Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

320  

Xaqan Balayev 

etiraf etmişik. Tehran isə bu  istiqlaliyyəti pozmaq yolunda hər gün təzə fırıldaq 

çıxarır.  İş  belə  gedirsə,  biz  tamamilə  ayrılıb  müstəqil  bir  dövlət  təşkil  etməyə  

məcbur  olacayıq”  (1,  359).  Həmin  gün  Pişəvəri  başda  olmaqla  ADF  liderləri 

tərəfindən  Bağırova göndərilmiş məktubda yazılmışdı: “Hələ üç il əvvəl böyük 

demokratik  dövlətlər  tərəfindən  imzalanmış  Atlantika  xartiyası  (Atlantika 

xartiyası 1941-ci il avqustun 14-də imzalanmışdı – X. B.) Azərbaycan xalqına 

da  müstəqil  yaşamaq  hüququ  vermişdir.  Biz  hesab  edirik  ki,  beş  milyonluq 

Azərbaycan xalqının hüququnu müdafiə etmək üçün indiki şəraitə uyğun olaraq 

Azərbaycanda  müstəqil  demokratik  respublika  hökuməti  qurmaq  zəruridir. 

Buna  görə  də,  Azərbaycan  xalqına  müstəqil  milli  dövlət  qurmaqda  öz  qanuni 

hüquqlarından  istifadə  etməyə  icazə  verməklə  yanaşı,  sizdən  xahiş  edirik  ki, 

xalqımızın  müqəddəs  arzusunun  –  yaxın  gələcəkdə  iki  qardaş  respublikanın 

birləşməsi  arzusunun  gerçəkləşməsi  üçün  bizə  kömək  göstərib  şərait 

yaradasınız” (8, 198). 

1946-cı il yanvarın 16-da  Pişəvəri başda olmaqla Milli hökumətin liderləri 

tərəfindən imzalanmış “Azərbaycan xalqının tələbləri” adlı sənəddə də İrandan 

tamamilə ayrılaraq demokratik əsaslarda  müstəqil dövlət –  Azərbaycan Milli-

Demokratik Respublikası yaratmaq ideyası təsbit olunmuşdu. 

Pişəvəri  radikal  siyasətində  daha  da  ifrata  vararaq,  hərəkatı  bütün  İrana 

yaymaqla  Tehranı  hədələyirdi.  1946-cı  ilin  fevral  ayındakı  kiçik  bir  nitqində 

Pişəvəri  dönə-dönə  deyirdi:  “Amma  əgər  Tehran  mürtəce  hökuməti  istəsə 

Azərbaycan azadlığını boğa, onda Azərbaycan xalqı o hökuməti əzib, Tehranda 

Azərbaycanı tanımağa yarar bir hökumət yaratmağa çalışacaqdır”; “Biz özümüz 

məcburuq Tehrana gedək, oranı alaq, azad demokrat bir hökumət quraq və öz 

xalqımızın milli azadlığını bu yol ilə təmin edək”; “Ya gərək Tehran hökuməti 

azadlıq  yolu  ilə  gedə  və  bizim  azadlığımıza  mane  olmaya,  əgər  getməsə  biz 

onunla  getməyəcəyik  və  əgər  mümkün  olmasa,  onu yıxıb  yerinə  bir  demokrat 

rejim  yaradacağıq”;  “Yeri  gələrsə,  Tehrana  gedib  azadlıq  əleyhinə  mübarizə 

edən irticanın ocağını dağıdaq. Tehranlılar üçün də demokratik hökumət quraq” 

(8, 369-372).  Pişəvəri bundan əvvəl və sonra da Sovet hökumətindən bir neçə 

dəfə  Tehrana  hücum  etməyə  icazə  istəmişdi.  Azərbaycan  liderləri  real  hərbi 

qüvvələr nisbətinə  əsaslanmayan bu ideyanı sonuncu dəfə 1946-cı ilin noyabr 

ayında  Qəvam  Azərbaycana  qoşun  yeridəcəyini  elan  edəndən  sonra  Bağırova 

göndərdikləri  məktubda  ifadə  edərək,      silahlı  toqquşma  baş  verərsə,  Tehrana 

qalib gələcəklərini bildirmişdilər. 

Moskvada  müəyyənləşdirilmiş milli muxtariyyət ideyasının Bakıda müstəqil 

dövlət  və  Azərbaycan  SSR-lə  birləşmək  ideyasına,  Təbrizdə  Tehranı  da 

tutmaqla  bütün  İran  üçün  azadlıq  ideyasına    transformasiyası    hərəkatın 

əleyhinə çevrilmişdi.  

Hərəkatın gedişində elan olunmuş demokratik cəmiyyət quruculuğu yolunda 

antidemokratik üsullardan istifadə edilmişdi. Yeni qurumlar bəzən qanunçuluğa 

riayət  etmir,  özbaşınalığa  yol  verirdilər.    ADF  yerli  özəkləri  sədrlərinin  öz 

səlahiyyətlərini aşması o həddə çatmışdı ki, Pişəvərinin öz müdaxiləsinə ehtiyac 




Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

321 


yaranmışdı.  “Azərbaycan”  qəzetində  çap  etdirdiyi  “Ayı  dostluğu”  adlı 

məqaləsində yazırdı: “Məxsusən kəndlərdə firqə sözü çox pis təəbir edilir. Onun 

başında  duranlar  çox  yerdə  dövlət  idarələrini  mənimsəyib,  hətta  bəzi  yerlərdə 

firqə  məsulları  öz  vəzifəsini  unudub,  dehbar  (kənd  sahibi),  kəndxudalar, 

məhkəmələr  kimi  və  qanuni  idarələrin  işlərinə  qarışmaq  firqə  rəhbərlərinə 

yaraşan  işlərdən  deyildir”  (9,  97-98).  Fədailər  bəzi  şəhər  və  kəndlərdə  

qanunsuzluğa yol verir, repressiya tədbirləri həyata keçirir, mal-mülk müsadirə 

edir, mühakiməsiz divan tutur, məhkəməsiz cəza verir, edam edir, mülkədarları, 

jandarm  başçılarını  qətlə  yetirir,  “günahsız  insanları  öldürürdülər”  (15,  402). 

Həmkarlar ittifaqlarına başçılıq edən Biriya həmkarlar ittifaqının səlahiyyətləri 

ilə  bir  araya  sığmayan  hərəkətlərə  yol  verir,  adamları  təhdid  edir,  həbsə  alır, 

sürgünə göndərirdi (15, 255). Dekabrın 12-də  hakimiyyəti ələ alandan sonra üç 

gün  ərzində  fəaliyyət  göstərən  hərbi-səhra  məhkəmələri  tərəfindən  hərəkata 

düşmən  hesab  edilənlər  güllələnmişdi.  Bu  qanunsuz  hərəkətlərin  uzun  illər 

ərzində    cənubi  azərbaycanlıların  məruz  qaldıqları  haqsızlıq  və  zülm 

müqabilində  qisas  və  intiqam  hisslərindən  doğduğu  bəlli  olsa  da,  bu,  bəraətə 

əsas vermirdi və demokratik hərəkatın,  milli hökumətin nüfuzuna ciddi zərbə 

idi.   


1946-cı  il  aprelin  əvvəlində  Sovet  Azərbaycanının  nümayəndələri  ilə 

görüşündə  Pişəvəri  bildirmişdi:  “  Siz  gedən  kimi  Qəvam  dərhal  demokratik 

qüvvələrlə  və  onların  rəhbərləri  ilə  haqq-hesabı  çürüdəcək.  Bunda  ən  əvvəl 

müvəqqəti  hökumətin  və  fədailərin  təqib  etdiyi,  əmlakını  müsadirə  etdiyi 

mülkədar və xanların mürtəce hissəsi fəal iştirak edəcək. Hökumət və fədailər 

tərəfindən  öldürülənlərin  qohumları  demokratları  və  onların  ailələrini 

mühakimə  edəcək  və  onlarla  elə  haqq-hesab  çürüdəcəklər  ki,  tarix  bu  qanlı 

qırğını  heç  vaxt  unutmayacaq”  (14,  311).  Həmin  günlərdə  yenə  söyləmişdi: 

“Biz inqilab etdik, öz dövlətimizi qurduq, İranın mərkəzi hakimiyyətinə qarşı iş 

apardıq; İran konstitusiyası nöqteyi-nəzərindən biz cinayət etdik və indiki İran 

hökuməti bunu bizə bağışlamayacaq. Biz hamımız edam olunmağa məhkumuq” 

(15,  527).  Pişəvərinin  düşündüyü  kimi  də  olmuşdu.  Azərbaycana  hücum  edən 

ordunun  önündə  mülkədarların  və  sərvət sahiblərinin silahlı dəstələri  gəlir    və 

demokratlara,  fədailərə,  onların  ailə  üzvlərinə  divan  tuturdular.  Hadisələrin 

şahidi  olmuş    Ə.  Lahrudi  “Xatirələr  və  mülahizələr”  adlı  kitabında  yazır: 

“İrticaçı  böyük  bandalar  və  cinayətkarlar  ordunun  ön  sıralarında  Azərbaycana 

tərəf  hərəkətdə  idilər.  Tehran  qəzetləri  və  radioları  onları  “mihən  pərəstan-e  

İrani”  (İranlı  vətənsevərlər)  adlandırırdı.  Onlara  başçılıq  edənlər  hərbi 

formalarını  dəyişdirmiş  zabitlər  idilər  və  ordudakı  kimi  silahlanmışdılar. 

Bunların  vəzifəsi  ordunun  Azərbaycana  daxil  olmasından  əvvəl  oradakı 

demokratları  aradan  götürmək  və  Azərbaycan  ərazisinə  şahın  “zəfərmənd”  ( 

zəfərli) ordusunun daha təmtəraqlı şəkildə girməsi üçün uyğun şərait yaratmaq 

idi” (26, 282). 

İran hökuməti Azərbaycana qoşun yeritmək istədiyi zaman  milli hökumətin 

silahlı müqavimət göstərmək haqqındakı qəti qərarı faciəvi səhv idi. Yuxarıda 



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə