№01 (41) 10.01.2011 Fərqli düşüncə
9
Politoloqların 2011-ci ildən gözləntiləri...
«Panorama» verilişində politolo-
qlar Zərdüşt Əlizadə və Eldar Na-
mazov Azərbaycanda 2011-ci illə
bağlı gözləntilərini dilə gətirirlər.
Zərdüşt Əlizadə:
«İÇKİYƏ ALUDƏ OLAN İNSAN
ARAQDAN ƏL ÇƏKƏ BİLMƏDİYİ
KİMİ, HAKİMİYYƏT DƏ
RÜŞVƏTDƏN ƏL ÇƏKƏSİ
DEYİL...»
- Mən 2011-ci ildə Azərbaycanda
əvvəlki illərdən fərqli heç nə göz -
ləmirəm. Düşünmürəm ki, Azərbay-
canın köklü problemləri bu il öz həllini
tapacaq. Bircə bundan əminəm ki, bu il
də neft daşınacaq, satılacaq və ölkəyə
böyük pullar gələcək. Azərbaycanın
maliyyə imkanları artacaq. Ancaq, necə
deyərlər, içkiyə aludə olan insan araq-
dan əl çəkə bilmədiyi kimi, hakimiyyət
də rüşvətdən əl çəkəsi deyil. Bu il də
böyük infrastruktur layihələrində ölkəyə
gələn böyük neft pulları tarı-mar
ediləcək...
Eldar Namazov:
ŞAHIN İRANI...
- Mən təkrarçılığa yol vermək
istəmirəm. Sadəcə, «niyə görə hər il
vəziyyət dəyişmir» sualına cavab ver-
məyə çalışacam. Bu ona görədir ki,
ölkədə bir sistem qurulub. Bu sistem
korrupsiyanın, insan hüquqlarının
pozulmasının üstündə bərqərar olunub.
Bu sistem ölkəni başqa cür idarə edə
bilməz. Nə qədər ki, ölkədə sistem dəy-
işməyib, vəziyyət də dəyişməyəcək.
Azərbaycanda demokratiya bərqərar ol-
mayınca, biz yeniliklərin şahidi olmaya-
cağıq. Əslində, ölkədə getdikcə
narazılıqlar artmaqdadır. Sadəcə, Azər-
baycanda dünyəvi müxalifət məhv
edildiyindən meydan boş qalıb və səh-
nəni başqa qüvvələr tutası olacaq.
Rusiyada da belədir. Orada səhnəni
getdikcə millətçi, şovinist, neofaşist
qüvvələr tutmaqdadır. Azərbaycanda
isə oxşar proseslərdə önə çıxan qüvvə
siyasi İslamdır . Ona görə biz 2011-ci
ilin sakit keçəcəyini düşünməməliyik.
2011-ci ilə kifayət qədər gərgin və
təhlükəli siyasi proseslərin cərəyan
edəcəyi bir il kimi baxmalıyıq. Bu
siyasət davam etsə, Azərbaycanın
taleyini Şahın dövründəki İranın taleyi
gözləyə bilər...
Zərdüşt Əlizadə:
«RUSİYANIN İSTƏYİ İLƏ
ÇİRKİN OYUN OYNAYIRLAR»
- Mən Eldar bəylə razıyam. Ancaq bir
şey əlavə etmək istəyirəm. Mən şəxsən
ictimai sahədə heç nə gözləmirəm.
Nəsə baş versə, bu da xarici qüvvələrin
təhriki ilə Qarabağ münaqişəsi
ətrafında baş verə bilər. Tərəfləri ya
müharibəyə, ya da sülhə sürükləyə
bilərlər. Yadınızda saxlayın ki, zəif və
uzaqgörən olmayan ölkələri onların
iradəsindən kənar hansısa icbari sülh
variantlarına sürükləyə bilərlər. Bunun
üçün Deyton variantı var, Kosovo vari-
antı var. Bunu Azərbaycan və Er-
mənistan rəhbərliyi dərk etmir və ona
görə dirəniblər. Rusiyanın istəyi ilə
çirkin oyun oynayırlar.
Eldar Namazov:
«DANIŞIQLAR DALANA
DİRƏNİB...»
- Əslində rəsmi danışıqlar dalana
dirənib. Ona görə ki, iki əsas prinsip
hələ də razılaşdırılmayıb. Bu, Azərbay-
canın ərazi bütövlüyü və öz müqəd-
dəratını təyin etmədir. Bu prinsiplər
bir-birinə tamamilə zidd prinsiplərdir.
Bunu da bir-biri ilə uzlaşdırmaq qeyri-
mümkündür...
Babək Bəkir
2 milyonluq Atatürk monumenti və
5 milyonluq Koroğlu heykəli
İzmirdə Atatürk monu-
mentinin bu fotosunu
AzadliqRadiosu.az saytinin
“Simsiz teleqraf”
bölümünə dinləyici mahir
məmmədli yükləyib. Onun
fotoya yazdığı şərhi də
eynilə təqdim edirik.
2.1 milyon dollara başa gələn
bu heykəl 42 metr uzunluğun-
dadir. İndi deyin, 5 milyona
başa gələcək Koroğlu heykəli
neçə metr olmalidir? Yükləyib:
Mahir Məmmədli.
№01 (41) 10.01.2011 Fərqli düşüncə
10
Hadı Rəcəbli: «İşsiz 500 manatlıq kostyum
geyir, mən 250 manatlıq»
Sumqayıtda yataqxanada yaşayan
Elsevər Məmmədov altı ildir iş ax-
tarır. Sumqayıt şəhərindəki əmək
və məşğulluq idarəsində işsiz kimi
qeydiyyata düşsə də, iş tapa bilmir.
Bir dəfə öz peşəsinə uyğun elektrik
kimi işə götürülsə də, sonradan
maaşını ala bilməyib. Elsevər Məm-
mədovun sözlərinə görə, yaranmış
vəziyyətlə bağlı əmək və məşğul-
luq idarəsinə müraciəti də müsbət
bir nəticə verməyib: “İş tapmaq bir
yana, aztəminatlı ailə kimi mənə
2010-cu ilin sentyabrında təyin
edilən 120 manat ünvanlı sosial
yardımı da heç cür ala bilmirəm.
Deyirlər kart hələ dekabrın
axırında olacaq. Belə şey olarmı?!
Ay insanlar, axı mən yaşamaq
istəyirəm, axı mən insanam!”.
İŞSİZ 500 MANATLIQ KOSTYUM
GEYİR, MƏN 250 MANATLIQ
Milli Məclisin Sosial Siyasət Komitəsinin
sədri Hadı Rəcəbli isə deyir ki, Azərbay-
canda indi iş tapmaqla bağlı problem
yoxdur. Sadəcə, insanlar hər işi bəyən-
mirlər:
“Adamdan soruşarlar ki, niyə
işləmirsən? Məgər iş yoxdur? Əgər hər
işə nazla yanaşmasalar, iş həmişə tap-
maq mümkündür. Diplomu var, hüququ
qurtarıb, gəlib bizə deyir ki, iş istəyirəm.
Soruşan lazımdır ki, indi testlə işə girmək
olur da, niyə getmirsən? Bu gün israfçılıq
baş alıb gedir, insanlar ayaqlarını
yorğanına görə uzatmırlar. Mən 250 man-
atlıq kostyum geyirəmsə, işsiz biri 500
manatlıq kostyum geyir. Vaxtilə ata-
analarımız 200 qram ətlə necə xörəklər
bişirərdilər? İndi çörək bir balaca boyat
olan kimi atırlar”.
İSTƏYİRLƏR, NECƏ OLURSA-
OLSUN, DÖVLƏTDƏN YARDIM
ALSINLAR
Hadı Rəcəblinin sözlərinə görə, Azər-
baycanda 10-11 faiz arasında kasıb
təbəqə var. Və onların sayının azaldılması
üçün dövlət tərəfindən hər bir iş görülür
- əlillərə verilən müavinətlərin həcmi artır,
Qarabağ əlillərinə prezident təqaüdü ver-
ilir, şəhid ailələri 120 dollar civarında
müavinət alır:
“Amma mən istərdim ki,
ümumiyyətlə, ünvanlı yardım sisteminə
yenidən baxılsın. Bu gün adamlarda
aludəçilik olub ki, nə yolla olursa-olsun
dövlətdən vəsait alsınlar. Ünvanlı yardımı
o adam almalıdır ki, həqiqətən də tərpən-
məyə yeri yoxdur”.
H.Rəcəbli deyir ki, əlillər üçün iş yer-
lərində kvota var. Amma bu qanunun
işləməsi üçün gərək sahibkarlar human-
istlik edib onlara iş versinlər.
İlkin Məmmədov
Hadı Rəcəbli
İranla həmsərhəd olan Astara
keçid məntəqəsinin önündə on-
larla yük maşını növbəyə durub.
Sürücülər terminala girmək üçün
hər yük maşınına 8 manat
verirdilərsə, yeni ildən 30 manat
ödəməli olacaqlar. Buna etiraz
edən Azərbaycan sürücüləri termi-
nala girmək istəmirlər, ödəmə
haqqının əvvəlki kimi 8 manat ol-
masını tələb edirlər.
Sürücü Süleyman Əliyev deyir ki, As-
tara
terminalı
ödəmə
haqqını
qaldıranda, İran tərəfi də cavab tədbiri
görür: «Azərbaycan tərəfi 30 manata
qaldırıbsa, İranın Astara gömrükxanası
50
manata
qaldırıb.
İran
öz
sürücülərindən bu pulu almır. Nəticədə
biz həm burda, həm də İranda terminal
haqqını ödəyirik. Son aylarda isə
qazancımız xeyli azalıb. 5-6 manat pul
qazanırıq, onu da əlimizdən alırlar».
Səxavət adlı sürücü isə Astara termi-
nalının işindən narazılıq etdi: «Bizi
məcbur edirlər ki, terminalın həyətindən
keçib İrana gedək. Maşınların terminala
girib-çıxması üçün pul alırlar. Halbuki As-
tara gömrükxanasına daxil olmaq üçün
ayrıca yol var. Bizi aldadıb pul alırlar».
TERMİNALIN XƏRCİ ARTIB.
BƏS NƏ EDƏK?
Astara terminalının direktor müavini
Rafael Abdullayev hər şeyin qanuni
olduğunu deyir: «Rəhbərlik belə məs-
ləhət görüb. Özbaşına deyilik. Hər maşın
30 manat ödəyib terminala daxil olur.
Terminalın həyətində nə qədər istəyirlər,
o qədər də qalırlar. İranda isə terminal
hər gün üçün 50 manat tələb edir. Ter-
minalın xərci artıb. Bəs nə edək?
Sürücüləri terminala dəvət etmişik. Bu
gün 8 manat olacaq. Ancaq fevralın 1-
dən qiymət qalxacaq».
Sabiq gömrük xidməti kapitanı Elman
Hüseynov isə Astara terminalının bu
hərəkətini qanunsuz hesab edir: «Astara
terminalı
səhmdar
cəmiyyətidir.
Qəribədir ki, o, gömrük orqanının
funksiyalarını yerinə yetirir. Adamları in-
cidirlər, təhqir edirlər, qiyməti baha-
laşdırırlar. Bu, özbaşınalıqdır. Əslində,
yük maşınları terminalın həyətinə gir-
məyə məcbur edilməməlidir. Kimsə yük
boşaldırsa, ola bilər o maşın terminala
daxil olsun. Bilmək olmur ki, Astara ter-
minalı hansı xidmətə görə sürücülərdən
bu qədər pul alır. Terminal xüsusi
mülkiyyətdir. Gömrükxananın həyətində
olan tərəzi də xüsusi mülkiyyətdir. Lazım
olan adamlar üçün çörək yeri
yaradıblar».
Müstəcəb Məmmədov
Astara sərhədində etiraz aksiyası
Sürücülər yeni ildən 8 yox, 30 manat
ödəməli olacaqlar