Xanhüseyn Kazımlı, İbrahim Quliyev



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə47/51
tarix20.09.2018
ölçüsü2,23 Mb.
#69499
1   ...   43   44   45   46   47   48   49   50   51

194 
 
görə  edilmiş  sığorta  nəticəsində  sığortalanmış  şəxsin  həmin  riskə  daha 
çox  getməsi  və  ya  gələcəkdə  yarana  biləcək  mənfi  hadisənin  qarşısının 
alınması  üçün  daha  az  cəhd  göstərməsi  nətcəsində  yaranır.  Adətən  belə 
olan hallarda sığorta şirkəti həmin şəxslərlə əməkdaşlıq etməkdən imtina 
edirlər. 
Məsələn  anbar  sahibi  öz  anbarını  yanğından  sığortalamaqla 
yanğına  qarşı  təhlükəsizlik  tədbirlərinin  görülməsi  istəyini  azaldır.  Belə 
qabaqlayıcı  tədbirlərin  görülməməsi  obyektdə  yanğın  baş  verməsi 
ehtimalını artırır. Və yaxud əgər anbarın sığorta pulu onun bazardakı real 
dəyərindən  artıqdırsa,  anbar  sahibi  özü  obyekti  yandıraraq  sığorta 
şirkətindən  sığorta  məbləğini  ala  bilər.  Adətən,  belə  hallarda  sığorta 
təşkilatları sığorta məbləğini azalda və yaxud məbləği verməyə bilər. 
İkinci  tip  psixoloji  problem  olan  əlverişsiz  seçimə  sığortalanan 
insanların  özlərinin  riskə  daha  çox  məruz  qaldığını  düşünərək  əlverişli 
olmayan seçim etmək məcburiyyətindən yaranır. Məsələn ömürlük alınan 
annuitet  (ömrünün  axırına  kimi  illik  əldə  edilən  faiz)  və  ya  ömürlük 
rentaya (aylıq faiz verilən müqavilə) baxaq. Sığorta şirkəti guman edir ki, 
bu  tip  sığortanı  alan  adamlar,  böyük  ehtimalla,  digər  insanlar  kimi  eyni 
müddət yaşyacaqdır. 
Məsələn,  hər  hansı  sığorta  şirkəti  bu  tip  sığortanı  60  yaşında 
təqaüdə çıxan insanlara verir. Əhalinin tərkibinə baxsaq, insanları 3 qrupa 
ayırmaq olar: A tip insanlar təqaüdə çıxandan sonra daha 10 il yaşayırlar, 
B  tip  insanlar  15  il,  C  tip  insanlar  isə  20  il.  Orta  hesabla  insan  təqaüdə 
çıxdıqdan sonra daha 15 il yaşayır. Əgər sığorta şirkəti bu tip sığortaya 15 
il  yaşayanlara  görə  qiymət  qoyarsa,  tezliklə  məlum  olacaq  ki,  onun 


195 
 
müştərilərinın  əksəriyyəti  B  və  C  tip  insanlardan  ibarətdir.  Çünki  A  tip 
insanlar  bu  tip  sığortanı  onlar  üçün  əlverişli  olmayan  seçim  hesab 
edəcəklər. 
Əgər  sığorta  şirkəti  onun  potensial  müştərilərinin  hansı  tip 
insanlardan  ibarət  olacağını  əvvəlcədən  bilsəydi  və  qoyduğu  qiymət 
müştərilərinin  gözlənilən  yaşam  müddətini  əks  etdirsəydi,  adıçəkilən 
problem – qeyri-əlverişli seçim problemi olmazdı. 
Lakin  şirkətlər  müştərilərinin  nə  qədər  yaşayacağını  onların 
özlərindən  daha  dəqiq  bilə  bilməz.  Əgər  sığortalayan  şirkət  müştərisinin 
yaşama  müddətinə  dəqiq  uyğun  gələn  qiymət  müəyyən  edə  bilmirsə,  o 
zaman  qeyri-mütənasib  şəkildə  annuitetlərin  çoxu  daha  uzun  müddət 
yaşayan  sağlam  insanlar  tərəfindən  əldə  olunacaqdır.  Göstərdiyimiz 
misalda  isə  annuitetlərin  çoxu  17,5  il  yaşayacaq  insanlar  tərəfindən  əldə 
olunacaq ki, bu da orta statistikadan 2,5 il artıqdır. 
Beləliklə, əgər sığorta şirkəti bütün əhalinin orta gözlənilən həyat 
müddəti əsasında annuitet sığortasını verərsə və əlverişsiz şərait yarandığı 
təqdirdə,  vəziyyəti  düzəltmək  üçün  müvafiq  qərarlar  qəbul  etməzsə,  o 
şitkət mütləq olaraq iflasa uğrayacaqdır. Bu səbəbdən təsadüfi deyildir ki, 
bu növ sığorta bazarında annuitet sığortasına həmişə orta yaşam müddəti 
olan müştərilər üçün cəlbedici olmayan qiymətlər müəyyən edilir və bazar 
daim potensialından daha kiçik olur. 
İqtisadiyyat və psixlogiya  elminin qarışığından yaranmış iqtisadi 
davranış  psixlogiyasının  məqsədi  iqtisadi  faktorların  insan  psixikasına 
təsiri  nəticəsində  insanın  məqsədli  davranışının  təhlil  edilməsidir.  Bura 
insan  fəaliyyətinin  bütün  sferalarının  kompleks  təhlili  daxil  olduğundan, 


196 
 
bu  problemlərin  təhlili  ilə  bir  neçə  nəzəriyyə  məşğul  olur.  Bir  qayda 
olaraq,  insanların  məqsəd  və  maraqları,  onun  iqtisadi  bilikləri,  düşüncə 
tərzi, xarakteri və digər faktorlar onun bu sahədəki davranışına təsir edən 
mühüm amillərdir.  
 
Şəkil 10.1. Qavranılma səviyyəsinə görə risklər. 
 
İnsanların  biliklərindən,  fərdi  keyfiyyətlərindən  asılı  olaraq, 
riskləri  qavranılma  səviyyəsinə  görə  də  qruplaşdırmaq  mümkündür. 
Riskin  biliklə  qavranılan,  intuitsiya  ilə  dərk  edilən  və  ümumiyyətlə  dərk 
edilməyən  növləri  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olduğundan  çox  zaman 
onları virtual olaraq fərqləndirmək çətinlik yaradır (şəkil 10.1.). 
Məlumdur  ki,  insanların  riski  qəbul  etmə  xarakteri,  riskə  qarşı 
münasibəti  fərqli  olur.  Bəzi  insanlar  riskə  getməyi  sevmir,  onlar  xırda 
risklərə gedərək xırda gəlir əldə etməklə kifayətlənirlər. Bəzi insanlar isə 


197 
 
özlərini bəxtəvər sayır və daha iri risklərə getməklə, böyük mənfəət əldə 
etməyə  çalışırlar.  Bu  xüsusiyyətlərinə  görə  insanlar  görə  3  qrupa 
bölünürlər: 

Riskdən çəkinən insanlar; 

Riski sevən insanlar;  

Neytral insanlar. 
Riskdən  qaçan  insanlar  çox  vaxt  az,  lakin  sabit  olan  işlərə  can 
atırlar. Onlar  investisiya  yatırdıqda və  iş seçəndə davamlı işlərə, güvənli 
işlərə  investisiya  qoymağı  sevirlər.  Məsələn,  bu  tip  insanlar  daha  çox 
dövlət  işində  işləyir,  nəinki  şəxsi  biznesini  qurur.  İnvestisiyalarını  isə 
dövlət  istiqrazlarına  yatırmaqla  kifayətlənirlər.  Qeyd  etmək  lazımdır  ki, 
cəmiyyətimizdəki  insanları  bir  çoxu  bu  tipə  aiddirlər.  Adətən  riski 
sevməyən  insanlar  riskləri  qəbul  etmir  və  bunun  üçün  müvafiq  gəlirini 
qurban  verməyə,  yaxud  xərc  çəkməyə  hazır  olurlar,  məsələn 
sığortalanmaqla. 
Riski  sevən  insanlar  isə  daha  çox  riskə  gedir  və  əvəzində  daha 
çox gəlir əldə tməyə cəhd göstərirlər. Bu tip insanlar riski çox və nəticədə 
mənfəəti də çox olan layihələrə investisiya yatırırlar. 
Ehtimal  edilən  dəyərin  eyni  olduğu  şəraitdə  son  nətiədə  əldə 
olunan gəlirin dəqiq bilinib-bilinməməsi neytral insanlar üçün fərq etmir. 
İki  alternativ  vəziyyətdə  riskin  dərəcəsinin  fərqli  olması  bu  tip  insanları 
narahat etmir.  
İqtisadi  davranış  elminin  predmeti  iqtisadi  və  psixoloji  amillərin 
təsiri  altında  insanın  alternativlərin  seçilməsi  zamanı  davranışının 
öyrənilməsidir.  Elmin  obyekti  isə  şəxsdir.  Əgər  əvvəlki  nəzəriyyələrdə 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə