XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə93/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   89   90   91   92   93   94   95   96   ...   99

356
olan, xalqın qayğı və düşüncələrini şeirə gətirən bir şairdir. O 
yaratdığı zəngin xəzinə ilə özünü də mənəvi dünyasını daha 
da zənginləşdirir. Onun müxtəlif məna çalarlarında işlətdiyi 
frazalar bu gün dilimizin söz ehtiyatını artırır. Məsələn, “üzü 
bazar, içi azar dünya”, “Tanrının törəsi”,” dünyanın dərd anası” 
və sair kimi frazalar (bunların sayını daha da artırmaq olar) yer 
almışdır  ki,  dilçilik  baxımdan  onların  hər  birinin  özlərinə 
məxsus araşdırma dəyəri vardır. 
Xanəli  müəllimin  yaradıcılığı  yumşaq  lirikadan  ibarət 
deyil.  Yəni,  özünün  də  dediyi  kimi,  sərt  poeziyadır.  Xanəli 
Kərimlinin  yaradıcılığı  bu  gün  bizə  imkan  verir  deyək  ki, 
Xanəli  Kərimli  Rəsul  Rza  məktəbinin  yetirmələrindəndir. 
Mənim  fikrimcə,  Xanəli  müəllimin  yaradıcılığındakı 
Məmməd Araz, Rəsul Rza ruhu da burdan gəlir. Yəni Xanəli 
müəllimin şeirlərində mübarizlik, istiqlal mübarizəsi vardır. 
Eyni  zamanda  Rəsul Rzaya  məxsus əqidə, şəxsiyyət  bütöv-
lüyü vardır. Rəsul Rza ilə bağlılığı bir də ondan irəli gəlir ki, 
onun sərbəst şeir vəznində yazdığı bitkin şeirləri bu gün bizə 
imkan verir deyək ki, Xanəli müəllim Rəsul Rza məktəbinin 
layiqli  davamçısıdır.  Xanəli  müəllimin  “Ağrı”  şeiri  ən  yaxşı 
şeir kimi nümunə göstərilə bilər.
Yalquzaq qurd kimi
düşmüşəm şəhərin ağına,
Baxmıram, nə soluma, nə sağıma,
Ağlım ayaqlarımın ucunda,
əllərim arxamda,
bir birinin ovcunda.
Havalı adamlar kimi
hərdən
öz özümə oxuyuram da.
Kiminsə arxamca
güldüyünü duyuram da.
Ayaqlarım girdan düşəndə,
Dizlərim dözməyib büküləndə
otururam bir skamyada
tək-tənha.


357
İçimdən bir səs gəlir-- 
Təvəkkül Allaha...
Yanımdan ötüb keçirlər
dəstəbədəstə.
Hərə öz hayında,
hərə öz dərdində.
Günah bilmirəm
əsla heç kəsdə.
Nə ötüb keçənlər tanıyır məni,
Nə də mən ötüb keçənləri.
Fikirləşirəm... bu şəhərdə
yaşımın bu qürubunda
nə təzə dost tapmalı gündü,
Nə də dostsuz yaşamaq mümkündü.
Xanəli  müəllimin  yaradıcılığının  özünəməxsusluğu  bir 
də  ondadır  ki,  o  təzadların  çox  gözəl  müqayisəsini,  poetik 
təsvirini verməklə bu iki tərəfi məharətlə qarşı-qarşıya qoy-
muş olur. Mən ona bu yaradıcılıq yolunda uğurlar və uzun 
ömür arzu edirəm. Sağ olun, Xanəli müəllim.
Aypara Behbudova: Söz Ədəbiyyat kafedrasının müəllimi 
Yasəmən İsmayılovaya verilir.
Yasəmən İsmayılova: Müəllimim, xarici tələbələr üzrə de-
kan,  universitet  rektorluğunun  və  ixtisaslaşdırılmış  şuranın 
üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Muxtar Respub-
likamızın millət vəkili və nəhayət şair Xanəli Kərimlinin 50 
illik yubileyinə və onun ikinci kitabı olan “Anamdan məktub” 
kitabının müzakirəsinə toplaşmışıq. Mən də bu təntənəli və 
əziz gündə Xanəli müəllimə öz ürək sözlərimi deməyi borc 
bilirəm.  Xanəli  müəllimi  mən  1994-cü  ildə  Ədəbiyyat  ka-
fedrasına  müəllim  gəldiyim  ildən  tanıyıram.  Biz  bir-biri-
mizi  dərslə rimizdə  tanımışıq.  Mən  fikir  vermişəm,  Xanəli 
müəllimdə yük sək keyfiyyətlərdən başqa heç bir şey tapmaq 
olmaz. Tələbələri incitmək, get-gələ salmaq kimi mənfi şeyləri 
mən Xanəli müəllimdə görməmişəm. Ona görə mən Xanəli 
müəllimi bir yaxşı vətəndaş kimi, xalqına, Vətəninə yararlı bir 


358
övlad kimi gör müşəm. Düzdür, biz Xanəli müəllimin “Anam-
dan  məktub”  kitabının  müzakirəsinə  toplaşmışıq,  ancaq 
Xanəli müəllim bundan əvvəl 1998-ci ildə “Yazıçı” nəşriyyatı 
tərəfindən çapdan çıxmış “Ay işığında” kitabının da adını bu 
kitabla birlikdə çəkmək istəyirəm.
Şair  uşaqlıq  illərini  çətinliklə  keçirmiş,  böyük  bir  ailədə 
doğulmuş,  bu  ailənin  çətinliklərini  gözləri  ilə  görmüş,  hə-
yatın  çınqıllı,  daşlı  yollarını  özü  öz  iradəsi  ilə  keçərək  bu 
həyatda  yaşamağı  və  yaşatmağı  bacarmışdır.  Siz  inanın  ki, 
ədəbiyyatımızda  bu  cür  şairlər  həmişə  yüksək  mövqedə 
dururlar. Biz bunun timsalında keçmişə qayıtsaq, XIX əsrin 
sonu, XX əsrin əvvəllərinə qayıtsaq, Sabir yaradıcılığında da 
onun həyatının nə qədər keşməkeşli olduğunu görərik. Klas-
sik  ədəbiyyatımızda  Fizulidə  də  biz  bunu  görürük.  Xanəli 
müəllimin həyatında ailədən, evdən gələn elə çətinliklər olub-
dur ki, Xanəli müəllimi şair edən də məhz bu çətinliklərdir. 
Ona görə də biz Xanəli müəllimin şeirlərini oxuyanda onun 
vətənə-torpağa  bağlılığını  daha  çox  görür  və  duyuruq. 
Onun “Şahbuzum”, “Qoşa bulaq”, “Dərələr boyunca” və s. 
şeirlərində biz bunu aydın görürük.
Köz almışam ocağının gözündən,
Çox öpmüşəm, bulaqların gözündən.
Yaş ötsə də, üzüm dönməz uzundən,
Bu dünyada sənsən tale ulduzum,
Şahbuzun, ay Şahbuzum.
Bu  misralarda  şairin  öz  doğma  yurduna,  kəndinə,  onun 
kəklikotulu  dərələrinə  körpə  ikən  olan  bağlılığının,  uşaqlıq 
illə rinin  təbiət  vurğunluğununun  bir  daha  şahidi  oluruq
”Anamdan məktub” kitabının ilk səhifələri “Məramsız yaşa-
maq”  şeiri  ilə  diqqəti  çəkir.  Bu  şeiri  oxuyanda  görürsən  ki, 
bu dünyada məqsədsiz, məramsız heç nə yoxdur. Hərənin bir 
arzusu vardır. Şair deyir ki:


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə