№01 (41) 10.01.2011 Fərqli düşüncə
8
Rəsmi mətbuatın ABŞ-ı hədəfə
almasının səbəbi nədir?
ABŞ-a CAVAB
«Prezident İlham Əliyevin «Jurnal-
istlərin dostu» mükafatına layiq
görülməsi Azərbaycanın söz və mətbuat
azadlığı sahəsində vəziyyətin ABŞ Dövlət
Departamenti və bəzi beynəlxalq təşkilat-
lar tərəfindən əsassız, ikili standartlara
söykənən tənqidinə ən tutarlı cavabdır».
«Azərbaycan prezidenti jurnalistlərin dos-
tudur və ya «müstəqil» beynəlxalq QHT-
lərin «obyektivliyi» barədə bir neçə söz»
başlıqlı məqaləsində AzərTAc-ın baş di-
rektoru Aslan Aslanov belə yazır.
A.Aslanov məqalədə Amerika Birləşmiş
Ştatları və beynəlxalq hüquq müdafiə
təşkilatlarını qərəzdə və sifarişlə
işləməkdə ittiham edir. ABŞ-ın Azərbay-
candakı səfirliyinin əməkdaşı Keath Bean
məqalədəki fikirləri şərh etməyib. O,
AzadlıqRadiosuna deyib: «Bu, müəllifin
şəxsi fikridir. Ona şərh vermirik».
Bir həftə qabaqsa rəsmi «Azərbaycan»
qəzetində «ABŞ: «azadlığı» yoldan
çıxaranlar» adlı məqalə dərc olunmuşdu.
Müəllif iddia edirdi ki, ABŞ başqa ölkələrə
münasibətdə «riyakar və əxlaqa zidd»
davranır. Üstəlik, «Amnesty İnterna-
tional», «Freedom House», «Human
Rights Watch» və «Transparency İnter-
national»
təşkilatları
«demokratik
dəyənək», xeyriyyəçi Corc Soros isə
«narıncı inqilablar həvəskarı», «kuklaoy-
nadan»dır.
Məqalədən bir sitat: «Özü qüsurlar
içində boğulan ABŞ-ın başqalarına «necə
yaşamağı və demokratik cəmiyyəti necə
qurmaq lazım olduğunu» öyrətməyə
mənəvi haqqı varmı?».
BƏXTİYAR SADIQOV:
«AZƏRBAYCANIN FOR-POST
OLMASINI İSTƏMİRƏM»
Diqqət çəkən odur ki, qısa zamanda –
bir həftə içində, özü də rəsmi kütləvi in-
formasiya vasitələrində anti-Amerika
ovqatlı iki sərt məqalə dərc olunub. Bir-
ləşmiş Ştatların və beynəlxalq qurumların
hədəfə alınmasında məqsəd nədir?
«Azərbaycan» qəzetindəki məqalənin
müəllifi olduğunu deyən Bəxtiyar Sadıqov
deyir ki, bu məqalənin arxasında başqa
niyyət axtarmaq lazım deyil:
«Bunun arx-
asında vətənpərvərlik durur. Mən vətən-
imi sevirəm. Müstəqilliyimi sevirəm.
Azərbaycana kəm baxanları, ikili stan-
dartlarla yanaşanları qəbul edə bilmirəm.
Azərbaycanın
for-post
olmasını
istəmirəm. Mən istəyirəm Azərbaycan
bax belə müstəqil siyasət yürütsün. Azər-
baycan inkişaf etsin. Yaxşı işinə yaxşı
deyilsin. Şüurlu şəkildə problemə
çevrilmiş işinə dünya obyektiv yanaşsın,
ədalətlə yanaşsın. Buna görə yazmışam
da. Aslan müləlim niyə yazıb, o sualı ona
verin».
«NƏHAYƏT Kİ, NƏ
DÜŞÜNDÜYÜMÜ YAZDIM, ÇOX
ŞADAM»
Bəxtiyar Sadıqov məqalənin sərt tonda
yazılması haqda deyilənləri qəbul etmir:
«Məqalədəki faktlar kəskindir. Günah
güzgüdə yox, ləkədədir. Bir də nəzərə alın
ki, mən qaçqın rayonunun, beşdə dördü
işğal altda olan rayonun millət vəkiliyəm.
Mən, nəhayət ki, ürəyimdə olanı, nə
düşündüyümü, ədalətsiz saydığımı dilimə
gətirib yazdım. Çox şadam».
Bununla belə, Bəxtiyar Sadıqov ABŞ-
Azərbaycan əməkdaşlığının əleyhinə ol-
madğını da deyir. Son iki məqalə
«Fasebook» sosial şəbəkəsində də müza-
kirə edilir.
Bloqçu Araz Önər yazır:
«Amerikanı terrorçuluqda və insan
ölümündə günahlandıran Azərbaycan
İraqda ABŞ-ın müttəfiqi olub, Əfqanıs-
tanda isə hələ də müttəfiqidir».
HİKMƏT HACIZADƏ: «SİZ ELƏ
YAZIRSIZ, BİZ DƏ BELƏ»
Politoloq Hikmət Hacızadəyə görə, son
iki məqalə Azərbaycana yönəlmiş tən-
qidlərə cavabdır:
«Biz axı görürük Qərb
mətbuatında
Azərbaycana
qarşı
məqalələr çıxır, sonra «WikiLeaks»la bağlı
böyük skandal və sairə. Bütün bunlara
qarşı bu da onların cavabıdır. Yəni siz elə
yazırsız, biz də belə. Bax belə».
Bu günlərdə dövlət başçısı İlham
Əliyev «Jurnalistlərin dostu» mükafatını
alanda demişdi ki, bu il Azərbaycana
daha çox təzyiq gözlənir, ancaq təzyiq nə
qədər çox olsa da, onlar daha inadkar
olacaqlar. Hikmət Hacızadə deyir ki, təzy-
iqlərin miqyasından xəbəri yoxdur. Amma
Qərb mətbuatında tənqidi məqalələr
yazılacaq:
«Təzyiq nə ola bilər? Belə tənqidi
məqalələr olacaq. Amma ondan artıq nə
ola bilər axı? Hələ ki, sanksiya görün-
mür».
«EMOSSİONAL VƏ GÜLMƏLİ
CAVABDIR»
«Turan» İnformasiya Agentliyinin
eksperti Zəfər Quliyev isə deyir ki, Azər-
baycanın rəsmi mətbuatında anti-
Amerika ovqatının güclənmə səbəbini
demək çətindir. Ən azından ona görə ki,
son aylarda iki ölkə arasında münasibət
yaxşılaşmışdı:
«Bu cür məqalələrin ortaya çıxması
narahatlıq göstəricisi ola bilər. Son vaxtlar
Azərbaycan hakimiyyəti narahatdır. «Wik-
iLeaks»ın açıqlamaları, beynəlxalq təşki-
latların hesabatlarında tənqidi fikirlərin
güclənməsi hakimiyyəti narahat edir».
Zəfər Quliyevə görə, hakimiyyətin cav-
abı emossional və gülməlidir. Ekspert
deyir ki, bu cür kəskin münasibət Azər-
baycanın maraqlarına uyğun deyil.
Nəzərə alsaq ki, Azərbaycanın bir çox
problemləri, ilk növbədə Dağlıq Qarabağ
probleminin həlli həm də Birləşmiş Ştat-
larla münasibətlərin yaxşı olmasından
asılıdır.
Şahnaz Bəylərqızı
Bəxtiyar Sadıqov
Hikmət Hacızadə
Zəfər Quliyev