Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

326  

Xaqan Balayev 

Dekabrın  16-da  Moskvada  işə  başlayan  xarici  işlər  nazirlərinin 

müşavirəsində  SSRİ  İran  tərəfdən  Bakının  neft  mədənləri  üçün  təhlükə 

gözlənildiyini  bəhanə  edib,  martın  2-dək  qoşunlarını  İrandan  çıxarmayacağını 

bildirdi.    ABŞ  isə  qoşunlarını  1946-cı  il  yanvarın  1-  dək  İrandan  çıxarmış, 

İngiltərə həmin tarixdən qoşunlarını  çıxarmağa başlamışdı. 

1946-cı  ilin  yanvar  ayında  Azərbaycan  məsələsi  beynəlxalq  müzakirəyə 

çıxarıldı.  Yanvarın  10  -  da  Londonda  BMT  Baş  Məclisinin  birinci  sessiyası 

açıldı.  Yanvarın  19-da    İran  SSRİ-nin  İranın  daxili  işlərinə  qarışması  faktını 

təhqiq etmək tələbi ilə Baş katibə məktubla müraciət etdi. SSRİ isə məsələnin 

həllini  ikitərəfli  münasibətlər  məcrasına  yönəltməyə  səy  edirdi.  Təhlükəsizlik 

Şurası  28 və 30 yanvar tarixli iclaslarında Sovet İttifaqı və İranın bəyanatlarını 

dinləyərək,  hər  iki  tərəfin  yaxın  vaxtda  danışıqlara  başlamaq  arzusunu  nəzərə 

alaraq,  danışıqlar  barədə  hesabat  tələb  etmək  hüququnu  özündə  saxlamaqla 

müzakirəni yekunlaşdırdı. 

1946-cı  ilin  fevral  -  mart    aylarında    Moskvada  Qəvam  ilə  sovet  rəhbərləri 

arasında aparılan danışıqlar zamanı Stalin demişdi ki, “SSRİ-nin qoşunlarımızın 

İranda  qalmasını  tələb  edən  başqa  maraqları  da  vardır”.  Stalin    ilə    Molotov 

bildirmişdilər ki,  “ABŞ-ın və Britaniyanın nə düşündüyü bizi maraqlandırmır, 

biz onlardan qorxmuruq” (14, 255-256).  Molotov Sovet İttifaqının  martın 2-

dən  etibarən  İranın  bəzi  rayonlarından  qoşunlarını  çıxarmağa  başlamaq 

niyyətində  olduğunu  söyləyərək  əlavə  etmişdi  ki,    sovet  qoşunları  İrandan  o 

zaman tamamilə çıxarılacaqdır ki, İran hökuməti Sovet İttifaqı ilə münasibətdə 

düşmənçilikdən və ayrı-seçkilikdən  tamamilə əl çəksin, Şimali İranda vəziyyəti 

tənzimləsin və Sovet İttifaqına münasibətdə dostluq siyasətini bərpa etsin . 

İran tərəfinə aydın idi ki, Molotov Cənubi Azərbaycana muxtariyyət, SSRİ-

yə neft konsessiyasının verilməsini nəzərdə tutur. Qəvam Cənubi Azərbaycana 

muxtariyyət  verilməsinin  qeyri-mümkünlüyünü  irəli  sürdüyünə  və  neft 

konsessiyası məsələsini isə hər vasitə ilə ləngitdiyinə görə sovet qoşunlarının da 

İrandan  çıxarılmayacağı  bəlli  olurdu.  İran  ilə  danışıqların  heç  bir  səmərə 

vermədiyi məlum olanda, Qəvam hələ Moskvada ikən   martın  4-də  15  sovet 

zirehli briqadası İranın şimal-qərbindən Azərbaycan əyalətinə daxil olub, İran-

Türkiyə  sərhədindən  mərkəzə  doğru  hərəkətə  başladı.  Daha  bir  ordu 

Bolqarıstandan Türkiyənin  Avropa  sərhədlərinə  doğru  irəlilədi.  450  sovet  ağır 

texnikası Təbrizdən Tehran istiqamətində hərəkətə başladı. 

ABŞ  prezienti  Trumen  bunun  müqabilində  piyada,  dəniz  və  hərbi  hava 

qüvvələrinin komandanlarına ordunu tam hərbi hazırlığa gətirməyi əmr etdi və  

martın 6-da ABŞ-ın Sovet İttifaqına  verdiyi notada göstərilirdi ki, Sovet İttifaqı 

martın 2-dən sonra da qoşunlarını İranda saxladığına görə Amerika hökuməti bu 

məsələnin  BMT Təhlükəsizlik  Şurasında  müzakirəsinə  razılıq  vermişdir  və  bu 

barədə SSRİ-ni xəbərdar edir. Martın 8-də verilmiş notada ABŞ məsələni daha 

kəskin  qoyaraq,  SSRİ-dən  İrana  əlavə  qoşun  göndərməsi  barədə  izahat  tələb 

edirdi. 



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

327 


Martın 18-də, İran hökuməti tərəddüd göstərsə də, ABŞ-ın təzyiqi ilə İranın 

BMT-dəki  nümayəndəsi  Hüseyn  Əla  İranın  müraciətini  BMT-nin  Baş  katibi 

Tryuqve  Liyə  təqdim  etdi.  Müraciətdə  İran  hökuməti  SSRİ-nin  İranın  daxili 

işlərinə  qarışması  məsələsinin  BMT  Təhlükəsizlik  Şurasının  müzakirəsinə 

çıxarılmasını xahiş edirdi. 

Martın 24-də SSRİ qəfildən qoşunlarını İrandan çıxarmaq haqqında  qərarını 

elan  etdi.  Təhlükəsizlik  Şurasının  aprelin  4-də  qəbul  edilmiş  qətnaməsində 

göstərilirdi  ki,  qoşunların  çıxarılmasının  ləngidildiyi  təqdirdə  Təhlükəsizlik 

Şurası SSRİ-dən izahat tələb edə bilər. 

SSRİ-nin  öz  qoşunlarını  İrandan  çıxarmaq  haqqında  qəfil  və  gözlənilməz 

qərarının  səbəbləri  bu  günədək  araşdırma  və  müzakirə  obyekti  olaraq  qalır. 

İrana  əlavə  qoşun  hissələri  və  hərbi  texnika  yeridilərək  irimiqyaslı  hərbi 

əməliyyatlar  keçirilməsi  planlaşdırıldığı  bir  vaxtda  sovet  qoşunlarının  İrandan 

çıxarılması  daha  çox  ABŞ-ın  martın  21-də,  yaxud  23-də  SSRİ-yə  verdiyi 

ultimatumla    əlaqələndirilir.  Ultimatum  məsələsinin  ABŞ-ın  hərbi  qüdrətini 

şişirtmək  məqsədilə  ortaya  atıldığını,  qoşunların  çıxarılmasının  SSRİ-nin 

sülhpərvər siyasətinin nəticəsi olduğunu, yaxud İrandan neft konsessiyası almaq 

ümidi  ilə  əlaqədar  olduğunu  iddia  edənlər  də  var.    Problemi  dərindən  tədqiq 

etmiş C. Həsənli  bu nəticəyə gəlmişdir: “Güman etmək olar ki, bu təcili qərar 

Vaşinqtonun şifahi və ya yazılı təzyiqi nəticəsində qəbul edilmişdi” (14, 299). 

Səfir İ. Sadçikovun  Pişəvəri ilə söhbəti haqqında  1946-cı il mayın 4-də SSRİ 

Xarici İşlər Nazirliyinə və Bağırova göndərdiyi  məktub da  buna dəlalət edir. 

Səfir  yazırdı  ki,  “Mən  uzun-uzadı  və  təkidlə  ona  izah  etməli  oldum  ki, 

azərbaycanlıları müdafiə etmək vasitələrimizin hamısı tükənib; yalnız bir vasitə 

qalıb – müharibə, bizsə müharibə edə bilmərik”(14, 353). 

ABŞ-ın  SSRİ  üzərindəki  bu  üstünlüyünü    atom  silahına  əsaslanan 

fövqəldövlətçilik iddiasının gerçəkləşməsinin başlanğıc tarixi kimi qəbul etmək 

olar. ABŞ prezidenti vəzifəsini icra etməyə başlayandan az sonra Trumen bəyan 

etmişdi  ki,  “İkinci  dünya  müharibəsində  qazanılmış  qələbə  Amerika  xalqının 

üzərinə dünyaya daimi rəhbərlik etmək məsuliyyətini qoymuşdur” (25,  549). 

Amerika  siyasətinin  bu  xəttinin  formalaşmasında  həmin  dövrdə  ABŞ-ın 

yeganə  dövlət  olaraq  atom  silahına  malik  olması  əsas  rol  oynamışdı.  ABŞ 

ordusunun  keçmiş  qərargah  rəisi    general  Maksuell  Teylor  sonralar  həmin 

dövrdə  Amerika  xarici  siyasətinin  mahiyyətini  belə  şərh  etmişdi:  “Atom 

bombasının  müdhiş  dağıdıcı  gücü  belə  fikir  yaratmışdı  ki,    bizim  hərbi-hava 

qüvvələrimiz  indi  mühüm  həlledici  silaha  malikdir  və  bu,  Birləşmiş  Ştatlara  

dünya  üzərində  polis  nəzarəti  bərqərar  etmək  və  dünyaya  bir  növ  Pax 

Americana-nı  (Amerikasayağı sülhü) qəbul etdirmək imkanı verir” (16,  23). 

İran  hökumətinin  Cənubi  Azərbaycana  qoşun  yeridib,  milli  azadlıq 

hərəkatını darmadağın  etməsi də, yuxarıda göstərildiyi kimi, ABŞ-ın hərbi və 

siyasi yardımı və BMT-nin dəstəyi ilə gerçəkləşdirilmişdi. Məhz ABŞ  hökumət 

qoşununun  Şimali  İrana  yeridilməsinin  münasib  vaxtını  məsləhət  görmüş  və 

onu  hərbi  texnika  ilə  -  40  tank,  150  təyyarə  və  digər  sursatla  təmin  etmişdi. 




328  

Xaqan Balayev 

Aərbaycana  hücumda  1943-cü  ilin  oktyabrından  ABŞ  polkovniki  Norman 

Şvartskopfun  başçılıq  etdiyi  İran  jandarmeriyası  da    fəal  iştirak  edərək, 

demokratlara divan tutmaqda nümunə göstərmişdi. Buna görə əməliyyatlardan 

sonra ona general-mayor rütbəsi verilmişdi. (19, 57-58). 

1946-cı ilin payızında ABŞ-ın dövlət departamentində Yaxın Şərqdə siyasət 

məsələsi  müzakirə  olunarkən    bu  nəticəyə  gəlinmişdi  ki,  İranın  sovet 

dominionuna  çevrilməsi  təhlükəsi  mövcuddur  və  bu,  Amerikanın  regiondakı 

maraqları  ilə  tamamilə  ziddiyyət  təşkil  edir.  Hadisələrin  gedişini  Amerikanın 

xeyrinə dəyişdirə biləcək tövsiyələr hazırlanmışdı və onların əsas qayəsi Cənubi 

Azərbaycanda  öz    hakimiyyət  səlahiyyətlərini  bərpa  etməkdə  İrana    yardım 

göstərməkdən ibarət idi. 

Azərbaycana  qoşun  yeritməyə  hazırlaşan  Qəvam  1946-cı  il noyabrın  24-də 

BMT-yə  müraciət hazırlamış və ABŞ-ın  İrandakı səfiri C. Allendən hökuməti-

nin buna dəstək verməsini xahiş etmişdi. Noyabrın sonunda dövlət departamen-

tindən Qəvamın bu niyyətinin bəyənildiyi və müdafiə ediləcəyi bildirilmişdi. 

Noyabrın  27-də  ABŞ-ın  İrandakı  səfiri  C.  Allen  “Ettelaat”  qəzetinin 

Azərbaycana qoşun yeridilməsi ilə əlaqədar sualına belə cavab vermişdi: “İran 

hökumətinin  İranın  bütün  hissələrinə  (nəzarət  edilməyən  məntəqələr  də  daxil 

olmaqla)  nəzarət  qüvvələri  göndərməsi  haqqında  elan  olunmuş  niyyəti  qəti, 

normal və münasib bir qərardır” (4, 143).  Səfir “nəzarət edilməyən məntəqələr” 

deyəndə,  Azərbaycanı  və  Kürdüstanı  nəzərdə  tuturdu  və  əlavə  etmişdi  ki,   

İranın  suverenliyinin  və  ərazi  bütövlüyünün  qorunub  saxlanılması  yalnız 

üçtərəfli  müqavilənin  prinsiplərindən  biri  deyil,  həm  də  ABŞ-ın  siyasətinin 

məqsədidir. 

Noyabrın  29-da  ABŞ-da  İranın  yeni  səfiri  təyin  olunmuş  Hüseyn  Əla 

etimadnaməsini prezident Trumenə təqdim edərkən, “sovet təhlükəsi” haqqında 

uzun şikayətini belə bitirmişdi: “Cənab prezident, bu böhranlı vəziyyətdə  İranın 

hüququnun  qorunmasını  davam  etdirməyinizi  açıqcasına  xahiş  edirəm.  Yalnız 

sizin  ölkəniz  bizi  xilas  edə  bilər,  ona  görə  ki,  siz  həmişə  əxlaqi  idealları  və 

prinsipləri müdafiə etmisiniz və sizin əlləriniz təmizdir” (17, 31). 

Dekabrın  4-də  ABŞ  səfiri  Tehranda  yeni  bəyanatla  çıxış  etdi.  Bildirdi  ki, 

Azərbaycan  İranın  tərkib  hissəsidir  və  İranın  öz  ordusunu  ölkənin  bir 

hissəsindən  digər  hissəsinə  aparmasının  Rusiyanı  narahat  etməsini  başa  düşə 

bilmir. 


Dekabrın 5-də Hüseyn Əla “Azərbaycan əyalətində cari vəziyyət haqqında” 

əvvəlcədən  hazırlanmış  raportu  BMT  Təhlükəsizlik  Şurasının  sədri  X.  V. 

Consona təqdim etdi. 

Dekabrın  6-da  dövlət  katibinin  müavini  Din  Açeson  Rusiyaya  xəbərdarlıq 

etdi ki, İrana qarşı heç bir hərəkətə yol verməsin. Trumenin tapşırığı ilə dövlət 

departamenti  də    Moskvaya  bildirdi  ki,  ABŞ  hökuməti  Sovet  İttifaqının 

Azərbaycan işlərinə hər hansı bir şəkildə qarışmasını cavabsız qoymayacaq. 

İranın  hökumət  qoşunları  Azərbaycanın  zəbtini  başa  çatdırandan  sonra  

ABŞ-ın  SSRİ-dəki  səfiri  Smit    dekabrın  27-də  dövlət  katibinə  göndərdiyi 



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

329 


analitik  məktubda  yazırdı:  “Əgər  məsələ  yalnız  SSRİ  ilə  İran  arasında  həll 

olunsaydı,  sovet  qoşunları  çoxdan  Zəncanda  olardı.  Məhz  Qəvamın  BMT-yə 

müraciəti nəticəsində SSRİ BMT ilə və bu məsələ ilə fəal məşğul olan ABŞ ilə  

qarşıdurmadan çəkindi” (14, 452). 

İran şahının fikrincə də Azərbaycan hərəkatının darmadağın edilməsinin  ən 

başlıca səbəbi bu münaqişəyə cəlb edilmiş bütün tərəflərin (Sovet İttifaqı, İran 

və  Azərbaycan)  ABŞ-ın  İranın  suverenliyinə  ciddi  yardım  göstərəcəyinə 

inanmaları  idi  (24,  132).  Azərbaycan  üzərində  qələbəni  bayram  edən  mürtəce 

dairələrdə  ən çox səslənən bu idi ki, “Amerika Azərbaycanı İrana qaytardı”. 

Beləliklə, aparılan araşdırmalardan belə nəticəyə gəlmək olar ki,  SSRİ-nin 

Cənubi  Azərbaycanda  həyata  keçirmək  istədiyi  sonadək  düşünülməmiş  və 

avantüra  mahiyyətli  siyasəti  (Bağırovun      səmimi  qəbul  etdiyi  və  öz  əlavə 

proqramı  ilə  yeritdiyi,  Pişəvərinin  daha  çox  inanmaq  istədiyi,  qismən  şübhə 

etdiyi  siyasət  –  “mən  sizə  əvvəldən  inanmırdım”)  məhz  ABŞ-ın  qətiyyəti  və 

təzyiqi  ilə    iflasa  uğradı.  Sovet  İttifaqının  itirdiyi  müəyyən  ərazi  (Şərqi 

Avropada on dəfələrlə çox əraziyə yiyələnmişdi) və müəyyən   barel neft oldu. 

Cənubi Azərbaycan əhalisi  isə milli faciəyə məruz qaldı  və ən əsası, uzun illər 

ərzində  istiqlal  inamını  itirdi.  Sovet  tərəfindən  Cənubi  Azərbaycanda 

demokratik  hərəkatın  rəhbərlərindən  biri  olmuş  M.  İbrahimov  yazırdı  ki, 

“...Azərbaycan  xalqı  yarım  əsrin  ərzində  üç  böyük  çıxış  ilə  əsarət  altında 

yaşamaq  istəmədiyini,  öz  cəlladlarına  nifrət  etdiyini  göstərdi.  Hərgah  xarici 

qüvvələr və tarixi şərait onun zülm zəncirlərinin əbədi olaraq qırılmasına imkan 

verməmişsə,  burada  nə  onu,  nə  də  onun  başçılarını  ittiham  etmək  olmaz”  (7, 

90). 


Bununla belə, İranda Cənubi Azərbaycan xalqının istiqlal ideyası müqəddəs 

ideyadır və tarixin hansısa dönəmində gerçəkləşəcəyinə şübhə yoxdur. Tarixin 

hansısa  dönəmində  Cənubi  Azərbaycanın  müstəqil  Azərbaycan  dövləti  ilə 

birləşəcəyi  də  şübhə  doğurmamalıdır.  İmperiyaların  məhvini  şərtləndirən  tarix 

buna da qadir olacaq. Lakin Cənubi Azərbaycan əhalisi bir daha özünün  böyük 

dövlətlərin məkrli oyunlarının qurbanına çevrilməsinə imkan verməməlidir. 

 

 

 



ƏDƏBİYYAT 

 

1.



 

ARPİİDSPİHA: f.1, siy. 89, iş 197, v. 117 

2.

 

ARPİİDSPİHA: F 1, siy. 89, iş 187, vv. 10-17; 23-40 



3.

 

ARPİİDSPİHA: F 1, siy. 89, iş 197, v. 112 



4.

 

Çeşmazər M. M. Azərbaycan Demokrat Partiysının yaranması və fəaliyyəti. Bakı: Elm, 1986 



5.

 

Haçimi Ə. Ə. Mübarizələrdə keçən ömür. Bakı: Maarif, 2002, 136 s. 



6.

 

Xalqa müraciət. “Azərbaycan” qəz., Təbriz, 1945, 23 noyabr 



7.

 

İbrahimov  M.  Ə.  Cənubi  Azərbaycanda  milli-demokratik  hərəkat  haqqında  //  İnqilab  və 



mədəniyyət, 1947, № 4, s. 77-104 


330  

Xaqan Balayev 

8.

 

Pişəvəri M. C. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1984, 430 s. 



9.

 

Pişəvəri S. C. Xatirələr (1941-1945). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri, 2005, 394 



s. 

10.


 

Алиев С. М. История Ирана: XX век. М.: ИБ РАН-Крафт+, 2004, 648 с.  

 

11.


 

Атлантическая  хартия  /  Дипломатический  словарь  /  Гл.  Ред.:  А.  А.  Громыко,  И.  Н. 

Земсков, В. М. Хвостов. В 3-х т. Т. 1, М.: Политиздат, 1971, 612 с.  

12.


 

Внешняя  политика  Советского  Союза  в  период  Отечественной  войны.  Документы  и 

материалы. 22 июня 1941 г.-31 декабря 1943 г. В 3-х т. Т. 1, М.: Политиздат, 1944, 700 

с. 


13.

 

Всеобщая  Декларация  Прав  Человека.  Издание  Департамента  общественной 



информации ООН, 20 с. 

14.


 

Гасанлы  Дж.  П.  “СССР-Иран:  Азербайджанский  кризис  и  начало  холодной  войны. 

1941-1946”. М.: Герои отечества, 2006, 560 с. 

15.


 

Гасанов Г. М. Иранский дневник (1944-1946 гг.). Баку: Элм, 2007, 576 с. 

16.

 

История внешней ролитики СССР: в 2-х т. Т 2, М.: Наука, 1981, 780 с.  



17.

 

Лавренов С. Я., Попов И. М. Советский Союз в локальных  войнах и конфликтах. М.: 



АСТ, 2003, 608 с.  

 

18.



 

Люлечник  В.  И.  Забытые  страницы  Второй  Мировой  войны:  как  Советский  Союз  и 

Великобритания в 1941 году оккупировали Иран. Газ. «Русская Америка», 2005, № 337 

19.


 

Орлов Е. А. Внещняя политика Ирана после Второй Мировой войны. М.: Наука, 218 с. 

20.

 

Парвизпур Б. С. Советско-Иранские отношения в годы Второй Мировой войны (1939-



1945). Тбилиси: Мецниереба, 1978, 108 с. 

21.


 

Советский  Союз  на  международных  конференциях  периода  Великой  Отечественной 

войны  1941-1945  гг.  В  6-ти  т.  Т.  2  (Тегеранская  конференция  руководителей  трех 

союзных держав – СССР, США и Великобритании (28 ноября – 1 декабря 1943 г.), M.: 

Политиздат, 1984, 176 с. 

22.


 

Советский  Союз  на  международных  конференциях  периода  Великой  Отечественной 

войны  1941-1945  гг.  В  6-ти  т.  Т.  VI  (Берлинская  (Потсдамская)  конференция 

руководителей  трех  союзных  держав  –  СССР,  США  и  Великобритании  (17  июля  –  2 

августа 1945 г.), M.: Политиздат, 1980, 552 с.  

23.


 

Churchill Winston S. The second world war. The third vol. New York: Bantam Book, 1962, 

654 p. 

24.


 

Pahlavi, M. Reza Shah. Mission for my Country. London: Hutchinson, 1961, 620 p. 

25.

 

Public Papers of the Presidents of the United States. Washington: 1961, 648 p. 



یدورهلا یلعریما

.

 



اه هظحلام و اه هدنام دای

.

 



وکاب

:

 



 ,،نلارون

7002


  ،

257


 

.       حص

72

 

 



 


Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

331 


Summary 

 

THE ASPIRANT OF THE INSTITUTE OF SCIENTIFIC RESEARCH 

OF AZERBAIJAN ACADEMY OF NATIONAL SCIENCES 

 

Khagan BALAYEV 

(Azerbaijan National Academy of Sciences) 

 

 The  defeat  of    the      national-liberation  movement  in  South  Azerbaijan  (in  1941  –  1946): 



political and geopolitical reasons. 

In  the  report,  political  and  geopolitical  reasons  for  the  defeat  of  the  movement  of  national 

liberation in South Azerbaijan  launched and lead by the USSR and  resulted with the declaration 

of Azerbaijan autonomy are researched and defined. The Author comes to the conclusion that in 

spite  of  the  fact  that  political  reasons  negatively  influenced  the  movement,  they  were  not    the 

main  reason.  Geopolitical  reasons  –    The  clash  of  interests  of  The  USSR,  The  USA  and  Great 

Britain (to get Iran oil and to attain the sphere of influence there)  – were the main reason of the 

defeat of the movement. The USA, depending on its military power, with diplomatic and military 

help to Iran made the USSR  take a step back,  and  achieved the abolition of Azerbaijan National 

Autonomy. 

 Key  words:  South  Azerbaijan,  the  movement  of  national  –  liberation,  Stalin,  Pishavari, 

political reasons, geopolitical reasons. 



 

Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə