Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   2   3   4   5   6   7   8   9   ...   22
a3

11 may 
 
Ermənilər Vedi (Ararat) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, 
onlarla nəfər yaralanmış, evlər yandırılmışdır. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək 
çadırlarda yaşamaq məcburiyyətində qalmışdır. 
Ermənilərin İrəvandakı M.F.Axundov adına orta məktəbə və C.Cabbarlı adına İrəvan 
Azərbaycan Dövlət Dram Teatrına basqınlarından sonra həmin müəssisələr öz 
fəaliyyətlərini dayandırmışlar. 
DQMV Vilayət Prokurorluğuna azərbaycanlı B. Bayramovun müavin təyin edilməsinə 
etiraz olaraq Xankəndində mitinq keçirilmişdir. 
13 may 
Ermənilər Xankəndində azərbaycanlıların yaşadıqları məhəllələrə hücum etmişlər. 6 nəfər 
yaralanmışdır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 
16 may 
Xankəndindəki Pedaqoji İnstitutun azərbaycanlı tələbələrini erməni tələbə və müəllimlər 
instituta buraxmamışlar. Bu hadisə iyunun 6-da da təkrarlanmışdır. 
18 may 
Bakıdakı “Azadlıq” meydanında (keçmiş V.İ.Lenin adına meydan) azərbaycanlıların 
Ermənistandan qovulmasına etiraz əlaməti olaraq mitinq keçirilmişdir. 
21 may 
 
Kremlin tövsiyəsi ilə Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın birinci katibi 
seçilmişdir. 
Sov.İKP MK-nın katibi Y.Liqaçov DQMV-nin Ermənistana birləşdirilməsinin 
yolverilməz olduğunu bildirmişdir. 
DQMV Xalq Deputatları Sovetinin sessiyasında SSRİ Ali Sovetinə Ermənistan SSR Ali 
Sovetinin qərarını müdafiə etmək və DQMV-nin müvəqqəti olaraq Azərbaycanın 
tərkibindən çıxarmaq haqqında müraciət qəbul olunmuşdur. 
22 may 
Sov.İKP.MK-nın katibi Y.K.Liqaçovun Bakıda olarkən guya DQMV məsələsinin həlli 
olunduğu və bir daha müzakirə olunmayacağı barədə fikir söyləməsinə etiraz olaraq 
Xankəndində üçüncü tətil dalğası başlanmışdır.

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə