Kitabın adı: Xəvariclər və müasir ideoloğiyaları
Müəllif: Şeyx Əbdül Mühsin əl-Ubeykan
Tərcüməçi: Rahim Muradlı
Redaktor: Fərahim Sələfi
Məsləhətçi: Qamət Süleyman
Ramil Həsən
www.abubakr-mescidi.com
XƏVARİCLƏR
VƏ
MÜASIR İDEOLOGİYALARI
Əli ibn Əbi Talib (radiyallahu anhu) deyir: Mən Peyğəmbərin belə dediyini eşitdim. "Axır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq, İslamdan, oxun ovlanmış şikardan çıxdıyı kimi çıxacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Belə kəslərə qarşı mübarizə aparın. Bu işi görənə Qiyamət günü mükafat vardır"1.
Əbül-Aliya (Allah ona rəhmət etsin!) demişdir: “Mən Quranı sizin Peyğəmbərinizin vəfatından 10 il sonra oxudum. Ona görə də Allah mənə iki xeyir bəxş etdi və bilmirəm ki, ikisindən hansı daha yaxşıdır: Allahın məni İslamın doğru yoluna yönəltməsi və yaxud Allahın məni həruri (xəvaric) etməməsi”2.
ÖN SÖZ:3
Həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Onu köməyə çağırır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərrindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar və kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” (Ali-Imran 3:102)
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da onun üçün zövcə (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən (həzər edin)! Həqiqətən, Allah sizə Nəzarət edəndir!” (Nisa, 4:1)
Ey iman gətirənlər! Allahdan qorxun və doğrü söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar”. (Əhzab 33:70-71)4.
Xəvaric-xaricah kəliməsinin cəmidir, bu söz (ta`ifah) qrup mənasını verir5. Onlar bidətçi bir tayfadırlar və onların peyda olması İslamda ilk baş verən bidət hadisəsidir. Bu hadisə Sünnə (hədislər) və səhabələrin ifadələrində 6 qınanan bir hadisə kimi tanınmışdır. Onların belə adlandırılmasının səbəbi müsəlmanların ən xeyirlilərinə, camaata (müsəlmanların ittifaq halında olan birliyi), müsəlmanların yekdilliklə seçdikləri həqiqi rəhbərə qarşı qiyam qaldırmalarıdır. Bu üsyankarlıq istər Raşidi xəlifələrə, istərsə də onlardan sonra gəlmiş əməlisaleh şəxsə və ya hər hansı bir rəhbərə qarşı olsun, bunun deyilən adın verilməsində heç bir fərqi yoxdur7. Onlara belə bir adın verilməsinin digər səbəbi də onların camaatın yolunu tərk etdiklərinə görədir.
Şəhristani demişdir: “Müsəlmanların seçdiyi həqiqi rəhbərlərə qarşı çıxan kəslər varsa, onlar xəvaric (xarici) adlandırılmalıdır. Bu üsyankarlıq istər Raşidi xəlifələrə, istərsə də onlardan sonra gəlmiş əməlisaleh şəxsə və ya hər hansı bir rəhbərə qarşı olsun, bunun deyilən adın verilməsində heç bir fərqi yoxdur8.
Bundan başqa onlar müxtəlif adlar, titullar və vəsflərlə tanınmışlar. Bunlardan aşağıdakıları qeyd etmək olar:
Qadı İyad demişdir: “Onlara Peyğəmbərin bu: “Onlar dindən çıxacaqlar...”9 - sözünə görə Mariqah (dönük, çıxmış) deyilmişdir. Onlar əl-Maariqah10 adından başqa bütün ad və titullardan məmnun olmuşlar.
Onlar həmçinin hərurilər adlandırılmışlar. Çünki onlar Hərura adlanan yerdə üsyan etmişdilər. Bu yer Kufəyə yaxın şəhər adıdır11. Həmçinin ən-Nəhrəvan camaatı deyə adlandırılmışlar. Çünki Əli orada onlara qarşı vuruşmuşdur12.
Əli ilə Müaviyə (Allah onlardan razı olsun!) sülh bağlamaq üçün münsiflər seçdikdə buna qarşı etiraz edib: “Hökm yalnız Allaha məxsusdur” – dediklərinə görə muhakkimələr adlandırılmışlar”13.
Onlar deyirlər ki, böyük günah edən hər kəs kafirdir və əbədi Cəhənnəmdə qalacaqdır. Onlar müsəlmanları etdikləri günahlara görə kafir sayan ilk tayfadırlar. Bidətlərində onlara qarşı çıxanları da təkfir etmiş və rəqiblərinin qanlarını və mallarını halal saymışlar.
Onlar Peyğəmbərə , yalnız Allahdan xəbər verdiyi Quran və onu açıqlayan Sünnədə tabe olurlar. Əgər Peyğəmbərin buyurduğu Quranın zahiri mənasına müxalif olarsa, onlar Quranın məhz həmin zahiri mənasına əsaslanırlar14.
Onlar həmçinin zalım rəhbərə15 və yaxud vacib Sünnəyə16 müxalif olan rəhbərə qarşı çıxmağın vacibliyi və ya caiz olması görüşündədirlər.
Onlar özlərini Osman və Əlidən (Allah onlardan razı olsun!) uzaq olduqlarını hesab edir və bunu ən üstün ibadət sayırlar17.
Beləcə bu bidət tərəfdarları günümüzə qədər firqə və ya qruplaşma şəklində qalmaqdadırlar18.
Məzhəbin kökü və ilk meydana çıxması, alicənab Peyğəmbərimizin zamanında baş vermişdir. Məzhəbin banisi Zul Xuveysira ibn Təmim olmuşdur. Artıq Allahın Elçisi onun haqqında belə demişdir: “Həqiqətən onun yoldaşları var. Siz öz namazınızı onların namazı ilə, orucunuzu onların orucu ilə müqayisədə aşağı görəcəksiniz. Onlar Quran oxuyurlar, bununla belə Quran onların körpücük sümüyündən aşağı keçməyəcəkdir. Onlar İslamdan - oxun ovlanmış şikardan sıyrılıb çıxdığı kimi çıxacaqlar.19
Bu firqənin başçılarının Osmanın qatilləri olmasına baxmayaraq, onların camaatdan ayrılaraq etdikləri ilk üsyan hicrətin 37-ci ilində Təhkim hadisəsindən sonra, Əliyə qarşı baş vermişdir. Allah daha yaxşı bilir!
Dostları ilə paylaş: |