XəZƏr universitetiNİN 2015-ci IL elmi fəaliyyəti haqqında hesaba t


Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri



Yüklə 411,98 Kb.
səhifə4/5
tarix11.06.2018
ölçüsü411,98 Kb.
#47963
növüDərs
1   2   3   4   5

3.4 Dövlət büdcəsindən maliyyələşdirilən elmi-tədqiqat işləri

Təəsüf ki, özəl ali məktəblərdə bu büdcədən hələ də istifadə etmək mümkün olmamışdır. Yaxşı olardı ki, gələcəkdə bu məsələ də oz optimal həllini tapsın



3.5 Təsərrüfat müqaviləli elmi-tədqiqat işləri

3.6. Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri

Xəzər Universiteti Azərbaycan Respublikasının özünün qabaqcıl tədris sistemi və tədqiqat işləri, təhsil siyasətinə görə fərqlənən aparıcı təhsil müəssisələrindəndir.

Xəzər Universitetinin beynəlxalq əməkdaşlığı uzun ənənəyə malikdir. Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universitetində kredit sisteminə əsaslanan müasir tədris modeli tətbiq olunur və əsas tədris dili İngilis dilidir. Xəzər Universiteti beynəlxalq layihə və proqramlarda fəal iştirak edir, dünyanın qabaqcıl universitetləri ilə müəllim və tələbə mübadiləsi apararaq Avropa təhsil məkanına inteqrasiya edir.

Xəzər Universiteti qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri cəlb etməklə, təhsildə texnologiyaların  və innovasiyaların tətbiqi vasitəsilə tədrisin keyfiyyətini artırmağa çalışır.

2008-ci ildə universitetin Ətraf Mühit Tədqiqatlar mərkəzi ABŞ-ın Demokratiya Komissiyası tərəfindən dəstəklənən “Development of a Caspian Sea Environmental Studies curriculum”(“Xəzəryanı ölkələrdə tədris kurrikulumlarının inkişaf etdirilməsi layihəsi”) layihəsi çərçivəsində bir sıra tədqiqatlar aparmışdır. Bu layihə təhsil imkanlarının yaxşılaşdırılması sahəsində müxtəlif tədris modellərinin hazırlanıb inkişaf etdirilməsi ilə nəticələnmişdir. Hazırlanmış tədris modellərinin hamısı Azərbaycan və Qazaxıstanda kompakt broşura şəklində çap olunmuş və Azərbaycan və Qazaxıstanda 150 məktəb və kitabxanalara göndərilmişdir. Materiallar Azərbaycan və Qazaxıstan məktəblərində tədris prosesində yaranan çatışmazlıqları və problemləri həll etməyə çalışır. Təhsil ətraf mühitə dair ictimai məlumatlılığı artırmaq üçün ən səmərəli vasitədir. Buna görə də bu sahədə müxtəlif təhsil resurslarının inkişafı çox vacibdir. Bundan başqa, bu layihə gələcəkdə Xəzəryanı ölkələrdə müxtəlif ekoloji və sosial problemlərlə bağlı, oxşar tədris modellərinin hazırlanması üçün regional təşkilatlara təkan verəcək.

2010-2011-ci illərdə Azərbaycanda xırda dağ çaylarının ekoloji həssaslığının ölçülməsinə dair Alman Akademik Mübadilə Xidməti, DAAD tərəfindən maliyyələşdirilən layihə çərçivəsində aparılan tədqiqatlarda ekoloji həssaslığın dəyərləndirilməsi sxemini işlənib hazırlanmış və Azərbaycan ərazisində mövcud olan axınlara tətbiq edilmişdir.Bu sxem suyun çəkilməsinin birgə təsiri, çirklənmə, iqlim dəyişkənliyi və torpağın istifadəsi kimi amilləri nəzərə alır. Bu amillər ətraf mühitə təsirinin qiymətləndirilməsində nə dərəcədə əhəmiyyətli olmalarına görə seçilmişdir. Onların ekoloji həssaslığın qiymətləndirilməsində təsiri regional fərqlər əsasında dəyişir.

Xəzər Universitetinin Siyasi Elmlər departamenti TEMPUS layihəsi çərçivəsində Xəzər Universitetinin qazanmış olduğu “Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (“Curriculum Development and Capacity Building in the field of EU Studies”) adlı layihənin icrası üzərində çalışır.

Hal hazırda ətraf mühitin qorunması istiqamətində həyata keçirilən Daşqınların proqnozlaşdırılmasında cari institusional mexanizmlər”, “Azərbaycanda Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin həyata keçirilməsi”, “Azərbaycanda daşqın və su ehtiyatlarının idarə edilməsində tələbatlarının və institusional potensialın müəyyənləşdirilməsi”, adlı tədqiqat işləri BMT-nin İnkişaf Proqramı tərəfindən və “Assesment of Freshwater Ecosystem Services in the Hydropower Sector in the Kur-Aras River Basin in Azerbaijan (Azərbaycanda Kür-Araz çayı hövzəsində su elektrik sektorunda təmiz su ekosistemi xidmətlərinin qiymətləndirilməsi)” “TEEB Scoping Study for the forestry sector of Azerbaijan” (Azərbaycan meşə sektorunun öyrənilməsi)”adlı layihələr isə WWF təşkilatı (World Wide Fund for Nature) tərəfindən dəstəklənir. Bu layihələrlə yanaşı universitetdə Avropa Komissiyasının dəstəyi ilə “Intra- and Inter-Societal Sources of Stability/Instability in the Caucasus and EU Opportunities to respond” (Qafqaz regionunda stabilliyin/qeyri stabilliyin daxili və xarici mənbələri və Avropa İttifaqının cavab siyasəti) adlı tədqiqat layihəsi həyata keçirilir.



3.8. Elmi-tədqiqat işlərinin informasiya təminatı. Elmi jurnalların nəşri

Xəzər Universitetində elmi məqalələrin yer aldığı elmi tədqiqat jurnalları fəaliyyət göstərir.Elmi tədqiqat jurnalları siyahısına aiddir:

Xəzər Humanitar və Sosial Elmlər jurnalı”(" Khazar Journal of Humanities and Social Sciences ") 2015-ci ildə Tomson Röyters tərəfindən qeydə alınmışdır.

"Azərbaycan Arxeologiyası Jurnalı" ("Journal of Azerbaijani Archeology")

"Xəzər Təbiət Elmləri və Texnologiya jurnalı" ("Khazar Journal of Science and Technology")

Həmçinin Universitetdə elmi və bədii məqalələrlə yanaşı, universitet həyatı barədə xəbər və yenilikləri əks etdirən "Xəzər Xəbər" jurnalı ("Khazar View") fəaliyyət göstərir. Jurnal üç dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. 1995-ci ildə yaradılmış əvvəllər qəzet kimi fəaliyyət göstərən Xəzər Xəbər, 2010-cu ildən etibarən fəaliyyətini yeni formatda – ayda bir dəfə dərc edilən 80 səhifəli elmi-kütləvi və bədii jurnal kimi davam etdirir.

“Xəzər Humanitar və Sosial Elmlər jurnalı” Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. (Çap versiyası ISSN: 2223-2613 Elektron versiya E-ISSN: 2223-2621)

Xəzər “Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Scirus (Elsevier)Dura SpaceDOAJ, İnfoseek, Index CopernicusGenamics, Crossref, EBSCO(host), Arastirmax və s. kimi nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur.

Təsisçisi və baş redaktoru Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır. Redaksiya heyətinə müvafiq sahələr üzrə görkəmli Azərbaycanlı və xarici tədqiqatçılar, alimlər və elm xadimləri daxildir. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı “məzmununa görə elmi-tədqiqat nəşri kimi fəaliyyət göstərir. Jurnal əsasən ingilis dilində elmi məqalələr dərc edir.

Bu məcmuə Xəzər Universitəsi Nəşriyyatının məhsuludur və Xəzər Universitetinin mətbəəsində çap olunur. Jurnal abunə və pərakəndə satış vasitəsilə də yayılır.



3.9. Nəşr olunmuş elmi işlər və keçirilmiş elmi tədbirlər

Xəzər Universiteti xaricdə nəşr edilən məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirir. Universitet əməkdaşlarının elmi məqalələri universitet daxilində fəaliyyət göstərən “Xəzər Humanitar və Sosial Elmlər” (2015-ci ildə Tomson Röytersin indeksinə daxil edilmişdir), Azərbaycan arxeologiyası”, “Xəzər Təbiət Elmləri və Texnologiya” jurnalları və digər respublikadaxili jurnallardan başqa Amerika və Avropada nəşr olunan yüksək reytinqli elmi jurnallarda da dərc olunur. Son üç ildə, o cümlədən 2015 ci ildə, Xəzər əməkdaşlarının məqalələri Journal Boundary value Problems, Pilot tests results, Journal on Future Engineering and Technology, East European Politics, European Journal of Operational Research, Φιλοσοφία: International Journal of Philosophy və sair kimi impakt faktorlu jurnallarda çap olunmuşdur.

2015-ci ildə Xəzər Universiteti heyəti tərəfindən nəşr etdirilmiş yazıların sayı 80-ə çatır ki, onun da 38-i beynəlxalq nəşrlərdir.

Universitetdə elmi konfranslar və beynəlxalq toplantıların keçirilməsi üçün Bəşir Səfəroğlu 122 kampusunda yerləşən 285 yerlik "Dünya konsert salonu", Neftçilər kampusunda 190 yerlik “Mərmər” zal və konfrans salonu, universitetin Binəqədi kampusunda yerləşən təqribən 300 nəfərlik konfrans/konsert salonu mövcuddur. Bundan başqa universitetdə videokonfransların keçirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuş 50 nəfərlik konfrans zalı da istifadədədir. Universitetdə vaxtaşırı qonaq olan xarici universitetlərin nümayəndələri, professorlar məruzə və mühazirələrlə Xəzər universiteti tələbələri və işçi heyəti qarşısında çıxışlar edir. Həmçinin Xəzər Universiteti beynəlxalq konfrans və toplantılara təşkilatçılıq edir.

2015-ci ildə keçirilmiş elmi konfranslarla yanaşı Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı tələbələr üçün karyera sərgisi, Xəzər Universitetinin “Mərmər” zalında Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Çin mədəniyyətindən incilər” adlı tədbir, Xəzər Universiteti və Koreya Fondunun birgə təşkilatçılığı ilə Koreya ilə bağlı iki mühazirə, StrikePlagiarism şirkətinin əməkdaşları plagiatın qarşısının alınması üsulları haqqında universitetin müəllim və tədqiqatçılarına, eləcə də tələbələr üçün treyninq və seminarlar keçirilmişdir.

3.10. Elmi-tədqiqat işlərinin metroloji təminatı və standartlaşdırılması

3.11.Elmi konfransların planlaşdırılması və keçirilməsi

2014-cü il üçün Xəzər Universitetində Türkiyənin Ərciyəs Universiteti və

Xəzər Universiteti və Türkiyənin Ərciyəs universitetinin təşkilatçılığı ilə “21-ci əsrin pəncərəsindən mədəniyyət və kimlik” beynəlxalq simpoziumu keçirilmişdir. 26 aprel, 2014-cü il tarixdə Xəzər Universitetində Azərbaycanda birinci beynəlxalq psixologiya konfransı keçirilmişdir.

2015-ci il fevralın 20-21-də Xəzər Universitetinin Mərmər zalında “İslam Mədəniyyətində Elm və Texnologiya” adlı beynəlxalq simpozium keçirilmişdir.

2015-ci il aprelin 25-26-da isə Xəzər Universitetinin Psixologiya departamenti və Peşə mərkəzinin təşkilatçlığı ilə İkinci Beynəlxalq Psixologiya Konfransı keçirilmişdir.

Universitetdə keçirilən “Elm və Sənət məclisi” dünyanın hər tərəfindən dəvət olunan görkəmli alimlərin birgə konfranslarından ibarətdir. Bu da əslində, ümumilikdə Bakı elmi konfrans mərkəzi sayılır (iştirakşılar çoxsaylı elm və təhsil ocaqlarından gəlirlər).



3.12. Tələbələrin elmi-tədqiqat işinin təşkili

Universitetdə tələbələrin elmi-tədqiqatla məşğul olması üçün hər cür maddi-texniki baza var. Xəzər universitetinin Neftçilər kampusunda nəşriyyat, mətbəə, surətçıxarma mərkəzi, elmi və tədris laboratoriyaları, akademik departamentlər, elmi institut və mərkəzlər fəaliyyət göstərir, elmi və ədəbi-publisistik jurnallar nəşr olunur. Universitetdə müasir standartlara uyğun ləvazimatlarla təchiz olunmuş ixtisaslaşmış tədqiqat və tədris laboratoriyaları fəaliyyət göstərir. İxtisaslaşmış laboratoriyalar  müxtəlif sahələrdə tədris və tədqiqatların aparılmasına xidmət edir.

Xəzər Universiteti Kompüter elmləri departamentinin tələbələrin elmi tədqiqat işlərində istifadə etdikləri, müasir vasitələrlə təchiz olunmuş kompüter laboratoriyaları var. Universitetdə 7 kompüter mərkəzi mövcuddur və bu mərkəzlərdə ümumilikdə 317 ən müasir kompüter var. Həmçinin tələbələr Elektronika və Telekommunikasiya və Neft mühəndisliyi departamentlərinin müasir təchizatlı laboratoriyalarından istifadə etmək imkanına malikdir.

Universitetin tədris binasının bütövlükdə 5-ci və 6-cı mərtəbəsini əhatə edən, ümumi sahəsi 1000 kv.m.-dən çox olan kitabxana-informasiya mərkəzi tələbələrə xidmət edir.

Xəzər Universitetinin 2011-ci il 22 aprel tarixli əmrinə əsasən yaradılmış Magistratura, Doktorantura və Elmi işlər bölməsi tələbələrə tədqiqat aparmalarında istiqamət verir. Burda tələbələrin müdafiədən əvvəl dissertasiyalarının plagiat yoxlanılması təşkil olunur. Eyni zamanda müəyyən olunmuş saatlarda tələbələrə elmi iş və məqalələr yazılması ilə bağlı məsləhətlər verilir.

Magistr tələbələr (MBA istisna olmaqla) universitetə qəbul olduqları ilk tədris ilindən başlayaraq öz dissertasiya mövzusunu müəyyənləşdirir və onlara elmi rəhbər/lər təyin edilir. Bu, gələcəkdə elmi-tədqiqat işini daha da təkmil yerinə yetirilməsinə və onu praktik istiqamətlərinin müəyyən olunmasına yardım edir. Məzmunca sadə görünsə belə, bu tələbələrin elmi tədqiqata oran marağını daha da artırmışdır.

Qeyd olunduğu kimi, elmi tədqiqat işlərinin keyfiyyət mexanizminin yaxşılaşdırılması məqsədilə tələbələr erkən elmi işlərə cəlb olunurlar. Bu vaxt, Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi elmi-tədqiqat işlərinin orijinal olmasına xüsusi diqqət yetirir, köçürmələrin aradan qaldırılması məqsədilə bütün tip işlərin, məqalələrin, tezis və konfrans materiallarının, eləcə də xarici dillərdə olan elmi məqalə və referatların plagiat yoxlanılması həyata keçirir, plagiat işlərə qarşı universitet daxilində “sıfır dözümlülük” (zero tolerance) nümayiş etdirilir.

Əldə etdikləri bilikləri istehsalata tətbiq etmək üçün tələbələr universitetin texnopark/innovasiya mərkəzinin işinə cəlb olunmaqdadırlar. (Universitet “Start-up” layihələrə 2013-cü ildən başlamışdır). Bu məqsədlə tələbələrin universitetin film-animasiya innovasiya mərkəzində təcrübə keçmələri planlaşdırılır. Tikinti mühəndisliyi ixtisası üzrə tələbələri tikinti materiallarının sıxlığının ölçülməsi işinə cəlb olunur, eləcə də elektron avadanlıqlar, sadə pilləli robot texnikası ilə tanış olmaq imknları əldə edirlər. Universitetin elektronika kafedrasına gətirilən yeni avadanlıqlar da onıarın elmi tədqiqat işlərinə yeni praktik məzmun verməsi üçün imkanlar yaradır.

Kitabxana İnformasiya Mərkəzi Magistratura, Doktorantura və Elmi İşlər bölməsi ilə bakalavr və magistr tələbələrinin elmi ədəbiyyatlardan istifadəsini yaxşılaşdırmaq üçün onlara “Online Chicago Manual” və “Harward Manual” Qaydaları üzrə xüsusi təlimlər keçmişdir. Bütün bunlar elmi-tədqiqat işlərində sitatlardan istifadə zamanı konsistent yanaşmaya gətirib çıxarmış və elmi işlərin təqdimatını daha da asanlaşdırmışdır.

Keçən müddət ərzində müəllimlərin dərslərdə bakalavr və magistr tələbələrə verdikləri sərbəst iş komponentlərinin həcmi daha da artırılmışdır. Bu isə öz növbəsində “problem – düşüncə” komponentlərinin xüsusi çəkisini artırır.

Hal-hazırda Magistratura, Doktorantura və Elmi İşlər bölməsi doktorant tələbələri bakalavr tələbələrinin elmi-tədqiqat işlərinin və məqalələrinin resenziya olunmasına və onlara bu sahədə müvafiq ixtisaslı istiqamət verməyə cəlb etməyi planlaşdırır. Universitet bu praktikadan yeni mexanizm kimi daha geniş istifadə olunmasına çalışacaqdır. Bu nəinki bakalavr tələbələrə, eləcə də doktorantlara üçün faydalıdır.

Tədrisdənkənar və istehsalat təcrübəsi zamanı bakalavr və magistr tələbələr qeyri-standart tapşırıqların yerinə yetirilməsinə cəlb olunur və nəticələr elmi məqalələrdə öz əksini tapır. Bu, xüsusilə neft mühəndisliyi tələbələrinin istehsalat praktikası zamanı öz supervaizerləri ilə iş apararkən və istehsalat praktikasının nəticələrinin, ölçmə-təhlil və offşor simulyasiya aparatları ilə apardıqları işlərdə daha səmərəli olmuşdur. Odur ki, bu sahədən olan bir neçə mühəndis tələbənin müdafiə etdiyi magistr dissertasiyaları elmi-tədqiqatın istehsalat nəticələrinə söykənməsini təısdiq etmişdir (MA- dissertasiyası – tələbə Şaiq Xanlarov “Termal simulyasiya modeli vasitəsilə yataqların termik rejiminin təhlili”, 2012; MA- dissertasiyası – tələbə Fərhad Əhədov “Quyu məhsulunda suyun olması şəraitində qazkondensat quyusunun səmərəli rejiminin təyin edilməsi”-2013 və s.).Tədrisdənkənar vaxtlarda elmi konfrans və simpoziumlarda, texnoparkların işində də tələbələrimiz aktiv iştirak edirlər.

Qrant müsabiqələrinə tələbələrin cəlb olunması işi daha da təkmilləşdirilir və gücləndirilir. Bunun həm yerli, həm də beynəlxalq layihələrə tətbiq olunması gözlənilir. Xarici ölkələrdə olan elmi konfranslarda, simpoziumlarda tələbələrin daha geniş iştirakı təmin edilir.

Tələbələr orijinal tədqiqat aparılması istiqamətində vaxtaşırı maarifləndirilir. 2015-ci ilin dekabrında Xəzər Universitetinin “Neftçilər” kampusunda StrikePlagiarism şirkəti sonuncu kurs tələbələri üçün plagiata qarşı təlim keçirilmişdir. Təlimdə tələbələrin hazırladıqları tədqiqat işlərini özləri yoxlaması və tam orijinal iş təqdim etmələri istiqamətində bir sıra məsələlər müzakirə olunmuşdur.

Təhsil departamentinin magistrantı Nuranə Mirişli ”Təlimdə tətbiq olunan formativ qiymətləndirmənin şagirdlərin özünü qiymətləndirməsinə təsiri”, İngilis dili və Ədəbiyyatı departamentinin magistrları Leyla Rəhimova “Zərflərin və Sifətlərin müqayisəli linqvistik analizi”, Fidan Əliyeva “A.S.Puşkinin “Yevgeniy Onegin” əsərində təşbehlərin rus dilindən ingilis dilinə tərcüməsi”, Ülkər Quliyeva “F.S.Fitzgeraldın “Möhtəşəm Getsbi” əsərində bədii ifadə vasitələri və onların Azərbaycan dilində izahı”, Yeganə Ağayeva “ Azərbaycan və İngilis dillərində Valentlik perspektivləri. Məchul növ və icbar növün əmələ gəlməsində iştirak edən strategiyalara müqayisəli yanaşma”, Arzu Əzizova “Teodor Drayzerin “Amerika faciəsi” əsərində protoqonist obraz kimi Klayd Qriftin sosio-ədəbi təhlili”, Rəcəb Rəcəbov “Teodor Drayzerin “Cenni Herhart” əsərində frazeoloji birləşmələrin tərcüməsi”, Günel Rüstəmova “Ernest Miller Heminqueyin yaradıcılığında müharibə və sülh problemi”, Validə Kərimova “Siyasi diskursda metafora” mövzusunda magistr dissertasiyalarını müdafiə etmişlər. Mühəndislik və digər sahələrdə xeyli sayda magistr dissertasiyaları hazırlanmış və müdafıə şuralarına təqdim olunmuşdur.

2015-ci il üçün universitetdə təhsil alan doktorantların da fəaliyyəti kifayət qədər nəzərəçarpandır. Universitetin Beynəlxalq Münasibətlər ixtisası üzrə doktorantı Şəhriyar Məmmədovun, fəlsəfə doktoru Hüseyn İbrahimov ilə həmmüəllif olduğu “Müasir İctimai Həyat Paradiqmaları” adlı elmi kitabı “Nafta-Press” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Digər bir doktorant Xəyalə Məmmədovanın “The main development directions of gender linguistics: the analysis of gender linguistic elements in turkish languages and culture” adlı məqaləsi beynəlxalq nüfuzlu (İmpact Factor) Φιλοσοφία: International Journal of Philosophy jurnalı tərəfindən nəşr olunmuşdur.

2015-ci ildə Xəzər Universitetinin heyəti də daxil olmaqla tələbələrin tədqiqat imkanlarını artırmaq və onlara hərtərəfli kömək etmək məqsədilə Universitetdə Research Support Center (Tədqiqata Dəstək Mərkəzi) yaradılmışdır.

5. XARİCİ ÖLKƏLƏRLƏ ELMİ ƏMƏKDAŞLIQ

Xəzər Universitetində tədris ingilis dilində aparılır, bu da universitet tələbələrinə və müəllim heyətinə dünya təcrübəsindən istifadə etməyə və dünyanın aparıcı universitetləri ilə tələbə və müəllim mübadiləsini uğurla həyata keçirməyə kömək edir.

Xəzər Universiteti dünyanın bir çox ölkələrinin - Böyük Britaniya, ABŞ, Fransa, Hollandiya, Türkiyə, Almaniya, Norveç, Finlandiya, Kanada, İtaliya, Rusiya, İran İslam Respublikası, Çin Xalq Respublikası, Hindistan, Yaponiya, Koreya, Macarıstan, Gürcüstan, Avstraliya, İsveç, Avstriya, Belçika, Polşa, Bolqarıstan və başqa ölkələrin məşhur universitetləri ilə geniş əlaqələr yaratmışdır. Göstərilən bu ali məktəblərin əksəriyyəti ilə  elmi araşdırmalar, informasiya mübadiləsi və s. əlaqələrlə yanaşı, tələbə və müəllim mübadiləsi proqramları da həyata keçirilir. Belə geniş beynəlxalq əlaqələr nəticəsində Xəzərin yüzlərlə tələbəsi öz təhsillərini adı çəkilən universitetlərdə davam etdirmiş və etdirməkdədir. Xəzərin müəllimlərinin isə, demək olar ki, əksəriyyəti bu ali məktəblərdə işləmiş və təcrübə keçmişlər. Universitetlərarası bu mübadilə proqramlarından savayı, Xəzər Universitetinin bir sıra müəllimləri və yuxarı kurs tələbələri, eləcə də magistrant və doktorantları müxtəlif beynəlxalq fondların və proqramların (ACTRA/ACCELS Undergraduate exchange Program, British Chevening Program, German DAAD Program, Muskie Fellowship Program, IREX Contemporary Program, Freedom Support Act Program, British Council Scholarships Program və s.) dəstəyi ilə məşhur xarici universitetlərdə uzun və ya ortamüddətli staj keçmiş və ya təhsil almış, bir sıra əməkdaşlar bu fondlar və proqramların dəstəyi ilə müxtəlif ölkələrdə konfranslarda, seminarlarda iştirak etmişlər.

Həmçinin əməkdaşlıq proqramları çərçivəsində yüzlərlə xarici mütəxəssis Xəzərdə işə cəlb olunmuşdur. Demək olar ki, hər tədris ilində burada 15-20 xarici müəllim dərs deyir.

2012-ci il Xəzər Universitetində İtaliyanın Boloniya Universitetinin əməkdaşı, Bilgi Universiteti və Laureate Beynəlxalq Universitetlər Şəbəkəsinin rəhbərliyi, Riqa Beynəlxalq İqtisadiyyat və Biznes İdarəetmə məktəbinin prorektoru Dr. Ilmars Kreituss  və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Polina Naidenko, Latviya Universitetinin əməkdaşları və digər nüfuzlu universitet nümayənədləri ilə görüşərək müxtəlif layihələr çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

Xəzər Universiteti beynəlxalq əlaqələr çərçivəsində Beynəlxalq Universitetlər Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür.

Universitet Azərbaycanda fəaliyyət göstərən biznes şirkətləri, fondlarla da geniş əlaqələr qurmuşdur. O cümlədən, TASIC/TEMPUS, Avrasiya, Soros fondu, Amerika Hüquqşünaslar Assosiasiyası, İREX, Carnegie fondu və s. ilə geniş əməkdaşlıq proqramları həyata keçirirlər.

2012-ci ilin oktyabrından başlayaraq ERASMUS MUNDUS-un ELECTRA və WEBB layihələrinə start verildi. ELECTRA üçüncü ölkələrlə enerji, ətraf mühit və sənaye məsələləri sahəsində tədqiqat aparmaq, eləcə də Mərkəzi Asiya partnyor təşkilatlarında təhsil nazirliklərinin dəstəyi ilə Bolonya təhsil sistemi və Lissabon Strategiyasına inteqrasiyanın sürətləndirilməsi istiqamətində əməkdaşlıq edərək ali təhsilin keyfiyyətini artırmağa yönəldilmişdir. Layihənin əlaqələndirici təşkilatı 2010-cu ildən ERASMUS MUNDUS layihələrində partnyor olmuş Oldenburq universitetidir. Layihədə Portuqaliya, Bolqarıstan, İrlandiya, Almaniya və Baltikyanı ölkələrin də nümayəndələri, təmsil olunur.



WEBB: Whole Europe Beyond Borders layihəsi 20 universitetin, 10 Avropa Birliyi və 10 üçüncü ölkələrə aid universitetin partnyorluğu ilə həyata keçirilir.

Noyabr ayından başlayaraq daha bir ERASMUS MUNDUS layihəsi EUROEAST çərçivəsində əməkdaşlığa start verilmişdir. Layihə çərçivəsində əsasən Mühəndislik, Kənd təsərrüfatı, Coğrafiya, Geologiya, Hüquq, Təbiət və Sosial Elmlər sahəsində tədqiqatlar nəzərdə tutulur.

2012-ci ildə Xəzər Universiteti tələbə mübadiləsi ilə bağlı 4 universitetlə - Türkiyənin Koç universiteti, Polşanın Warsaw School of Economics universiteti ; Avstriyanın Vienna və Polşanın Kozminski universitetləri ilə ikitərəfli müqavilələr imzalamışdır.

2013-cü ildə Mövlana layihəsi çərçivəsində Türkiyənin Qazi , Çukurova, Okan, Erciyes və Kastamonu universitetləri ilə mübadilə protokolları imzalanmışdır. Bundan başqa Türkiyənin adı çəkilən universitetləri ilə yanaşı Türkiyənin Gediz, İzmir Katip Çelebi, İzmir Ekonomi, İzmir Yüksek Teknoloji, İzmir, Yaşar, Dokuz Eylül, Hacettepe, Çanakkale Onsekiz Mart, Balıkesir, Uludağ universitetləri ilə ikitərəfli müqavilələr imzalanmışdır.

Erasmus Mundus proqramı çərçivəsində EUROEAST, WEBB, EMBER layihələrində tələbə mübadiləsi davam etməklə yanaşı, yeni mübadilə proqramlarına da start verilmişdir.

2015-ci ildə Türkiyənin Orta Şərq Texniki Universiteti (ODTÜ), Polşanın Kozminski Universiteti, Böyük Britaniyanın Midlseks Universiteti, Sloveniyanın Lyublyana Universiteti, İtaliyanın Lakila Universiteti, İspaniyanın Valensiya Politexnik Universiteti, Türkiyənin Kadir Has Universiteti ilə tələbə mübadiləsi barədə ikitərəfli müqavilələr imzalanmışdır.

2015-ci ildə həmçinin Amirkabir universiteti (İran), Tubingen universiteti (Almaniya), Hindistan Maliyyə İnstitutu, Toosi universiteti (İran), Azərbaycan Şahid Mədəni universiteti (İran), Zərifə Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəz (Ukrayna), Quilmes Milli (Argentina) universiteti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində anlaşma memorandumları imzalanmışdır.

Eyni zamanda Mövlana layihəsi çərçivəsində Türkiyə universitetləri ilə ikitərəfli razılıq protokollarının imzalanması davam etməkdədir. 2015-ci ildə Mevlana proqramı çərçivəsində protokol imzalanmış universitetlər sırasına Türkiyənin Kahramanmaraş Sütçü İmam, Uşak, Siirt, Bayburt, Bozok universitetləri daxil olmuşdur.

Xəzər Universitetinin Beynəlxalq Münasibətlər departamenti xarici universitetlərdən əlavə yerli universitet və tədqiqat instiutları ilə də əlaqələri möhkəmləndirmək istiqamətində addımlar atır. Ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elm və ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək, yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı maraq kəsb edən mövzular üzrə birgə elmi tədqiqatlarının aparılması, tədris-metodiki adəbiyyatın işlənib hazırlanması, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və s. istiqamətində anlaşma memorandumu imzalamışdır.

Azərbaycan Dövlət İqtisad Universiteti ilə mövcud fakültələr və kafedralar arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrin yerinə yetirilməsi; professor-müəllim heyəri, doktorantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kurslarının təşkili, birgə sərgi və elmi konfransların təşkili, qarşılıqlı tələbə mübadiləsinin təşkili və s. məsələrinin həlli istiqamətində anlaşma memorandumu imzalanmışdır.



Yüklə 411,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə