XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə90/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   86   87   88   89   90   91   92   93   ...   99

346
gedir. Mən Xanəli müəllimə yaradıcılıq ömrü, cansağlığı, ar-
zulayıram. Sağ olun.
Aypara Behbudova: Çıxış üçün sözü pedaqoji elmlər nami-
zədi Elbəyi Maqsudova veririk.
Elbəyi Maqsudov: Əvvəla onu deyim ki, bugünkü tədbir 
Naxçıvan Dövlət Universitetinin ənənəvi tədbirlərindən biri-
dir. Naxçıvan Dövlət Universitetinin rektorluğu bütün sahə-
lərdə olduğu kimi, universitetdə elmi mühitlə yanaşı, ədəbi 
mühitin də inkişafına xüsusi qayğı və diqqət göstərir. Bu gün 
universitetimizdə keçirilən bu tədbir özlüyündə elmi və ədə-
bi bir tədbirdir. 
Xanəli  Kərimlinin  50  illik  yubiley  tədbiri,  həm  də  onun 
ikinci kitabı - “Anamdan məktub” kitabının təqdimatı keçiri-
lir. Mən geniş danışmaq istəmirəm. Xanəli müəllimin bu kita-
bında bütöv vətənpərvərlik kimi incə məqamlara toxunulub. 
Xanəli  müəllimin  şeirlərində  təkcə  yaşadığımız  Vətəndən 
söhbət getmir. Ümumiyyətlə, böyük Vətəndən söhbət gedir. 
Azərbaycan torpağının bütövlüyündən söhbət gedir. Xanəli 
müəllimin bütün şeirlərində bu hiss, bu amal qırmızı bir xətt 
kimi keçir. Mən büyöv, böyük Vətən həsrəti ilə çırpınan şair 
qəlbinə öz qəlbimin də çırpıntısını qoşub bir şeirimlə çıxışımı 
yekunlaşdırmaq istəyirəm. 
BÜTÖVLÜK SORAĞINDA
Vətəni bütöv olanı ürəyi də bütövdür...
 misralarının müəllifi Xanəli Kərimliyə
 Körpə maral bağrı yanar,
 Ovçu görsə yarağında,
 Biz də sözlə alışırıq
 Şeir sənət ocağında.
 Çox düşərək bərkə-boşa,
 Əlli ili vurdun başa,
 Bundan sonra, qardaş, yaşa,
 Yeni əlli marağında.


347
Zülmət görüb nə yol azdın,
Nə kimsəyə quyu qazdın.
İki gözəl əsər yazdın
Üyərinin çırağında.
Qəriblikdə daş da solur,
Ana, bacı saç da yolur.
Kəsilməyə baş da olur,
Bütöv Vətən sorağında.
Gün gələr ki, ta yanmarıq,
Ayrılığı heç anmarıq,
Təbriz üçün boylanmarıq,
Bir də Araz qırağında.
Onda bütöv olacaqsan,
Sevincindən dolacaqsan,
Tək nisgilli qalacaqsan,
Elbəyinin sorağında.
Arzu edirəm ki, bütün dərdlərimiz yox olsun. Bir-birimi-
zin fərağında, sorağında olaq. Sağ olun.
Aypara  Behbudova:  Çıxış  üçün  söz  AMEA-nın  müxbir 
üzvü Səfəralı Babayevə verilir.
Səfəralı Babayev: Hörmətli Xanəli müəllim, Sizin 50 yaşı-
nızı,  gənclik  yaşınızı  ürəkdən  təbrik  edirəm.  Arzu  edirəm 
ki,  xalqımız  Sizin  ahıllıq  yaşınızı,  100  illiyinizi  qeyd  etsin. 
İstə yərdim  öz  çıxışımı  Sizin  bir  şeirinizlə  başlayam.  Xanəli 
müəllim yazır ki:
Şair Haqqın yolçusudur. 
Haqq yolu kəfən yoludur. 
Kəfənin özü biçənin 
Yolu da Vətən yoludur. 


348
...Özüm özümə qibləgah
Həm sevingəm, həm də ki ah.
Həm savabam, həm də günah,
Hər kəs kimsə, yolu odur.
Xanəli  müəllim,  mən  Sizi  gənclik  illərinizdən  tanıyıram. 
Xanəli müəllim hər şeydən əvvəl gözəl insandır. Şair olmaq 
üçün də, alim olmaq üçün də vəzifədar olmaq üçün də gözəl 
insan olmaq lazımdır. Xüsusilə, mən Xanəli müəllimlə Sam-
sunda  Türk  dövlətlərinin  VIII  mədəniyyət  və  işbirliyi  qu-
rultayında olanda onu daha yaxından tanıdım. Əlbəttə, yol-
daş olanda insanı daha yaxşı tanımaq olur. Xanəli müəllim 
səmimi adamdır. Həyatda da, yazılarında da səmimidir. Bu 
kitab  öz  səmimiyyəti  ilə  başlayır.  Öz  həyatını  burada  ifadə 
edir. Atasının zəhmətkeşliyindən, anasının əllərinin manikür-
lü olmamasından, qaşov kimi qabar-qabar olmasından yazır. 
Xanəli müəllim universiteti fərqlənmə diplomu ilə bitirmiş-
dir. Xanəli müəllim cəmiyyətə, həqiqətən, yararlı vətəndaşdır. 
İstər  ictimai  işlərdə,  istər  müəllim  işlərində,  istərsə  də  şair-
lik sahəsində əlindən gələni edir. Xanəli müəllimin hər şeiri 
haqqında yarım saat danışmaq olar. Mən bu kitabı bir neçə 
dəfə oxumuşam. Böyük qeydlərim var. Xanəli müəllimin ya-
radıcılığı çoxşaxəlidir. Xanəli müəllimin gözəl fəlsəfi fikirləri 
var. Onda xalqımızın siyası cəhətdən çəkdiyi dərdlər var. Qar-
daş türk xalqına olan məhəbbət vardır. Bir neçə şeirləri qardaş 
türk xalqına həsr olunub. Samsuna həsr olunmuş “Nə mutlu-
yam”, “İstanbulda düşüncələr” və s. şeirlərini göstərmək olar. 
Mən bir şeyi qeyd etməliyəm ki, Xanəli müəllimdəki fəlsəfi 
düşüncələri, fəlsəfi sözləri bir yerə yığasan, gözəl bir fəlsəfi 
kitab ortaya çıxar. 
Xanəli  müəllimdə  hamımızı  düşündürən  və  düşünməyə 
məcbur edən bir biganəlik məfhumu vardır. Xüsusilə, Vətən 
dərdlərinə, Vətən harayına heç kəs biganə yanaşmamalıdır. 
Bu ehtiyacdan, bu çağırışdan doğan “Biganəlik” şeirində şair 
yazır:


349
                       İndi ha məşhərə çəkim özümü,
 Ta satan satıbdır, alan da alıb.
 Satan da, alan da kef içindədir...
 Tək Vətən şərəfi ortada qalıb!..
 
Kitabda Naxçıvan haqqında xeyli fikirlər var. 
Xanəli  müəllimin  maraqlı  şeirlər  vardır.  Məsələn,  pul 
haq qında  yazıb.  Pul  haqqında  çox  yazıblar.  Amma  Xanəli 
müəllim bu mövzuya müasir dövrümüz üçün tamam fərqli 
yanaşıb. Müasir dövrümüz üçün pulun həm mənfi, həm də 
müsbət cəhətinə Sabirsayağı yanaşıb. Bundan başqa, Xanəli 
müəllim  təbiətin,  cəmiyyətin  yaralarından  danışır.  Araz 
haq  qında  da  xeyli  danışılıb,  şeirlər  yazılıb.  Amma  Xanəli 
müəllimin şeirləri  tamam fərqlidir. ”A  Kür  bacım”  şeirində 
şair Arazın dərdlərini, ağrılarını daha fərqli bir biçimdə dilə 
gətirir. Araz Kürə müraciətlə deyir: 
 
Gündə bir kərpici düşən
Xudafərin körpüsünün
nisgilini ağlıyıram.
...Kimi mənə ağı deyir, 
Kimi mənə yağı deyir.
Kimi də göz dağı deyir.
Eh... nə bilim...
Üzü dönsün bu dünyanın:
“Toxun acdan,
atlının da piyadadan nə xəbəri”
Bu şeirlərin hər birini oxuyanda çox maraqlı olur. Məsələn, 
“Günəş dostluğu”, “Dar ağacı”, “Təzad” kimi şeirləri dərin 
fəlsəfi fikirlərə malikdir. 
Mən, ümumiyyətlə, bir şeir həvəskarı kimi çox sevinirəm 
ki, Xanəli müəllim belə bir kitabı dünyaya gətirib. Onun belə 
bir kitabı işıq üzü görüb və onu həm kitabı, həm də bu yubi-
leyi münasibəti ilə təbrik edirəm. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə