Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin



Yüklə 290,69 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.01.2018
ölçüsü290,69 Kb.
#19075
  1   2   3   4   5   6


     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          



№ 10 (1585) 31 may 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Tibb Universitetinin alimləri 

AMEA-nın müxbir üzvlüyünə 

namizəddir

Tələbələr robotlar üzərində 

təcrübə keçirlər

Azərbaycan Tibb Universiteti rezidentlərinin 

2-ci elmi-təcrübi konfransı

“2013/2014-cü tədris ilində Buraxılış 

Dövlət Attestasiyasına və yaz semestrinin 

imtahan sessiyasına hazırlığın vəziyyəti, 

imtahanların mütəşəkkil keçirilməsində 

kollektivin vəzifələri” müzakirə olunub

Mayın 29-da Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya 

İnstitutunun açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 

açılışda iştirak etmişlər. 

Azərbaycanda səhiyyə sahəsində islahatlar ildən-ilə daha 

geniş vüsət alır. Səhiyyənin kompleks şəkildə inkişafı dövlətin sosial siyasətinin başlıca 

istiqamətlərindən birini təşkil edir. Son 10 ildə Azərbaycanın səhiyyə sistemi əsaslı inkişaf yolu 

keçmişdir. Bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilir. Əhalinin sağlamlığının daha 

etibarlı şəkildə qorunması və onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması 

istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Səhiyyə müəssisələrinin təmir və bərpası, ən müasir 

avadanlıqla təchiz edilməsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, 

əhalinin bütün növ tibbi xidmətlərlə əhatə olunması, tibb işçilərinin ixtisasının artırılması, ən mü-

asir standartlara uyğun yeni kadrların hazırlanması səhiyyə sahəsində islahatların əsasını təşkil 

edir.

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda inşası başa çatdırılan Respublika İdman 



Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu da ölkəmizdə reallaşdırılan islahatlara mühüm 

töhfədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilən bu 

səhiyyə ocağı ölkəmizdə idman nailiyyətlərinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması, 

müasir beynəlxalq təcrübənin tətbiqi, gənc idmançıların potensialının aşkar edilməsi və xəsarət 

almış idmançıların reabilitasiyası məqsədi ilə yaradılmışdır. İnstitutun əsas fəaliyyət istiqamətləri 

idmançıların və ehtiyat qüvvələrin diaqnostikası, dispanserləşdirilməsi və müalicəsidir.

Prezident İlham Əliyev institutun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu sayımızda

4

4

Bakıda Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılışı olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir

Tanınmış 

həmyerlimiz 

professor  

Afiq Bərdəli  

universitetimizdə 

5

3

2



http://www.amu.edu.az

31 may  2014-ъц ил

2

­



Mayın 26-da Böyük 

Elmi Şuranın növbəti 

yığıncağı keçirildi. Yığıncağı 

universitetin rektoru, 

millət vəkili, akademik 

Əhliman Əmiraslanov 

açaraq gündəlikdə duran 

məsələləri diqqətə çatdırdı.

 

Bundan 


sonra 

“Azərbaycan 

Tibb  Universitetində  2013/2014-

cü  tədris  ilində  Buraxılış  Dövlət 

Attestasiyasına  və  yaz  semest-

rinin  imtahan  sessiyasına  ha-

zırlığın  vəziyyəti,  imtahanların 

mütəşəkkil  keçirilməsində  kollek-

tivin  vəzifələri”  barədə  universi-

tetin  tədris  işləri  üzrə  prorektoru, 

professor Sabir Əliyevin məruzəsi 

dinlənildi.

Əsası  ulu  öndər  Heydər  Əliyev 

tərəfindən  qoyulan  və  Prezident 

İlham  Əliyev  tərəfindən  uğur-

la  davam  etdirilən  Azərbaycan 

təhsilində  hazırda  böyük  inkişaf 

mərhələsinin  başlandığını  deyən 

Sabir Əliyev bildirdi ki, artıq 3-cü 

ildir universitetdə kredit sistemi ilə 

təhsil alan tələbələrin imtahanları 

rektorluğun  bu  məqsədlə  yarat-

dığı  222 yerlik 2 imtahan zalında 

kompyuter vasitəsilə test üsulu ilə 

aparılır.  Perspektivdə  müalicə-

profilaktika və hərbi tibb fakültəsinin 

daha  2  kursunda  imtahanların  bu 

üsulla aparılacağı nəzərə alınaraq 

cari tədris ilində istifadəyə verilmiş 

Tədris Cərrahiyyə Klinikasında 108 

yerlik daha 2 zal istifadə üçün ha-

zırlanmışdır. 

Universitetimizdə  çalışan  pro-

fessor-müəllim  heyəti,  tələbələr, 

magistrlər,  rezident  və  dokto-

rantlar,  tədris-köməkçi  və  texniki 

işçilərin  də  ölkənin  ictimai-siyasi 

həyatında baş verən yeni keyfiyyət 

dəyişikliklərində    yaxından  iştirak 

etdiyini  söyləyən  prorektor  həkim-

mütəxəssis, həkim, hərbi həkim və 

feldşer,  əczaçı  kadrların  hazırlan-

masına  xüsusi  diqqət  yetirildiyini 

vurğuladı.

S.Əliyev  tibb  təhsilinin  yaxşılaş-

dırılması məqsədilə qarşıya qoyul-

muş vəzifələri müvəffəqiyyətlə icra 

etmək üçün universitet rektorluğu, 

tədris  hissəsi,  dekanlıqlar  və  ka-

fedralarımızın əvvəlki illərdə oldu-

ğu  kimi  2013/2014-cü  tədris  ilinin 

yaz  semestrində  də  əllərindən 

gələni  etməyə  çalışdıqlarını  dedi. 

Şura  üzvlərinin  nəzərinə  çatdır-

dı  ki,  kafedraların  maddi-texniki 

bazasının  yaxşılaşdırılması  ilə 

bərabər, tələbələrin sosial həyatını 

da diqqətdən qaçırmırıq. 

O,  tələbələrin  dərsə  davamiy-

yətini gündəlik diqqətdə saxlamaq 

məqsədilə  tədris  binalarında  və 

klinik  bazalarında  vaxtaşırı  apa-

rılan  reydlərin  nəticələrinə  toxu-

naraq  qeyd  etdi  ki,  tələbələrin 

dərsə  davamiyyəti  dekanlıqların 

və  rektorluq  şurasının  bütün  ic-

laslarının  müzakirə  predmeti  ol-

muş,  ayrı-ayrı  fakültələrin  elmi 

şuralarında  semestr  ərzində  bir 

neçə  dəfə  müzakirəyə  çıxarıl-

mış  və  üzürsüz  dərsburaxmanın 

mini muma  endirilməsi  üçün  əmə-

li  tədbirlər  həyata  keçirilmiş-

dir.    Ümumilikdə  universitetdə 

tələ bələrin 

dərsə 


davamiyyəti 

qənaətbəxşdir.  Birmənalı  demək 

olar  ki,  cari  tədris  ilinə  qədər  kre-

dit  sistemi  ilə  təhsil  alan  kurslar-

da  dərsburaxma  problemi  yox 

idi.  Lakin  keçən  tədris  ilindən  bu 

sistemlə  təhsil  alan  tələbələr  belə 

Əsasnamənin imkan verdiyi həddə 

qədər  -  fənn  üzrə  30%-ə  qədər 

dərs buraxmağa başlamışlar. Cari 

tədris  ilinin  yaz  semestrindən 

Nazirlər  Kabineti  tərəfindən  “Ali 

təhsil  müəssisələrinin  bakalavri-

at  və  magistratura  səviyyəsində 

kredit  sistemi  ilə  tədrisin  təşkili 

Qaydaları”  təsdiq  olunmuş  və  bu 

Qaydaların  3.2.23-cü  bəndinə 

əsasən “fənn üzrə ayrılmış audito-

riya  saatlarının  25  faizdən  çoxun-

da  iştirak  etməyən  tələbə  həmin 

fəndən  imtahana  buraxılmır”  və 

beləliklə  30  faizlik  hədd  25  faizə 

endirilmişdir. 

Yeni 


Qaydalarin 

tətbiqi  ilə  əlaqədar  olaraq  “Kredit 

sistemi  ilə  təhsil  alan  tələbələrin 

biliyinin  qiymətləndirilməsi  haq-

qında”  Əsasnamənin  (Təhsil  Na-

zirliyinin  11.09.2008-ci  il  tarixli 

1060  nömrəli  əmri  ilə  təsdiq  edil-

miş)  4-cü  bəndində  rektorun  əmri 

ilə  dəyişiklik  edilmişdir.  Tələbə 

semestr  ərzində  fənn  üzrə  bütün 

dərslərdə iştirak etdiyi hallarda ona 

10, fənn üzrə dərsburaxma 8 %-ə 

qədər  olduqda  9,  8-16-%-ə  qədər 

olduqda 8, 8-25 %-ə qədər olduq-

da 7 bal verilir. Fənn üzrə ayrılmış 

auditoriya saatlarının 25 %-dən ço-

xunda iştirak etmədiyi halda tələbə 

imtahana buraxılmır.

Klassik  üsulla  təhsil  davam 

edən  fakültə  və  kurslarda  isə 

bu  məsələdə  müəyyən  narahat-

çılıq  vardır.  Dəfələrlə  müzakirə 

obyektinə  çevrilməsinə  baxmaya-

raq,  bir  sıra  kafedralarımızda  öz 

işinə  məsuliyyətlə  yanaşmayan 

müəllimlərin  tədris  apardığı  ayrı-

ayrı  qruplarda  tələbələrin  dərsə 

gecikməsi  xroniki  hala  çevrilir  ki, 

bu  da  istər  müəllim,  istərsə  də 

tələbə tərəfindən məsuliyyətsizliyə 

gətirib  çıxarır.  Bu  haqda  istehsa-

lat  müşavirələrində  də  dəfələrlə 

məsələ qaldırılmışdır.

Tələbələrin  dərsburaxma  halla-

rı  fakültə  və  universitet  rəhbərliyi 

tərəfindən  ciddi  nəzarətdə  sax-

lanılmış  və  universitetdaxili  ni-

zam-intizamı 

pozan 

tələbələr 



ciddi  cəzalandırılmışdır.  Belə  ki, 

semestr ərzində çox dərs buraxan 

2 nəfər öz xahişi ilə universitetdən 

xaric  edilmiş,  4  nəfərə  akademik 

məzuniyyət, 100-dən çox tələbəyə 

isə töhmət verilmişdir.

Daha sonra 2013/2014-cü tədris 

ilinin yaz semestrinin imtahan ses-

siyasını və fakültələr üzrə buraxılış 

Dövlət  Attestasiyasını  mütəşəkkil 

keçirmək  məqsədilə  universitetdə 

imzalanan  müvafiq  əmrləri  şərh 

edən  natiq  keçən  tədris  ilindən 

başlayaraq  kredit  sistemi  ilə 

təhsil  alan  tələbələrin  imtahan-

larının  universitetdə  yaradılmış 

Virtual  Test  Mərkəzinin  köməyi  ilə 

mərkəzləşdirilmiş  test  şəklində 

aparıldığını  dedi.  Eyni  zamanda 

imtahan testlərinin ekspertizası və 

qəbulunda bəzi dəyişikliklərin apa-

rıldığını  deyən  prorektor  fakültələr 

və kurslar üzrə universitet rektoru-

nun  təsdiqlədiyi  imtahan-məqbul 

şəbəkəsini də diqqətə çatdırdı. 

Çıxışında 

istehsalat 

müşa-


virələrinə də kifayət qədər yer ayı-

ran  S.Əliyev  həmin  iclaslarda  ka-

fedralarımızı  və  tələbələri  narahat 

edən bir sıra məsələlərin müzakirə 

olunduğunu  söylədi  və  sonda  im-

tahanların  mütəşəkkil  qaydada 

keçirilməsi üçün professor-müəllim 

heyətinin  bu  məsul  və  çətin  işin 

öhdəsindən  layiqincə  gələcəyinə 

əminliyini bildirdi. 

Kafedra müdirləri Eldar Qasımov, 

Mirzə  Kazımov,  Rafiq  Çobanov, 

Amalya  Əyyubova  və  İsfəndiyar 

İsmayılov  çıxışlarında  hesaba-

tı  qənaətbəxş  qiymətləndirərək 

bu  sahədə  qazanılan  uğurlardan, 

həmçinin  mövcud  çətinliklərdən 

söhbət açdılar. 

Məruzə  və  çıxışlarda  səs-

lə nən 


fikirlərə 

yekun 


vuran 

Ə.Əmiraslanov  müzakirə  olunan 

məsələnin  vacibliyini  önə  çəkərək 

bildirdi  ki,  kredit  sisteminə  keçidlə 

əlaqədar  fikir  ayrılığının  olma-

sı,  yeni  təkliflərin  irəli  sürülməsi 

təbiidir.  Onu  da  qeyd  etdi  ki,  uni-

versitetin  maddi-texniki  bazasının 

güclənməsinə  rəğmən  tədrisin 

keyfiyyəti,  müəllimlərin  tədrisə 

münasibəti hələ də qənaətbəxş de-

yil. İmtahanların gedişində əvvəllər 

rast  gəlinən  neqativ  halların  baş-

qa  müstəvidə  təkrarlanmasından 

təəssüfləndiyini  dilə  gətirən  rektor 

nöqsanlara  göz  yuman  kafedra 

müdirlərinə  qarşı  barışmaz  möv-

qe  tutacağını  vurğuladı:  “Bir  ildən 

sonra  praktiki  olaraq  imtahanların 

aparılmasındakı yeni qaydalar bü-

tün  fakültələrə  və  kurslara  şamil 

ediləcək. Şübhəsiz ki, ideal bir sis-

tem  yoxdur,  istər  tədrisdə,  istərsə 

biliyin 


qiymətləndirilməsində 

hər  hansı  bir  yeni  üsulun  da  ça-

tışmayan  cəhətləri  olur.  Ancaq 

müqayisədə  test  üsulu  ilə  bili-

yin  qiymətləndirilməsi  hələlik  ən 

obyektiv  üsuldur.  Əlbəttə,  yeni 

sistemə  münasibət  də  bir  mənalı 

deyil. Hətta bəziləri yenidən köhnə 

qaydaya  qayıtmağın  tərəfdarıdır. 

Biz isə universitet kollektivi olaraq 

artıq  bu  yolu  seçmişik.  İmtahan-

larda  biliyin  qiymətləndirilməsində 

mənə elə gəlir ki, heç bir problem 

yoxdur.  Virtual  Test  Mərkəzi  quru-

lub, get-gedə də təkmilləşir, çatış-

mayan cəhətlər ortadan götürülür. 

Bu mərkəz qapalı bir sistemə çev-

rilibdir.  Müdaxilə  etmək  imkanları 

minimuma  endirilib.  Təəssüf  ki, 

bəzi  kafedralarda  köhnə  qayda-

ların  həsrətini  çəkənlər  universi-

tet  rəhbərliyinin  neqativ  halların 

kökünün  kəsilməsinə  yönəldilmiş 

tədbirlərini  pozmağa  çalışırlar. 

Heç kəs fikirləşməsin ki, biz onla-

rı  görmürük.  Mən  həmin  kafedra 

müdirlərini yaxşı tanıyıram, adları-

nı da çəkə bilərəm. Düşünürəm ki,  

hərə öz payını götürüb lazımi nəticə 

çıxardacaq.  Üzümü  onlara  tutub 

deyirəm  ki,  s  iz  bu  işləri  davam 

etdirməklə  dövlətin,  hökumətin, 

cənab 

Prezidentin 



apardığı 

siyasətin əleyhinə gedirsiniz. Res-

publikada korrupsiyaya qarşı necə 

ciddi  mübarizə  aparıldığını  yaxşı 

bilirsiniz.    İnanıram  ki,  bu  insan-

lar  yanlış  yoldan  çəkinəcəklər. 

Əks  təqdirdə  barələrində  çox  sərt 

tədbirlər görüləcək”.

Böyük  Elmi  Şura  müsabiqə 

məsələlərini  həll  etməklə  öz  işini 

yekunlaşdırdı. 

Arif MƏMMƏDLİ

“2013/2014-cü tədris ilində Buraxılış Dövlət Attestasiyasına və yaz 

semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti, imtahanların 

mütəşəkkil keçirilməsində kollektivin vəzifələri” müzakirə olunub

Fotolar Cənnətalı Çingizindir

BÖYÜK  ELMİ ŞURADA



Yüklə 290,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə