1
Rüfət Əhmədzadə
Adım anonim
qalsın
(hekayələr, mənsur şeirlər, esselər)
2
Naşir:
Müşfiq XAN
Redaktorlar:
Müşfiq XAN, Cəlil Cavanşir
Korrektor və mətn tərtibatçısı:
Çinarə Əhmədzadə
Dizayner:
Teymur Fərzi (Proyekt.Az)
Müəllifin rəsmi səhifəsi:
Facebook.com/RufatAhmadzada.page
Müəllifin bloqu:
www.rufatahmad.wordpress.com
Kitab Hədəf Nəşrlərinin “XAN Çağdaş Ədəbiyyat”
silsiləsində çap olunub.
© Rüfət Əhmədzadə / 2014
© Hədəf Nəşrləri / 2014
3
“Adım anonim qalsın” kitabı gənc yaşında av-
tomobil qəzasında dünyasını dəyişən, tanınmış jurnalist
Şahin Ağabəylinin əziz xatirəsinə ithaf olunur. Biz onun-
la çox yaxın dostlar olmamışıq. Amma uzaq da deyildik.
Vaxtaşırı rastlaşardıq, aradabir internetdə hal-əhval tu-
tardıq. Yaxın olmadıqları ilə də çox mehriban, səmimi
davranan, çox jurnalistin qibtə etdiyi bir insan idi.
Və nədənsə, həmişə mənə “partizan” deyərdi.
Adımla yox, məhz bu “partizan” ləqəbiylə çağırmasına
öyrəşmişdim. Əvvəlcə incimişdim, çünki ləqəb taxmaq
söhbətlərinə heç vaxt yaxşı baxmamışam.
O isə belə demişdi: “Sənə baxanda partizan gö-
rürəm. Yaxşı mənada deyirəm, pisinə gəlməsin ha. İndi
partizan ruhlu gənc tapmaq çox çətindir”...
Şahinə təşəkkür edirəm. Bu kitabı məhz “partizan”
ləqəbinin təsiri ilə yazdım. Ümid edirəm, Şahinin eti-
madını doğrulda biləcəyəm.
4
Mündəricat
Hekayələr
Adi səhnə ................................................................... 8
Kəlağayı ilə striptiz ................................................... 15
Qonşu arvadıyla qorxulu yuxu ............................... 28
Yol yoldaşları .............................................................. 50
Atdılar .......................................................................... 54
Dilənçi rus qadın ........................................................ 56
Dostlar haqqında qısa hekayə .................................. 67
Bir qızın hekayəsi ....................................................... 68
Yersiz adam ................................................................ 71
Üçtərəfli dialoq ........................................................... 74
Hər şey və heç nə ....................................................... 81
Bitən yerdən başlamaq .............................................. 84
Adım anonim qalsın .................................................. 87
Dostum intihar etdi ................................................... 96
5
Onların hekayəsi ...................................................... 102
Evlənmə təklifi ......................................................... 107
Mənsur şeirlər
Qəlbə sancılan kitab ............................................... 113
Unutmuşam, qayıt, gəl ............................................ 115
Ölüm xəbəri .............................................................. 117
Orta statistik şeir ...................................................... 119
Bir sevgili tap özünə ............................................... 120
Qonşu evdəki uşaq .................................................. 122
Bir dəqiqə inqilab ..................................................... 124
DAŞAM...................................................................... 126
Doğulmamış oğluma ............................................... 129
Yazıram ki, gedəsən ................................................ 133
Xoflu gözü tor basar ................................................ 135
Zibilxanada sevgi ..................................................... 136
6
Küçə uşağı ..................................................................138
Həyat yoldaşım üçün ...............................................140
Mən sənsiz də bacararam ....................................... 142
Mələk ......................................................................... 144
Sən tərk etdin gecəni ............................................... 146
Melanxolik monoloq ............................................... 148
Gəliş rapsodiyası ..................................................... 152
Azərbaycan gözəli ................................................... 154
Seans .......................................................................... 156
Biz qəfildən qocaldıq ............................................... 157
Dəccalın təntənəsi .................................................... 160
Esselər (içsəslər)
İdeal nəsil axtarışında ............................................ 163
Erosun siyasəti ......................................................... 165
Psevdo-freydizm ..................................................... 170
Sən ölməyəcəksən ................................................... 173
7
Optimistin göz yaşları ............................................ 176
Sərdabədə səadət ..................................................... 182
Yazanda “orqazm” hiss eləmək ............................. 186
Gülə-gülə ayrılmaq .................................................. 190
Ağsaqqallara məktub .............................................. 194
Əcəl marşrutu ........................................................... 197
Axarıncı söz .............................................................. 200
8
Hekayələr
“Adi səhnə”
D
ünən mən kiçik bir qızın gözləri qarşısında
gənc bir qadının üstünə qışqırdım. Və sonra sağ
əlim havaya qalxdı. Sol əlim isə yumruq halında,
növbəti zərbəyə hazır… Kiçik qız ağladı. Mənim
zərbəmə yox, bəlkə də silləmin ardınca gələn ani qa-
dın çığırtısına.
Mən durdum. Qadın əlləri ilə üzünü tutub
susdu. Uşaq susmaq istəmirdi, daha da şiddətlə ağ-
lamalıydı. O, durmamışdı, duran kimi görünürdü,
amma titrəyirdi… Hönkürtüsü artdıqca, titrəyişi
daha da güclənirdi. Az qalmışdı, bu uşağın içindəki
dünya partlasın. Amma sadəcə qucağındakı gəlin-
ciyi yerə düşdü.
Qızcığaz ayaqlarının arasında yerə düşən gə-
linciyə baxdı; sonra isə aralarında, amma bir addım
kənarda durduğu valideynlərinə. Bu ağlama da, tit-
9
rəmə də, aşağı-yuxarı baxışlar da bir dəqiqədən çox
çəkmədi. Amma o an, mən də donub yerimdə qal-
mışdım – sağ əlim açıq vəziyyətdə, sol əlim isə
yumruq halında. Əllərim yanımda dönüb sağa –
uşağa baxdım.
Qadının da cınqırı çıxmırdı, elə ayaq üstə, iki əli
də üzündə idi. O da mənimlə eyni anda əllərini
üzündən çəkib sola – uşağa baxdı . İkimiz də buz
heykəl kimiydik. Əgər özümün nə hislər keçir-
diyimi deyə bilmirəmsə, qadının o an yaşadığı duy-
ğuları heç təxmin də edə bilmərəm. Amma biz hələ
çox baxacaqdıq, sanki bu ağlama səhnəsinə hələ bir
neçə dəqiqə, hətta bir saat da nəfəs almadan tama-
şaçı kəsilməyə hazır idik. Nəfəs almaq demişkən, az
əvvəlki əsəbi təngnəfəsliyimdən əsər qalmamışdı.
Qızcığaza baxarkən nəfəs alırdımmı, yax yox... Bil-
mirəm.
Ağlamağında bir tərslik var idi, ya da bizim ba-
xışlarımızdan özünü itirmişdi… Qəfil dayandı. Bir
dəfə hıçqırdı, burnunu çəkdi və bütün səsini, üsya-
nını yenidən öz içində qaytararaq susdu. Daha titrə-
mirdi də. Dodaqlarını yığıb pərçimlədi. Sanki deyə-
cəkdi:
10
– Ata, ana, bəsdirin! Sizin mübahisəniz mənim
qəlbimi qırır!
Amma heç nə demədi. Totuq əllərini önündə
birləşdirdi. Onun da sol əli yumruq halında idi, am-
ma bu yumruq onun sağ ovcunda sığınacaq tap-
mışdı. Başını aşağı əymiş, gözlərini yerdəki gəlin-
ciyə zilləmişdi. Qolları yana açıq vəziyyətdə yerə
düşmüş gəlinciyin gülən siması isə indi sanki təəc-
cüblə dolmuşdu. Həm də kədərli bir təbəssümlə.
Qızcığazı ovundurmaq, könlünü almaq istəyirdi,
bəlkə də… Amma qızcığazın duruşunda, baxışında
gəlincik həsrətindən daha böyük şeylər əks olu-
nurdu.
Ya bu böyük şeylər biz insanların ağlı kəsəcək
dərəcədə deyil, ya da o qədər adi bir səhnədir ki,
indiyədək heç bir müdrik bu duruşun, bu baxışın
fəlsəfəsini açmağa cəhd göstərməyib. Mən də o an
fəlsəfə düşünəcək halda deyildim. Hansı halda
idimsə, qızcığazın gözləri ilə baxmaq, sonra demək
lazımdır.
Biz – mən və qadın yerimizdən tərpənməyə
çalışdıq. Amma o, biza dalaşmağa macal vermədiyi
kimi, nəsə deməyə də macal vermədi. Yumruğunu
və ovcunu bir-birindən ayırmadan, nəzərlərini yer-
11
dən qaldırmadan, bizə – atasına və anasına arxa çe-
virdi. Elə o vəziyyətdə də durdu.
Bir insanın yaxınlarına qarşı etdiyi üsyanda ən
zirvə nöqtə, yəqin ki, bu olar: susaraq arxa çevir-
mək.
Bizim donumuz açılmışdı, amma qızcığaza
yaxınlaşmağa heç birimiz cürət etmədik. Mən su-
saraq otaqdan çıxdım. Evin kiçik bağçasında siqaret
çəkəcəkdim. Elə bir gün əvvəl qızımla dünyanın ən
xoşbəxt insanları kimi oynadığımız həmin bağçada.
Qadın isə heç nə demədən, deyinmədən, hətta
qızına nəvaziş belə etmədən şkafın qapısını açacaq,
ordan vacib alt və üst geyimlərini tələsik şəkildə bir
çamadana yığacaqdı. Şkaf həmin şkaf idi – hələ altı
il əvvəl, qızımızın dünyaya gəlməsinə bir ay qalmış
onun üçün bir yerdə seçib aldığımız cürbəcür pal-
tarları elə birlikdə yerləşdirdiyimiz. Nə dəyişmişdi?
Elə biz də həmin adamlar idik. Həmin sevgi dolu.
Yoxsa… Daha içimizdə sevgiyə aid nəsə qal-
mamışdı?
Nə bu sualları, nə də onların cavabını həmin an
düşünmürdüm. Ancaq siqaret çəkir, dərin iç ağ-
rısıyla zəhərli tüstünü içimə sümürürdüm. Siqa-ret
bu gecənin qaranlığına öz közərtisiylə ya-raşıq ve-
12
rirdi, ya da əksinə. Bir insan varlığının acı həqiqətini
qara fonda işıqlandırdı… Siqaret hər nə edirdisə də,
sadəcə közərir və tüstülənirdi. O an insanların
əməlləri gecənin qaranlığını ya tamamlamalı, ya da
dağıtmalıydı.
İnsanlıq isə öz qaranlığından macal tapa, nə
gecəni, nə də səhəri düşünə bilmirdi.
Qadın da sual-cavab marağında olmazdı, ya da
düşünürdü bəlkə də… Amma əsas o idi ki, qadın bu
evdən çıxıb getmək üçün əşyalarını yığırdı. Belə bir
məqamda düşüncə yox, hərəkət məna kəsb edir.
Mən bir siqareti bitirdim, sonra bağçada bir az
var-gəl etdim… Nəsə çatışmırdı. Əlbəttə ki, ikinci
siqaret. İkinci siqaret bitəndə isə onlar da artıq
bağçada idilər. Hər ikisi qısaqol paltarların üs-
tündən jaket geyinmişdilər. Yay gecəsi olsa da,
soyuq ola bilərdi… Atasız və ərsiz həyatın ilk ge-
cəsi, əslində bundan sonra başlayacaq soyuq ge-
cələrin ən ilığıdır.
Ana sol əli ilə balasını qucağında tutaraq dar-
vazaya yaxınlaşdı, sağ əli isə təkərli çamadanı
sürüyürdü. Gəlinciyini əlində tutmuş qızcığaz ana-
sının çiynindən mənə baxırdı. Mən də tərpən-
mədən, dillənmədən onlara.
13
Darvazaya çatanda, qadın dilə gəldi:
– Boşanacam. Fikrim qətidir. Razı olmasan,
məhkəmə boşandırar.
Daha heç nə demədi. Deməyinə ehtiyac da yox
idi. Son sözünü, son xəbərdarlığını edib gedirdi.
Mən də heç nə deməyəcəkdim. Deməyimə eh-
tiyac da yox idi. Amma… Darvazanın qapısı açı-
landa qızcığaz sanki böyüklərdə belə olmayan güc
tapdı. Vurnuxaraq, özünü anasının qucağından yerə
atdı. Və onun əlindən çıxaraq, gəlinciyi ilə birlikdə
mənə doğru qaçmağa başladı.
Ağlamırdı, üzündə elə bir ifadə də yox idi.
Qəribə səslənsə də, mənimlə ayrılıq anı yaşayan
qızım çox sakit idi. Qucağıma atıldı. Mən də sakit
idim. Hər iki əlimlə, onu bərk-bərk özümə sıx-
mışdım. Mənim də üzümdə kədər yox idi, gözlərim
dolmamışdı, hətta o an nəfəs almadığımı da deyə
bilərəm. Hamımız susmuşduq. Bu gecənin sükutu
bir az da uzansaydı… Birdən partlayış oldu:
– Məgər atamdan uzaqda olanda ağlamaya-
cam?
Mənim əllərim boşaldı. Qızcığaz da sanki növ-
bəti səhnəyə yol açırmış kimi qollarını boynumdan
boşaldaraq, aşağı süzüldü. Keçib solda durdu. Hər
14
ikimiz də sakitcə o qadına baxdıq. Qızcığaz anasına,
mən həyat yoldaşıma.
Onun da əlləri boşalmışdı. Əlini qapıdan çək-
miş, çamadanı yerə buraxmışdı. Və birdən, eynən
qızımız kimi mənə sarı qaçdı.
Dünən mən kiçik bir qızın gözləri qarşısında
gənc bir qadını öpdüm. Qızcığaz gülürdü. Gəlincik
də o an xoşbəxt idi. Gecənin qaranlığı bir anda rəng-
bərəng olmuşdu.
Bircə, yerə atılmış təkərli çamadan özünü necə
hiss edirdi, oxucum soruşmasın.
15
Kəlağayı ilə striptiz
Z
öhrə nənə həyətdən doğma səsi eşidəndə
qeyri-ixtiyari həyəcanlandı, gözləri sevincdən iri
açıldı. Soyduğu kartofu və bıçağı cəld qarşısındakı
boşqaba atdı. Və əllərini masanın üstündəki dəs-
malla tələsik silərək, qapıya doğru qaçdı. Qapının
ağzına çatanda birdən dayandı, sağ əlini yüngülcə
başına toxundurdu, sonra yenidən geri qayıtdı. İçiçə
iki otaqdan ibarət evin digər otağına – yataq otağına
qaçdı. Zöhrə nənə bir-iki saniyə alaqaranlıq otaqda
sağa-sola baxdıqdan sonra, cəld dəmir çarpayısına
yaxınlaşdı və sürahidən balıncın arxasına sürüşmüş
kələğayısını götürdü.
Elə kəlağayını başına bağlaya-bağlaya da, çöl
otağa çıxdı, tələsik qapının ağzındakı qaloşları aya-
ğına keçirib, yenidən həyətə çıxdı. Nəvəsi Mehman
onu qabaqlamış, darvazanın qapısını açmışdı. Zöh-
rə nənəni həyəcanlandıran səsin sahibi – qız nəvəsi
Lalənin siması qapıda göründü. Totuq, qarayanız
siması, iri qara və şən gözləri, qapqara qıvrım
saçları olan, altı yaşlı bu qızcığaz axırıncı dəfə keçən
16
yay gördüyü nənəsinə sarı yüyürüb, onun qucağına
atıldı.
Alçaqboy, amma canımöhkəm olan 65 yaşlı
Zöhrə nənə “Allah, Allah! Kim gəlib!” deyə
qollarını açıb nəvəsini bərk-bərk bağrına sıxdı.
Uşağı quş kimi sinəsi tuşunda qaldırıb, sağ qolunun
üstündə otuzdurdu. Nəvəsinin sağ və sol ya-
naqlarından bərk-bərk öpüb, üzünü qapıdan girən
növbəti qonaqlara – təxminən otuz yaşlarında olan,
hər ikisi idman tərzində geyinmiş ər-arvada tutdu.
– Xoş gəlmisiniz, balalarım! Həmişə siz gə-
ləsiniz! Bəs niyə belə gec gəldiniz, ay Gülnaz? Elə
bildim ta...
Gülnaz onun sözünü kəsdi:
– Ay ana, tam yığışıb gəlmək üçün sənəd
işlərimiz uzandı bir az... Danışarıq evdə, qoy bir
dincimizi alaq. Hələ...
Bu dəfə Gülnazın əri Səməd sözə qarışdı:
– Nə dinc almaq, ay qız? – Cəld addımlarla
qayınanasına yaxınlaşıb sol yanağından öpdü. –
Zöhrə xala, taksi bizi çöldə gözləyir. Laləni gə-
tirmişik, mən veş-vüşü baqajdan çıxarım, siz bir az
danışın, dərdləşin. Biz ikimiz də Bakıya qayı-
dasıyıq... – Qapının yanında durmuş qaynıoğlu
17
Mehmanla da öpüşüb-görüşdü, əli ilə uşağın saç-
larını qarışdırıb dedi: – İgid, gəl mənə komək elə.
Mehman çıxmağa tələsmədi, yaxınlaşıb bi-
bisiylə də görüşdü, sonra getdi Səmədə kömək et-
məyə.
Gülnaz sanki birdən diksinərək, bayaqdan iki
addımlığında olan anasıyla öpüşüb-görüşmədiyini
xatırladı. Və tez də ona sarı yüyürüb, boynunu
qucaqladı, ağbirçək qadının sağ üzündən, sol
özündən öpdü.
– Yaman darıxmışdım, anacan!
– Can ana! Qurban olaram sizə... Gəl, heç
olmasa, içəridə söhbət edək.
İçəri keçdilər. Gülnazın bol-bol üstünə səpdiyi
kəskin parfyumun qoxusu evi bürüdü. Bahalı və
xoş ətir idi, amma bu qoxudan evdə nəfəs almaq
xeyli çətinləşdi.
Anası kimi alçaqboy, saçlarını saraltsa da
simasındakı qarayanızlığı tez sezilən Gülnaz al-
nından yuxarıda saçına keçirdiyi eynəyini çıxardı,
özünü masanın yanındakı stula ataraq, bir “oh”
çəkdi. Zöhrə nənə isə Laləni qucağından düşürərək,
sobaya yaxınlaşdı, çaydanı qızmağa qoydu.
18
– Yol yordu məni, ay ma! Bakıya səhər 10-da
çatmışıq. Səmədin dostugildə bir az çay içdik, çörək
yedik, oturduq taksiyə.
Qadın qızına və nəvəsinə çay süzüb gətirdi.
Sonra isə Lalə üçün nəlbəkiyə çay süzüb, qənd-
qabının içindəki şokoladları nəlbəkinin yanına qoy-
du. Nəvəsinin boynundan, çiyinlərindən öpdü.
Birdən, gözü qızının geyiminə və saç düzü-
münə sataşdı. Qızı keçən il daha abırlı geyimlə gəl-
mişdi. Həm də o vaxt saçları boyalı deyildi:
– Bu nə vid-fasondu, a qız? Qardaşın görsə, nə
deyər? Bəs Səməd nə əcəb...
– A, toje mne qardaşım! Neynəmişəm ki, ay
ma? Saçımı deyirsən? Moskvada qara millətə bir az
pis baxırlar ey... Həm də Azərbaycanda çoxu saç
saraldır da...
Zöhrə nənə duruxdu. Gülnazın ağ koftasının
sinəsi çox geniş idi, iri döşlərinin arası görünürdü.
Əynindəki kip və cırıq-cırıq cins şalvar isə onun
əndamının bütün əzalarını büruzə verirdi.
– Ay qızım, geyimin də dəyişib... Rüstəmi
bilirsən də, həmişə belə dar-dayaz geyimlərə qarşı
olub. Bir az gen geyinsənə, eşitdiyimə görə, Bakı dar
geyinənlərə çox sataşırlar...
19
Gülnaz üzünü turşutdu:
– Yaxşı da, mama! Uzatmayaq... Deməli, Ma-
sazırda torpaq alasıyıq, Səmədlə sabah gedib torpaq
seçəcəyik, sonra da usta gətirib ev tikdirmək
istəyirik. Lalə də burda qalar 1-2 ay. Səmədin dostu
Oktayın anası məktəb direktorudu orda. Dedi ki,
uşağın adını yazdırarıq, sentyabrda evə köçə bil-
məsəniz, lap oktyabrda da dərsə gələr. Biz də bir
neçə gün Oktaygildə qalaq, qayıdacağıq Moskvaya.
Orda yarımçıq işlərimiz qalıb.
Gülnaz çaydan bir qurtum aldı, sonra səssiz
durub ona baxan anasının əlindən tutaraq özünə
sarı çəkdi:
– Ay mama, qurban olum, Lalə burda bö-
yüməlidir. Səməd belə istəyir. Yesli çesno, mne
vseravno. Amma nastayivat eləyir ki, yox ey, Mosk-
vada qız böyütmərəm. Vobşim, məktəblər açılana
qədər, biz polnostyu bura yerləşənəcən Lalə burda
qalsın... – Sonra üzünü qızına çevirdi. – Tak, ağılllı
balam? Yaxşı olacaq hər şey.
Bu an Səməd əlində iki iri çanta ilə içəri girdi.
– Bu da Lalənin veşləri... Başqa pay-puş da var,
gətiririk. Güliçka, nu potoropis, nam uje pora...
20
Onun arxasınca da, Mehman özü boyda bir tə-
kərli çamadanı sürütləyə-sürütləyə evə salmağa ça-
lışırdı. Gülnaz isə tələm-tələsik anası və qızı ilə
öpüşüb-görüşdü, sonra qapının yanındakı güzgü-
nün qarşısına keçib pomasının yayılmış boyasını
cibindən çıxardığı bir salfetlə təmizlədi, saçlarını sı-
ğallayıb, evdən çıxmağa hazırlaşdı.
***
Lalə nənəsinin hər hərəkətinə diqqət yetirir, hər
sözünü maraqla dinləyirdi. Rusiyada göz açmış və
tamam başqa bir mühiti, insanları görməyə öy-
rəşmişdi. Qızcığaz ildə bir dəfə, onda da 1-2 həf-
təliyinə gördüyü bu qadına heyran idi. Bu, nənə-
nəvə doğmalığından daha çox bir şey idi.
Qızına çox zaman ayırmayan və ölkəsinin
adətləri və tarixi haqqında bir kəlmə də danışmayan
valideynlərin yanında bu nənə obrazı, onun da-
nışdıqları, uzaq və soyuq Rusiyaya qədər ayaq açan
xatirələr daha böyük bir dəyər daşıyırdı Lalə üçün.
Hətta ona dayəlik edən və “Babulya” deyə ça-
ğırdığı Tatyana da, Zöhrə nənənin yoxluğunda La-
ləni ovundura bilmirdi.
21
Artı iki gün idi ki, Lalə bu kənddə idi. Vaxtının
çoxunu ya nənəsi ilə, ya da eyni həyətin içində
yaşayan dayısı Rüstəmin 10 yaşlı oğlu Mehmanla
keçiridi. Onlar çox vaxt birlikdə yaxınlıqdakı mək-
təbin bağçasına gedir, ora toplaşan digər kənd uşaq-
ları ilə oynayırdılar.
Bu gün hava çox isti idi. Günəş baş deşirdi.
Mehmanın anası Çimnaz oğlunu da götürüb qonşu
kənddə yaşayan qardaşıgilə qonaq getmişdi. Rayon
mərkəzində mağaza işlədən Rüstəm isə evə ancaq
gecə gələcəkdi. Zöhrə nənə və Lalə evdə tək qal-
mışdılar.
Günortanın istisində, nənə ilə nəvə ventilyatoru
qoşub, dəmir çarpayıda uzanmışdılar. Ventilyator
çarpayıdan 2 addım aralıda fır-fır fırlanır, otağın
havasını sərinlədirdi.
Lalə başını nənəsinin dizinə qoymuşdu. O,
Zöhrə nənənin başından açıb balıncın yanına
qoyduğu kəlağayısının bir ucundan tutub özünə
tərəf çəkdi və əlini kəlağayının bənöşəyi butaları
üzərində gəzdirdi. Bu ipək, zəirf işləmələri olan
kəlağayı qızcığazda heyranlıq oyadırdı. Nənəsinin
kəlağayını necə sevdiyini və əzizlədiyini bilirdi.
22
Başını oxşayan nənəsi zümzümə etdikcə, pişik ba-
lası kimi mürgüləyən Lalə birdən dilləndi:
– Nənə, ay nənə...
– Ay can, gözümün işığı?
– Bu kəlağayını çox istəyirsən?
– Hə, mənim balam...
– Məndən də?
Zöhrə nənə duruxdu. Nə deyəcəyini bilmədi.
Qırışlı, amma yumşaq barmaqlarını nəvəsinin bu-
ruq saçlarında daha da dərinə qərq elədi:
– Mənim balam, bizim millətin qadınına onun
ailəsi necə əzizdirsə, kəlağayısı da o qədər əzizdir.
Mən gözümü açmışam, nənələrimdən belə gör-
müşəm. Sən də məndən gör, böyüyəndə sənin də
nəvələrin olacaq. Onlara deyərsən ki, kəlağayı bi-
zimçün doğmadır, onu atmaq, alçaltmaq olmaz. Kə-
lağayı namusdur, qeyrətdir! Həm də ki...
Elə bu an küçədən hay-küy və qışqırıq səsləri
gəldi. Qapıqonşu Mehdinin cavan arvadı Zem-
firanın cır səsi ucaldı:
– Vaxsey, ay qonşular... Mehdiylə Rəcəb qı-
racaq bir-birini, kömək edin. Gəlin çatın ay qon-
şular, qırğın çıxacaq!...
23
Mehdi əsəbi, amma sakit və adi həyat tərzi
sürən, zəhmətkeş bir oğlan idi. Rayon-kənd ara-
sında sürücülük edirdi. Rəcəb isə onun narkoman
qardaşı idi və ayda-ildə bir dəfə evə gəlir, onda da
evdən nə isə oğurlayıb yoxa çıxırdı. Zöhrə nənə cəld
yerindən durdu. Kəlağayısını da götürüb, üst-başını
düzəltdi. Laləyə heç nə demədən, tələsik küçəyə
çıxdı. Evdən çıxarkən, dediyi bu oldu:
– Lalə, sən otur evdə, çıxma!
Lalə pəncərədən boylandı. Bir az sağda, beş-altı
metr aralıda 25-30 yaşlarında iki cüssəli cavan
əllərində bıçaq tutaraq üz-üzə durmuşdular. Bir-
birinə hücum çəkməyə hazır idilər. Ətrafda qon-
şular – kişi və qadınlar qadınlar toplaşaraq, hərə bir
söz deyir, onları sakitləşdirməyə çalışırdı. Zemfira
isə cır səsini başına atıb şaxsey-vaxsey çəkirdi:
– Ay Allah, öldürəcəklər bir-birini qoymayın,
ay qonşular! – Birdən qaça-qaça onlara yaxınlaşan
Zöhrə nənəni gördü, bir az ruhlandı. – Ay Zöhrə
xala, qurban olum, bu dəlilərə ağıl ver, iki qızım
atasız qalacaq...
Zöhrə nənə qəti addımlarla heç kimin ya-
xınlaşmağa cürət etmədiyi qardaşalrın arasına girdi,
24
kəlağayısını başından çıxarıb onların qabağında ye-
rə atdı.
– Sizə ana kimi, qadın kimi deyirəm, özünüzə
yazığınız gəlmir, əzizlərinizə rəhm edin. Bəsdirin!
Qardaşsınız!
Mehdi dişlərini qıcaya-qıcaya dedi:
– Zöhrə nənə, qurban olum, götür o kəlağayını!
Bu biqeyrət gəlib anasının, gəlinbacısının qızıllarını
oğurlayıb...Aparıb verib mala!
Rəcəb isə daha cırt-qoz şəkildə cırnayırdı:
– Qələtvi elə, əəə! Şər atma mənə! Deyirəm
xəbərim yoxdur! Mən elə biqeyrətəm?
– Biqeyrət olmasaydın, anan rəhmətə gedəndə
burda olardın! Nə üçündə, nə yeddisində oldun. Bir
il keçib, bir dəfə də qəbrinə baş çəkməmisən...
Onların qoca ataları, beli iki qatlanmış Rəhman
kişi yazıq bir üz ifadəsiylə bir az irəli addımlayıb,
onlara yalvardı:
– Qurban olum, atanızı göz görə-görə yerə
soxmayın!...
Zöhrə nənə hər iki əlini açaraq, qardaşlara sarı
uzatdı. Demək istəyirdi ki, “bıçaqları verin”.
25
– Verin bura! Bəsdirin, ayıbdır! Sizdən uşaqlar
nə götürəcək?! Qeyrətiniz varsa, ana sözünü yerə
salmayın!
İkisinin də əliyavaş-yavaş boşaldı. Bıçaqlar
Zöhrə nənənin əlində olanda, kənd camaatı irəli gə-
lib, onları bir-birindən uzağa apardılar.
Zöhrə nənə evə qayıdanda Lalə təəccüblə
ondan soruşdu:
– Ay nənə, deyirdin ki, kəlağayını yerə atmaq
olmaz...
Nənə gülümsündü:
– Hə, mənim balam, olmaz. Amma belə qırğın
düşəndə olar. Kəlağayını tapdalayıb keçməsinlər
deyə...
Lalə tam da olmasa, bu kəlağayı hikmətini bir
az anladı. Namus-qeyrət simvolu olan kəlağayını
ancaq cavanlar arasında dava düşərkən yerə atmaq
olar. Deməli, kəlağayı həm də sülh simvoludur.
***
Mehmangil bir az olardı qayıtmışdılar. Lalə on-
lara keçdi. Çimnaz Mehman üçün çay süzüb
masaya qoymuş, özü isə mətbəxdə əri üçün yemək
bişirirdi. Mehman çayı nəlbəkiyə süzüb xortuldada-
26
xortuldada içərkən, bir tərəfdən otağın küncündəki
televizora baxırdı. Televizorda bir konsert yayım-
lanırdı. Qalın səsli bir qadın oxuyurdu.
Lalə maraqla soruşdu:
– Bu kimdir?
– Rayadır… Yaxşı oxuyur, hə?
Laləyə bu qadının görkəmi və səsi qəribə gəldi.
Rusiyada çox müğənni görmüşdü, amma beləsini
yox.
Arıq, süni qaralmadan zənciyə oxşayan Ra-
yanın əynində göbəyi açıq olan gödək kofta və kə-
lağayıdan tikilmiş uzun yubka var idi. Ətrafında
dörd yarıçılpaq qız rəqs edir, bir çubuğa bərkitdiləri
bənövşəyi butalı kəlağayıları dalğalandıraraq yerdə
sürüyürdülər. Və Rayanın ətrafında dövrə vurur-
dular. Əcaib mahnı sona yetdi. Qızlar Rayanın
ətrafında sıx birləşərək, kəlağayıları birləşdirdilər
və bir növ ara pərdə yarandı. Birdən səhnənin hər
tərəfindən tüstü və alov çıxdı. Gurultulu alqışlar və
fit səsləri eşidildi. Bir neçə saniyə sonra isə qızlar
aralaşdılar, Raya çimərlik paltarında göründü.
Onun kəlağayıdan olan yubkası isə yerdə idi…
Lalə təəccüblə üzünü çüvirib Mehmana baxdı.
– Mehman, bu neynirdi?
27
Mehman şaqqanaq çəkib güldü:
– Oxuyurdu da… İndi ən çox ona qulaq asırlar.
Qəşəy qızdı!
Lalə ilanvurmuş kimi donub, yerində qalmışdı.
Nə deyəcəyini bilmirdi. Raya əz əvvəlki soyunma
səhnəsi ilə, uşağa sarsıdıcı bir zərbə vurmuşdu. Axı
bu soyunma səhnəsi nə mənaya gəlirdi? Həm də kə-
lağayı ilə…
Üstündən bir-iki ay da keçəcək, Lalə Bakı ya-
xınlığındakı qəsəbəyə - Masazıra köçəcəkdi. Onun
həyatındakı yeni mərhələ burda başlayacaqdı. Yeni
ev, yeni məktəb, yeni adətlər… Hətta bir gün
Rayanın konsertinə getmək üçün, valideynlərinə dil
tökəcəkdi.
28
Qonşu arvadıyla qorxulu yuxu
G
özlərinə inana bilmirdi. Necə olurdu ki, qon-
şu olduqları bir il ərzində həmişə uzaqdan yanıb-
yaxılaraq baxdığı, rastlaşanda isə adi salam ver-
məyə utandığı bu qadın indi yanında idi?
Yanında deyəndə ki, üstündə. Üstündə de-
yəndə ki, qucağında... Qucağında deyəndə ki... Əşşi,
necə izah eləsən, yenə də Kazımın düşdüyü bu və-
ziyyəti təsvir eləmək çətin olar.
Qonşu arvadı ilə kipə-kip birləşmişdi, böy-
rəkləri qadının dizləri arasında sıxıla-sıxıla qalmış-
dı, boynu, sinəsi və beli cırmaq-cırmaq olmuşdu...
amma ağrıları həzzə qarışaraq, böyrək nədir, can
nədir, dünyanı belə yadından çıxarmışdı Kazımın!
İndi Kazım tamam başqa dünyanın sakini idi. Bəlkə
də Kosmosda uçurdu, özünün xəbəri yox idi.
Amma yox, o, Yerdə, Azərbaycanda, Bakının
M* kəndinin “Bələdiyyə” küçəsində idi və qonşu ar-
vadı ilə vacib bir məsələni həll edirdi. Amma niyə?
Nəyə əsasən? Və necə olmuşdu ki, Kazım hər gecə
öz xarabasında, öz arvadının yanında yatdığı halda,
29
birdən-birə gəlib bu canıyanmışın qucağına düş-
müşdü? Ya da ki, altına girmişdi... Ya da ki... Əsl zi-
bilə düşmək deyildimi bu?
Gərgin ehtiraslı anlar içində, Kazımın ağlına qı-
sa qapanma kimi ani gələn bu fikirlərlə, daha doğ-
rusu, cavabsız suallarla əlləşməsi çox çəkmədi və
öz-özünə ürəyində “sonra” deyib, “indi”nin ləz-
zətini çıxarmağı üstün tutdu.
Qonşu arvadı üstündə daha da acımasız şə-
kildə atılıb-düşməyə, onu da cırnatmağa başlayırdı.
Kazım bir istədi yanına düşüb qalan qollarını
hərəkətə gətirsin, qucağındakı çılpaq qadının ağap-
paq bədənini, hamar və yumşaq sinəsini sığallasın,
lap xarici filmlərin qəhrəmanları kimi ikiəlli bu mə-
ləyin döşlərindən sıxıb arxası üstə yıxsın, mövqeyi
dəyişsin, sonra da onu qucağına alıb ayağa qal-
dırsın...
Bax, məsələn, son illər ürəyində bir arzu yaran-
mışdı Kazımın: nə vaxtsa gözəl bir gündə, 100
kiloluq arvadını qucağına alıb divara dirəyəcək, tər
su yerinə axacaqdı divardan... Lap təzə evləndikləri
günlərdə olduğu kimi. “Günlərdə” deyəndə ki,
toydan 1 ay sonra olardı, hələ özündən 15 kiloqram
ağır olan 75 kiloluq Tükəzi qucağına alıb divara
30
söykəmişdi, onda da beli sərpmiş və bu cür tryuk-
lar üçün yararsız hala düşmüşdü.
Bir pələng çevikliyi ilə, Sadiqəni qucağına alıb
divara söykədi. İtələ ki, itələyəsən.
– Off, Sadiqə, sən nə yaman şeysənmiş... Ra-
simin ağlı yoxdu, sənin kimi mələyi qoyub gedib
Rusyetə...
Sadiqə isə dinmir, sadəcə xoş iniltilər çı-
xarmaqla yetinir və uzun dırnaqları ilə onun kü-
rəyini cırmaqlayırdı.
– Hə, Sadiqə... Belə... İndi qurtaracam...
– Kazım, ay Kazım!
– Can Kazım, de görüm, canım mənim, Sadi-
qəm mənim...
– Canıva azzar, dur ə yuxudan!
Danq! Başına nəsə bərk şey dəydi.
Yerindən dik atıldı. Tükəz əlindəki qapa-
qovuranla ərinin başından necə ilişdirmişdisə, yazıq
Kazım bimirdi ufultuyla yerində qıvrılsın, yoxsa, nə
baş verdiyini ayırd edib tələsik bəhanə uydursun.
– Nə sadiqəbazlıqdı, ay oğrac? Bu nədi, səsin
uşaqları da durğuzub yuxudan. Utanmırsən ə?!
Kazım dikəlib yerində oturdu. Bir əlində qa-
paqovuran tutan arvadına, bir də qapının ağzında
31
sual dolu nəzərlərlə duran yarıyuxulu oğlu və qı-
zına baxdı. Bir anlıq utandı özündən. Amma indiyə
qədər ərinə əl qaldırmayan, sadəcə deyinməklə ki-
fayətlənən Tükəzin indi başına tava çırpması ona
yer eləmişdi. İstədi, bir az şeşələnib valı dəyişdirsin.
– Özüvü yığışdır, azz. Sən xeyr ola...
– Kəs səsivi, düdük, - Tükəz yaman qızışmışdı.
– Sadiqə, Rasim, Rusyet... Bu nədi, ay oğrac... Ol-
maya nəsə var?!
Kazım gördü ki, əks-hücum alınmadı, ona görə
də dərhal müdafiəyə keçdi.
– Vallah arvad, heç nə yoxdu, balarımızın ca-
nıyçün heç nə yoxdu. Yuxudu də... Adi yuxu!
Tükəzin iri sinəsi qalxıb-enir, genişlənmiş bu-
run pərlərindən çıxan fısıltı bütün otağı bürüyürdü.
Tükəz daha dinmədi, amma üzünə baxanda bi-
linirdi ki, bu dəqiqə ərini parçalamağa, tikə-tikə
doğramağa belə hazırdır.
Kazım cəld yerindən durdu, uşaqlara “gedin
otağıvıza” deyə çımxırdı, onlar qapıdan uzaq-
laşandan sonra isə, tələsik çarpayının yanındakı
stuldan şalvarını götürüb geyindi. Və arvadının
qəzəbli baxışları altında dəhlizə çıxdı.
– Tez elə, şirinçay-zad hazırla, işə gecikmişəm.
32
Tükəz daha heç nə demədi. Amma ürəyində
dedi ki, “Kazım, bir də duxun var, hansısa pozğunu
öz yuxunda gör”. Hətta Sadiqəni belə tutub cırıq-
lamaq barədə ani plan qurdu. Sonra isə dərhal fik-
rini dəyişdi. Ayıbdır, millət buna nə deyər? O yazıq
nə etsin ki...
İldırım sürəti ilə, bu sözlər də beynindən keçdi:
– Harası yazıqdı ki? Dükançı Eminlə gəzən
qancıq mənim ərimlə də gəzər, hələ o yana da ke-
çər! Aaa, görəsən, bu həyasız ibnə başqa kişilərin də
yuxusuna girirmi?
***
Sadiqə on bir yaşlı oğlu Cümşüdü qonşu kü-
çədəki dükana göndərmişdi. Uşağa da belə deməyi
tapşırmışdı: “Anam deyir ki, bir kilo yağ, bir kilo
qənd, iki çörək, bir qutu da çay versin, bir saata özü
gəlib pulunu verəcək”. Əslində pul-zad ver-
məyəcəkdi. Belədir ki, uşaqla göndərməyə pulu da
var idi... Amma məsələ başqa idi və uşağın həmişə
dükançı Eminə dediyi “anam özü filan vaxta gə-
ləcək” sözləri bir ismarıc idi. Yəni ki: “Hazır ol,
anam gələcək səni bihuş eləməyə!”... Emin də bu
“bihuş olmağın” əvəzində Sadiqənin nəinki ərzaq
33
borcunu silir, hətta şəhərdən aldığı ətir, pomada,
pudra və ya başqa bahalı hədiyyələr verirdi. Əsas
məsələ heç hədiyyə də deyildi. Emin zorla baş-
qasına ərə verilən qonşu qızı Fəridənin acısını hə-
min dəqiqələrdə unudur, Sadiqə isə Rusiyada arvad
saxlayan ərindən bu yolla qisas alırdı. Beləcə, hər
ikisi başqalarına olan acıqlarını bir-birindən çıxır-
dılar.
Həm də ehtirasla... Eminin özü demişkən: “-
casına” və “-cəsinə”. Yaxşı, bəs niyə Sadiqə gələcəyi
xəbərini Eminə telefonla bildirmirdi ki? Əvvəla,
Rasim ona telefon işlətməyə icazə vermirdi, amma
o, özü üçün gizli bir mobil telefon almışdı. Və bu
telefonu da çox nadir hallarda istifadə edirdi.
Gecələr uşaq yatandan sonra, ya da səhər tezdən
lazım olardı. Gündüzlər isə xəbər aparıb-gətirmək
üçün Cümşüd var idi. Və belə daha maraqlı idi. O,
Moskvadakı uşağını Bakıdakı uşağından əziz tutan
kişidən ikiqat qisas alırdı. Onun belindən gələn
övlad da bu xəyanətin, bu intiqamın iştirakçısına
çevrilmişdi. Sadəcə görüş xəbərlərini aparıb-gə-
tirməklə.
Uzun qamətli, qara buruq saçlı, ağ sinəli, bə-
dəni çox da kök olmayan, amma iri döşləri, ağ
34
əndamı, ətli dodaqları və badamı qara gözləri ilə
hər yanından keçdiyi kişini özünə tamarzı edən
Sadiqənin də dərdi var idi. Bu dərdin adı Rasim idi
- ilk illər dolanışıq üçün Rusiyaya gedən, sonrakı
illərdə isə sadəcə ikinci dəfə ailə qurub birinci ai-
ləsini unudan əri. Onu qaytara bilmirdisə də, öz alə-
mində belə cəzalandırırdı.
Hətta Eminin üstündə vəhşi kimi atılıb-düş-
düyü anlarda da bu sözləri deyirdi: “Ala, Rasim!
Bax, Rasim. Ay, Rasim... Səni sevirdim axı!”... Emin
əvvəlcə bu sayıqlamalardan qorxmuşdu, amma son-
ra məsələnin nə yerdə olduğunu anlayıb öyrəşdi.
Hətta Sadiqə onunla sevişəndə “Can Emin” dediyi
zaman üzünü turşudur, “ərini nə tez unutdun,
azz?” deyərək qonşu arvadına tərbiyə verirdi.
Rasim ailəsinə nə qədər biganə olsa belə, tez-tez
maraqlanırdı, mobil telefon işlətməyə icazə vermir,
ev telefonuna gələn zənglərin siyahısını da Bakıya
gələndə ATS-dən çıxarırdı. Hətta Sadiqənin tez-tez
Eminin yanına getməsi, ondan sonra dükanın bağ-
lanması da qulağına çatmış, ötən həftə evə zəng
edib arvadını hədələmişdi.
Uşaq mağazada olarkən, Sadiqə duş almağa
girmiş, özünü bu həftəlik görüşə hazır edirdi.
35
Əslində Sadiqə elə də gəzəyən qadın deyildi. Sadəcə
həftədə bir dəfə Eminlə görüşürdü, başqa heç nə.
Hə.. Bir də ki, aradabir Rasimin dostu Zülfüqar qo-
naq gəlirdi. Onda da təsadüfən, heç özü də is-
təmədən, bir il əvvəl bu evə təzə köçdükləri gün-
lərdə ilişmişdi. Rasim özü tələsik Moskvaya uçan
günün səhərisi Zülfüqar məhz onun tapşırığı ilə bu
evə təzə çilçırağı quraşdırmağa gəlmiş, bu an Sa-
diqənin xalatının kəməri açılmış, Zülfüqar da gör-
düyü mənzərədən dəli olub gəlinbacısının üstünə
atılmışdı. Və o gündən bu günə, Sadiqə heç özü də
bilmədən... Hə, harda qalmışdıq, elə bu arada Cüm-
şüd hövlnak içəri girdi, qaça-qaça düz hamamın qa-
pısının ağzında dayandı.
– Ay mama, ay mama!
Sadiqə tez duşun səsini kəsdi, tələsik qətifəyə
bürünüb başını qapıdan çıxardı.
– Nolub, dədə?
Rasim oğluna atasının adını qoymuşdu, ona
görə də, Cümşüdə hamı “dədə” deyirdi. Hətta
qonşular da.
– Nolacaq, Səməd məhlədə ağzına gələni danı-
şır!
Sadiqə heyrətləndi.
36
– Səməd kimdi, a bala?
Qaraşın, qırmızı yanaq və toppuş bir uşaq olan
Cümşüdün qara gözləri bərəlmişdi. At kimi töv-
şüyürdü.
– Ay mama, Tükəz xalanın oğlu da. Uşaqlara
deyib ki, atam yuxuda Sadiqə xalanı görüb. Onlar
da mənə lağ edib gülürlər.
Sadiqəni sanki ildırım vurdu.
– Vaxsey! Tez get Səmədi çağır bura, ona tap-
şırım ki, belə gic-gic şeyləri danışmasın.
Uşaq ağlamsınmışdı.
–Ay mama, hamı danışır ey...
Sadiqənin səsi daha da sərtləşdi.
– Get uşaqların hamısını yığ gətir.
Uşaq donquldana-donquldana çölə çıxdı, Sa-
diqə isə cəld geyinib üzünü-gözünü səliqəyə saldı.
Beş dəqiqə sonra qonaq otağında beş-altı oğlan uşa-
ğı var idi. Amma Səməd qorxusundan gəlməmiş,
qaçıb evə getmişdi.
Sadiqə pulqabından bir dəstə manatlıq çıxarıb
Cümşüdə verdi.
– Ala, hərəsinə iki manat ver, - sonra ciddi sifət
alıb uşaqlara xəbərdarlıq etdi, - Yekə oğlanlarsız,
hansısa başıxarab nə deyirsə, siz buna qulaq as-
37
mayın, danışmayın. Cümşüd də bir kişinin oğludu.
Heç bilirsiz, Rasim əmi xəbər tutsa nə edər? Bütün
məhləni qırar! Eşitdiz? Bir də belə şeylər eşit-
məyim!
Uşaqlar “Baş üstə, Sadiqə xala” deyib, ac-
gözlüklə Cümşüdün payladığı pulları alıb ciblərinə
dürtüşdürdülər.
- Bax, belə! Evdə də heç nə deməyin, sabah da
sizə dondurma alacam. Səmədə də qulaqburması
verin, bir də elə qələt eləməsin.
Cümşüd də əlində qalan üç manatı özünə
saxladı, uşaqlar hamısı bayıra çıxdılar. Sadiqə Cüm-
şüdün də bayıra çıxdığını görəndə arxadan səs-
ləndi:
– Dədə, sən gəl bura görüm! Dediyimi Emin
əmiyə çatdırdınmı?
– Emin əmi dükanda yoxdu, ay mama, dükanı
da bağlayıb gedib rayona. Suğra xalayla Məmməd
Əmini aparıb qayıdacaqmış.
– Yaxşı, onda özüm gedib “İ-Market”dən ba-
zarlıq edərəm. Sən get oyna bala, mənim evdə az-
maz işim var.
Sadiqənin “İ-Market” dediyi yer Eminin qatı
düşməni, onun nakam məhəbbəti Fəridənin atası
38
İsfəndiyarın obyekti idi. “Mini-market” tipli bu ma-
ğaza küçədən bir az aralıda, maşın yolunun kə-
narında idi. Vaxt var idi, bütün yaxın küçələrin
sakinləri İsfəndiyarın mağazasından bazarlıq edirdi.
Baha olsa da, nisyə mal verirdi. Amma ondan nisyə
mal alan adam borcunu bir aydan çox gecikdirsə,
borcunun üstünə faiz gəlirdi. Ona görə də, İsfən-
diyarı bu ərazidə kimsə sevmir, “sələmçi” kimi
tanıyırdılar. Əvvəl ondan çəkinirdilər, amma kasıb
uşaq kimi tanıdığı, “bir dəri, bir sümükdür” deyə
qızını vermədiyi Emin düz qapısında mağaza açan-
dan sonra İsfəndiyarın bazarı ölmüşdü. Emin on-
dan-bundan borc alaraq dükan açmış, qiymətləri də
ucuz eləmişdi ki, “İ-Market”in bazarı zəifləsin. Düz
üç ay olardı ki, Eminin ticarətə girişməsi İsfəndiyarı
dəli eləmişdi. Və qərara almışdı ki, bu cüvəllağının
qulağını bursun. Amma necə? Necə olacaqdı, Emi-
nin Sadiqə ilə yatıb-qalxması şayiə kimi də olsa,
küçədə hamıya məlum idi. Sadəcə əlverişli fürsət
olmalı idi ki, Emini ilişdirib Rasimlə üz-üzə qoysun.
Rasim də ki, neçə aydır – qışdan bəri öz xarabasına
gəlmək bilmirdi.
Lopa bığlı, daz başlı, 50 yaşlarında olan İsfən-
diyar kişi uzaqdan burcuda-burcuda gələn Sadiqəni
39
görəndə təəccübləndi. “Nə əcəb, bu matah biz tərəfə
də gəlir”, - deyə öz-özünə donquldandı.
Uzun ətəkli, amma sinəsi döşlərinin arası gö-
rünəcək qədər açıq olan mavi don geyinmiş Sadiqə
mağazanın qapısından girəndə, İsfəndiyar piştax-
tanın arxasından çıxıb qabağına qaçdı.
– Salam, ay gəlin, necəsən? Eşitdim çoxdandı
naxoş idin?
Sadiqə çaşbaş halda:.
– Nə naxoşluq, ay İsfəndiyar əmi?
– Nəbilim, uşaqlardan soruşdum ki, bizim gəlin
görünmür, köçüblərmi? Dedilər naxoşlayıb, evdən
bayıra çıxmır, – İsfəndiyarın irişə-irişə dediyi sözlər
Sadiqəni sancdı. Kişi qarşsındakı gəlinin tutul-
duğunu hiss edəndə daha da ürəkləndi. – Əslində
elə gəlin evdə oturmalıdır də.... Amma insafın ol-
sun, uşağı arada biz tərəfə də yolla, pay-puşunu
göndərək!
Sadiqə məsələni anladı. Nəsə sərt bir söz de-
məyə çaışdı, amma bilmədi nə desin. Odur ki, guya
utana-utana dilləndi:
– Eh, İsfəndiyar əmi, Rasim gedəndən, evdə hər
iş mənim boynuma düşüb. Durub turba-zad dü-
zəldirəm evdə... Bir az naxoşlamışdım. Cümşüd də
40
uzaqlığı bəhanə edir, gedib Emindən alır şey-şüyü.
Həmin o oğlan da.. Sən tanıyırsan.
“Sən tanıyırsan” cümləsi İsfəndiyarı silkələdi.
Qızı Fəridənin toy günündə Eminin restorana içib
gəlməsi, dava-dalaş salmasını xatırladı. Onda qar-
daşı uşaqları Emini yaxşıca çırpmışdılar, amma
İsfəndiyarın hirsi soyumamışdı. Tüfəng götürüb bir
dəfə Eminin üstünə də getmişdi. Amma Eminin
atası Məmməd də köhnə hərbiçiydi – İsfəndiyarı
əlində qumbarayla qarşılamışdı. Və bununla da, İs-
fəndiyar suyu süzülə-süzülə evə qayıtmışdı.
İsfəndiyar daha heç nə demədi, Sadiqənin nə
istədiyini soruşub tələsik yola saldı. Amma Sadiqə
mağazadan çıxmağa hazırlaşanda Tükəzin içəri
girməsi ab-havanı daha da ağırlaşdırdı.Tükəz Sa-
diqəni görən kimi, onun qolundan yapışdı.
– Bura bax, ay lotu, bizim uşağı niyə döy-
dürmüsən?
Sadiqə yenə çaş-baş qaldı. Nə döydürmək? Və
birdən anladı ki, ondan pul alan qonşu uşaqları
həvəsə gəliblər, Səmədi bir qırağa çəkib əzişdiriblər.
Amma özünü o yerə qoymadı.
– Ay qonşu, bu nə danışıqdı, hansı lotuluğumu
görmüsən? Kimi döydürmüşəm, axı?
41
Balacaboy olsa da, yekə qarnı, yoğun ətli qolları
olan və daim belinə şal bağlayıb gəzən Tükəz daha
kükrədi:
– Ağəz, lotuluqlarıvı saysam, qurtarmaz ey! Sən
kimsən, uşaqlara pul verib demisən ki, Səmədin qu-
lağını burun, hə?
İsfəndiyar da, Sadiqə də özlərini itirmişdilər. İs-
fəndiyar narahat idi ki, bu dəqiqə mağazası dar-
madağın olacaq. Sadiqə isə dükanın ortasında
saçları yolunmaqdan qorxmağa başlamışdı.
– Ay Tükəz bacı, ona-buna deyirdi ki, atam
Sadiqəni yuxuda görüb. Mən də həm onu, həm də
başqa uşaqları evə çağırdım ki, başa salım. Başa
salım ki, ayıbdı belə şeyləri danışmaq. O da qorxdu,
gəlmədi. Mən nə bileydim ki...
Tükəz düz Sadiqənin çənəsinin altına qədər gə-
lərək, yerindən tullanırmış kimi, onun sözünü kəsib
çımxırdı:
– Uşaq neynəsin, ağəz? Uşaqdı da... Sən də yax-
şı gəlinsən, onun-bunun yuxusuna girmə.
Sadiqə qəhqəhə çəkdi. Amma Tükəzin daha da
hirslə onun üstünə gəlirmiş kimi qollarını çar-
pazlayıb sinə gərməsindən narahat oldu. Qarşısın-
dakı tosun qadını itələyə bilməyəcəyini anlayaraq,
42
bir addım geri çəkildi. Əslində Tükəz də mənasız
söz işlətdiyinin fərqində idi, amma ortada şərəf
məsələsi var idi və əvvəlcə ərinin yuxusuna girən,
sonra da doqquz yaşlı oğlunu döydürən bu həyasızı
“nokaut” eləməliydi.
Sadiqə qapıya doğru gedərək, Tükəzə bax-
madan dedi:
– Sənin ərin xalxın arvadını niyə yuxuda görür,
get ondan soruş!
Tükəz qollarını yanlarına qoyub, Sadiqənin ar-
xasınca çığırdı.
– Ay ləçər, ay lotu... Zato, mənim ərim arvadını
atıb nataşaların yanına getməyib!
Sadiqə özünü eşitməzliyə qoyub mağazadan
çıxdı. Arxada isə gərgin müzakirə gedirdi. Tükəz
bütün olanları məsələdən bixəbər İsfəndiyara
danışır, o isə hiss etdiyi ləzzəti gizlədərək, qaş-
qabaqla başını bulayırdı. Həmin gün axşama qədər
bu söhbət bütün küçəyə, sonra da başqa küçələrə
yayıldı. Biabırçılıq idi. Amma kimin günahkar ol-
duğu hələ dəqiq deyildi. Tükəz ərinə hirsli olsa da,
onu özgənin ayağına vermirdi:
– Ərim neynəsin? Kişidi də... Yəqin, bu lotu ona
göz-qaş atıb, yazıq Kazımın da ağlı qarışıb. Bəlkə də
43
cadu-zad eləyib, bilmək olmaz... Mən görürəm, çox-
dan bizim kişini qıyqacı süzürdü...
Yazıq Sadiqə isə Kazımın üzünü əməlli-başlı x-
atırlamırdı. Amma bilirdi ki, mebel sexində usta iş-
ləyən Kazım çox eybəcər kişidir və qonşu arvadlar
tez-tez öz aralarında “Tükəzin meymun əri” deyir-
dilər. Amma bu yuxu söhbətindən sonra, Sadiqənin
özündə də ona qarşı maraq yaranmışdı. Hərdən Tü-
kəzin həyasızlığını xatırlayıb gülümsünür, öz-özünə
deyirdi:
– Görəsən, yuxuda nə görüb? Nə eləmişik? Am-
ma pis olmazdı ha... Tükəzə od qoyardım.
Amma sonra özünü yığışdırır, “Bircə bu ça-
tışmırdı” deyərək, fantaziyalarını idmançı bədənli,
yaraşıqlı Eminə yönəldirdi.
***
Axşama bütün qonşular Kazımın yuxusundan
danışırdı. Qadınlar narahat idi ki, birdən onların
kişiləri də yuxuda bu gəlini görər, biabırçılıq olar.
Elə o kişilər də narahat idi ki, niyə Sadiqə onların
yox, Kazımın yuxusuna girir. Elə həmin gecə mö-
cüzə baş verdi. Amma möcüzənin xəbəri səhər çıx-
dı.
44
Gecə içkili halda toydan qayıdıb qonaq ota-
ğında yatan Kazım, səhər tezdən qonşu arvad-
larının həyətdən gələn səsinə oyandı. Fatma, Xey-
ransa və Səmayə adlı qonşu arvadları “Tükəz, ay
Tükəz” deyə çağırır, hamısının da səsindən və
üzündən hövsələsizlik, əsəb yağırdı. Kazım gözünü
ovuşdura-ovuşdura pəncərənin yanında durdu,
amma səsini çıxarmadı. Bilirdi ki, arvad söhbətini
kənardan izləmək və dinləmək daha faydalı olar.
Donquldana-donquldana yataq otağından qa-
pıya doğru qaçan Tükəz əynindəki xalatın kəmərini
bərkidib üzünü qonşu arvadlarına çevirdi:
– Nə var, azz? Nolub, səhər-səhər nə xəbərdi?
Birinci Fatma danışdı:
– Nə olasıdı, ay bajı, bu qanjıx bizim Ələs-gərin
yuxusuna girifdi.
Sonra Xeyransa söhbətə qarışdı:
– Tükəz, bu nə bəladı, bizim qoca Kərim də yu-
xuda “Sadiqə, Sadiqə” deyirdi.
Onun sözünü iki oğlu da nişanlı olan dul qadın
Səmayə kəsdi:
– Mənim öz yuxuma girib o lotu. Hə-dələyirdi
məni. Deyirdi, oğlanlarını az təriflə, bir göz eləsəm,
ikisinin də nişanı pozular!
45
Tükəzin dəhşətdən dili-dodağı qurumuşdu.
Elə, içəridən söhbəti dinləyən Kazımın da...
Elə bu vaxt Sadiqə uşağın yatmasından istifadə
edərək, tələsik Eminin dükanına getmiş, rayondan
təzəcə gələn Emindən məsləhət istəmişdi. Qərara
gəlmişdilər ki, bir neçə gün görüşməsinlər, amma
Emin dükana gəlib-gedən qonşuları sakitləşdirməli,
yuxulara inanmamağa çağırmalıydı. Amma fay-
dasız... Yuxu söhbəti acı bağırsaq kimi uzanıb ge-
dirdi. Emin demişdi:
– Ceyran, ehtiyatlı ol! Bu söhbətlər hamımız
üçün “-casına” və “-cəsinə” qurtara bilər!..
***
Kazımın Sadiqəni yuxuda görməsindən üç gün
keçirdi. Artıq küçədə bığ yeri təzə tərləyən yeni-
yetmələr belə, hər səhər dostlarına yuxuda Sadiqəni
gördüklərini deyir, hərəsi də bir cür süjetli əhvalat
uydurub danışırdı. Sadiqəni yuxuda görmək qürur
əlaməti olmuşdu. Hətta yuxusunda hansısa qadını
görən başqa küçələrin cayılları da "Bələdiyyə" kü-
çəsinə axışırdı ki, yuxudakı o qadının Sadiqə olub-
olmadığına əmin olsunlar. Bu isə küçənin qa-
46
dınlarını dəli edirdi. Bəs necə? Qeyrət-namus əldən
gedirdi! Bir yol tapılmalıydı! Axırda Fatma xala ilə
Xeyransa xala hardansa Rasimin Rusiya nömrəsini
tapdılar, zəng edib dedilər ki: "Tez elə, dur gəl,
arvadıvı xalxın yuxularından yığışdır!"
Rasim onların nə demək istədiyini anlamadı.
Fatma bir ağız danışıb telefonu Xeyransaya verdi,
Xeyransa da cır səsi ilə şaxsey-vaxsey qaldırıb tele-
fonu Fatmanın üstünə atdı. Axırda kontur bitdi, am-
ma Rasim anladı ki, arvadı nəsə düz iş görmür.
Onda İsfəndiyarın telefon nömrəsi var idi, cəld
ona yığdı.
– Ay İsfəndiyar əmi, nə məsələdir? Qonşu ar-
vadları mənə zəng eləmişdilər. Vay-şüvəndən heç
nə anlamadım.
İsfəndiyarın əlinə fürsət düşmüşdü, amma özü-
nü baiskar çıxarmaq istəmədən nəm-nüm elədi.
– Qardaşoğlu, necə deyim... Biz M* kəndini ta-
nımırsan? Burdan asqırırsan, o başda eşidirlər...
– Yaxşı, nə məsələdir? Omaya bizim arvada
kimsə sataşıb?
– Necə deyim ey... Bu dükançı Emin var ha...
Rasimin səbri daraldı.
– Hə, tanıyıram, nə qələt edib?
47
– Əşşi.. Bir az özünü yaxşı aparmır. Necə deyim
ey, subay oğlandır, söz qoşur ki, ay filan gəlinin
məndən xoşu gəlir...
– Bəsdi, başa düşdüm, ilk reyslə Bakıya uçu-
ram! – Rasim əsəbi halda dəstəyi asdı, İsfəndiyar isə
kefikök halda soyuducudan bir pivə götürməyə
getdi.
***
Kazımı kim içirtmişdi belə? Niyə bu qədər iç-
mişdi? Və niyə evə səhərəyaxın gəlirdi? Yaxşı, tak-
sini burda niyə saxlatdırıb? Öz qapısına hələ var
idi... Amma Rasimin qapısını döyürdü.
– Sadiqə, ay qız! Eşiyə çıx görək, sənə sözüm
var...
Kazım sözləri ağzında çeynəyərək, hıçqıra-
hıçqıra danışırdı.
Sadiqə əynində xalat çıxdı qapıya. Qorxa-qorxa
qapını açıb sərxoş Kazımı gördü. Bunun nə iti azıb
burda? Həm də elə mərəkə qaldırıb ki, bütün
qonşular indi yığışacaq.
– Qonşu, nə lazımdır?
– Sən lazımsan, mələyim!
48
Kazım darvaza qapısını zorla itələyib özünü
içəri, daha doğrusu Sadiqənin üstünə atdı. Sadiqə
müqavimət göstərib onu üstündən atmağa çalışdı,
amma Kazım artıq xalatın yaxasını açmış, başını
onun döşləri aasına soxmuşdu. Əlləri ilə Sadiqənin
qollarını yerə sıxmış, ayaqlarını da qatlayıb
qıçlarının üstündə oturmuşdu. Sadiqə hərəkət edə
bilmirdi. Amma qışqırmağa da cəsarəti çatmırdı.
Lakin üfunətli araq qoxusu onu necə iyrəndirdisə,
var gücünü toplayıb onu itələdi və çığıraraq evə
qaçdı.
Kazım da onun arxasınca durub qaçmağa
çalışarkən... Danq! Tükəz qapaqovuranla özünü çat-
dırmışdı. Kazım tirtap yerə sərilmişdi. Ev qapısının
ağzında xalatını səliqəyə salan Sadiqə isə qəzəbli
Tükəzə uzaqdan-uzağa yalvarırdı.
– Vallah, Tükəz bacı, mən heç nə eləmədim...
– Kəs səsini, ləçər, bütün məhlənin yuxusunu
qarışdırmısan... Sürüyəcəm səni!
Xeyransa, Fatma və Səmayə də özlərini
çatdırmışdılar. Hamısı da qollarını çırmalayıb? Hü-
cuma hazırlaşırdılar ki...
– Ay qonşular, Rasim gəlib, Emini dükanın
qabağında it kimi çırpır!
49
Bu xəbər hamını bir anda ayıltdı. Hətta yerdə
sərilmiş Kazım da başını qaldırıb oğluna baxdı, nəsə
zaryıb yenə üzüqoylu yıxıldı.
Rasim aeroportdan birbaşa qonşu küçəyə
gəlmiş, Emini yuxudan durğuzub elə həyətdəcə, elə
Eminin özü demişkən, “-casına” və “-cəsinə”
döyürmüş.
Hay-küyə yığışan küçənin sakinləri, elə Sadi-
qənin özü də əynini geyinib ora qaçdılar. Və tələsik
sözü bir yerə qoyub qərara gəldilər ki, Rasimi bir-
təhər sakit etsinlər, qan axmasına imkan vermə-
sinlər.
Kazım isə yazıq idi, iki uşaq atasını zibilə
salmaq günah olardı!
50
Kitabın davamını oxumaq
üçün almaq lazımdır. Link:
http://kitabevim.az/index.
php?route=product/product
&product_id=3160
Dostları ilə paylaş: |