Xülasə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (smdt) Azərbaycanda seçki



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix29.08.2018
ölçüsü0,98 Mb.
#65262
növüXülasə
1   2   3   4   5   6

 

II.



 

Giriş  

 

SMDT Azərbaycan  Respublikasında 9 oktyabr 2013-cü ildən sonra keçirilmiş iki seçkinin (dekabr, 

2014-cü  il  bələdiyyə  seçkiləri  və  noyabr,  2015-ci  il  parlament  seçkiləri)  beynəlxalq  seçki 

müşahiədçiləri  tərəfindən  geniş  və  əhatəli  şəkildə  izlənilmədiyini

3

,  o  cümlədən  son  4  il  ərzində 



seçkilərlər  üzrə  tövsiyyələrin  icrası  ilə  bağlı  yerli  və  beynəlxalq  səviyyəli  ictimai  müzakirələrin 

keçirilmədiyini  nəzərə  alaraq,  seçki  prosesinin  önəmli  istiqamətləri  üzrə  tövsiyyələrin  icrası  üzrə 

dəyərləndirmə  aparıb.  Bu  dəyərləndirmə  sənədi  hazırlanarkən  Azərbaycan  Respublikasının  azad  və 

ədalətli  seçkilər  üzrə  qoşulduğu  beynəlxalq  öhdəliklər,  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan 

Hüquqları  Bürosu  və  Avropa  Şurası  Venesiya  Komissiyasının  tövsiyyələrinə,  Avropa  İnsan 

Hüquqları Məhkəməsinin qərarlarına istinad edilib.  

 

Bu  sənəd  Azərbaycan  rəsmi  dövlət  orqanları,  seçki  komissiyaları,  paralment  üzvləri,  siyasi 



partiyalar, QHT-lər, o cümlədən Avropa Şurası  və  ATƏT-in  müxtəlif strukturları, beynəlxalq  seçki 

ekspertləri və media təmsilçiləri üçün hazırlanıb.  

 

Metodologiya 

Sənəd hazırlanarkən Azərbaycanın beynəlxalq hüquqi öhdəliyi kimi seçki hüququnun təmin edilmsi 

ilə bağlı Sivil və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 25-ci maddəsi və Avropa İnsan Hüquqları 

Konvensiyasına Əlavə 1 saylı Protokolun 3-cü maddəsi, o cümlədən ATƏT-in  Kopenhagen 

sənədinin müddəaları əsas götürülüb. Hesabatın hazırlanmasında həmçinin seçki hüququ ilə əlaqədar 

aşağıdakı hüquqi və praktiki mənbələrinə istinad edilib: 

 

Azərbaycan Respublikası Konstitusiyası; 



 

Azərbaycan Respublikası Seçki Məcəlləsi



 

Avropa Şurası Venesiya Komissiyasının Seçki Məsələləri Müsbət Təcrübə Məcəlləsi (2002); 



 

Avropa Şurası Venesiya Komissiyası və ATƏT/DTİHB-in Azərbaycanın seçki qanunvericiliyinə 



dair birgə tövsiyyələri və təhlilləri: 

 



ATƏT/DTİHB-in 2005-2013-cü illərdə Azərbaycanda keçirilmiş parlament və prezident seçkiləri 

üzrə yekun hesabatları; 

 

ATƏT/DTİHB-nin Seçki Tövsiyyələrinin araşdırılması üzrə qaydaları 



 

AİHM Azərbaycan seçki işləri üzrə qərarları (aşağıda ətraflı istinad edilir); 



 

AŞ NK-nin seçki işləri üzrə icra icraatının qərarları (aşağıda ətraflı istinad edilir). 



 

Hesabatda yalnız prezident və parlament seçkiləri ilə bağlı müddəalar və məsələlər şərh edilir. 

Referendum və bələdiyyə seçkiləri ilə bağlı məsələlərə toxunulmur. 

 

Hesabatın seçki qanunvericliyi üzrə tövsiyyələr bölməsi hazırlanarkən 30 iyun 2003-cü ildə qüvvəyə 

minən  Seçki  Məcəlləsinin  təkmilləşdirilməsi  ilə  bağlı  Avropa  Şurası  Venesiya  Komissiyası  və 

ATƏT/DTİHB-in birgə tövsiyələri  yenidən nəzərdən keçirilib. Araşdırma göstərir ki, 2002-2008-ci 

illərdə  Venesiya  Komissiyası  və  ATƏT/DTİHB  birlikdə  Seçki  Məcəlləsi  ilə  bağlı  6  dəfə  birgə 

tövsiyələr  veriblər.  Bu  tövsiyyələr  Seçki  Məcəlləsinin  layihəsi  ümumi  təhlil  və  maddə-maddə 

qiymətləndirmədən,  seçki  komissiyalarının  ədalətli  qaydada  formalaşması  və  paralment  tərəfindən 

Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə dair rəy və təkliflərdən ibarətdir.  

 

Araşdırma  zamanı  Azərbaycanda  2005-2013-cü  illərdə  keçirilən  parlament  və  prezident  seçkiləri 



zamanı  ATƏT/DTİHB  tərəfindən  təşkil  olunan  Uzunmüdətli  seçki  misisyalarının  yekun  rəyi  və 

tövsiyyələri öyrənilib və son 10 ildən artıq dönəm üzrə müqayisəli təhlili aparılıb. Bu rəylərdə seçki 

                                                           

3

 1995-ci ild



ə

n b


ə

ri Az


ərbaycanda keçir

il

ən bütün seçkiləri müşahidə



 ed

ən ATƏT


-in Demokratik T

ə

sisatlar v



ə

 

İnsan hüquqları Bürosu 



Noyabr 2015-ci ild

ə

 k



iril

ən seçkiləri müşahidə

 ed

ə

 bilm



ə

yib. Daha 

ətraflı 

http://www.osce.org/odihr/elections/azerbaijan/181611



  


 

qanunvericliyi  ilə  bağlı  Seçki  Məcəlləsinin  azad  və  ədalətli  seçkilərin  keçirilməsini  təmin  etməkdə 



yetərsiz olduğu, habelə seçki komissiyalarının fəaliyyəti, seçici siyahılarının vəziyyəti, namizədlərin 

qeydiyyatı, seçkiqabağı təşviqatın təşkili və səsvermə prosesi üzrə çatışmazlıqlar yer alır.  

 

Hesabatda  araşdırılan  digər  məsələ  2005-ci  il  və  2010-cu  il  parlament  seçkilərinin  keçirilməsi  və 



nəticələri  ilə  bağlı  bəzi  deputatlığa  namizədlərin  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  fərdi 

şikayətləri  üzrə  verilmiş  qərarlar  olub.  AİHM  şikayətlərin  əksəriyyəti  üzrə  pozuntu  qərarı,  bəziləri 

üzrə isə Hökümət pozuntunu etiraf edib yaxud dostcasına həll vasitəsilə işlər yekunlaşdırılıb. 

 

Əksər işlər



4

 üzrə AİHM müəyyən edib ki, seçki komissiyaları və daxili məhkəmələr əsassız qaydada 

və qərarlarını əsaslandırmadan və (və ya) səmərəli hüquqi müdafiə vasitələrini təmin etməyən icraat 

vasitəsilə aşağıdakı pozuntulara yol veriblər: 

 

Seçki qanunvericiliyin pozuntusunu və ya seçkilərə dair faktual pozuntuları iddia edən şikayətləri 



rədd ediblər; 

 



Namizədlərin  qeydiyyatını  rədd  ediblər  yaxud  namizədlərin  seçilməsinə  dair  nəticələri  ləğv 

ediblər; 

 



Konstitusiya Məhkəməsi müəyyən ərizələrin qalib gəldikləri seçki dairələrindəki nəticələri kafi və 

müvafiq əsaslar olmadan, məhkəmə araşdırmasında iştirak etmək imkanı daxil olmaqla tərəflərin 

prosessual təminatlarına şərait yaratmadan və qeyri-şəffaf yolla ləğv edib. 

 

AİHM seçki komissiyalarının qərarları üzrə əlahiddə olaraq aşağıdakı pozuntuları müəyyəndləşdirib: 

 



 



Ərizəçilərin  şikayətləri  və  təqdim  etdikləri  dəlillər  heç  bir  əsaslandırma  aparılmadan  rədd 

edilib; 

 



Ərizəçilərin  əleyhinə  olan  şahid  ifadələri  və  izahatları,  onların  həqiqiliyi  və  mötəbərliyi 

lazımi qaydada yoxlanılmadan olduğu kimi qəbul edilib

 



Namizədlərin  qeydiyyatı  yaxud  namizədlərin  seçki  nəticələri  ləğv  edilərkən  qəbul  edilən 

qərarlarda heç bir müstəqil yoxlama və əsaslandırma aparılmayıb; 

 



Ərizəçilərin araşdırmada iştirakı təmin edilməyib. 

 

a)



 

Qəhrəmanlı və başqaları işi (2011) üzrə AİHM qeyd edib ki, namizədlər tərəfindən verilmiş 

fərdi  şikayətlərin  araşdırılmasının  səmərəliliyini  artırmaq  məqsədilə  cavabdeh  Dövlət  seçki 

komissiyalarının struktural tərkibinə dair islahat keçirilməsinə dair təşviq edilməlidir. 

 

AİHM  daxili  məhkəmələrin  qərarları  ilə  əlaqədar  ələlxüsus  aşağıdakı  çatışmazlıqların  olduğu 



nəticəsinə gəlib: 

 



 

Təqdim  edilmiş  dəlillərin  araşdırılmasından  imtina  edilməsi  və  mübahisəli  məsələlərin 

aydınlaşdırılması  üçün  xidməti  vəzifəsinə  uyğun  olaraq  tədbirlər  görülməməsi  və  icraatın 

həddən ziyadə formalizmlə həyata keçirilməsi

 



Seçki komissiyaların nəticələrinin olduğu kimi avtomatik təkrar edilməsi

 



Ərizəçilərə öz müdafiələrini hazırlamaq üçün kifayət qədər vaxt verilməməsi

 



Seçki qanunvericiliyinin tətbiqində səhvə yol verilməsi. 

                                                           

4

 

Bu işlər üçün 



Avropa 

Şurası 


Nazirl

ə

r Komit



ə

sinin n


ə

zar


ə

tind


ə

 olan Nam

ət Əliyev qrup işi (22 iş): 

http://hudoc.exec.coe.int/eng?i=004-

1773

 [Accessed 14 August 2017] 



Bu işlə

r

ə



 

aşağıdakılar aiddir: Əbil Azərbaycana qarşı (2006); Ənnağı Hacıbə

yli Az

ərbaycana qarşı 



(2011); Aslan İsmayılov və

 

başqaları Azərbaycana qarşı (2011); Atakişi Azərbaycana qarşı (2006); Bağırov və



 

başqaları Azə

rbaycana 

qarşı (2011); Qasımlı və

 

başqaları Azərbaycana qarşı (2011); Qaya Əliyev və



 

başqaları Azərbaycana qarşı (2011); Hacılı Azə

rbaycana 

qarşı (2006); Kə

rimov Az

ərbaycana qarşı (2006); Kə

rimli v

ə

 



Əlibə

yli Az


ərbaycana qarşı (2006); Kə

rimova Az

ə

rba


ycana qarşı (2006); 

Xanhüseyn Əliyev Azərbaycana qarşı (2006); Mə

mm

ə

dli Az



ərbaycana qarşı (2006); Mə

mm

ə



dov Az

ərbaycana qarşı (No.2) (2006); 

Orucov Az

ərbaycana qarşı (2006); Sə

m

ə

db



ə

yli v


ə

 

başqaları Azərbaycana qarşı (2011); Şükürov Azərbaycana qarşı (2011);



 Soltanov v

ə

 



başqaları Azərbaycana qarşı (2011); Tahirov Azərbaycana qarşı (2011).

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə