№01 (41) 10.01.2011 Fərqli düşüncə
12
Əli Kərimli: «Təkcə müxalifət
yox, məmurlar da narazıdır»
Azərbaycan Xalq Cəbhəsi Par-
tiyasının sədri Əli Kərimli
AzadlıqRadiosunun «İşdən sonra»
proqramında müxalifətin 2011-ci il
üçün strategiyasını açıqlayıb. Əli
Kərimli deyib ki, əsas məqsəd icti-
mai-siyasi fəaliyyət meydanının
genişləndirilməsidir.
MÜBARİZƏNİN YENİ
MƏRHƏLƏSİ NƏDİR?
AXCP sədri deyib ki, hazırda
mübarizənin yeni mərhələsinin başlan-
ması üçün zəmin var:
«Bizim təhlillərim-
izə görə, indi zəmin var ki, azadlıq
uğrunda mübarizənin yeni mərhələsi
başlansın. Çünki əvvəlki illərdən fərqli
olaraq məhz 2011-ci ildə bizim daha ciddi
təşkilatlana bilməyimiz üçün müəyyən
obyektiv zəmin var. Birincisi, bunu açıq
demək
lazımdır
ki,
Azərbaycan
cəmiyyətində
həmişə
avtoritar
hakimiyyətdən narazılar çox olub. Amma
indi bu narazılıq öz pik həddinə çatıb. İndi
artıq demək olar ki, cəmiyyətdə razı
adamları tapmaq çətin olub. Demək olar
ki, təkcə hökumətin siyasətindən narazı
olub özünü müxalifətdə sayan insanlar
yox, əslində hətta dövlət məmurlarının da
böyük bir qismi, dövlət vəzifələrində təm-
sil olunub, çoxlu pul sahibi olan insanlar
da böyük narazılıq ifadə edirlər. Narazılıq
artıb».
NƏTİCƏ VERƏNƏ QƏDƏR...
«Biz neynəsək də, yenə kütləvi ak-
siyalar, oturaq mitinqlər, nümayişlər, mit-
inqlər, seçkilərə hazırlıqlar - bu kimi
kütləvi aksiyalardan kənara çıxa
bilməyəcəyik. Amma onlar hər gün nəticə
vermirlər, bir gün nəticə verirlər. Hər gün
nəticə vermirsə bu tədbirlər, bu o demək
deyil ki, artıq onlar effektsizdir. Nəsə yeni
bir şey icad etməliyik. Nəticə verənə
qədər həmin o dinc vasitələrdən istifadə
etmək lazımdır».
AXCP sədri son zamanlar məktəblərdə
hicabla bağlı yaradılmış qalmaqala da
münasibətini bildirib.
HİCAB, YOXSA MƏKTƏB?
«Mən hesab etmirəm ki, məktəbli
uşaqların hicab taxıb məktəbə getməsi
vacibdir. Əgər söhbət məktəblidən
gedirsə. Amma bunu izah etmək
doğrudur, nəinki həmin məktəblini təh-
sildən məhrum etmək. Hesab edirəm ki,
əgər belə bir dilemma qarşısında qalsaq
ki, ya bu məktəbli hicab geyinməlidir, ya
da məktəbdən xaric olunmalıdır, məktəbə
buraxılmamalıdır, mən hesab edirəm ki,
məktəbə buraxılmamaq daha səhv
hərəkətdir. Ona görə də qadağaların
üzərində aparılan mübarizə səhvdir».
HAKİMİYYƏT ÖZÜ BUNU
ŞİŞİRDİR
Əli Kərimlinin fikrincə, hökumət özü bu
məsələnin şişməsində maraqlıdır. Müxalif
partiyanın sədri deyir ki, hakimiyyət
bununla özünə alternativ qüvvə yarat-
maq fikrindədir:
«Məndə olan məlumata görə, Azərbay-
can hökumətinin bəzi ideoloqları, konkret
Prezident Administrasiyasında olan bəzi
şəxslər Misir modelini Azərbaycan üçün
nümunəvi sayırlar. Hesab edirlər ki, bun-
ların strategiyası belə olmalıdır ki, daimi
və məqsədyönlü təzyiqlərlə liberal-
demokratik qüvvələr zəiflədilməlidir.
Onlar meydanı tərk etməlidir. İndiki
hökumətin demokratik alternativi olma-
malıdır. Əsas alternativ olmalıdır məhz
siyasi-islam. Həmin o siyasi-islamı güclü
göstərməklə Qərb dünyası Azərbaycanda
aparılan avtoritar diktatura rejimi ilə
barışmağa məcbur edilməlidir. Ya biz, ya
da qarşımızda olacaq qüvvə həmin o
siyasiləşdirilmiş islam».
Kamran Mahmudov,
Babək Bəkir
Əli Kərimli
«Mən öz Bakımı daxildən iki
hissəyə bölürəm. 90-cı ilin 20 Yan-
varına kimi olan Bakı və 20 Yan-
vardan sonrakı Bakı».
Bu sözləri AzadlıqRadiosunun «Can
Bakı» proqramının «Gəncliyimizin
Bakısı çağdaş Bakıdan nə ilə
fərqlənirdi?» mövzusunda açdığı
müzakirəyə qatılan şoumen
Bəhram Bağırzadə söylədi.
HANSI BAKIDA YAŞAMAQ DAHA
GÖZƏL İDİ?
Onun sözlərinə görə, çox şeyləri 90-cı
illərdən sonra əldə etsə də, 90-cı ilin 20
Yanvarına qədər olan Bakıdan daha çox
həzz alıb.
O BAKIDA ƏDƏB-ƏRKAN,
HÖRMƏT-İZZƏT,
PƏRDƏ VAR İDİ…
Bəhram Bağırzadə milis polkovniki olan
atasının xidməti maşından istifadə et-
mədiyini xatırladı:
«Nömrəsi də yadımda qalıb - 10-05
AQA. Atam DİN-də beşinci adam ol-
masına baxmayaraq, işə 145 nömrəli av-
tobusla gedib-gəlirdi. Elə mən özüm də
10 il həmin avtobusdan istifadə etmişəm.
İndi bəzən avtobusa oturduğum zaman-
lar olur. Təəssüf ki, görürəm ki, cavan-
larımız həmin cavanlar deyil».
REPRESSİYALAR LAZIMDIR?!
Bəhram bəy bütün bunları qaytarmaq
üçün repressiyalara ehtiyac olduğunu
söylədi:
«Sözün yaxşı mənasında repres-
siya deyirəm. İnsanlar pis hərəkətinə
görə cəzalandırılmalı və cərimə vermə-
lidir. Söhbət həm də şəhərin təmiz -
liyindən gedir».
• SƏHƏR SAAT 8-də BUL-
VARDA…
• ŞƏHƏR CAMAATI BİR-BİRİNƏ
SALAM VERƏRDİ
• KİTAB NİYƏ RUS DİLİNDƏ
YAZILDI?
• PUL! PUL! PUL!
• KİTABI MƏN YAZMAMIŞAM
• KİTABDA NADİR ŞƏKİLLƏR
VAR
AzadliqRadiosu.az saytından
verilişi dinləyə bilərsiniz.
Sevda İsmayıllı
Bəhram Bağırzadə Bakını niyə iki hissəyə böldü?
Bəhram Bağırzadə
№01 (41) 10.01.2011 Fərqli düşüncə
13
Azərbaycanın Mətbuat Şurası hesab
edir ki, kütləvi informasiya vasitələrinin
maddi vəziyyətinin yaxşılaşdırılması
üçün reklam bazarının genişləndirilməsi
vacibdir. Bu barədə Trend-ə Şura sədri
Əflatun Amaşov bildirib. "KİV-in reklam
bazarının genişləndirilməsi üçün artıq
müəyyən təkliflər hazırlanıb. Təklifləri
hazırlayarkən xarici təcrübəyə əsaslan-
mağa önəm vermişik. Türkiyədə siyasi
mövqeyindən asılı olmayaraq ictimai
fikrə təsir edən KİV-ə dövlət qurum-
larının öz reklamlarını verməsi təcrübəsi
bizim diqqətimizi cəlb edir. Türkiyə
təcrübəsində rəsmi qurumlar öz
fəaliyyətlərinin ictimaiyyətə çatdırılacaq
hissəsini siyasi mövqeyindən asılı olma-
yaraq ictimai fikrə təsir edən KİV-də
reklam yerləşdirməklə çatdırırlar", -
deyə Amaşov əlavə edib.
Azərbaycanda 100-ə yaxın həftəlik,
30-dan çox gündəlik qəzet nəşr edilir.
"Mətbuatın dövlət yardımına
ehtiyacı var"
AzadliqRadiosu.az
saytında həmçinin
oxuyun
Sevinc Pərvanənin tənqidlərə
münasibəti
Elif Şafak: Dünyaya neler oluyor?
Seyran Səxavət: «İyirmi ildir
Azərbaycansız yaşayırıq»
Şahbaz Xuduoğlu: Rayonlarda
uzunömürlülüyün sirri
Həmid Herisçi: Azərbaycana post-
modernizmi mən gətirdim…
İranın casusluqda ittiham elədiyi
amerikalı qadın İranda deyil və tam
təhlükəsiz şəraitdədir. Bu barədə ABŞ
Dövlət Departamentinin sözçüsü Mark
Toner məlumat verib. Amma o, məsələ
barədə əlavə məlumat verməyib. İran
polisi şənbə günü, Azərbaycanla
sərhəddə casusluqda şübhəli bilinən
amerikalı qadın Hal Fayalanın həbs
edilməsi barədə məlumat yayıb.
Azərbaycan-İran sərhədində
amerikalı qadının həbsi təkzib edilir
Azərbaycan pop musiqisində
məhəbbət mövzusu üstünlük
təşkil edir. Ölkənin müasir musiqi
tarixi istər sevgi hissləri
haqda lirik, istərsə də
dövlət başçılarına olan
məhəbbəti tərənnüm edən
siyasi mahnılarla zəngindir.
Bu günlərdə istehsal edilən
«Petrol» video-klipi də
məhəbbətdən bəhs edir.
Amma Aygün Kazımova və
Miri Yusif dueti burada
neftə və yanacağa olan
sevgidən oxuyurlar.
Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti.
«Azpetrol»un
dəbdəbəli
yanacaq doldurma stansiyalarının
birində çəkilən video ilk baxışdan
həmin
şirkətin
reklamına
bənzəyir. Əslində isə videonun
mesajı çox sadədir - Azərbaycan
neft ölkəsidir və sürətlə inkişaf
edir. Janr nə qədər yeni görünsə
də, sovet dövrünün məşhur
əmək mahnılarının müasir variantı
təəssüratı bağışlayır.
Aygün Kazımova və Miri Yusif
neft haqqında oxudular
Aygün Kazımova
Əflatun Amaşov
№01 (41) 10.01.2011 Fərqli düşüncə
14
Rusiyadan qayıdan soydaşlarımız artır
Ötən ilin sonunda Rusiyada baş
verən etnik qarşıdurma orada
yaşayan azərbaycanlılardan
bəzilərini vətənə dönməyə vadar
edir. Yaşar İbrahimov 8 ildir ki,
Moskvada ticarətlə məşğul olub,
yaxşı da pul qazandığını deyir.
Elə evini də, maşınını da həmin
vaxt ərzində qazandığı pulla alıb.
Bir neçə gündür ki, Gəncəyə qayı-
dan Yaşar İbrahimov iş tapa
bilmir:
«Orda vəziyyət pisdir, nümayişlər
olur. Bayıra çıxmaq olmur, «keçəllər»
deyirlər, onlar camaatı döyür, hamı bir-
birinə qarışıb. Bizə qarşı zorakılıqlar
edirlər, yolda tutub döyürlər, pulumuzu
alırlar. Bilmirsən milisdir, bilmirsən polis-
dir, ümumiyyətlə, çətindir indi
Moskvada yaşamaq. Ayda 4-5 min dol-
lar qazanmaq olurdu. Gəlmişik, burda
da elə bir iş yoxdur».
MİLLƏTİMİZƏ QARŞI KOBUD
DAVRANIRLAR
Natiq Əliyev isə Yevlax sakinidir. O da
uzun müddətdir ki, ailəsini Moskvada
qazandığı pulla dolandırır. İndi onun da
işsizlik qayğısı var, amma deyir ki, bir
narahatçılığı da Moskvada yaşayan
digər vətəndaşlarımıza edilən haqsız -
lıqdır:
«Millətimiz pis vəziyyətdəydi. Or-
dakı miqrantlarla pis davranırlar. 25-26
min rubl kirayə pulu verirdim,
yaşayırdım. Başqa yerlərdən də gəlirim
var idi. İndi gəlmişəm, görək nə olur».
TƏKCƏ SON 2 AYDA GƏNCƏYƏ
312 NƏFƏR QAYIDIB
Ötən il dekabrın 6-da «Spartak» fut-
bol klubunun fanatı Yeqor Sviridov
öldürüldükdən sonra Rusiyada qafqaz -
lılara münasibət pisləşib. Bundan sonra
ölkədə qarışıqlıq yaratmaq istəyən min-
lərlə adam saxlanıb. Müsahiblərim
deyirlər ki, elə həmin vaxtdan Rusiyada
yaşayan azərbaycanlılara qarşı da zo-
rakılıqlar artıb.
Gəncə Şəhər Statistika İdarəsindən
verilən məlumat da təsdiqləyir ki,
həmin tarixdən etibarən Gəncəyə qayı-
danların sayı artıb. Belə ki, ötən ilin 9
ayı ərzində şəhərə gələnlərin sayı 350
nəfər olubsa, həmin ilin son 2 ayı
ərzində bu rəqəm 312 nəfər təşkil edib.
Müsahibim Natiq Əliyev deyir ki, bir aya
yaxındır gəlib, amma Azərbaycanda
yaxşı, onu qane edəcək iş tapa bilmir.
MƏŞĞULLUQ MƏRKƏZİNƏ
MÜRACİƏT ETSİNLƏR
Gəncə Şəhər İcra Hakimiyyəti
başçısının iqtisadi məsələlər üzrə
müavini Sahib Əliyev isə deyir ki, hələ
ki, Rusiyadan vətəndaşların kütləvi
qayıdışı yoxdur. Qayıdanlar işlə təmin
olunmaq istəsələr, məşğulluq mərkəz-
inə öz ixtisaslarına uyğun müraciət
edərək iş tapa bilərlər.
Gülnur Raqifqızı
“Şimali İraqda elə bir mühit
yaranıb ki, kürd lideri Məsud
Bərzani daha Böyük Kürdüstan
haqda danışmır. İraqdakı türk
rəsmilərinin isə “İraq Kürdüstanı”
sözünü işlətməsi adiləşib.
“Kürdüstan” sözü bir zamanlar
Türkiyədə tabu idi”. Bunu “İnter-
national Herald Tribune” qəzeti
yazır.
Məqalədə deyilir ki, axır illərdə
Türkiyə İraqın şimalından cənubuna
qədər böyük sərmayələr yatırmaqdadır.
Osmanlı İmperiyası çökəndən bəri
Türkiyə heç zaman İraqda belə fəal ol-
mayıb. Düzdür, Türkiyə ümumilikdə
İraqa sərmayə yatırmaq məsələsində
hələ ki, İrandan geri qalır.
İRAQDAKI XARİCİ
ŞİRKƏTLƏRİN ÜÇÜNDƏ
2-si TÜRK ŞİRKƏTİDİR
Amerika İraqı işğal edib 4400 əsgər
itirsə də, bəzi ekspertlər güman edir ki,
yeni İraq reallığında daha uzun müddət
duruş gətirə biləcək mirası məhz
Türkiyə qoya bilər. “İnternational Her-
ald Tribune” qəzeti yazır ki, Türkiyənin
İraqda 4 diplomatik nümayəndəliyi var.
Bəsrədəki konsulluğunun rəhbəri Əli
Rza Özcoşğun deyir ki, onların sər-
mayələri üçün İraqda heç bir problem
yaradılmır, əksinə, hamı bundan məm-
nundur.
Bir zamanlar Türkiyə kürdlərin sıx
yaşadıqları Şimali İraqı özünə böyük
təhlükə saysa da, indi Şimali İraqda,
bəzilərinin fikrincə, gözəl dostluq
əlaqələrinin əsası qoyulmaqdadır.
Bir tərəfdən, neft və qazla zəngin
İraq üçün Türkiyə Avropaya açılan dar-
vazadır. Digər tərəfdən isə, İraq Türkiyə
üçün vacibdir. Türkiyənin enerjiyə olan
tələbatı
durmadan
artmaqdadır.
Türkiyədə hakimiyyətdə olan islamçı
köklərə malik Ədalət və İnkişaf Par-
tiyası qonşu müsəlman ölkələri ilə mü-
nasibətləri yaxşılaşdırmağa çalışır.
BƏZİLƏRİ BUNU YENİ
OSMANLI SİYASƏTİ DƏ
ADLANDIRIR
Vaxtilə Osmanlı İmperiyasının ərazisi
üç qitədə yer alırdı. Amma Türkiyənin
bu il Ərbildə açılan konsulluğunun rəh-
bəri Aydın Selcen bu əməkdaşlıqda
hansısa gizli məqsədlər axtarmağın
əleyhinədir: “Heç kəsin İraqı, yaxud
onun bir hissəsini ələ keçirmək planı
yoxdur. Biz iki ölkəni inteqrasiya et-
dirmək, onların dəmiryol, hava limanı,
neft boruları və başqa sahələrdə inte-
qrasiyasını gücləndirmək istəyirik.
Çalışırıq ki, hər iki ölkənin vətəndaşları
sərhədi rahat keçib qayıda bilsinlər”.
Türkiyə Şimali İraqı pulla alır?
İraq və Türkiyə prezidentləri Tələbani
və Gül. İstanbul, 23 dekabr 2010
№01 (41) 10.01.2011 Fərqli düşüncə
15
Unutmayın: Siz bu verilişləri canlı dinləyə bilmirsinizsə,
istənilən vaxt AzadliqRadiosu.az saytında onların səs
yazılışlarına qulaq asa bilərsiniz. Bu, elə də çətin deyil.
İşdən sonra
Can Bakı
Xüsusi reportaj
Qaynar xətt
Həmyerli
Tanınmışlar
Şəffaflıq
14-24
İz
Panorama
Qafqaz Qovşağı
Oxu zalı
Hər kəsin haqqı var
Təbriz Ekspress
Debatların, açıq müzakirələrin çatışmadığı bir za-
manda “İşdən sonra” verilişi ən aktual mövzular üzrə
debatlara, müzakirə və söhbətlərə həsr olunur.
Hər gün saat 17-dən 19-dək “İşdən sonra”nı canlı din-
ləyin. Canlı dinləyə bilmədikdə onun səs yazılışına son-
radan AzadliqRadiosu.az saytından qulaq asa
bilərsiniz. Hər bir veriliş haqda xülasəni də buradan
oxumaq olar.
AzadlıqRadiosunda
verilişlər:
İşdən sonra
“İşdən sonra”ya qulaq asın
«Travelodge» Otellər
Şirkəti İngiltərədə otel-
lərdə yaddan çıxıb
qalan əşyaların
siyahısını açıqlayıb. Un-
udulan əşyalar
arasında ən bahalı əşya
75 min dollarlıq
brilyant «Rolex»
saatıdır. 8000 min funt-sterlinqlik «Hermes» çantası
da unudulan əşyalar içindən tapılıb. Bahalı olsa da, in-
sanın saatını, ya da çantasını yaddan çıxara bilməsi
başadüşüləndir. Ancaq bu siyahıda oteldə unudula
bilməsi ağla gəlməyən bir əşya da var. Bu, otel
otağının zibil qutusundan tapılan 10 min funt-sterlinq
(təxminən 15 min dollar) puldur.
10 min dollarlıq qiymətində olan qızıl dişlərini yadından çıxaran
da olub. Maşın açarının yaddan çıxarmaq da adama normal gəlir.
Ancaq Çesterdəki «Travelodge» otelinin müştərilərindən birinin
«Rolls Royce Phantom» markalı maşınının açarını yaddan çıxart-
ması otel işçilərini əməlli başlı çaşdırıb.
Otel əməkdaşları ən çox unudulan əşyaların isə oyuncaq ayılar
olduğunu bildirirlər. Son bir ildə onlar 75 min ayını sahiblərinə
çatdırıblar. Ən çox unudulan əşyalar arasında ikinci yerdə
kitablar gəlir. Son bir ildə otel otaqlarında yaddan çıxıb qalmış
20 min kitab tapılıb.
Zibil qutusunda 15 min dollar
“Simsiz teleqraf”
Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa, bizə
göndərin. Materialı kompüterinizdən yükləmə səhifəsinə
daxil olmaqla, yaxud MMS kimi mobil telefondan yolla
bilərsiniz. Ehtiyac varsa, anonimliyi təmin edirik.
Azərbaycandan: (050) 213-56-30,
Xaricdən: (+420) 602 517 052
Görüntüləri elektron poçtla da yollamaq olar:
efir@azadliqradiosu.az
Leş yeyən quzğun İs-
railə casusluq edirmiş?
Səudiyyə Ərəbistanında
İsrail kəşfiyyatı
Mossadın agenti ol-
maqda şübhəli bilinən
bir kərkəs tutulub. Tu-
tulanda bu iri quşun
üstündən GPS
ötürücüsü və “Təl-Əviv Universiteti” sözləri olan kiçik
lövhə tapılıb. GPS - kosmosdan peyklər vasitəsilə Yerdə
insanın və ya obyektin yerini müəyyən edən sistemdir.
GPS ötürücüsü isə özü radiodalğalar buraxır. Faktiki olaraq,
kərkəsin üstündəki GPS ötürücüsü yerdəki obyektlər haqda
məlumatı radiodalğalarla yaya bilərdi. Rəsmi orqanlar hələlik
istintaq aparır, ərəb ölkələrində qeyri-rəsmi fikir budur ki, kərkəs
Mossadın növbəti casusudur.
DİVERSANT KÖPƏK BALIĞI
Mossadın heyvanlardan casusluq və ya diversiya məqsədi ilə is-
tifadə etməsi fikri ilk dəfə deyil ki, səslənir. Keçən ay Misirin Sinay
yarımadasında yerləşən Şarm əl-Şeyx kurortunda köpək balığı
rus turistlərini öldürəndə və yaralayanda Sinayın qubernatoru
rəsmi bəyanat verdi ki, bu, Mossadin işidir, Mossadın Misirə qarşı
diversiyasıdır. Qubernatorun fikrincə, İsrail xüsusi təlim keçilmiş
köpək balıqları ilə turistləri Misirdən qaçırtmaq istəyir.
CASUS DƏLƏLƏR
“Associated Press” iki il əvvəl xəbər verirdi ki, İran öz nüvə
obyektinin yaxınlığında iki göyərçini “həbs edib”. Göyərçinlər
Amerikaya casusluqda şübhəli bilinirdilər. İran deyirdi ki,
göyərçinlərin üstündən “metal halqa” tapılıb.
İsrailin quş casusu
Şirvanda yeni növ növbə...
Şirvan şəhərində 19 min enerji abunəçisi var. Əvvəl 7
məntəqədə ödəmə mümkün olsa da, hazırda əhali
konturu yalnız Şirvan elektrik şəbəkəsinin ofisində
yükləyə bilir.
Unudulan saat
Dostları ilə paylaş: |