Xaqan balayev 1 (Azərbaycan Milli Elmlər Akademiyası) GİRİŞ



Yüklə 213,92 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix15.03.2018
ölçüsü213,92 Kb.
#31494
1   2   3   4   5   6   7   8

314  

Xaqan Balayev 

Oktyabrın  8-də  ÜİK(b)P  MK  Cənubi  Azərbaycan  məsələsini  yenidən 

müzakirə edərək, 6 iyul 1945-ci il tarixli qərarına əlavələr etdi.   ADF-nin əsas 

vəzifəsi  kimi  bir  daha  “İran  dövlətinin  tərkibində  Azərbaycanın  milli 

muxtariyyətinə  nail  olmaq”  müəyyənləşdirilmişdi.  Bu  qərarda  “silahlı  dəstələr 

yaradılmasını  sürətləndirmək”  vəzifəsi  qarşıya  qoyulmuşdu  və  noyabrın 

əvvəllərindən  yerli  əhalidən  silahlı  dəstələr  –  fədailər  (sovet  sənədlərində 

“partizan”  adlandırılırdılar,  SSRİ  -  dən  gələn  vəsait  hesabına  aylıq  haqq 

alırdılar) təşkil olunmağa başlandı, onlar SSRİ tərəfindən İranda istifadədə olan 

silahlarla silahlandırılırdı. Qərarda, həmçinin, “separatist” terminini işlətməmək  

tapşırılırdı (Bağırov da Stalinə məktublarında “separatist hərəkat” terminindən 

istifadə edirdi). 

1945-ci  ilin  noyabr  ayında    Cənubi  Azərbaycanın  bütün  əsas  şəhərlərində  

çoxminli  mitinq  və  yığıncaqlarda  Azərbaycan  Xalq  Konqresinə  seçkilər 

keçirildi. Xalqın hərəkata qoşulmuş hissəsi, ADF-nin on minlərlə üzvü, minlərlə 

fədai  hərəkatın  nə  dərəcədə  Moskvadan  idarə  olunması  haqqında  məlumata 

malik deyildi və ola da bilməzdi. Onların nəzərində hərəkatın ideya mənbəyi öz 

mühitlərində idi, öz inamlarından doğmuşdu. Buna görə də, hərəkatda iştirakları 

tam səmimi idi və milli istiqlal məqsədi güdürdü. 

Noyabrın 20-də Təbrizdə işə başlayan konqresə  nümayəndələrin təklifi ilə 

təsis  qurultayı  statusu  verildi.  Qurultay  “Təsis  qurultayının  qətnaməsi”,  “İran 

şahına,  məclisinə  və  hökumətinə    bəyannamə”,  “Xalqa  müraciət”,  “Milli 

Məclisə seçkilər haqqında əsasnamə” kimi mühüm sənədlər qəbul etdi. “Xalqa 

müraciət”də deyilirdi: “Azərbaycan xalqı İranın müstəqilliyini və bütövlüyünü 

pozmadan  dünyanın  başqa  millətləri  kimi  Atlantika  xartiyasının  prinsipləri 

əsasında  öz  taleyini  həll  etməkdə  özünü  azad  və  səlahiyyətli  hesab  edir”  (6). 

Milli  Məclisə  seçkilərin  keçirilməsinədək  və  xalq  hökumətinin  təşkilinədək 

rəhbər  orqan  kimi    Hacı  Mirzə  Əli  Şəbüstərinin  sədrliyi  ilə  Milli  Komitə 

seçildi.Milli  Komitənin  qərarı  ilə  noyabrın  23-27-də  Milli  Məclisə  seçkilər 

keçirildi.  

Dekabrın  12-də  (21  Azər)  Azərbaycan  MM-in  birinci  sessiyası  açıldı. 

Pişəvərinin  başçılığı  ilə  Azərbaycan  Milli  Hökuməti  (AMH)  təşkil  olundu. 

Fədailərin ultimatumuna əsasən ordu, jandarmeriya, polis AMH-yə tabe oldu.  

Milli  hökumət  siyasi,  hüquqi  (xüsusən  məhkəmə),  inzibati,  ticarət,  seçki, 

torpaq islahatları apardı. 1946-cı il yanvarın 6 - da Azərbaycan dili rəsmi dövlət 

dili elan olundu. Təhsil Azərbaycan dilində aparılmağa başlandı. Təbriz Dövlət 

Universiteti  yaradıldı.  Milli  ordunun  formalaşdırılmasına  başlandı.  Yanvarın 

15-də MM Konstitusiya layihəsinin hazırlanması haqqında qərar qəbul etdi və s. 

Qeyd  olunmalıdır  ki,  bütün  mühüm  sənədlər  (ADF-nin  nizamnaməsi  və 

proqramı,  MM-in  nizamnaməsi,  qanunlar  və  qərarlar)    Bakıda,  həmçinin 

Moskvada təshih edilərək təsdiqlənirdi.  

ÜİK(b)P  MK  Siyasi  Bürosunun  6  iyul  1945  -  ci  il  tarixli  qərarının  İranda 

icrası  davam  edirdi.  1946-cı  il  yanvarın  22-də  Məhabadda  İranın  tərkibində 

Kürdüstan  muxtariyyəti  elan  olundu.  Bundan  ruhlanan  Urmiya  erməniləri  də 



Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) məğlubiyyəti... 

315 


Şimali  İranda  öz  muxtar  vilayətlərini  yaratmaq  planlarını  cızmağa  başladılar. 

İranın  cənubunda  üsyana  qalxan  tayfalar  Azərbaycanda  aparılmış  islahatların 

onlara da şamil olunmasını tələb edirdilər. 

İran    unitar  dövlətdən  federativ  dövlətə  çevrilmək  təhlükəsi  qarşısında 

qalmışdı  və  əks  tədbirlər  görməyə  başlamışdı.  Fefralın  19-dan  martın  8-dək 

Moskvada İranın baş naziri Əhməd Qəvamın başçılıq etdiyi nümayəndə heyəti 

ilə  aparılan  danışıqlar  zamanı  sovet  tərəfinin  (  İ.  V.Stalin  və  V.  M.  Molotov) 

ciddi səyinə baxmayaraq, İran tərəfi (Qəvam) İran konstitusiyasına əsaslanaraq,  

Cənubi  Azərbaycan  muxtariyyətinin  tanınmasının  qeyri-mümkün  olmasında 

israr  elədi.  Moskvadan  yola  düşərkən  Stalinə  göndərdiyi  məxfi  məktubda 

Qəvam bir daha yazırdı ki, “Azərbaycan problemi yalnız İranın suverenliyinə, 

müstəqilliyinə,  ərazi  bütövlüyünə  ən  azacıq  belə  zərər  vurmadan  həll  edilə 

bilər”  (10,  222).  Mart-iyun  aylarında  Moskva-Tehran,  Tehran-Təbriz  arasında 

aparılan danışıqlar (Bakı Moskva ilə Təbriz arasında vasitəçi rolunu oynayırdı) 

nəticəsində iyunun 13-də  Təbrizdə İranın baş nazirinin müavini Müzəffər Firuz 

və  Mir  Cəfər  Pişəvəri  tərəfindən  “Dövlət  və  Azərbaycan  nümayəndələri 

arasında  müqavilə”  imzalandı.  İyunun  14-də  Azərbaycan  Məclisinin  rəyasət 

heyəti,  17  -  də  İran  hökuməti  müqaviləni  təsdiq  etdilər.  Müqaviləyə  əsasən 

Cənubi  Azərbaycanda  demokratik  hərəkatın  əldə  etdiyi  nailiyyətlər  əsas 

etibarilə  saxlanılır,  idarəetmə  forması  dəyişirdi.  Azərbaycan  Milli  Məclisi 

Azərbaycan Əyalət Əncüməninə çevrildi, Azərbaycan Milli Hökuməti əvəzinə 

Azərbaycan  İdarə  Şurası  yaradıldı.  Salamulla  Cavid  Azərbaycanın  ostandarı 

oldu.  Pişəvəri  dövlət  vəzifələrindən  istefa  verərək,  ADF-nin  sədri  kimi 

fəaliyyətini davam etdirdi. 

Sonrakı hadisələrdən 13 iyun müqaviləsinin İran hökuməti tərəfindən siyasi 

bir manevr olduğu aydınlaşdı. Məlum oldu ki, müqavilə Qəvam başda olmaqla 

İranın mürtəce dairələri üçün Azərbaycan üzərinə qəti hücuma keçməkdən ötrü 

vaxt  qazanmaq  vasitəsi  imiş.    Müqavilə  təsdiqlənəndən  sonra  onun  yerinə 

yetirilməsi  üçün    praktik  addımlar  atılacağını  vəd  edən  İran  hökuməti  bu 

istiqamətdə heç bir iş görmürdü. Azərbaycan ordusunun, jandarmeriyasının və 

bankının məsələləri tənzimlənmirdi. Tehran Azərbaycan ordusunun saxlanması 

üçün  vəsait  ayırmırdı,  bu  isə  onun  zəifləməsinə  səbəb  olurdu.  Qəvam 

Azərbaycanı  iqtisadi  blokadaya  salmaq  siyasətini  yeridirdi.  O,  Təbrizdə  milli 

bankın bağlanmasına təkid edirdi. Azərbaycana hər cəhətdən təzyiq göstərilirdi. 

Eyni zamanda, Qəzvindən Astarayadək Azərbaycanın bütün sərhədi boyu  İran 

qarnizonları möhkəmləndirilirdi.  

Noyabrın 21-də Qəvam elan etdi ki, İran Milli Məclisinə dekabrın 7-ə təyin 

olunmuş seçkilər zamanı qayda-qanunu təmin etmək məqsədilə istisnasız olaraq 

ölkənin  bütün  vilayətlərində  qoşun  hissələri  –  “əmniyyət  qüvvələri” 

yerləşdiriləcəkdir  və  bu  barədə  Təbrizə  teleqram  göndərildi.  Həmin  gün 

Pişəvəri  başda  olmaqla  Azərbaycan  rəhbərləri  Qəvamın  teleqramını  müzakirə 

edib,  Azərbaycana  qoşun  yeridilməsinin  qəti  əleyhinə  çıxdılar  və  Tehrana  bu 

məzmunda  teleqram  göndərdilər.  Qoşun  yeridiləcəyi  təqdirdə  müqavimət 



Yüklə 213,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə