№01 (41) 10.01.2011 Fərqli düşüncə
5
“Əli və Nino”ya mane olan
vergi müfəttişi işdən qovuldu
“Bizə vergi müfəttişi gəlib dedi ki,
sizin dükanı 1 həftəlik bağlaya-
cağıq. Yəni bizdən rüşvət istədilər.
Mən dedim ki, bu, qanunsuz
hərəkətdir və dükan yalnız
məhkəmə qərarı ilə bağlana bilər.
Ancaq müfəttiş 2 gün qapıda
dayanıb müştəriləri içəri bu-
raxmırdı ki, bura bağlıdır”.
Bunu danışan “Əli və Nino” kitab
mağazalarının sahibi Nigar Köçərli
Vergilər Nazirliyi yanında Vergi Auditi De-
partamentinin əməkdaşı Ramil Nəsirlinin
qanunsuz həkərlərilə üzləşdiyini və bun-
dan nazirliyə və prezident.az saytına
şikayət ünvanladıqlarını deyir:
“Akt yazdıq, akta həm işçilərimiz, həm
də müştərilərimiz imza atdı. Biz
videoçəkiliş apardıq həmin hərəkətlə və
onu da əlavə edib nazirliyə göndərdik”.
Hadisə dekabrın 24-25-i baş verib və bu
hadisədən 2 həftə sonra nazirliyin yan-
varın 6-da yaydığı məlumatda bildirib ki,
“Əli və Nino”da qanunsuz hərəkətlərə yol
verən müfəttiş işdən azad edilib.
Vergilər Nazirliyinin rəsmi internet
səhifəsində yerləşdirilən məlumata görə,
“Vergilər Nazirliyi yanında Vergi Auditi
Departamentinin əməkdaşı Ramil Nəsir-
linin "Əli və Nino" kitab mağazalarında
yoxlama apararkən pərakəndə ticarət
obyektinin qanuni fəaliyyətinə müdaxilə
etdiyi, obyektin normal sahibkarlıq
fəaliyyətini
pozmaqla
vəzifə
səlahiyyətlərini aşdığı, bununla da vergi
orqanının adına və nüfuzuna xələl
gətirən hərəkətlərə yol verdiyi təsdiqini
tapıb... Bu hərəkətlərin "Vergi işçisinin
etik davranış kodeksi" ilə bir araya sığ-
madığı nəzərə alınaraq, vergilər naziri
Fazil Məmmədovun əmri ilə R.Nəsirlinin
vergi orqanlarında xidmətinə xitam ver-
ilmişdir" - deyə məlumatda qeyd olunur.
N. Köçərli Vergilər Nazirliyinin bu
qərarını alqışla qarşılayıb: “Çox sahibkar-
lar inanmır ki, bu cür qanunsuz hərəkətin
qarşısını almaq olar. Məncə, çox xoşa
gələn hadisədir ki, günahkar adamlar
cəzalandırıldı. Təşəkkür edirəm Vergilər
Nazirliyinə və görünür ki, həqiqətən yaxşı
dəyişikliklər baş verir. Bir sahibkar kimi
sevinirəm ki, belə bir cavab gəldi”.
Sevinc Hüseynzadə
Ötən il Bakıda 200 min avroluq 20 avtomobil satılıb
Onlar ötən il cəmi 20 maşın sat-
salar da, nəticədən xeyli razıdır-
lar. Çünki fərdi qaydada, yəni
müştərinin sifarişindən sonra
hazırlanan bu avtomobillərə pulu
çatan adamları barmaqla saymaq
olar. «Bentley Baku» mərkəzinin
satış meneceri Həmid Hacıyev
deyir ki, bir il əvvəl salonu
açanda il ərzində ancaq 17 maşın
satmağa ümid edirdilər.
Bu salonda satılan ən ucuz avtomo-
bilin qiyməti 200 min avrodur. Ən ba-
halısının qiymətini soruşmağın mənası
yox idi. Müştəri salona gəlib maşını
necə görmək istədiyini izah edir, bun-
dan sonra da İngiltərədəki zavodda qol-
larını çırmayıb başlayırlar həmin
avtomobili hazırlamağa. Bir qayda
olaraq buna 4-6 ay vaxt sərf edirlər.
Amma Həmid Hacıyev deyir ki, bəzi
qeyri-adi sifarişlərə bundan da artıq
vaxt sərf edilir.
Bizim belə qeyri-adi sifarişlər
haqqında əlavə məlumat almaq
cəhdlərimiz nəticəsiz qaldı. Varlı
müştərilərin şıltaqlığını ancaq təxmin
etmək olar. Ostap Benderin məşhur
«Avtomobil dəbdəbə deyil, nəqliyyat
vasitəsidir» kəlamı yadımıza düşdü.
Yaxşı, bəs infrastruktur? Fərz edək ki,
«Bentley» sahibinin ürəyinə düşdü ki,
Bakıdan vurub, Horadizdən çıxsın.
Yaxud da, bir ilxı at gücünə malik olan
bu maşınlar Azərbaycan benzinindən
dadanda «iştahaları» qaçmır ki…
Həmid Hacıyev şübhələrimizi dağıt-
mağa çalışır: «Mərkəzdə satdığımız av-
tomobillər həm Azərbaycan yollarına,
həm də yanacağına tam uyğundur.
«Bentley Baku» avtomobillərə texniki
xidmət də göstərilir» - deyir. Və əlavə
edir ki, indiyə qədər müştərilərindən
heç bir ciddi şikayət eşitməyiblər.
Xatırladaq ki, keçən il «Bentley
Baku» Şərqi Avropanın aparıcı diller-
lərindən birinə çevrilib. Başqa sözlə, bu
maşına pulu çatan adamların sayına
görə Bakı Şərqi Avropada birinci yerdə
durur. «Bentley» şirkəti İngiltərədə 18
yanvar 1919-cu ildə Uolter Ouen Bentli
(Walter Owen Bentley) tərəfindən qu-
rulub.
Cavanşir Ağamalıyev,
Turxan Kərimov
Nigar Köçərli
Qış imtahanları üçün «Qaynar xətt»
Təhsil Nazirliyi bu günlər başlayan
qış imtahan sessiyası zamanı
yarana biləcək şikayətlər üçün
“Qaynar xətt” açıb. Təhsil Nazir-
liyinin yaratdığı “Qaynar xətt” tele-
fonu belədir: (012) 496 38 50 və
496 34 82. Bundan əlavə, imta-
handa baş verən qanunsuzluqlarla
bağlı qaynar-xett@edu.gov.az
elektron ünvanına da məlumat ver-
mək mümkündür.
Təhsil Nazirliyi son bir neçə ildə imtahan-
larda belə “Qaynar xətt”lər yaratsa da,
mütəxəssislər bunun prosesə ciddi təsiri
olmadığını deyirlər. Çünki Nazirlik anonim
şikayətləri araşdırmır. Azərbaycanda isə
qanunsuzluqdan şikayəti çox nadir hal-
larda kimsə öz adı ilə verir.