XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə95/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

362
müəllimin yerini müəyyən eləsin. Gəldiyi nəticə bu oldu ki, 
Xanəli Kərimli Məmməd Araz məktəbindən keçib. Mən də bu 
barədə öz fikirlərimi demək istəyirəm.
Xanəli  müəllimin  birinci  kitabında  bunları  demək  bir 
az  çətin  idi.  Çünki  o  kitab  ötəri  həvəslərin  də  məhsulu  ola 
bilər. Artıq  bu  kitab  Xanəli  müəllimin  ədəbiyyatdakı  sima-
sı,  yeri  haqqında  düşünməyə,  söz  deməyə  imkan  yaradır. 
Bu mənada onu deyim ki, Xanəli müəllimdə Məmməd Araz 
notları görünür. Ancaq mən o fikirdə deyiləm ki, Məmməd 
Arazla eyniyyət təşkil edir. Bu qətiyyən belə deyil. Məmməd 
Arazdan  bəzi  elementlər  var.  Mən  Xanəli  müəllimin  lirika-
sında İslam Səfərlinin də təsirini görürəm. Onun təbiət lirika-
sında, təbiətlə bağlı şeirlərində İslam Səfərli elementləri var. 
Hətta, mən Əhməd Cəmildən də gələn elementlər görürəm. 
Belə-belə  elementləri  saysaq  az  qala  Xanəli  müəllimin  özü-
nə  heç  nə  qalmayacaq.  Amma  bu  fikirdəyəm  ki,  Xanəli 
müəl lim  nə  Məmməd  Arazdır,  nə  İslam  Səfərlidir,  nə  də 
Əhməd  Cəmildir.  Mən  yalnız  Xanəli  müəllimi  onun  özünə 
bənzədirəm.  Məncə,  Xanəli  Kərimli  epik  ünsürləri  lirik 
məcraya gətirən, epik elementlərlə lirikanın mənbəyini yara-
dan yeni tipli bir şairdir. Xanəli Kərimlidə lirika var, aparıcı-
dır, tərənnüm var, Şahbuzu, Vətənimizi, adi detalları da lirik 
baxımdan, mənalandırmaq baxımından üstünlüyü var. Digər 
bir üstünlüyü Xanəli Kərimlidə təsvir vardır. Bütün şeirlərinə 
fikir versən təsvir vardır. Bundan başqa, süjetli şeirləri demək 
olar  ki,  yox  kimidir,  amma  lirik  tərənnümdən  çox  epik 
təhkiyə  üslubunu  da  deyirəm,  nağılvari  ifadə  şeirləri  xeyli 
sayda çoxdur. Xanəli Kərimlidə təhkiyənin epikliyi, fikrin li-
rizmi vardır. Saysaq, mən Məmməd Arazda bu üstünlükləri 
görmürəm.  Olsa-olsa,  Əhməd  Cəmildə  vardır.  Onda  isə 
süjetlə birləşir. O hadisə danışır. Xanəli Kərimli isə əhvalar 
gətirməyən  epik  şeir  yazan  şairdir.  Xanəli  Kərimli  tamam 
özüdür, heç kəs deyil. Naxçıvanda yaşayanların heç birində 
mən bu keyfiyyəti görmürəm. Böyük bir qismində Məmmən 
Araz  məktəbi,  böyük  bir  qismində  Hüseyn  Razi  məktəbi 
vardır. Böyük bir qismişdə sərbəst şeir elementləri gördüm. 


363
Xanəli Kərimlinin şeirlərdən başqa onun özünü təsdiqləyən 
digər iki element də vardır. Birincisi budur ki, Xanəli Kərimli 
öz kitabına özü nəsirvari bir ön söz yazır. Baxmayaraq filo-
logiya elmləri namizədidir, özünün də yazdığı elmi deyildi. 
Lirik nəsrdir. Epik və lirik elementləri müqəddimə də özündə 
birləşdirir.  Xanəli  Kərimlinin  poema  adlandırdığı  əsərlərdə 
bu iki cəhət də vardır.
Xanəli Kərimlinin bu kitabı artıq onun özü haqqındadır, 
üs lubu haqqındadır. Şəxsi mənliyi haqqında, yeri haqqında, 
müşahidə aparmağa imkan verir və bizim ədəbiyyatımızda 
bu tipli şair hələ ki, yoxdur. Bu gün Naxçıvan ədəbi mühitində 
bu tipdə yazan başqa şairimiz yoxdur, bu mənada hərədən 
bir  az  vardır.  Bu  qaydadır,  Nizamidən,  Fizulidən  olmalıdır 
ki, özündən əvvəlki ədəbiyyata söykənsin. Amma kimlərdən 
faydalansa  da  axır  ki,  özüdür.  Xanəli  Kərimlinin  təbiətində 
nasiranə  bir  lirika  vardır.  Təmkindən  əlavə  mən  bunu  hiss 
elədim. Xanəli Kərimli özünü ədəbiyyatda tapmış adamdır. 
Bir insan ki, əlli yaşa kimi özünü tapmadısa, daha nəyə lazımdır. 
Çox təəssüf ki, elə şairlərimiz vardır ki, hələ də onu-bunu yam-
sılaya-yamsılaya gedirlər. Özləri ola bilmirlər. Bir kitabla bunu 
demək çətin idi. Amma bu ikinci kitab, onun əlli illiyinə hazırla-
nan kitab Xanəli Kərimlinin kim olduğunu ortaya qoyur.
Xanəli Kərimlinin şeirlərində təmizlik yaşayır. Məncə, bu, 
Xanəli müəllimin özündən gəlir. Xanəli müəllim, özü təmiz, 
pak insandır. Xanəli müəllimin şeirlərini oxuyanda Batabatın, 
onu əhatə edən Şahbuzun havasını, mühitini, əxlaqi-mənəvi 
tə mizliyini, poetik saflığını, ideya saflığını bu şeir kitabında 
da görmək olar. Xanəli müəllim öz oxucuları ilə görüşə təkcə 
bir  kitabı  ilə  yox,  pak,  duru,  təmiz  qəlblə  gəlir.  Şəxsiyyət, 
məncə, böyük amildir. Bunu qorumaq, saxlamaq çox böyük 
bir sərvətdir. Çox yaxşı haldır ki, Xanəli müəllim bu gün həm 
kitabı ilə, həm də şəxsiyyəti ilə hesabat verir. Kitabda çoxlu 
şairlərə xitabən şeirlər var. Bəxtiyar Vahabzadədən tutmuş bir 
çox şairlərə xitabən şeirlər var.
Mən Xanəli müəllimi təbrik edirəm. Ona cansağlığı və ya-
radıcılıq uğurları arzu edirəm və əlli yaşını təbrik edirəm. 


364
Bizim  universitetdə  əlli  yaş  keçirtmək  ənənəsi  yoxdur. 
Çünki bizim universitet uzunömürlülər universitetidir. Bizdə 
adətən  60,  65,  70,  75,  80  yaşlıları  qeyd  etmişik.  Hətta  Lətif 
müəllimin 95 yaşını qeyd eləmişik. İnanıram biz yüz yaşını da 
qeyd edəcəyik. Ancaq Xanəli müəllimin 50 yaşını qeyd etmək 
qadağan deyil. Sadəcə universitet səviyyəsində qeyd edə bil-
mirik. Amma Xanəli müəllim bu gün yetkin, hərtərəfli inkişaf 
etmiş ziyalıdır ki, mən özümə borc bildim ki, gəlim, onun əlli 
illik yubileyində də iştirak edim, onu ürəkdən təbrik eləyim, 
ona əlli yaşın da, kitabın da mübarək olsun deyim, ona can-
sağlığı uzun ömür arzu edim. 
 


365
XANƏLİ KƏRİMLİNİN 
60 İLLİK YUBİLEYİNDƏN
(Naxçıvan Dövlət Unuversiteti, 03 dekabr 2011-ci il)
İsa Həbibbəyli (rektor, akademik): Əziz tələbələr, əziz qo-
naqlar. Muxtar Respublikamızın yazıçıları, şairləri, tanınmış 
elm  adamları,  ziyalıları  burdadır.  Bəlkə  başqa  yerlərdən  də 
qonaqlarımız  olduğunu  görürəm.  Bu  səbəbsiz  deyil.  Xanəli 
Kərimli  Naxçıvan  Dövlət  Universitetinin  dosentidir.  Şairin 
yaradıcılığının bir göstəricisi də elə bu tərkibdə burda bizim 
qonaqlarımızın və iştirakçılarımızın təmsil olunması ilə bağ-
lıdır.  Söz  yox  ki,  Xanəli  Kərimli  Naxçıvan  elmi  mühitində 
yetişən tanınmış Azərbaycan şairidir. O burada formalaşmış-
dır. O, alim kimi də, müəllim kimi də Naxçıvan elmi-ədəbi 
mühitində yetişib formalaşmışdır. Onun şair kimi də forma-
laşmasında Naxçıvan ədəbi mühitinin çox böyük rolu, yeri, 
təsiri, köməkləri vardır. Bunu biz həmişə hiss edirik və Xanəli 
Kərimlinin  keçdiyi  yola  nəzər  salarkən  biz  bunu  aydın  gö-
rürük. Onu da burada deməyi məqsədəuyğun hesab edirəm 
ki,  dövlətimizin  böyük  qayğısı  sayəsində  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  Sədri  hörmətli  Vasif  Talıbovun 
apardığı  genişmiqyaslı  iş  sayəsində  Naxçıvan  Muxtar  Res-
publikası cəmiyyət həyatının bütün sahələrində, o cümlədən, 
elm,  təhsil,  mədəniyyət,  ədəbiyyat,  incəsənət  sahəsində  də 
böyük  uğurlara  nail  olunmuşdur.  Biz  ədəbiyyatımızın,  el-
mimizin,  geniş  mənada  mədəniyyətimizin  inkişaf  tempini 
və səviyyəsini artıq idarə etmək səviyyəsinə malikik. Qarşı-
mızda  duran  vəzifələr  dövlətimizin  bizə  verdiyi  imkanlar-
dan  istifadə  edərək  Naxçıvanda  elmi,  təhsili,  mədəniyyəti, 
ədəbiyyatı,  incəsənəti  də  daha  yüksək  templərlə  inkişaf 
etdirməkdən  ibarətdir.  Bu  işlərin  hər  birində  artıq  ümum-
respublika səviyyəsinə çatan, bir çox hallarda ümumrespub-
lika  səviyyəsində  nəzərəçarpan  hadisələr  müşahidə  olun-
maqdadır.  Mən  onlardan  birini  də  elə  Xanəli  Kərimlinin 
yaradıcılığını görürəm. Xanəli Kərimlinin formalaşmasında, 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə