarının  qəbul  edilməsi  üçün  2/3  nisbətində 



yetərsay  (kvorum)  və  2/3  səs  çoxluğu  tələb  edilməlidir.  Bu  seçki  komissiyalarını  səmərəli 

etmək üçün yüksək səviyyədə konsensus tələb edəcək. 

 

İcra vəziyyəti:  

 

Seçki  Məcəlləsinə  əsasən  seçkilərin  təşkili  və  keçirilməsi  üçün  üç  pilləli  seçki  komissiyaları  – 



Mərkəzi Seçki Komissiyası (MSK), Dairə Seçki Komissiyası (DSK) və Məntəqə Seçki Komissiyası 

(MnSK) təsis edilir. Seçki komissiyaları daimi əsaslarla və kollegial formada fəaliyyət göstərirlər.

19

 

 



MSK ümumölkə üzrə yaradılır, 18 üzvdən ibarətdir və onun üzvləri Milli Məclis tərəfindən seçilir. 

MSK-nın  6  üzvünün  namizədliyini  parlamentin  çoxluq  siyasi  partiyası,  6  üzvünün  namizədliyini 

müstəqil  deputatlar,  6  üzvünün  namizədliyini  isə  parlamentin  azlıq  siyasi  partiyaları  irəli  sürür. 

Müstəqil deputatların bir namizədi çoxluq siyasi partiyası, digər namizədi isə azlıq təşkil edən siyasi 

partiyaların nümayəndələri ilə razılaşdırılır.

20

 



DSK  9  üzvdən,  MnSK  isə  6  üzvdən  ibarətdir.  Bu  qurumların  da  üzvləri  3\1  prinsipi  ilə  MSK-nın 

formalaşdığı qaydada yaranırlar. DSK üzvlərini MSK, MnSK üzvlərini isə DSK təyin edir.

21

 

Seçki  komissiyalarının  sədrləri  parlamentin  çoxluq  siyasi  partiyasının  üzvləri  sırasından  seçilir. 



Seçki  komissiyaları  onun  üzvlərinin  2/3-si  təyin  edildikdə  və  təyin  edilmiş  üzvlərin  2/3-si  iştirak 

etdikdə  səlahiyyətli  sayılır.  İştirak  edən  üzvlərin  sayına  uyğun  olmaqla  seçki  komissiyalarının 

qərarları 2/3 səs çoxluğu ilə qəbul edilir.

22

 



 

Beynəlxalq  təşkilatlar  tərəfindən  2002-ci  ildən  başlayaraq,  seçki  komissiyalarının  tərkibinə 

dəyişikliklər  edilməsi,  komissiyaların  qərəzsiz  və  müstəqilliyinin  təmin  edilməsinə  dair  islahatlar 

keçirilməsi ardıcıl olaraq tövsiyə edilsə də, hakimiyyət bu çağırışlara əməl etməyib.  

Azərbaycanda  seçkilərin  keçirilməsinə  məsuliyyət  daşıyan  seçki  komissiyaları  beynəlxalq 

standartlara uyğun olaraq müstəqil və qərəzsiz deyil.  

 

 

4.

 

Namizədlərin səmərəli qeydiyyatı mexanizmi 

 

Tövsiyə:  

 

ATƏT/DTİHB  9  oktyabr  2013-cü  il  prezident  seçkisi  üzrə  yekun  hesabatında  prezidentliyə 



namizədlər üçün tələb edilən təhsil və yaşayış yeri ilə bağlı məhdudiyyətlərin ləğv edilməsini tövsiyə 

edib.


23

 Bundan əlavə, ATƏT DTİHB seçki sənədlərinin yoxlanılması mexanizminin sadələşdirilməsi 

və bu prosesində şəffaflığının artırılmasını tövsiyə edib. Eləcə də  yoxlama prosesində namizədlərin 

                                                           

19

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 18.1 


20

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 24 


21

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 30 


22

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 19.3, 19.9, 19.10 

23

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013, s

ə

hif



ə

 9 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə