Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
1   2   3   4   5   6

 

səmərəli iştirakının təmin edilməli olduğu qeyd edib. Həmçinin qərarların əsaslandırılması tələbinin 



vacib olduğu vurğulanıb. Xırda və texniki çatışmazlıqların namizədliyin qeydiyyatından imtina üçün 

əsas olmamalı olduğu bildirilib.

24

  

 



İcra vəziyyəti:  

 

Mövcud  qanunvericilik  namizədlərin  qeydiyyatının  yalnız  bir  mexanizmini  –  imza  mexanizmini 



tanıyır.  Başqa  sözlə,  qüvvədə  olan  qanunvericilik  depozit  mexanizmini  hazırda  nəzərdə  tutmur 

(2008-ci  il  düzəlişləri  vasitəsilə  depozit  sistemi  qanunvericilikdən  çıxarılıb).

25

  İmza  mexanizmi  ilə 



bərabər  digər  seçki  sənədlərinin  (gəlirlər,  mülkiyyət  və  namizəd  barədə  digər  məlumatlar) 

düzgünlüyü  də  təmin  edilməlidir.

26

  Mövcud  qanunvericilik  qəsdən  buraxılmayan  səhvlərin  yaxud 



digər texniki səhvlərin düzəldilməsi imkanını tanıyır. İmza vərəqələrinin və digər seçki sənədlərinin 

yoxlanılması  mexanizmi  mürəkkəb,  qeyri-aydındır  və  bir  sıra  təkrarçılıqlara  yol  verilir.

27

  Qeyd 


edilən çatışmazlıqlar seçki komissiyalarına bu müddəalardan sui-istifadə etməyə şərait yaradır.

28

 



Namizədliyin  qeydiyyata  alınmasından  imtina  edilməsinin  əsasları  mürəkkəb  və  qeyri-müəyyəndir 

və  bir  sıra  hallarda  təkrarçılığa  yol  verilir.  Ümumilikdə  götürdükdə,  imza  vərəqələrində  və  digər 

seçki sənədlərində pozuntuların edilməsi yaxud lazımi sayda imzaların toplanılmaması namizədliyin 

qeydə alınmaması üçün əsasdır.

29

 

Deputatlığa namizədlərin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin 



azı  450  imzası  toplanılmalıdır.  Parlament  seçkilərində  bir  seçici  birdən  artıq  namizədin  müdafiəsi 

üçün imza ata bilər.

30

 

Prezidentliyə  irəli  sürülən  namizədin  müdafiəsi  üçün  40  mindən  az  olmayan  sayda  seçici  imzası 



toplanılmalıdırlar.  60-dan  az  olmayan  seçki  dairəsinin  hər  birinin  ərazisindən  azı  50  imza 

toplanmalıdır. Prezident seçkilərində bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.

31

 

 



Hökümət  seçkilərdə  namizədlərin  qeydiyyatı  ilə  bağlı  qaydaların  sadələşdirilməsi  və 

səmərələşdirilməsi  üçün  heç  bir  addım  atmayıb.  Namizədlərin  əsassız  qeydiyyata  alınmasından 

imtinaya  şərait  yaradan  qanunvericilik  və  praktika  qalmaqda  davam  edir.  Başqa  sözlə,  hökümət 

beynəlxalq qurumların namizədlərin qeydiyyatı ilə əlaqədar tövsiyələrini ardıcılı olaraq gözardı edir. 

Azərbaycanda  namizədlərin  yaxud  seçki  qurumlarının  səmərəli  qeydiyyatı  sistemi  mövcud  deyil. 

Bunun  nəticəsində  seçkilərdən  əvvəl  bir  çox  müxalif  və  müstəqil  namizədlər  müvafiq  hakimiyyət 

orqanları tərəfindən əsassız olaraq seçkilərdə namizəd kimi iştirak etmək hüququndan məhrum edilir. 

 

 



5.

 

Seçki şikayətləri və səmərəli müdafiə vasitələri 

 

Tövsiyə:  

 

ATƏT/DTİHB-nin 2010-cu il parlament və 2013-cü il prezident seçkiləri üzrə hesabatlarında qeyd 



edilir  ki,  Seçki  Məcəlləsinə  uyğun  əsaslandırılmış  qərarlar  qəbul  edilməsi  məqsədilə  seçki 

komissiyaları  və  məhkəmələr  şikayətlərə  aşkar  və  şəffaf  qaydada  baxmalı  və  şahid  ifadələri  daxil 

olmaqla bütün sübutları araşdırmalıdır.

32

  



                                                           

24

 



ATƏ

T/

DTİHB Yekun Hesabat 



2013, s

ə

hif



ə

 10 


25

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 56-57; Parlament 02 iyun 2008-ci il qanun d

üzəlişi ilə

 

depoziti Seçki Mə



c

ə

ll



ə

sind


ə

n xaric etdi. H

ə

min Qanun 



üçün bax (Azə

rbaycan dilind

ə

): 


http://e-qanun.az/framework/14930

  

26



 

Seçki Mə


c

ə

ll



ə

si, Madd


ə

 58-59 


27

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 59-60 


28

 

Ogtay Tahirov v. Azerbaijan, no. 31953/11, §§ 63



-66, ECHR 2015 [Online]. 

http://hudoc.echr.coe.int/eng?i=001-155093

  

29

 



ATƏT

/

DTİHB Yekun Hesabat 



2013, s

ə

hif



ə

 10 


30

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 147 


31

 

Seçki Mə



c

ə

ll



ə

si, Madd


ə

 181 


32

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013, s

ə

hif



ə

 16-18; 


ATƏT

/

DTİHB Yekun Hesabat 2010 



s

ə

hif



ə

 22: 



10 

 

Bundan əlavə, seçki komissiyalarında təsis edilmiş ekspert qruplarının üzvləri seçki komissiyasından 



asılılığı olmayan və onunla qarşılıqlı maraqları olan şəxslərdən təyin edilməməli və həmin qrupların 

üzvləri  kənardan  təyin  edilməli,  onların  seçki  komissiyalarından  asılılığı  olmamalı  və  ekspert  olan 

şəxslər hüquqşünaslıq sahəsində lazımi səviyyədə mütəxəssis olmalıdır.

33

 Eləcə də şikayətə baxılma 



mexanizmi  dəyişdirilməli  və  şikayət  bir  ekspert  tərəfindən  deyil,  ekspertlər  heyəti  tərəfindən 

araşdırılmalıdır.  Şikayətçilərin  araşdırmada  şəxsən  iştirakı  təmin  edilməli,  onlar  şikayəti  barədə 

izahat  verməli  və  sübutların  araşdırmasında  iştirak  etməlidir.  Ekspert  qrupunun  araşdırması 

müşahidəçilər üçün açıq  olmalıdır. Bununla bərabər şikayətçilərin həlledici  arqumentləri məhkəmə 

baxışı  zamanı  araşdırılmalı  və  onunla  bağlı  məhkəmənin  yazılı  qərarlarında  məhkəmənin  mövqeyi 

(təsdiqedici  yaxud inkaredici olmasından asılı olmayaraq)  əks  edilməlidir. Məhkəmələr qərarlarının 

hüquqi  əsaslarını  izah  etməlidir.  Şikayətçilərin  əlavə  sübutlat  haqqında  vəsatətləri  rədd  edildikdə 

buna dair qərardadlar qanuna uyğun əsaslandırılmalıdır. Bununla bərabər MSK-nın fəaliyyətində yol 

verdiyi  prosessual  çatışmazlıqlara  adekvat  münasibət  bildirilməli,  seçki  məsələləri  ilə  bağlı 

prokurorluq tərəfindən araşdırma aparıla bilinməsi üçün ətraflı müddəalar nəzərdə tutulmalıdır.

34

 

İcra vəziyyəti:  



 

Hökümət seçki şikayətlərinin araşdırılması ilə bağlı 2008-ci ildə seçki komissiyaları yanında ekspert 

qruplarının  təsis  edilməsini  islahat  kimi  təqdim  edir.

35

 



Ancaq 

ekspert  qruplarının 

formalaşdırılmasında bu qrupların müstəqilliyi və qərəzsizliyi təmin edilməyib.

36

  



Bundan  əlavə,  2015-ci  il  parlament  seçkilərinin  təcrübəsi  göstərir  ki,  seçki  komissiyaları  və 

məhkəmələr  şikayətlərin  araşdırılması  sahəsində  ciddi  irəliləyişə  nail  olmayıblar.  Məsələn,  bu 

seçkilər zamanı inzibati məhkəmə tərəfindən təmin edilmiş seçki şikayəti olmayıb.  

 

Seçkilərdə iştirak edən namizədlər və digər seçki subyektləri güman edilən seçki pozuntularına dair 

şikayətlərinin  araşdırılması  üçün  səmərəli  müdafiə  vasitələrinə  malik  deyillər.  Hökümət  seçki 

məsələlərində  ədalət  mühakiməsi  hüququnun  təmin  edilməsi  istiqamətində  səmərəli  islahatlar 

aparmayıb. Aparılan bəzi “islahatlar” isə natamamdır. 

 

 

6.

 

Seçkiqabağı maliyyələşmə  



 

Tövsiyə:  

 

Şəffaflığın  və  məsuliyyətin  artırılması  məqsədilə  seçki  maliyyəsi  hesabatları  təqdim  edildikdən 



dərhal sonra dərc edilməlidir. Müstəqil peşəkar qurum ədalətli və obyektiv meyarlar əsasında seçki 

kampaniyası hesabatlarının auditini aparmalıdır. Bundan əlavə, seçkilərin publik maliyyələşdirilməsi 

müddəasının geri qaytarılması nəzərdən keçirilməlidir.

37

 



Seçki maliyyəsinə dair müddəalar mürəkkəbdir və sadələşdirilməsi nəzərdən keçirilməlidir.

38

 



İanə  verə  biləcək  subyektlərin  dairəsinə  qoyulan  məhdudiyyətlər  yenidən  nəzərdən  keçirilməlidir. 

Məsələn, QHT-lər və vətəndaşlığı olmayan şəxslərə qoyulan məhdudiyyətlər demokratik cəmiyyətdə 

zəruri deyil. 

 

 



 

 

                                                           

33

 Yeni orada 



34

 Yeni orada 

35

 

AŞ Nazirlə



r Komit

ə

si (2015)  Nem



ət Əliyev Azərbaycana qarşı (qrup işi)

 

http://hudoc.exec.coe.int/eng?i=CM/Del/Dec(2015)1222/1



 

36

 Yen



ə

 orada  


37

 

ATƏT



/

DTİHB Yekun Hesabat 

2013 

38

 



ATƏT

/

DTİHB Yekun Hesabat 



2013

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə