Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   2   3   4   5   6   7   8   9   ...   22
a3

22-23 fevral 
“DQMV Azərbaycanın ayrılmaz tərkib hissəsidir” şüarları ilə Bakıda və Sumqayıtda ilk 
mitinqlər keçirilmişdir. 
23 fevral 
Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin plenumu Boris Gevorkovu Vilayət 
Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad etmiş, həmin vəzifəyə qatı millətçi 
Henrix Poğosyan seçilmişdir. 
24 fevral 
Bakıda və İrəvanda keçirilən respublika partiya fəallarının yığıncaqlarında Dağlıq 
Qarabağ məsələsi müzakirə edilmişdir. 
İrəvanda fəaliyyət göstərən və DQMV-də erməni separatizminin qızışdırılmasında 
təhrikçi rol oynayan “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan 
Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, Sov.İKP MK-nın katibi Aleksandr 
Yakovlevlə üç saata yaxın danışıq aparmışlar. 
Etnik təmizləmə siyasəti həyata keçirmək məqsədilə ermənilər Qafan rayonunun 
azərbaycanlılar yaşayan kəndlərinə kütləvi basqınlar təşkil etmişlər. 
26 fevral 
Kremldəki erməni lobbisinin başçısı, baş katibin köməkçisi Karen Şahnazarovun və
Sov.İKP MK-nın katibi Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi 
M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdir. Saatyarım müddətdə onlar 
M.Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin 
Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar. 
Sov.İKP MK-nın katibi V.Dolgixin Ermənistan televiziyası ilə çıxış edərək Dağlıq 
Qarabağ məsələsinə Kremldə kompleks şəklində baxılacağı barədə söylədikləri erməni 
separatçılarını daha da ruhlandırmışdır. 
26 fevral 
 
Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov Azərbaycan və Ermənistan xalqlarına və 
zəhmətkeşlərinə televiziya ilə müraciət etmişdir. 
Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens 
Bakıda olarkən İttifaq respublikaları arasında sərhədlərin dəyişdirilməsinin 
yolverilməzliyindən danışmışdır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə