XəZƏr universitetiNİN 2015-ci IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 411,98 Kb.
səhifə3/5
tarix11.06.2018
ölçüsü411,98 Kb.
#47963
növüDərs
1   2   3   4   5

Araşdırma və Treyninq Mərkəzləri


Lüğət və Ensiklopediya Mərkəzi

Xəzər Universitetinin Lüğət və Ensiklopediya Mərkəzi (XULEM) 1996-cı ilin aprel ayında yaradılmışdır.

     XULEM bir neçə sahədə, xüsusilə ingilis dilinin mövcud lüğətlərinin araşdırılması və dəyərləndirilməsi, yeni ikidilli, çoxdilli və ensiklopedik lüğətlərin, həmçinin müxtəlif sorğu kitablarının tərtib və nəşri ilə məşğuldur.

     XULEM-də leksikoqrafiya sahəsində zəngin təcrübəyə malik olan alimlər və Xəzər Universitetinin müəllimləri çalışır.

     XULEM son bir neçə ildir ki, 6 cilddən ibarət olan İngiliscə-Azərbaycanca iri həcmli lüğətin tərtibi ilə məşğuldur. “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət” (XİABL) adlanan bu lüğətin 3 cildi artıq nəşr olunmuşdur, qalan 4-cü cild çapa hazır vəziyyətdədir. Digər 2 cild isə çapa hazırlanır.

      Bu əsər məzmununa, keyfiyyətinə və həcminə görə az rast gəlinən lüğətlərdəndir. Bu lüğət tərcüməçilər, tələbələr, alimlər, dil müəllimləri, kütləvi və elmi kitabxanalar üçün, həmçinin İgilis dilindən öz elmi və əməli fəaliyyətində istifadə edən hər kəs üçün nəzərdə tutulmuşdur.

     Lüğətin diqqətəlayiq xüsusiyyətləri aşağıdakılardır:


  • onun təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələrdən ibarət böyük həcmi;

  • onun insan həyatı və fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən material zənginliyi;

  • bütün ingilis sözlərinin bitkin semantik quruluşu;

  • baş sözlərin mənalarının dəqiq tərcüməsi və onların işlədilməsinə dair izahat və cümlə nümunələri;

  • onun mükəmməl poliqrafiyası və nəfis xarici görkəmi.

     XİYABL-ın redaktorları ümid edirlər ki, bütün keyfiyyətlərinə görə bu lüğət ondan istifadə edənlərin tələbatını ödəyəcək və rəğbətini qazanacaqdır.

Hüquq Tədris Mərkəzi 

Hüquq Tədris Mərkəzi 2013-cü ilin yanvar ayında Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) dəstəyi ilə “Azərbaycan Hüquq Konsorsiumu” layihəsi çərçivəsində yaradılmışdır. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökümət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatların inkişafının aktiv şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir.

   Hazırda Azərbaycanda gənc hüquqşünasların hazırlanması əsasən akademik səviyyədə keçirilir. Belə ki, tələbələrin kifayət qədər praktiki vərdişlərə yiyələnməməsi uğurlu karyeranın başlanmasına təsir edir. Bu məqsədlə Mərkəzdə gənc məzun və hüquqşünas tələbələr üçün intensiv təlimlərin keçirilməsi və müxtəlif mövzuda nəşriyyatların çap olunması nəzərdə tutulur. Kursların nüfuzunu və xidmətlərin yüksək keyfiyyətliliyini təmin etmək məqsədilə Tədris Mərkəzinə hüquq elmini tədris edən aparıcı mütəxəssislər və praktik hüquqşünaslar cəlb olunur. Bundan başqa, gənc hüquqşünaslara və hüquq tələbələrinə insan hüquqları üzrə biliklərin praktiki baxımdan təkmilləşdirilməsi, vəkillik bacarıqlarının aşılanması, məhkəmə çəkişmələri və məhkəmə çıxışları zamanı peşəkar hüquqşünaslarla müşayiət olunmaları nəzərdə tutulmuşdur. Mərkəz hər il ən azı 20 tələbəyə yüksək keyfiyyətli əsaslarla təlim-tədris kursları keçməyi və 6-7 gənc hüquqşünası Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmağı planlaşdırır.

 Mərkəzin məqsədi aşağıdakılardan ibarətdir:



  • İnsan hüquq və azadlıqları sahəsində biliklərin və məlumatların artırılması, cəmiyyətdə konstitusionalizm dəyərlərinin təbliği;

  • Gənc hüquqşünasların vəkillik üzrə imtahanlara hazırlanması;

  • Az təminatlı əhali qruplarına pulsuz hüquqi yardımların göstərilməsi;

  • İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatların nümayəndələrinin və üzvlərinin insan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmlərində istifadə bacarığının artırılması üçün dövrü kursların təşkili;

  • Gənc hüquqşünasların və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Universitetlərin hüquq fakültəsi tələbələri ilə hüquq sahəsində tanınmış milli və beynəlxalq ekspertlərlə görüşlərin təşkili;

  • Vəkillər, praktiki fəaliyyətlə məşğul olan hüquqşünaslar, hakimlər, insan hüquqlarını müdafiə edən təsisatlar və şəxslər üçün praktikumların, manualların, metodiki vəsaitlərin hazırlanması və mütəmadi sərgi təşkil etməklə onların satışının təşkili.

Hüququn ayrı-ayrı sahələrindəki boşluqları nəzərə alaraq yerli və beynəlxalq ekspertlərin dəstəyi əsasında Mərkəzdə İnzibati hüquq, Cinayət hüququ, Qanunvericilik texnologiyası,  Vəkillik imtahanına hazırlıq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent Hüququ, Ailə hüququ, Əmək hüququ, Hüquqi yazı və s. mövzularda təlimlər keçiriləcək.

2015-ci ildə hüquq sahəsində universitetin təşkil etdiyi seminar və layihələri gələcəkdə bu sahədə doktorantların hazırlanması üçün dərin zəmin yaratmışdır.



Xəzər İnternet İnstitutu

Xəzər İnternet İnstitutu Xəzər Universitetində tələbə məlumat mərkəzi yaratmaq, sayta nəzarət etmək, web layihələr reallaşdırmaq məqsədi ilə 1 Oktyabr 2010 tarixində Xəzər Universitetinin Direktor və Qəyyumlar şurasının sədri Hamlet İsaxanlının əmri ilə yaradılıb.

Qurum 2015-ci ildə 1000-dən artıq məlumat və informative reklamların həm Azərbaycan, həm də ingilis dillərində veb səhifələrdə dərc olunmasına nail olmuşdur.

İnternet İnstitutunun əsas məqsədləri aşağıdakılardır:



  • Xəzər Universitetində Tələbə məlumat sistemi qurmaq.

  • Xəzər Universitetinin nəzdində mobil proqramlaşdırma mövzusunda laboratoriya açmaq.

  • Xəzər Universitetinin tələbələri ilə müxtəlif web layihələr tapmaq və reallaşdırmaq.

  • Xəzər Universitetinin tanıtımı üçün müxtəlif, internetlə əlaqədar layihələr reallaşdırmaq.

  • Müxtəlif yarışmalar, müsabiqələr təşkil etmək.


Keyfiyyətin Təminatı Mərkəzi
Xəzər Universiteti Keyfiyyətin Təminatı Mərkəzi 1999-ci ildə  Nottinqem Trent Universiteti (Böyük Britaniya) və Haarlem Universitetinin (Hollandiya) birgə əməkdaşlığı ilə həyata keçirilən TEMPUS proqramının  "Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin inkişafı" layihəsi (1999-2001)  çərçivəsində yaradılmışdır.

2008-ci ildə TEMPUS proqramının "Azərbaycan universitetlərində təhsildə keyfiyyətin təminatı sistemlərinin yaradılması" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı mərkəzləri yaradılmaqla Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti genişləndi. Vinçester Universiteti (Böyük Britaniya), III Karlos Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq keyfiyyətin təminatında təlim, nəzarət və mütəxəssis dəstəyi ilə nəticələndi. Digər ali məktəblər (Harvard Universiteti, Kaliforniya / Los Ancels Universiteti, Princeton Universiteti, və s) və Xəzərin professor-müəllim heyəti arasında bu sahədə əməkdaşlıqlar, məsləhətləşmələr davam edir

Keyfiyyətin Təminatı Sisteminin Xəzər Universitetində yaradılmasının məqsədi, əsasən, aşağıdakılardır:


  • Tədrisın və tədqiqatın keyfiyyətinin yüksəldilməsi;

  • Yeniliyi tədbiqi və təhsil üçün imkanların və mənbələrin araşdırılması;

  • Ali təhsil müəssisələrində idarəetmənin səviyyəsini qaldırmaq;

  • Qiymətləndirmə sistemlərinin formalaşdırılması.

Keyfiyyət göstəriciləri bunlardır:

  • Təhsil, dərs proqramları və tədris planları

  • Tələbələr və tələbələrə dəstək sistemi

  • Tədqiqat və müəllimlik fəaliyyəti

  • Təhsil siyasəti (ciddi tədris mühiti)

  • Maddi-texniki resurslar (binalar, otaqlar, laboratoriyalar, yeməkxana və s)

  • Kitabxana

  • Ali təhsil müəssisəsinin inkişafı və fəaliyyət planları 

Xəzər Universitetində Keyfiyyətin Təminatı Sistemi 2 aspekti əhatə edir:

  • Akademik keyfiyyəti: tədris və təlimin keyfiyyəti, tədris planlarının keyfiyyəti.

  • Infrastrukturun keyfiyyəti: qurğular, avadanlıqlar.

Təhsildə Keyfiyyətin Təminatı Mərkəzi 3 istiqamətdə fəaliyyət göstərir:

  • Kurrikulanın yoxlanılması və təhlili;

  • Tələbələrin öyrənilməsi, təlim və qiymətləndirmə;

  • Kadrların inkişafı və qiymətləndirilməsi.

 

Bu Xəzər Universitetinin Avropa Birliyinin akademik standartlarına uyğun qurulmasına və tanınmasına imkan verir.

2015-ci ildə Mərkəz bir neçə dəfə universitetdaxili keyfiyyətin monitorinqi və nəticələrinə dair hesabatla çıxış etmiş və bu nəticələri təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətinə yönəldə bilmişdir.

Tərcümə Araşdırmaları Mərkəzi

Xəzər Universiteti Tərcümə Araşdırmaları Mərkəzi 27 aprel 2000-ci ildə yaradılmışdır. Mərkəzin əsas məqsədi akademik, bədii, fəlsəfi və texniki əsərləri müxtəlif müasir dillərdən Azərbaycan dilinə çevirməkdir. Azərbaycan mədəniyyətinin bir çox qiymətli nümunələrinin də başqa dillərə tərcüməsi nəzərdə tutulur. Mərkəz  tərcümənin tədqiqi və tədrisi işlərinə də cəlb olunur.

Tərcümə Araşdırmaları Mərkəzi peşəkar tərcüməçilərlə yanaşı gənc tərcüməçiləri də mərkəzin işlərinə cəlb edir, tərcümənin müxtəlif sahələrinə dair nəzəri-praktik konfranslar keçirir.  Mərkəz həmçinin   Dilçilik, Ədəbi tərcümə, Tərcümə və poeziya, Tərcümə nəzəriyyəsi və vasitələri və sairə kimi mövzularda müzakirələr aparır.

Bu yaxınlarda Xəzər Universiteti Təzrcümə Araşdırmaları Mərkəzi Xəzər Universitetinin Nəşriyyatı ilə birlikdə  ABŞ dövlətinin qismən maliyyələşdirdiyi tərcümə layihəsini həyata keçirtdi. Bu layihəyə tarixə, jurnalistikaya, və Kütləvi İnformasiya Vasitələrinə aid kitabların ingilis dilindən Azərbaycan dilinə tərcüməsi daxil idi.

2015-ci ildə Tərcümə Araşdırmaları Mərkəzi Universitetin digər akademik və araşdırma mərkəzləri ilə yaxından əməkdaşlıq etmişdir.

Avrasiya Mədən Sənayesi Bilik mərkəzi

Xəzər Universiteti Avrasiya Hub - hasilat sənayesində bilik və bacarıqların artırmağa xidmət edən təlim - tədqiqat mərkəzidir. 



Təhsil siyasəti institutu

Təhsil Siyasəti İnstitutu tədrisin təkmilləşdirilməsi, təhsildə idarəetmə metodlarının inkişaf etdirilməsi məqsədi ilə tədqiqatlar aparır və treyninqlərin təşkili ilə məşğul olur. Təhsil siyasəti institutunun tədqiqat sahələri aşağıdakılardır:

Kurikulum və təlimat:


  • Kurikulum nəzəriyyəsi

  • Təlim nəzəriyyəsi

  • Kurikulumların təşkili

  • Təlimatların tərtibi (ibtidai, orta və ali təhsil səviyyələrində)

  • Təhsilin ümumi əsasları

Təhsilin idarə olunması:

  • Təhsil İdarə olunmasının əsasları

  • Təhsildə idarəçilik (məktəb, kolleclərin peşəkar səviyyədə təşkili, idarə edilməsi və inkişaf etdirilməsi, təhsil müəssisələrində rəhbərlik və idarəetmə)

  • Azərbaycanda təhsil siyasəti və planlaşdırma (Təhsil Qanunu da daxil olmaqla)

  • Təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi

  • Ali təhsilin təşkili və idarə edilməsi

  • Tədrisin və kadrların müşahidəsi və qiymətləndirilməsi

Müqayisəli və Beynəlxalq Təhsil:

  • Müqayisəli Təhsilin tarixi inkişafı

  • Müqayisəli Təhsildə tədqiqat metodları

  • Təhsil sistemləri; ibtidai, orta və ali təhsil modelləri

Təhsilin tarixi və fəlsəfəsi:

  • Təhsilin fəlsəfi əsasları

  • Təhsilin Sosiologiyası

  • Təhsilin tarixi

  • Ali təhsilin tarixi

  • ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Yaponiyada təhsil

  • Inkişaf etməkdə olan ölkələrdə təhsil (Çin, Hindistan, Türkiyə, Azərbaycan) 

Təhsil psixologiyası:

  • Təhsilin psixoloji əsasları

  • Sosial Psixologiyanın (və İnsan İnkişafı) prinsipləri

  • Təlim və motivasiya

  • Fizikometrika

  • Kəmiyyət metodları (Eksperimental dizayn, statistik nəticə, korrelyasiya, reqressiya, Faktor təhlili, dəyişkən metodlar, keyfiyyət faktı)

  • Tədqiqat metodologiyası (Kompüter metodları, statistik modellər) 

Fənnə giriş və Sosial Qrup Təhsilinin prinsipləri

  • Xarici dil

  • Elm

  • Sağlamlıq və həyat haqqında elm

  • Xüsusi təhsil

  • Tək fənnin tədrisi

  • Bir neçə fənnin tədrisi

  • Dini təhsil

  • Milli azlıqların təhsili

Elm və sənət məclisi

Elm və Sənət Məclisi – Xəzər Universitetində alim və ziyalıların elm, mədəniyyət və incəsənətin mühüm məsələləri haqqında mütəmadi olaraq keçirilən konfrans və ya seminarlar, onların müzakirə olunduğu məclis. Elm və Sənət Məclisi 2006-cı ildə Professor Hamlet İsaxanlı tərəfindən təsis edilmişdir. Bu məclis son illərdə Azərbaycanda elm və sənət adamlarının, ziyalıların məmnuniyyətlə gəldikləri bir yerdir. Adətən ayda bir və ya iki dəfə keçirilən "Elm və Sənət Məclisi"nin materialları nəfis şəkildə çap olunur.

Elm və Sənət Məclisinin ilk toplantısı 2006-cı il oktyabrın 10-da keçirilib. İndiyə qədər Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, dünyanın bir sıra ölkələrindən, o cümlədən, ABŞ, Türkiyə, İngiltərə, Şotlandiya, İtaliya, Rusiya, Misir, Hollandiya, İran, Gürcüstan və s. ölkələrdən dəvət olunmuş, öz sahələrində böyük söz və nüfuz sahibi olan alimlər Elm və Sənət Məclisində müxtəlif mövzularda maraqlı mühazirələr oxumuşlar. Hazırda məclisin materiallarından ibarət 2 toplu kitab şəklində çap olunmuş, digəriləri çapolunma ərəfəsindədir.



Məclislər

Elm və Sənət Məclisində edilmiş məruzələrdən seçmələr:



1.10.10.2006. Fəlsəfə və Poeziya. Hamlet İsaxanlı. Camal Mustafayev

2. 31.10.2006.İslamda Sufilik. Hamlet İsaxanlı. Camal Mustafayev

3.22.11.2006. Orta Əsrlərdə Tərcümə Fəaliyyəti. “Quran”ın Tərcümələri. Mirzə Rəsul İsmayılzadə

4. 12 .12 2006. Orta Əsrlər Ərəb Dünyasında Türklər. Afşin. Nərgiz Axundova. Fərda Əsədov

5. 23.01. 2007.Orta Əsrlərdə Azərbaycan Türkcəsinə Tərcümələr (XV-XVI əsrlər) Mövsüm Nağısoylu

6. 13.02.2007.Türk Dünyası Bu Gün. Azsaylı Türk Soyları.Güllü Yoloğlu (AMEA-nın Arxeologiya və Etnoqrofiya İnstitutu)

7. 27.02. 2007.Hürufiliyin Mahiyyəti və Rəmzləri. Nəsib Göyüşov(AMEA-nın Əlyazmalar İnstitutu)

8. 13.03.2007.Sovet-Amerika Qarşıdurması: Azərbaycan Böhranı və Soyuq Müharibə. Cəmil Həsənli (BDU)

9. 03.04.2007.Etnogenezis və Azərbaycan Tarixçiliyi. Süleyman Əliyarlı (Əməkdar elm xadimi,Tarix elmlər doktoru,BDU)

10. 08.05.2007.Gürcü Xalqının Mədəniyyəti və Milli Psixologiysı: müqayisəli təhlil İmir Məmmədli

11. 22.05.2007.Nəsillərin Mənəvi Varisliyi. Camal Mustafayev (Əməkdar elm xadimi ,fəlsəfə elmləri doktoru)

12. 25.10. 2007.Qloballaşan Dünyada Mənəvi İlişkilər. Mustafa İslamoğlu (AKABE Vakfı,Türkiyə)

13. 16.11.2007.Avrasiyada Hunlar. Tarix, Mədəniyyət və Kimlik. Hamlet İsaxanlı

14. 04.12. 2007. Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi: Mif və Gerçəklik. Elnur Nəsirov(Xəzər Universitəsi)

15. 27.12. 2007. Şəhər Mədəniyyəti. Tarix, Bu Gün və Gələcək. İsmail Serageldin (İsgəndəriyyə Kitabxanası,Misir)

16. 26.01. 2008.Erməni Genosidi Məsələsi Haqqında.Norman Stone.(Koç Universitəsi,Türkiyə)

17. 29.01.2008. Edvard Said. Orientalizm və Postkolonial Araşdırmalar. Turac Atabaki ( Amsterdam və Leiden Universiteti, Hollandiya)

18. 15.02.2008 Türkiyədə Azərbaycan Ədəbiyyatının və Mədəniyyətinin Araşdırılması Tarixi. Yavuz Akpınar (Ege Universitəsi, Türkiyə)

19. 20.05. 2008.Azərbaycan-Alban Tarixinə Aid Qədim Yazıların Oxunuşu. Firudin Ağasıoglu

20. 10.06.2008.Azərbaycan Mədəniyyəti Elektron Məkanda. İnternet Şəbəkəsində Ədəbiyyat. Tariyel Məmmədov,

Aydın Xan Əbilov (yazıçi-kulturoloq)

21.04.11.2008.Azərbaycanlılar Amasiyada və İstanbulda. İbrahim Yıldırım (İstanbul Universitəsi,Türkiyə)

22. 25.11. 2008.F.Nietzsche – Tarixin Ən Çılğın Filosofu. Ağalar Məmmədov.Mail Yaqubov (Xəzər Universitəsi)

23. 16.12. 2008. Sigmund Freud – Psixoanalizin Atası. Ülkər İsayeva (Xəzər Universitəsi)

24. 13.01.2009.Ibn Xəldun: Böyük İslam Filosofu və Sosioloqu. Ahmet Arslan (Ege Universitəsi,Türkiyə)

25.15.01.09.İslam və Modernləşmə. Ahmet Arslan (Ege Universitəsi,Türkiyə)

26. 27.01.09.M.Ə.Rəsulzadə və Azərbaycan İstiqlalı. Şirməmməd Hüseynov (BDU)

27.10.02.09.Qədim Türk Tarixinin Problemləri.Serqey Qriqoryeviç Klyaştornıy (Sankt- Peterburq Dövlət Universiteti,Rusiya)

28.12.02.09.Xəzərlərin Erkən Tarixi Asiya Aspekti. Serqey Qriqoryeviç Klyaştornıy (Sankt- Peterburq Dövlət Universiteti,Rusiya)

29.14.04.09. Qaraxanlı Dövrü Ədəbi Dili.Ahmet B.Ercilasun (Qazi Universitəsi,Türkiyə)

30.28.04.09.I Dünya Müharibəsi Dövründə Osmanlı İmperiyasının Qafqaz Siyasəti.Michael A.Reynolds (ABŞ)

31.03.11.09.Şumer- Bəşəriyyətin Ən Qədim Mədəniyyətidir.Veronika K.Afanasyeva (Sankt-Peterburq Şərqşunaslıq İnstitutu,Rusiya)

32.05.11.09.Qədim Mədəniyyətlər və Müasir Dövr. Veronika K.Afanasyeva(Sankt-Peterburq Şərqşünaslıq İnstitutu, Rusiya)

33.10.11.09.İslam və Qərb Mədəniyyətinin Müqayisəsi.Tahsin Görgün.(Türkiyə)

34.12.11.09.Qlobal Perspektivdən İslam və Müasirləşmə.Tahsin Görgün.(Türkiyə)

35.04.05.10.Əlçatmaz Nöqtələrə Ayaqbasanların Gündəliyi .Hüseyn Bağırov (Ekologiya və Təbii Sərvətlər Nazirliyi)

36.11.05.10.Müasir İqlim Dəyişmələri və Azərbaycan.Rza Mahmudov( Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun Direktoru,Azərbaycan)

37.28.09.10. II Dünya Müharibəsi İllərində Böyük Üçlüyün İttifaq Diplomatiyası. Vladimir Peçatnov(Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu,Rusiya)

38.30.09.10. SSRİ və ABŞ üçün II Dünya Müharibəsi Geosiyasi Nəticələri. Vladimir Peçatnov. (Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu,Rusiya)

39. 26.10.10. Sözdə Erməni Soyqırımının Mübahisəli Arxiv Qaynaqları Haqqında .Kemal Çiçek (Türk Tarix Qurumu,Türkiyə)

40.27.10.10.Ermənilərlə Bağlı Yerdəyişdirmə və Osmanlı Qaynaqlarının Əhəmiyyəti. Kemal Çiçek(Türk Tarix Qurumu,Türkiyə)

41.23.11.10.İmperiyalar Boşluğunda Regional Diplomatiya:İranın 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasına Dair Siyasəti.Oliver Bast (Head of Middle Eastern Studies School of languages,Linguistics and Cultures.The University of Manchester)

42.10.12.10.Azərbaycanın Ən Məşhur Romanı” Əli və Nino”nun Müəllifi Kimdir?.Betty Blair (Editor of “Azerbaijan International”)

43.28.12.10.Tarixşünaslıq: Problemlər və Fərqli Yanaşmalar.Cəmil Həsənli, Hamlet İsaxanlı.

44.08.02.11.Çağdaş Qlobal Mühitdə Akademik Azadlıq və Universitənin Muxtariyyatı.Kemal Gürüz (Sabiq YÖK başkanı, Türkiyə)

45.22.02.11. Novruz Çərşənbələri və Regional Özəllikləri.Güllü Yoloğlu (Tarix elmləri doktoru,Azərbaycan)

46.15.03.11.Faşizmə Qarşı İtaliya Müqavimət Hərəkatı və Onun Azərbaycanlı İştirakçıları.Mixail Talalay

47.24.05.11.Rusiya İmperiyasının Süqutu və Müsəlmanlar.Salavat İsakov (Rusiya)

48.26.05.11.Azərbaycan Mühacirəti.Yeni Sənədlər və Materiallar. Salavat İsakov (Rusiya)

49.28.09.11. İslam və Qərb Siyasi Düşüncəsi.Tarixin Dərsləri Varmı?.Antony Black (Şotlandiya)

50.01.11.11.Texnologiya İnsan Həyatının Amili Kimi.Larry.A.Hickman (Southern İllinois University,USA)

51.09.12.11.Əbu Hamid Əl-Qəzali: Tarix və bu gün.Ahmet Arslan, Hamlet İsaxanlı.

52.27.12.11. Epos və Türk Tarix Öncəsi.Süleyman Əliyarlı.(Əməkdar elm xadimi,Tarix elmlər doktoru,BDU)

53.12.04.12. Qədim Rus Yazı Abidələrində Qədim Türk Etnoeydmləri. Zahir Əsədov (Bakı Slavyan Universiteti)

54.01.05.12. İşığın Psixoloji Effekti.Biologi Saat və Depressiya.Reşit Canbeyli.(Boğaziçi Universitəsi-Türkiyə,Kolumbiya Universiteti,ABŞ)

55.15.05.12 . Azərbaycan Mədəniyyəti və Təhsilinin İnkişafında Qori Seminariyasının Rolu.Hüseyn Əhmədov (Azərbaycan Pedaqoji Universiteti)

56.07.12.2012. Əlimərdan Bəy Topçubaşov.Üç Ölkə Arasında Keçən Ömür. Cəmil Həsənli

57. 23.04.2013.Teodor Şumovski-100.Həyat və Yaradıcılığı..Nərgiz Axundova (AMEA-nın Tarix İnstitutu)

58. 31.05.2013. İranın Yaxın Tarixi və Bu Günü: Əsas İnkişaf Meylləri və Yaxın Gələcəyə Baxış.Michael Rubin (ABŞ)

59. 01.11.2013. Seyid Yəhya Bakuvi: Həyatı, Yaradıcılığı və Məktəbi. Mehmet Rıhtım (Qafqaz Araştırmaları İnstitutu)

60.17.02.2013. Sülh və Hərb.Gülüstan Sülh Müqaviləsinin Reallıqlarına Yeni Tarixi Baxış.Oleq Yuryeviç Kuznetsov.(Tarixçi-hüquqşunas,Rusiya)

61.21.01.2014.Türkiyədə Neolitik Dönəm Kazıları və Yeni Görüşlər. Arkeolojik Kazı Yerlerinde Koruma, Sergileme ve Açık Hava Müzeleri.Mehmet Özdoğan..Zeynep Eres ( Türkiyə)

62. 17.12.2014. Qafqazın Ekoloji Birliyi. Georgi Kvesitadze (Gürcüstan Elmlər Akademiyasının Prezidenti)

63.03.02.2015.Genetik Miqrasiyaların coğrafiyası və tarixi.Prof. Stoyan Dinkov (Bolqarıstan)

64.07.04.2015.Mirzə Şəfi Vazeh və Freiderich Bodenstedt.Böyük dostluq və böyük ayrılıq.Prof.Hamlet İsaxanlı

3. ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ELMİ TƏDQİQAT VƏ İNNOVASİYA FƏALİYYƏTİ

3.1. Elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi

Ali məktəblər tələbələrə keyfiyyətli tədris təklif etməkdən əlavə müxtəlif istiqamətlərdə layihələr və elmi tədqiqatlarda iştirak edir. Xəzər Universiteti yarandığı gündən istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyəli layihə və tədqiqatlarda fəal iştirak etməyə çalışır. Universitetin öz büdcəsi hesabına formalaşdırılmış müxtəlif elmi tədqiqat laboratoriyaları, mərkəzləri və institutları var. Universitetdə elmi-tədqiqat işləri kafedralar və tədqiqatçıların təşəbbüsü əsasında planlaşdırılır.



3.2 Elmi tədqiqat işlərinin mühüm nəticələri (sahələr üzrə)

Elektronika və telekommunikasiya departamenti tərəfindən tələbələrlə birgə həyata keçirilən layihə əsasında işıqdiodlu işıqlanma sistemlərinin və mini avtomobilin alternativ enerji mənbələri əsasında qidalandırılması proqramı əsasında “Solar enerji ilə işləyən mini-maşın”ı düzəldilmış və nümayiş etdirilmişdir.



3.3 Elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi. Elmi tədqiqat işlərinin səmərəliliyi

2015-ci ilin may ayında Xəzər Universiteti texnoparkı tərəfindən hazırlanmış biznes plan Rabitə və Yüksək Texnologiya Nazirliyinə təqdim edilmişdir. Dünya məktəbinin binasının 7-ci mərtəbəsində film və animasiya məktəbi və studiyası yaradılmışdır. Xəzər Universitetinin şəhər kampusunda Dünya bankı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə “Virtual Enterprise” layihəsi çərçivəsində işlər görülmüşdür. 2014-cü ilin dekabrında Ankaraya səfər zamanı 3 müxtəlif texnoparkda təqribən 20-yə qədər texnika emal edən şirkətlər ilə toplantılar keçirilmişdir. Eximbank, Halkbank və Türkiyə Cümhuriyyəti dövlət müəssisələri ilə birgə seminarlarda iştirak edilmişdir. 2015-ci ilin fevralında adı çəkilən şirkətlər və təşkilatlar Bakıya səfər etmişlər. Xəzər Universitetində Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiya Nazirliyinin dəstəyi ilə birgə konfrans keçirilmişdir.



Yüklə 411,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə