XanəLİ KƏRİMLİ BİR ÖMRÜN İŞIĞI



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə96/99
tarix16.11.2017
ölçüsü2,48 Kb.
#10690
1   ...   91   92   93   94   95   96   97   98   99

366
inkişafında  Naxçıvan  mühiti  böyük  rol  oynamışdır  və  mü-
hit onu böyük bir şair kimi tanıtmışdır. Xanəli Kərimli artıq 
yeni  bir  epoxadakı  bizim  müstəqillik  dövrü  ədəbiyyatımızı 
təmsil  edən  tanınmış  şairlərin  cərgəsindədir.  Məncə  bu  az-
dır,  Xanəli  Kərimli  yaradıcılığı  daha  geniş  dairələrdə  ta-
nınır.  Bu  gün  Xanəli  Kərimlinin  geniş,  iri  həcmli  şeirlər  ki-
tabının  çap  olunması  və  həmin  kitabın  rəğbətlə  qarşılan-
ması  Xanəli  Kərimlinin  coğrafiyasının  genişliyini  göstərir. 
İl  boyu  Xanəli  Kərimlinin  şeirlərini  və  onun  məqalələrini 
Türkiyə  mətbuatından  oxuyuram.  Xanəli  Kərimli  Türkiyə 
mətbuatında da fəal təmsil olunur. Türkiyə oxucusu da Xanəli 
Kərimlini  yaxından  tanıyır.  Pakistanda  keçirilən  beynəlxalq 
ədəbiyyat  konqresində,  İranda  keçirilən  konfransda,  eyni 
zamanda Türkiyədəki Yunis İmrə konqresində Azərbaycanı 
ləyaqətlə təmsil etmişdir. Belə olan halda Türkiyədə, Pakis-
tanda,  İranda  Azərbaycan  şeirini  təmsil  edən,  ona  xidmət 
edən sənətkar kimi diqqəti cəlb edir. Xanəli Kərimlinin yara-
dıcılığı haqqında yəqin ki burada geniş danışan olacaq. An-
caq bir neçə ana xətləri deməyi özümə borc bilirəm. Xanəli 
Kərimli Azərbaycanda vətəndaşlıq lirikasının bu gün çox ta-
nınmış nümayəndələrindən biridir. Onu deyim ki, bu sahədə 
bir boşluq vardır. Bu dəqiqədə ədəbiyyatda bir keçid dövrü 
yaşayırıq. Ona görə burada forma axtarışları, mövzu axtarış-
ları davam edir. İnanıram ki, bu da özünün böyük nəticələrini 
verəcəkdir.  Ona  görə  bu  ənənəsi  olan  vətəndaşlıq  lirikası-
nın  da  görkəmli  nümayəndələri  dünyasını  dəyişmişdir.  Biz 
Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Məmməd Arazın, Hü-
seyn  Razinin  və  başqalarının  vətəndaşıq  lirikası  sahəsində 
yaratdıqları böyük ədəbiyyatları dövlət kimi qəbul edirik. Bu 
gün  Azərbaycanda  vətəndaşıq  lirikasını,  poeziyasını  təmsil 
edən Zəlmixan Yaqub, Rüstəm Behrudi və bir necə beləsinin 
adını çəkə bilərik ki, onlardan biri də Xanəli Kərimlidir. Yax-
şı cəhətdir ki, vətəndaşlıq lirikasından yazanda bəzən ideya 
sənətkarlıqdan qaynaqlanır. Bu adamlar sənətkarlıq lirikasın-
dan yazanda böyük sənət nümunələri meydana qoya bilirlər 
ki,  onlar  vətəndaşlıq  duyğusu  ilə  milli  düşüncə  ilə  forma, 


367
sənətkarlıq bir-birini tamamlayır. Müşahidə edirəm ki, Xanəli 
Kərimli yaradıcılığında vətəndaşlıq poeziyası ilə, vətəndaşlıq 
idealları ilə onu ifadə vasitələri, onu təmsil edən bədii vasitələr 
bir-birini tarazlayır. Bu artıq yetkin bir sənətkarın formalaşdı-
ğını  aydın  şəkildə  xəbər  verir.  Xanəli  Kərimli  yaradıcılığın-
da mən bir maarifçi tərəf də görürəm. Ədəbiyyat özü elə bir 
maarifçilik hərəkatlarından biridir. Bəzən maarifçilik anlayı-
şını məktəblə, müəllimlə, tələbə ilə, şagirdlə əlaqələndirirlər. 
Xeyr. Mən hesab edirəm ki, cəmiyyətin inkişafına fayda verə 
biləcək təsir göstərə biləcək, müdrik poetik düşüncə o poe-
tik maarifçiliyin nümunəsidir. Xanəli Kərimli son 4-5 ildə bu 
barədə söz də aça bilərdi. Və Xanəli müəllim poetik maarifçi 
nümunələrini cəmiyyətə, yeni nəslə, insanlara mənəvi dünya-
mıza işıq sala biləcək yeni maarifçi baxışlarını poetik şəkildə 
meydana qoyur. Yaxşı cəhətdir ki, burada ucuz nəsihətçiliyə 
getmir. Onda böyük maarifçilik səviyyəsinə qalxa bilməzdi. 
Mən Xanəli Kərimlini yaradıcılığını sənətkarlıq baxımından 
da  görürəm.  Demək  olar  ki,  onun  haqqında  yazılanların 
hamısını  oxumuşam.  Bu  yönümdən  də  Xanəli  Kərimli  çox 
irəli  getmişdir.  Onun  yaradıcılığı  təkcə  ideyalarından  de-
yil, düşüncələrlə deyil, həm də orijinal bədii vasitələrlə çox 
zəngindir.  Xanəli  Kərimli  şeirlərində  özünəməxsusluğunu 
ifadə  etmişdir,  öz  üslubunu  tapmışdır.  O  yalnız  Xanəli 
Kərimlidir.  Bu  ədəbiyyat  üçün  böyük  bir  nailiyyətdir.  Bir 
cəhəti də demək istəyirəm ki,  Xanəli Kərimlinin elə şeirləri 
vardır ki, elə bil ki, Xanəli Kərimli onu birnəfəsə yazıb. Elə 
bil  ki,  onları  yazmağa  macal  tapmayıb.  Elə  bir  nəfəsə  de-
yib.  İçindən  gəlib  və  yetkindir.  Sanki  cümlələr  bir-birinin 
içindədir, bir-birini tamamlayır. Şəxsən mənə bədahətən ya-
zılmış, deyilmiş şeirlər kimi gəldi. Ən nəhayət onu deyim ki, 
Xanəli Kərimli haqqında kifayət qədər yazılar vardır. İki kitab 
gözümüzün qabağındadır. Bir filologiya üzrə fəlsəfə doktoru 
Sabir Bəşirovun Xanəli Kərimli haqqında ayrıca monoqrafi-
yası  çap  olunub,  ikincisi  isə  bu  günlərdə  Xanəli  Kərimlinin 
nəşr olunmuş üç kitabı əlimizdədir. Xanəli Kərimlinin bun-
dan  əvvəl  bu  ilə  qədərki  haqqında  yazılanlar  kitab  halında 


368
çap  olunmuşdu.  Bu  il  isə  Xanəli  Kərimlinin  əvvəlki  kitab-
larına  düşməyən  məqalələrdən  ibarət  sanballı  bir  kitab  ha-
zırlanmışdır.  Hesab  edirəm  ki,  bütün  bu  deyilənlər  Xanəli 
Kərimli haqqında materialları toplamaqla daha sanballı kitab 
yazmaq olar və çox lazımdır. Bir şeyi də qeyd edim ki, Nax-
çıvanda  yaşayıb  yaradan  şairlərin  yaradıcılıqları  haqqında 
yazılar yazan, söz deyən onun müasirləridir. Naxçıvanda ya-
ranan ədəbiyyatşünaslıq artıq böyük ədəbiyyatşünaslıq üçün 
zəngin material verə bilər. Bu gün yubileyini qeyd etdiyimiz 
Xanəli Kərimli haqqında, hətta bu gün burada iştirak edən, 
iştirak  etməyən  sənətkarlarımız  haqqında  sanballı  əsərləri 
Naxçıvanda yaşayan ədəbiyyatşünaslar, filologlar ortaya qo-
yacaqlar.
Xanəli Kərimli yaxşı müəllimdir. Uzun illərdir mən Xanəli 
Kərimlini tanıyıram. Mən hələ bir tələbənin şikayətçi, nara-
zı oldu ğunu görməmişəm. Bütün tələbələr Xanəli Kərimliyə, 
onun  düşüncə  tərzinə,  müəllimlik  bacarığına  hörmətlə  ya-
naşırlar,  o  yaxşı  müəllim  kimi  özünü  təsdiq  edibdi.  Xanəli 
Kərimli bizim universitetdə idarəçilik sistemində çalışıb. Xa-
rici  tələbələrlə  iş  üzrə  fakültəsinin  dekanıdır.  O  fakültənin 
imkanları çox genişlənib. Artıq universitetdə 10 ölkədən 350-
dən çox tələbə vardır. Ölkələri saymaq istəyirəm. Rusiyadan, 
Türkiyə  Cümhuriyyətindən,  Misir  Ərəb  Respublikasından, 
Cənubi Koreyadan, Banqladeşdən, Nigeriyadan, Qazaxıstan-
dan, Türkmənistandan daha bir neçə ölkələrdən tələbələrimiz 
vardır.  Çoxluq  Türkiyə  Cümhuriyyətindəndir. Ancaq  digər 
dövlətlərdən də artmaqda davam edir. Biz həmçinin bu işin 
çoxalmağında da maraqlıyıq. Çünki beynəlxalq imic qazan-
maq üçün xarici tələbələrin də olması əsas faktordur. Xanəli 
Kərimli xarici tələbələrin dilini başa düşən və yaxud da dilini 
tapan bir müəllimdir, bir təşkilatçıdır. Mən Xanəli Kərimliyə 
bir  insan  kimi  dəyər  vermək  istəyirəm.  O,  Naxçıvanda  ya-
şayıb,  yaradan,  çalışan  kamil  bir  vətəndaşdır,  mükəmməl 
bir ziyalıdır. Xanəli Kərimli ildə bir neçə dəfə öz müasirləri 
haqqında  məqalələr  yazır.  Xanəli  Kərimli  digər  yazıçıla-
ra  ağırlıq  verən  yazıçıdır.  Ədəbiyyatşünaslığa,  elmə  ağırlıq 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə