Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə2/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   2   3   4   5   6   7   8   9   ...   22
a3

13 fevral 
 
DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı 
ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir. 
18 fevral 
 
Kremldəki erməni lobbisinin ən fəal təmsilçisi Georgi Şahnazarov Sov. İKP MK-nın baş 
katibi M.Qorbaçovun köməkçisi təyin edilmişdir. 
Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov DQMV Partiya Komitəsinin büro 
iclasında iştirak etmiş və mitinqlərin “Krunk” un rəhbərləri tərəfindən təşkil edildiyini 
bildirmiş, onların həbs edilməsi məsələsini qaldırmışdır. 
Zor tətbiqi nəticəsində Ermənistanı tərk etmiş azərbaycanlı qaçqınların sayı 4 min nəfərə 
çatmışdır. 
19 fevral 
DQMV Partiya Komitəsinin geniş büro iclasında mitinqlərin keçirilməsinə səbəb kimi 
Azərbaycan tərəfindən yaradılan sosial-iqtisadi problemlər göstərilmişdir. Büronun 
qərarını Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq qərara alınmışdır. 
 
İrəvanda anti-türk çağırışları səsləndirilən mitinq keçirilmişdir. “Ermənistanı türklərdən 
təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” millətçi şüarlar irəli 
sürülmüşdür. 
20 fevral 
Xankəndində Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, 
muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə 
daxil edilməsi haqqında qəbul edilmiş qərara anlaşıqlı yanaşılması üçün Azərbaycan və 
Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət 
həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 
21 fevral 
Sov.İKP MK-nın Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətlə bağlı məsələ müzakirə 
etmiş, Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinə vəziyyəti 
normallaşdırmaq tapşırılmışdır. 
Ermənilər İrəvanda qalmış son məscidi də dağıtmışlar. 
22 fevral 
Sov.İKP MK katibi G.Razumovski Xankəndidə vilayət partiya fəallarının yığıncağında 
mövcud milli-ərazi quruluşunu dəyişdirmək məqsədini güdən tələblərin millətlərarası 
münasibətlərə ziyan vurduğunu, əgər ciddi tədbirlər görülməsə ağır nəticələrə gətirib 
çıxaracağını demişdir.


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 
Ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə 
yetirdikdən sonra Ağdam rayonunu sakinləri ilə Əsgəran sakinləri arasında Xankəndi-
Ağdam yolunda qarşıdurma olmuş, 19 nəfər yaralanmışdır. 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə