Xanhüseyn Kazımlı, İbrahim Quliyev



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix20.09.2018
ölçüsü2,23 Mb.
#69499
1   ...   43   44   45   46   47   48   49   50   51

198 
 
tədqiqatçıları  insan  deyil,  müxtəlif  insan  qruplarının  davranışı 
maraqlandırırdısa, burada yalnız bir şəxsin davranışı daha əsas götürülür. 
Nəzəriyyədə  istifadə  olunan  metodlar  bir-biri  ilə  o  qədər 
əlaqəlidir  ki,  təhlil  zamanı  kimin  əsas  olduğunu  –  iqtisadçı  yaxud 
psixoloq, marketoloq yaxud iqtisadi psixoloq təyin etmək mürəkkəbləşir. 
İndi  bir  çox  tədqiqatçıları  fərdi  insanların  aktual  davranışı  daha  çox 
maraqlandırır, nəinki insan qruplarının birgə fəaliyyəti. 
Nəzəriyyənin öyrənmə sahəsi geniş olduğundan onun öyrənilməsi 
zamanı  psixologiya,  sosiologiya,  biologiya,  antropologiya,  siyasi  elmlər 
və iqtisadiyyatın metod və metodologiyasından geniş istifadə olunur. 
İqtisadi insanın davranışına aşağıdakı qrup faktorlar təsir edir: 

 
ətraf mühit amilləri; 

 
subyektiv amillər; 

 
iqtisadi davranış. 
Birinci qrup amillərə üç altqrup amilləri də daxildir ki, onlar bir-
biri ilə üzvü şəkildə əlaqəlidirlər: 
I.  Mövcud  vəziyyət  amilləri  –  bura  iqtisadiyyatın  mövcud 
durumu,  ölkədəki  vergi  sistemi,  iqtisadi  qanunvericilik,  inflaysiyanın 
səviyyəsi və s. daxildir. 
II.  İnsanla  birbaşa  əlaqəsi  olan  mühit  amilləri  –  bura    subyektiv 
vəziyyət  və  məhdudiyyətlər,  cəmiyyətin  demoqrafik  xüsusiyyətləri  (cins, 
yaş, təhsil, yaşadığı yer, ailə vəziyyəti və digər) daxildir. 
III. Digər subyektlərin təsiri ilə yaranan amillər – bura insanların 
digər  insanlarla  ünsiyyətindən,  birgə  fəaliyyətindən  yaranan  amillər 
(insanın sosial vəziyyəti, karyerası və digər) daxildir. 


199 
 
İkinci qrup amillərin də üç altqrupa bölmək olar: 
1. Qavrayış amili. İnsanın malik olduğu vəziyyətin, ona göstərilən 
təsirlərin qavranılması xüsusi altqrupa ayrılmışdır. Çünki eyni vəziyyət və 
onun  insana  göstərdiyi  təsir  müxtəlif  insanlar  tərəfindən  müxtəlif  cür 
qavranılır. 
2.  Somatik  amillər.  Bura  insanın  müəyyən  istəyini  həyata 
keçirmək üçün onun sahib olduğu bioloji və fizioloji keyfiyyətlərin təsiri 
daxildir. Fəaliyyət zamanı bu keyfiyyətlər ona mane ola yaxud da kömək 
edə bilər. 
3.  Psixoloji  amillər.  Onlara  insanın  psixoloji  vəziyyətinə  təsir 
edən xarakteri, əhvalı, bilikləri, gözləntiləri və s. daxildir. 
Yerli və xarici  ədəbiyyatın, uğurlu şirkətlərin fəaliyyətinin təhlili 
göstərir  ki,  şirkətin  fəaliyyətinin  uğuru  şəxsiyyət  amilindən,  idarəedənin 
keyfiyyətindən  çox  asılıdır.  Bu  həm  şirkətin  sahiblərindən,  həm  də  cari 
işlərin  yerinə  yetirilməsi  üçün  onlar  tərəfindən  işə  götürülmüş 
menecerlərdən asılıdır. Sahibkarlıq fəaliyyəti bu işdə uğur qazanmaq üçün 
insanlardan  həm  şəxsi  keyfiyyətlərin  olmasını,  həm  də  iş  zamanı 
təcrübədən  irəli  gələrək  mütəmadi  olaraq  müəyyən  keyfiyyətlərə 
yiyələnməsini tələb edir. 
Təcrübə onu da göstərir ki, ilkin mərhələdə sahibkarlıq fəaliyyəti 
ilə  məşğul  olan  insanların  bu  sahədə  zəruri  nəzəri  biliklərinin,  təhsilinin 
olması,  həmçinin  məqsədlərin  qoyulması  və  onlara  nail  olunması, 
risklərin,  vaxtın  və  kadrların  düzgün  idarə  olunması,  səhvlərdən  düzgün 
nəticənin çıxarılması  kimi məntiqi və psixoloji qabiliyyətinin olması çox 
vacibdir. 


200 
 
Qeyd  edilən  xüsusiyyətləri  ümumiləşdirsək,  göstərə  bilərik  ki, 
sahibkarlıq  fəaliyyətində  uğur  qazanmaq  üçün  insanların  aşağıdakı 
xüsusiyyətlərinin olması əsasdır: 

 
enerji,  özünü  və  başqalarını  işləməyə  məcbur  etmək 
qabiliyyəti; 

 
düşünmək qabiliyyəti (istənilən vəziyyətlərdə); 

 
insanlarla ünsiyyət qurmaq bacarığı; 

 
texnika  və  texnologiyaların  öyrənilməsi  və  onlardan 
istifadə qabiliyyəti və s. 
Bütün  insanlar  daim  bir-biri  ilə  ziddiyət  təşkil  edən  məqsədlər 
arasından 
seçim 
etmək 
məcburiyyətindədir. 
Gəlirlərinin 
maksimallaşdırılması,  mövcud  vəziyyətinin  daha  da  yaxşılaşdırılması 
üçün insan əldə etdiklərini təhlil edərək, gələcəyi proqnozlaşdırır və yeni 
məqsədlər  qoyur.  İnsanların  belə  davranışı  ailənin,  cəmiyyətin,  dövlətin 
ümumi  fəaliyyətinə  təsir  etməklə  risklərin  azaldılması  istiqamətində 
insanların davranışını müəyyən etməyə kömək edir. 
İqtisadi risklərin yaranması səbəblərindən asılı olmayaraq hər bir 
şəxsin  məqsədi  risk  nəticəsində  yarana  biləcək  itkilərin  azaldılmasıdır. 
Risklərin  idarə  edilməsi  məqsədilə  yaradılan  modellərin  hazırlanması 
zamanı  əsas  məqsəd  riskli  layihələrin  uğurlu  həyata  keçirilməsində 
şəxsiyyət amil daha çox nəzərə alınır.  
 
10.2.  Firmanın  marketinq  siyasətində  qiymətlərin  idarəolunması 
zamanı risklərin uçotunun təkmilləşdirilməsi  
 


201 
 
 
Yüksək gəlir əldə etmək stimulu sahibkarda gəlirin azaldılması 
üçün qiymətə  təsir  edən  amilləri nəzərə  almağa, qarşıya çıxan maneələri 
əvvəlcədən  görməyə  və  onların  aradan  qaldırılmasına  sövq  edir. 
Məlumdur ki, qiymətə aşağıdakı qrup amillər təsir edir: 
-
 
Siyasi  (dövlətin  siyasəti,  qanunvericilik,  məhkəmə  quruluşu, 
siyasi stabillik və s. ); 
-
 
İqtisadi  (iqtisadi  tənzimləmə  metodları,  bazar  konyukturası, 
rəqiblər, istehlakçılar və s.); 
-
 
Sosial  (təbii  proseslər,  istehlakçıların  tərkibi,  onların  yaşayış, 
intellekt səviyyəsi və s.); 
-
 
Psixloji (istehlakçıların mentaliteti, adət-ənənələri, zövqü və s.). 
 
Bütün  bu  amillərin  nəzərə  alınması  gələcəkdə  istehsal  və  satış 
zamanı qarşıya çıxa biləcək risklərin müəyyən edilməsinə kömək edir. 
 
Bütün  istehsal  prosesi  qiymət  vasitəsilə  idarə  olunur.  Hər  bir 
sahibkar son nəticədə gəlir əldə etmək üçün istehsalın bütün fazaları boyu 
sadalanan  amilləri  nəzərə  almaqla,  məhsula  qiymət  qoyur.  Buna, 
qiymətqoyma prosesibdı daha yaxından baxaq.  
 
Qiymətəmələgəlmə  qoyulmasının  prosesi  bir  neçə  mərhələdən 
ibarətdir.  Onların  hər  birində  sadalamaqla  yarana  biləcək  riskləri 
göstərək. 
1.
 
Məqsədin seçilməsi; 
 
İlk  olaraq  qiymətqoymada  firmanın  məqsədləri  müəyyən  olunur. 
Məqsəd bazar konyukturuna, firmanın resurslarına uyğun müəyyən edilir. 
Qiymət qoymaqda məqsədlər fərqlənə bilər - tələbatın ödənilməsi, bazarın 
əldə saxlanılması, mənfəətin maksimallaşdırılması və s.  


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə