Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
1   2   3   4   5   6

 

 



 

Avropa Şurası Nazirlər Komitəsi AİHM-in yuxarıda qeyd edilən seçki qərarları ilə bağlı 2013-cü ilin 

sentyabrında  xüsusi  icraata  başlayıb.  Komitə  hesab  edir  ki,  Azərbaycandakı  seçki  pozuntuları 

kompleks  məsələdir,  seçki  komissiyaları  və  məhkəmələr  hüquqların  əsassız  məhdudlaşdırılmasına 

qarşı  səmərəli  hüquqi  müdafiə  vasitələri  olmadığından  hökümətdən  bununla  bağlı  tədbirlər  həyata 

keçirməlidir.

5

 

 



Təşkilat barədə 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda azad və ədalətli 

seçkilərin  keçirilməsi,  vətəndaş  cəmiyyəti  və  demokratiyanın  inkişafı  sahəsində  fəaliyyət  göstərən 

qeyri-hökumət təşkilatıdır. 

SMDT qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) təsisçiləri və üzvləri tərəfindən 

yenidən təsis edilib. Qeyd edək ki, 24 iyul 2001-ci ildə təsis olunmuş SMM-nin qeydiyyatı  14 may 

2008-ci  ildə  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  qanunsuz  iddiası  əsasında  Xətai  rayon 

məhkəməsi tərəfindən ləğv edib. 

SMM  2001-2013-cü  illərdə  Azərbaycanda  keçirilən  referendum,  prezident,  bələdiyyə  və  parlament 

seçkilərini müşahidə edib. 

SMDT  üzvləri  Seçkilərin  Monitorinqi  Təşkilatlarının  Avropa  Şəbəkəsi  (ENEMO),  Demokratik 

Seçkilər  üzrə  Avropa  Platforması  (EPDE)  və  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan  Hüquqları 

Bürosunun  Müşahidə  Missiyaları  tərkibində  ATƏT-ə  üzv  ölkələrdə  keçirilən  seçkiləri  müşahidə 

ediblər. 

 

III.

 

Seçki tövsiyələrinin icra vəziyyəti 

 

SMDT Azərbaycanda seçki prosesinin mühüm aspektləri üzrə beynəlxalq təşkilatların tövsiyyələrini 

ümumiləşdirərək,  onların  icrası  ilə  bağlı  vəziyyətin  dəyərləndirilməsini  aparıb.  Ancaq 

ATƏT/DTİHB-in  Seçki  Müşahidə missiyası  tərəfindən 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə 

Yekun hesabatı  yaxın  5 il  ərzində ən son və kompleks tövsiyələr olduğundan daha  geniş  nəzərdən 

keçirilib. 



 

1.

 

İfadə  azadlığı,  sərbəst  toplaşmaq  və  birləşmək  azadlığı  üzrə  milli  qanunvericiliyin 

beynəlxalq standartlara uyğunlaşdırılması  

 

Tövsiyyə:  

 

Milli qanunvericiliyin beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması naminə toplaşmaq, ifadə 



və birləşmək azadlığı üzrə mövcud hüquqi çərçivə nəzərdən keçirilməlidir. Mövcud qanunvercilik və 

tələb  olunan  dəyişikliklərlə  əlaqədar  məsləhələşmələr  ictimaiyyətin  iştirakı  ilə  bütün  maraqlı 

tərəflərin iştirakı ilə təşkil olunmalıdır. 

 

İcra vəziyyəti:  

İfadə  azadlığı  sahəsində  mövcud  olan  hüquqi  və  praktiki  maneələr  aradan  qaldırılmayıb.  Belə  ki, 

AİHM-in  Fətullayev  qərarının,  eləcə  də  Mahmudov  və  Ağazadə  qərarının  icrası  ilə  əlaqədar  AŞ 

                                                           

5

 

AŞ Nazirlə



r Komit

ə

sinin 1179 



saylı toplantısı, 

24-26 sentyabr 2013 - 

http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2013)1179/2

  



 

Nazirlər  Komitəsi    hökumətin  üzərinə  diffamasiya  qanunlarını  dəyişmək  öhdəliyi  qoyub.



6

  Bu 


öhdəliyə  əsasən  hökümət  diffamasiyanı  dekriminalizasiya  etməli  və  mülki  diffamasiya  ilə  bağlı 

aydın müddəalar müəyyən etməlidir. Ancaq hökümət yeni diffamasiya qanunu qəbul etməyib və bu 

istiqamətdə  atılan  bütün  addımlar  yığışdırılıb.  Əksinə  hökümət  internetdə  ifadə  azadlığını 

məhdudlaşdıran  bir  sıra  addımlar  atıb.  Əvvəl,  məxsusi  olaraq  (expressis  verbis)  internet 

diffamasiyası,  daha  sonra  isə  internetdə,  ələlxüsus  sosial  şəbəkələrdə  yazılan  anonim  şərhlərdə 

diffamasiya halları kriminallaşdırılıb.

7

  

2017-ci ilin martında isə Parlament internet saytlarını bloklamağa imkan verən qanuna düzəliş edib. 



Bu  düzəlişlə  hökümətə  və  məhkəmələrə  internet  saytlarını  bloklamaq  üçün  qeyri-məhdud 

səlahiyyətlər  verilib.

8

  Beləliklə,  2013-cü  ildən  sonra  ifadə  azadlığı  sahəsində  yeni  hüquqi 



məhdudiyyətlər  gətirilib.  Bu  hüquqi  məhdudiyyətlər  əlavə  praktik  sahədə  də  vəziyyət  pisdir. 

İnternetdə, xüsusən də sosial şəbəkələrdə höküməti və yüksək siyasi rəsmiləri, o cümlədən Prezident 

ailəsini tənqid  edən şəxslərə qarşı hüquq-mühafizə  orqanları  tərəfindən digər bəhanələrlə (narkotik, 

xuliqanlıq,  polisə  tabe  olmama  və  s)  cinayət  və  inzibati  xəta  işləri  başlanır  və  bu  çərçivədə 

tənqidçilərin azadlıqdan məhrum edilməsi davam edir. 

Sərbəst toplaşmaq azadlığı sahəsində də köhnə çətinliklərlə yanaşı  yeniləri də meydana çıxıb. Yerli 

icra başçıları şəhərin münasib yerlərində toplantı keçirməyə icazə verməməyə davam edirlər. Bunun 

əvəzinə toplantı üçün ucqar və əlverişsiz yerləri təklif edirlər. Bundan əlavə, Parlament toplantıların 

keçirilməsinə  dair  cinayət  və  inzibati  sanksiyaları  qeyri-mütənasib  qaydada  sərtləşdirib.  Xüsusilə 

yeni inzibati sanksiyalarla inzibati xəta kimi toplanış qaydalarının pozulması 3 ay müddətinə qədər 

həbs sanksiyası və yüksək məbləğdə cərimə ilə nəticələnir.

9

 



Son 4 ildə Birləşmə azadlığına qoyulan məhdudiyyətlət ifadə və toplanış azadlıqlarına qoyulanlardan 

daha dramatik olub. 2013-cü ilin sonundan başlayaraq, Azərbaycanda QHT-lərin fəaliyyəti de facto 

qadağan  edilib.  İlk  növbədə,  Baş  Prokurorluq  QHT-lərin  fəaliyyəti  ilə  bağlı  bir  neçə  cinayət  işi 

başlayıb  və  bu  cinayət  işləri  çərçivəsində  bir  neçə  mühüm  QHT  funksioneri  həbs  edilib,  onlarla 

QHT-nin bank hesabları dondurulub, QHT funksionerlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub, 

QHT-lərin  ofislərində  axtarış  və  götürmələr  aparılıb.  Bundan  əlavə,  Parlament  qanun  düzəlişləri 

edərək QHT-lərin əsas maliyyə mənbəyi olan xarici maliyyələşməni həddən ziyadə  çətinləşdirib  və 

bu  cür  maliyyələşməni  Ədliyyə  nazirliyinin  mülahizəsindən  asılı  edib.  Bu  düzəlişlə  QHT-lərin 

fəaliyyəti  faktiki  olaraq  iflic  olub.  Həmçinin  Parlament  QHT-lərin  hesabatlılığına  dair  inzibati 

sanksiyaları sərtləşdirib.

10

 Bu düzəlişlər Ədliyyə nazirliyinə QHT-ləri yoxlamaq üçün qeyri-məhdud 



səlahiyyətlər verib. Bundan əlavə, QHT-lərin qeydiyyatı sahəsində problemlər qalmağa davam edir. 

Ədliyyə nazirliyi əsassız olaraq QHT-ləri qeydiyyata almaqdan imtina etməyə davam edir.

11

 

 



 

 

 

 

                                                           

6

 

AŞ Nazirlə



r Komit

ə

si, Mahmudov v



ə

 Agazad


ə

 Az


ərbaycana qarşı

-  


http://hudoc.exec.coe.int/eng?i=004-1709

  

7



 Cinay

ə

t M



ə

c

ə



ll

ə

sin



ə

 

ə



lav

ə

l



ə

r (may 2013 v

ə

 noyabr 2016), Madd



ə

 147, 148 v

ə

 148-1  


http://e-qanun.az/code/11

  

8



 

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının

  

Qanununda dəyişikliklər edilməsi barədə qanun 

http://www.meclis.gov.az/?/az/legislation/view/3548



  

9

 



İnzibati Xə

talar M


ə

c

ə



ll

ə

sin



ə

 d

əyişikliklə



r (mart, 2016) 

http://e-qanun.az/code/24

   

10

 SMDT-



nin araşdırma 

s

ə



n

ə

di 



 

http://smdtaz.org/az/siyasi-huquqlar/birl%C9%99sm%C9%99ks%C9%99rb%C9%99st-toplasmaq-



azadligi

  

11



 

Hazırda AİHM qarşısında Ə

dliyy

ə

 Nazirliyinin QHT-l



ərin qeydiyyatından imtinası ilə

 

bağlı 



kommunikasiya m

ə

rh



ə

l

ə



sind

ə

 olan 50-d



ə

bel



ə

 

şikayə



t var.  

http://hudoc.echr.coe.int

  



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə